Adana Adıyaman Afyon Ağrı Aksaray Amasya Ankara Antalya Ardahan Artvin Aydın Balıkesir Bartın Batman Bayburt Bilecik Bingöl Bitlis Bolu Burdur Bursa Çanakkale Çankırı Çorum Denizli Diyarbakır Düzce Edirne Elazığ Erzincan Erzurum Eskişehir Gaziantep Giresun Gümüşhane Hakkari Hatay Iğdır Isparta İstanbul İzmir K.Maraş Karabük Karaman Kars Kastamonu Kayseri Kırıkkale Kırklareli Kırşehir Kilis Kocaeli Konya Kütahya Malatya Manisa Mardin Mersin Muğla Muş Nevşehir Niğde Ordu Osmaniye Rize Sakarya Samsun Siirt Sinop Sivas Şanlıurfa Şırnak Tekirdağ Tokat Trabzon Tunceli Uşak Van Yalova Yozgat Zonguldak
Mengen °C

(<)img src="https://placehold.it/120x600">
deneme kod arasında img'den önce ve en son (<)kapama işareti arasında boşluk olmayacak < img src="https://www.5banners.com/store/img/cms/00102.gif" >

DƏDƏ QORQUDU DÜŞÜNƏRKƏN ( dördüncü hissə )

DƏDƏ  QORQUDU  DÜŞÜNƏRKƏN                                     ( dördüncü  hissə )
22.01.2015
680
A+
A-

1219-cu ilin yazında Çingizxan bu böyük imperiyaya hücum edir. Və tezliklə — cəmisi bir il, il yarım ərzində o boyda imperatorluq moğal atlılarının tapdağı altında qalır. Buxara, Səmərqənd, Ürgənc kimi böyük şəhərlər dağıdılır, şahın özü isə qorxusundan İran tərəfə qaçsa da onu qovan Subuday bahadırla Cebe noyonun əlindən qurtara bilməyəcəyini görüb Xəzər dənizindəki bir adada gizlənir, orada da ölür. Beləcə, Türküstan yenə də türk oğullarının, amma bu dəfə qeyri-islami türklərin hökmü altına keçir. Moğallar İç Oğuza — “Üçok”lardan törəyən bu insanlara toxunmurlar; moğal şahzadələrinin də sadaxlarında / oxqabılarında / yalnızca üç qırmızı ox olardı! Digər tərəfdən, Çingizxan imperiyasının “Gökordu” adlanması onların Bozoklara — Oğuz xanın səma qızından olan oğullarından törəyənlərə də yad olmadıqlarının göstəricisi idi. / “Gök” kəlməsi ruscaya yanlışlıqla göy rəng mənasında “siniy” deyə tərcümə olunmuşdur, əslində isə “gökordu” səma ordusu, göylər ordusu deməkdir /. Ölümündən azca əvvəl Çingizxanın oğullarına vəsiyyəti də Oğuz xandan bir xatirə idi; xaqan onlara bir ox verərək deyir sındırın. Tək oxu asanlıqla sındırırlar. Sonra isə bir dəstə ox verib deyir ki, indi də bunu sındırın. Təbii ki heç birisi onu sındıra bilmir. Və xaqan onda vəsiyyət edir ki, görürsünüzmü, təklikdə sizi asanlıqla məhv edə bilərlər, amma bu oxlar kimi bir yerdə olsanız heç kimsə sizə bata bilməz. Oğuz xan bu vəsiyyəti həzrət Nuhdan sonrakı ilkin çağlarda öz altı oğlu üçün etmişdi, üstündən nə qədər uzun bir müddət keçmiş olsa da moğallar da bunu unutmamışdılar. Ümumiyyətlə , qıpçaklardan başqa moğalların nə İç Oğuz, nə də Dış Oğuz türkləri ilə heç bir ədavətləri yox idi. Xarəzm imperiyasına hücum isə Çingizxanın böyük ticarət karvanının Otrarda qəsb edilməsi və 450 tacirin də edam olunması səbəbindən baş vermişdi. Qıpçaqlar moğal hücumlarına davam gətirə bilməyərək Xəzərin şimalından keçib Kiyev Rusu ilə Qara Dəniz arasşndakı əzəli qıpçaq çöllərinə — Dəşti Qıpçağa və indi Tatarıstan, Başqırdıstan adlanan torpaqlara qaçırlar. Digər hissə Xəzərin cənubu ilə İran-İraq yoluyla Misirə qədər gedib orada hakimiyyəti ələ alırlar. Üstəlik, həmin bu cənub yolu ilə çökmüş Xarəzmin soylu-köklü türkimanları da elliklə moğallardan qaçaraq iki yüz il əvvəllərdən Səlcuklu türklərinin köç etdikləri İraq və Anadolu tərəflərə pənah gətirirlər. İndi diqqət edin; onuncu əsrin sonlarında Bizanslıları Anadoludan qovan türkimanlar kimi bu türkimanlar da o coğrafiyaya xalq yaddaşında Dədə Qorqud hekayələrini gətirməmişlər. Bu da o deməkdir ki, dastandakı hadisələr, həqiqətən də , Xarəzmin çökməsinə qədər də mövcud olmamışdı.

Çingizxan 1224-cü ildə Hindistana yürüşünü bərk istilərə görə təxirə salıb Hind-kuş dağlarının ətəklərindən geriyə, moğal çöllərinə qayıdır. Xarəzmə hücum zamanı moğallar əsasən Türküstanın Amudərya ilə Sırdərya arasında olan hissəsini — Mavəraünnəhri tar-mar edib xarabazarlığa çevirmişdilər. Amma, dediyim kimi, İç Oğuza toxunulmamışdı, İç Oğuz bəyləri yerlərində idilər. Öz ata-baba yurdlarında, Altaydan Aral gölünə qədərki torpaqlarda. Artıq tabe olduqları Xarəzmşahlar yox edilmişdilər, o şah nəslindən bir tək sultan Cəlaləddin qalmışdı, o da Azərbaycanda hökmranlıq edirdi. Çingizxan isə uzaqlarda, moğal çöllərində idi, Tanqut padşahlığı ilə müharibəyə hazırlaşırdı.

Kalka çayı ətrafındakı vuruşmada Subuday bahadırla Cebe noyonun birləşmiş rus qüvvələrini ağır və biabırçı məğlubiyyətə uğratmalarını bu günə qədər də heç cür həzm edə bilməyən bəzi saxtakar rus tarixçilərinin “qondarma” əhvalatlarla bu utancın heyifini o məşhur sərkərdələrdən “çıxmaq” istəmələri boşuna zəhmətdir; güya Xəzərin şimalı ilə Çingizxan ordugahına geri döndüklərində qəfildən onların önünə Volqaboyu bulqarları çıxır və guya o bulqarlar moğalları ağır məlubiyyətə uğradırlar, Subuday bahadırın özü ağır yaralanır, bir gözünü itirir. Kalka vuruşmasından utanmaq lazım deyil, əsil utanılası şey tarixi saxtalaşdırmaqdır. Hamı bilir ki, moğallar Volqaboyu bulqarları ilə sonrakı xaqan Uqedey xanın zamanında vuruşmuşlar; vuruşmuşlar sözü əslində doğru səslənmir o savaş üçün, çünki moğallar onları böyük bir axınla əzib keçmişdilər, bir zaman onlardan qaçan qıpçaqlara qucaq açdıqları üçün qəzəblərindən, el deyimi ilə desəm, “dədələrini yandırmışdılar”. Subuday bahadırın ağır yaralanması və sağ gözünü itirməsi isə Xarəzm savaşından əvvəlki Çin savaşı zamanı olmuşdu.

Saysız döyüşlərdə bərkdən-boşdan çıxmış, yenilmək nə olduğunu bilməyən bu iki məşhur sərkərdənin tümənləri önündə bulqarların “qəfildən peyda olması” məsələsinin özü belə tənqidə davamsızdır. Hər bir moğal sərkərdəsi hərbi yürüş zamanı Çingizxanın əmrinə diqqətlə riayət edirdi; qoşun dayandıqda da, hərəkət etdikdə də çoxsaylı kəşfiyyat dəstələri qoşunu üzük kimi əhatəyə almalı idi, həm də kəşfiyyatçılar halqası bir-birindən xeyli aralı üçqatlı olmalı idi. Bunlar tümənbaşçılarının görən gözləri, eşidən qulaqları idi. Yalnız və yalnız onlara istinad edərək moğallar özləri ya düşmən qoşunu önündə qəfildən peyda olar, ya da hərəkət marşrutlarını dəyişərdilər. Bunları deməkdə məqsədim odur ki, nə 1223-cü ildə Subudayla Cebe Xəzərin şimalı ilə Çingizxan ordugahına qayıtdıqları zaman, nə onlardan əvvəl, nə də onlardan sonra ta 1230-cu illərin birinci yarısına qədər Aral dənizi ilə Xəzər dənizi arasındakı əarzilərdə yaşayan yerli Dış Oğuz bəylərinin sakit həyatını moğallar tərəfindən pozan olmamışdı. Çünki Xarəzmin çökməsindən ta Uqedey xanın zamanında moğalların Volqaboyu qıpçaqlarının “dədələrini yandırması” üçün bu yerlərdən keçib getmələri arasındakı on üç-on beş il ərzində Subudayla Cebenin tümənlərindən başqa bu həndəvərlərdə bir moğal tüməni belə görünməmişdi. Məlum olduğu kimi böyük xaqan Amudəryadan o yana, qərbə keçmir, şahın ardınca sonbeşiyi Tuli xanı yetmiş minlik qoşunla Xorasana göndərir. Xorasan isə Xəzərin cənub tərəflərindədir.

Bax məhz həmin bu on üç-on beş il ərzində İç və Dış Oğuz bəylərinin yenidən birləşməsinə tarixi fürsət, Volqaboyu qıpçaqlarının talanları burulğanına düşməmək, ayaqda dura bilmək, başsız qalmamaq üçün tayfalar birliyinə əsaslanan bir dövlət qurmalarına tarixi zərurət yaranır. Məhz bu zaman İç Oğuzun Üçoklarından on iki tayfa, Dış Oğuzun Bozoklarından da on iki tayfa Qam Ğan oğlu Bayındır xanın bayrağı altında birləşərək iyirmi dörd tayfadan ibarət Oğuz dövlətini qururlar. Bu köçərilər dövlətinin mərkəzi Altay dağlarının ətəklərində, Balxaş gölünün şərq ucu ilə Altay dağlarının arasındakı yerdə idi. Bayındır xanın böyük xan çadırı da burada qurulardı.

Deyə bilərlər İç Oğuz tayfaları da artıq İslamı qəbul etmişdilərsə niyə adları ərəb adları deyildi? Yaxşı sualdır? Amma , məsələn, Böyük Səlcuklular dövlətini quran hökmdarın adı Toğrul idi, yəni əsl türk adı idi, özü müslim deyildimi? Və ya onun babası Arslan, Səlcukluların son sultanı Səncər müsliman deyildilərmi? Onların adları niyə ərəb adlarından deyildi? Oğuzlarda ad insan yetkinlik yaşına çatdıqdan sonra qəhrəmanlıq göstərərkən verilirdi. Əlbəttə, hamı qəhrəmanlıq edə bilməzdi, amma bu o demək deyildi ki, qəhrəman olamaynlar ömürlük adsız qalırmışlar. Xeyr. Belələrinə də həyatlarına, xarakterlərinə, ya da , sadəcə , bədən quruluşlarına görə müəyyən ləqəblər verilirdi el tərəfindən, o ləqəblə də adı imiş kimi ölüncə yaşayırdı. İslam dinində qınanan ləqəb adəti indiyədək də kənd yerlərimizdə yaşamaqdadır; hətta çox vaxt öz adı ilə tanınmayan birisini ləqəbini söylərkən dərhal tanıyırlar; ”Hansı Yarməmməd? Eşşək Yarməmməd?”, deyə soruşana “Yox, obiri, Malbaş Yusifin qardaşı, Qapıdiş” deyən kimi o adam söhbətin kimdən getdiyini o saat anlayır. İç Oğuzlar İslamı daha yenicə qəbul etmişdilər, təbii ki, neçə minilliklərdən süzülüb gələn bir çox adətləri qısa bir zamanda yox etmək o qədər də asan məsələ deyildi. Bu günün özündə belə kənd yerlərimizdə darvazalarının üstündən qurumuş öküz kəlləsi, pas atmış at nalı asanlarımız, ziyarətgahlarımızdakı ağacların budaqlarına əlvan rəngli bez qırıqları bağlayanlarımız, fala baxdıranlarımız, dua-cadu yazdıranlarımız , boylu olmaq üçün fındıq topası ətrafına dönənlərimiz , köhnə qəbirin ayaq tərəfinə paslı mismar basdıranlarımız azmı yəni? Baxmayaraq ki, İslamı qəbul etməyimiz minilliyi aşıb hələ də o böyüklükdə Allahı qoyub hansısa dindarın qəbrinə əllərini, üzlərini sürtüb ölüdən yardım istəyənlərin beyinlərində bütpərəstlik çağlarının işartıları dolaşmaqda deyilmi? Elliklə ərəb adlarına keçmək üçün müəyyən bir zamana ehtiyac var idi. Əslində oğlan uşaqlarına əski türk adətincə yalnız qəhrəmanlıq göstərərkən ad vermək adəti məhz həmin dövrdə Oğuzlara hava kimi, su kimi lazım idi. Ox atmağı, qılınc tutmağı, hünər göstərməyi bacaranlar olmadan bu gənc dövlətin ayaqda dura bilməsi mümkünsüz idi. Məclislər gəzərək yeni-yeni qəhrəmanlara ad verən xalq aşıqları — ozanlar digər adsız yeniyetmələri də hünər göstərməyə ruhlandırmaqla bərabər qeyri-adi igidlik göstərərək xüsusilə fərqlənənlər haqqında üstəlik hekayələr də düzüb qoşurdular. Dədə Qorqud həmin ozanlardan birisi, həm də ən yaşlısı və ən hörmətlisi idi./ həmin dövrdəmi, yoxsa xalq yaddaşındamı — az sonra

deyəcəyəm /. Onu qeybdən xəbər verən şamanlarla qarışdırmaq olmaz. Ümumiyyətlə , dastanda nə xalq arasında, nə də xanların məclislərində bir şamana belə rast gəlinmir. Əgər Bayındır xan İslamı qəbul etmiş olmasaydı onun yanında Çingizxanın yanındakı Gökçü kimi bir baş şaman olmalı idi. Həm də mütləq olmalı idi; çünki baş şamanın hökmdar yanında olması onun hakimiyyətinin göylərdən gəldiyinin təsdiqi idi. Hakimiyyətinin Göy Tanrıdan gəldiyini təsdiq etməyən hökmdarın qanuniliyini türk dədələrimiz heç zaman qəbul etməmiş, beləsinə boyun əyməmişdilər. Çingizxanın da hakimiyyətinin Göy Tanrıdan gəldiyinə xaqan seçildiyi qurultayda baş şaman şahidlik etmişdi, yəni xaqan onilliklər boyunca qolu gücünə qazandığı hakimiyyətə baş şamanın təsdiqi ilə qanunilik statusu verdirmişdi. / Xalqın “qeybdən xəbər verən” bu adamlara inamı nə qədər güclü imiş ki, Çingizxan kimi qorxunc bir adamın baş şamanı belə bu böyük inamdan çaşır, qurultaydan sonrakı ilk vaxtlarda hər yerdə danışırmış ki, Temuçini mən xaqan etmişəm, mənim təsdiqim olmasaydı o, xaqan ola bilməzdi, günün birində də daha da irəli gedərək xaqanın ögey qardaşı Xutuxu noyonu çadırına çağırıb önündə diz çökdürür. Qüruruna toxunulmuş Xutuxu noyon bunu Çingizxana söyləyəndə xaqan əvvəlcə nə edəcəyini bilmir, amma ağıllı arvadı deyəndə ki, o qudurğan Gökçü sən hələ sağ ikən belə edir, bir gün sən olmasan oğullarının axırı necə olar, xaqan anlayır ki, Gökçü cəzalanmalıdır. Amma necə? Çox götür-qoy edəndən sonra “qoy bu təhqiri qardaşım ilə Gökçünün təkbətək, mərdanə döyüşü həll etsin”, deyir. Diqqət edin; hətta qardaşının təhqir olunduğunu bildikdə belə xaqan baş şamanı edam etdirməkdən çəkinir, xalq etiraz edə bilər deyə. Amma iki kişinin öz şəxsi münasibətlərini aydınlaşdırmaq üçün təkbətək döyüşünə kim nə deyə bilərdi? Xutuxu noyon döyüşlərdə bərkimiş birisi idi, təbii ki, ilk anlardanca Gökçünü öldürür, meyitini isə köpəklərə tullayırlar. Yeni baş şamanı isə nə qədər desən şamanlar içindən seçmək olardı /..

Amma İç Oğuzlar artıq islami olduqlarına görə şamanlıqdan uzaq idilər, çünki qeybin açarları yalnız Allahın əlindədir, gələcəkdən xəbər vermək insanoğlunun işi deyildir.

1235-ci il… Çingizxanın nəvəsi Batı xan babasının vəsiyyət etdiyi şimal torpaqlarını — Rus şəhərlərini tutmaq üçün yürüşə hazırlaşır. Atası Cuçi xan öldürüldükdən sonra əsl hərbçi kimi böyütmək üçün onu qəyyumluğa götürmüş Subuday bahadırla indiki Qazağıstanın Sığınaq şəhərinə gəlir. Böyük xaqan Uqedey xanın əmrilə bütün digər moğal şahzadələri də tümənləri ilə birlikdə bu yürüşdə Batı xanın ixtiyarına verildiyi üçün hər tərəfdən moğal qoşunları dəstə-dəstə oraya toplaşır. Qısa müddətdə iyirmi dörd tayfanın möhkəm birliyinə nail olmuş Oğuzlar bu yürüşdə moğalların müttəfiqinə çevrilirlər; yürüş üçün moğal qoşununu onbaşısından tümənbaşçısına qədər təşkil edən Subuday bahadırın əmrilə İç Oğuz igidlərinə də bu yürüşdə iştirak etməyə icazə verilir. Beş min nəfərdən ibarət olan bu igidlərin başında… Bayındır xan dururdu! Bəli, bəli, Dədə Qorqud dastanından tanıdığımız həmin o xanlar xanı, Qam Ğan oğlu Bayındır xan. Subuday bahadır bu beş minlik qoşunu moğal ordusunun önünə kəşfiyyat dəstəsi kimi təyin edir.

Bu yürüş qısa bir zamanda rus torpaqlarının fəthi ilə bitir. Əsas rus şəhərləri, o cümlədən də Moskva yandırılıb dağıdılır. Sit şəhərində rusların son və qəti hücum üçün toplaşmış birləşmiş qüvvələri elə acı məğlubiyyətə uğrayır ki, bu savaşdan sonra iki yüz ildən də artıq müddətdə bu millət ağır moğal boyunduruğundan qurtula bilmir. Batı xan yalnız Aleksandr adlı, bığ yerləri yenicə tərləyən, yeniyetmə Novqorod knyazına ehtiram göstərir; digər knyazlar vətənin müdafiəsinə qalxdıqları halda bu gənc, qədd-qamətli, yaraşıqlı knyaz özü Batı xanın yanına gələrək onun itaətinə keçdiyini bildirmişdi. Subuday bahadırın ondan xoşu gəlməmişdi, ona satqın, xain kimi baxırdı, öz vətənlərinə xain çıxanların isə Çingizxandan qalma bir tək cəzası vardı — belini qırıb köpəklərə atmaq! Amma Batı xan gənc knyaza çox yaraşıqlı olduğuna görə toxunmur; əksinə, knyaz isveç və alman deyilən tayfaların onların torpaqlarına tez-tez basqınlar düzənlədiklərindən şikayət edib ondan yardım istədikdə Batı xan onun ixtiyarına moğal tümənlərindən birini verir, o da bu tümənlə gedib Neva çayı üzərində isveç tayfalarını darmadağın edib elə parlaq qələbə çalır ki, “ Nevski” ləqəbi ilə rus xalqının böyük milli qəhrəmanı kimi tarixə düşür. Bunlar danılmaz faktdır, əziz oxucum, on minlərlə türk oğlu türk Neva çayı üzərində isveçliləri darmadağın edir, amma bu qələbə qələmlərin ucunda rus xalqının möhtəşəm qələbəsi kimi tarixə soxuşdurulur. / Baxın görün rus tarixinə görə məsələ necə olub? Olduğu kimi deyirəm: ” Aleksandr Nevski Rusiya torpaqlarını işğal etmək istəyən isveç və alman feodallarına qarşı mübarizədə rus qoşunlarına başçılıq etmişdir. 1240-cı il iyulun 15-də isveçliləri Neva çayı üzərində darmadağın etmiş, 1242-ci il aprelin 5-də Çud gölü üzərindəki Buz döyüşündə alman cəngavərlərini məğlubiyyətə uğratmışdır… Onun bacarıqlı siyasəti nəticəsində tatarların rus knyazlıqlarına hücumunun qarşısı alınmışdı. Bir neçə dəfə Altın Orduya getmiş, tatar xanlarının başqa xalqlarla müharibələrdə ruslardan qoşun toplamamasına nail olmuşdur.”

Əhsən! Tarixi hadisələr elə ustalıqla təhrif edilmişdir ki, nə şiş yanmış, nə kabab. Hanı Batı xan?! Hanı Aleksandra verilmiş moğal tüməni?! Bir soruşan varmı ki, moğalların hücumuna qədər isveçlilərin, almanların əlindən dinclikləri olmayan insanlar necə oldu da torpaqları moğal tapdağı altında olduğu halda qoşun toplayıb birdəncə həm isveçliləri, həm də almanları məğlub etdilər?!

Soruşmağın mənası varmı? Əsas məsələ beyinlərə yeritməkdir. Beyinlərə bir yapışdısa nə illah etsən də ordan qopan deyil. /

Sonra moğal qoşunları yenidən toparlanıb 1237-ci ildə bu dəfə Şərqi Avropaya hücum edirlər. Şərqi Avropa məmləkətlərini ard-arda işğal edə-edə İtaliyaya qədər gedirlər. Və 1242-ci ildə Triyest şəhərindən geri dönürlər. Bu yürüş nəticəsində Altın Ordu / qızıl ordu / adlı ikinci böyük moğal imperatorluğu yaranır. Və artıq İç Oğuzlar Gökordu və Altın Ordu imperatorluğunun təsiri içində qaldıqlarından müstəqilliklərini itirirlər. Amma müstəqilliyin itirilməsi tayfalararası birliyin də itirilməsi demək deyildi. Sayca az olan moğalların imperiyalarının çox böyüklüyü onlarda hər zaman əlavə hazır əsgəri qüvvəyə ehtiyac yaradırdı, Rus və Avropa yürüşlərində qəhrəmanlıq və sədaqət göstərən Oğuzların birliyinin pozulması bu səbəbdən moğal xaqanlarının işinə yaramırdı; gərək olduğu halda Bayındır xan moğal qoşununa hazır nizami əsgəri qüvvə verə bilərdi. Sadəcə olaraq , Oğuz qoşunu nə moğal imperatorluğu içində digər tayfalarla, nə də imperiya sərhədləri xaricindəki digər xalqlarla müstəqil savaşa girişə bilməzdi. Bir sözlə, Xarəzm boyunduruğu moğal boyunduruğu ilə əvəz edilmişdisə də Oğuzlar iç işlərində müstəqilliklərini saxlayırdılar. Demək, bu dövlət tam müstəqilliyini 1220-21-ci illərdən 1242-ci ilə kimi saxlamışdır.

( ardı var )

YORUMLAR

Henüz yorum yapılmamış. İlk yorumu yukarıdaki form aracılığıyla siz yapabilirsiniz.