Adana Adıyaman Afyon Ağrı Aksaray Amasya Ankara Antalya Ardahan Artvin Aydın Balıkesir Bartın Batman Bayburt Bilecik Bingöl Bitlis Bolu Burdur Bursa Çanakkale Çankırı Çorum Denizli Diyarbakır Düzce Edirne Elazığ Erzincan Erzurum Eskişehir Gaziantep Giresun Gümüşhane Hakkari Hatay Iğdır Isparta İstanbul İzmir K.Maraş Karabük Karaman Kars Kastamonu Kayseri Kırıkkale Kırklareli Kırşehir Kilis Kocaeli Konya Kütahya Malatya Manisa Mardin Mersin Muğla Muş Nevşehir Niğde Ordu Osmaniye Rize Sakarya Samsun Siirt Sinop Sivas Şanlıurfa Şırnak Tekirdağ Tokat Trabzon Tunceli Uşak Van Yalova Yozgat Zonguldak
Mengen °C

(<)img src="https://placehold.it/120x600">
deneme kod arasında img'den önce ve en son (<)kapama işareti arasında boşluk olmayacak < img src="https://www.5banners.com/store/img/cms/00102.gif" >

DƏDƏ QORQUDU DÜŞÜNƏRKƏN ( beşinci hissə )

23.01.2015
689
A+
A-

Əslində dastanın bir neçə hekayəsindən / Salur Qazanın evinin yağmalanması, Beyrəyin dustaqlıqdan azad edilməsi, Yeynək boyu / başqa digərlərinin yaranması üçün Oğuzların tam müstəqil olub-olmamasının heç bir əhəmiyyəti yoxdur. Həmin o bir neçə boyda Oğuzların Oğuz sərhədlərini aşaraq Xəzərin şimalı ilə Azərbaycan torpaqlarına gəlmələrindən, kafir gürcülərlə, abxazlarla savaş etmələrindən söhbət gedir. Bu savaş Altın Ordu imperatorluğunun yaranmasından sonra baş verə bilməzdi., çünki Batı xanın paytaxtı olan Saray-Batı Xəzərin şimalında yerləşirdi. Oğuzlar bu savaşa Xəzərin cənubu ilə də gedə bilməzdilər, çünki Azərbaycana moğalların ikinci yürüşü Çormaqun noyonun başçılığı altında 1231-ci ildə başlamış, 1239-cu ildə onlar Dərbəndi də alaraq bütün Azərbaycanın işğalını bitirmişdilər. Çormaqun noyondan əvvəl isə, yəni 1226-cı ildən 1231-ci ilə qədər Azərbaycanda Xarəzmşah Məhəmmədin oğlu sultan Cəlaləddin hökmranlıq etmişdi. Və gürcülərin ara-sıra şuluqluq saldıqlarına görə qəzəblənib hücum çəkərək bütün Gürcüstanı fəth etmişdi. Bəs ondan əvvəl?.. Ondan əvvəl nə olmuşdu? Ondan əvvəl Çingizxanın əmrilə Subudayla Cebe şahı qovma əməliyyatı zamanı İrandan, Azərbaycandan keçmiş, Dərbənd keçidi ilə Şimali Qafqaza çıxmış, orada alanlarla, qıpçaqlarla, ruslarla savaşandan sonra Xəzərin şimalı ilə Orta Asiyaya dönmüşdülər.

Diqqət! Bu dönüş nə zaman olmuşdur? 1223-cü ildə. Aha. Bəs moğallar getdikdən ta 1226-cı ildə Cəlaləddinin Azərbaycana gəlişinə qədər nə baş vermişdir? Tarixçilər yazırlar ki, Subudayla Cebe getdikdən sonra Dərbənd keçidi ilə Azərbaycanın şimalına saysız qıpçaq dəstələri soxulur!

Qıpçaqlar İslamı İç Oğuzlardan xeyli əvvəl qəbul edən türkimanlardan, yəni Dış Oğuzlardan idilər. Amma bu da var ki indi artıq İç Oğuzlar da İslamı qəbul etdikləri üçün türkimanlardan sayılırdılar. Yəni onlar da , ümumi götürülsə, qeyri-türklər üçün qıpçaq idilər.

Oğuzlar Azərbaycan tərəflərdə bir də 1231-1235-ci illər arası savaşa girişə bilərdilər. Çünki sultan Cəlaləddin .moğalların ikinci yürüşü zamanı onlarla bacara bilməyəcəyini görüb taxt-tacını buraxaraq Anadolu tərəflərə qaçır, orada da öldürülür, 1235-ci ildə isə moğallar hələ Tovuzu almaqla, Gəncəni təməlinə kimi dağıtmaqla məşğul idilər, Dərbəndə çatmalarına hələ dörd il vardı. 1235-ci ildən sonra isə Oğuzların bu yerlərə gəlməsi mümkünsüz idi, çünki bayaq dediyim kimi, Subuday bahadırın əmrilə Bayındır xanın başçılığı altındakı Oğuz igidləri həmin ildən etibarən moğal ordusuna qoşulmuşdular. Demək , dastanda Qafqazdakı, Azərbaycanın qərb və şimal qonşuluğundakı “donuz əti yeyən qara donlu gürcü və abxaz kafirləri” ilə Oğuz igidləri Xarəzmin çöküşü ilə Altın Ordunun qurulması arasındakı bu tam müstəqillik dövründə savaşa girişə bilərdilər. Bu dövrdə də ən düzgün ehtimal 1223-26 və 1231-35 –ci illər arasıdır.

Subudayla Cebe getdikdən sonra Dərbənd keçidi ilə Azərbaycana soxulan qıpçaqların yalnız türkiman qıpçaqlar ola biləcəyini güman etmək heç doğru olmaz. Əlbəttə, moğallardan qaçan müslim qıpçaqlar Dərbənd keçidi ilə müslim Azərbaycan torpaqlarına pənah gətirə bilərdilər. Amma niyə talandan, qarətdən sonra dərhal geri çəkilmişdilər və onların yerinə bu dəfə digər qıpçaq dəstələri elə həmin keçidlə də Azərbaycana soxulmuşdular? Onda xatırlatmaq yerinə düşər ki, Subudayla Cebe Şimali Qafqazda qıpçaqlara acı hərb dərsi vermiş, başçıları Kotyan xanı da öldürmüşdülər. O qıpçaqlar Dəşti-Qıpçaqda türkimanlardan xeyli əvvəllərdən kök salmışdılar, slavyan millətinin tarixdə yaranışından da min illərlə əvvəllərdən. / At belində qılıncı, oxu əllərindən düşməyən bu türkoğullarının qorxusundan Dəşti-Qıpçaqdan şimaldakı qeyri-münbit torpaqlarda, bataqlıq, soyuq sel-su məskənlərində yaşayan, balıq və bataqlıq qunquzları tutmaqla gün keçirən bu insanlara qıpçaqlar “selvan”, “suluvan” insanları demişlər. Sel , su və məkan bildirən “van” sözlərindən. Sonralar “slavan”, ”slovak”, ”sloven”, ”slavyan” kimi əcaib şəkillər almışdır bu millətin əsil türkcə olan adı. O qədər də bir-birlərilə lap ibtidai icma quruluşunun tayfaları kimi didişirlərmiş, düşmənçilik edirlərmiş ki, öz aralarından başçı seçilməsinə bir türlü razı olmayıb skandinav tayfalarından olanlardan özlərinə başçı seçirmişlər. Və məhz bu başçılar və onlardan törəyənlər skandinav tayfalarından olduqları üçün onlara “rus” deyirmişlər. Yəni “rus” və “slavyan” o zamanlar başqa-başqa şeylər idi; ”slavyan” millətin adı idi, ”rus” isə bu millətin başında duran isveçlilərin.. / O qıpçaqların bəziləri xristianlığı qəbul etmiş olsalar da böyük çoxluğu Göy Tanrı inancında qalmaqda idilər; hər ikisini də türkimanlar kafir hesab edirdilər. Məğlub edildikdən və başçıları öldürüldükdən sonra toparlanaraq qisas almaq üçün Subudayla Cebenin ardınca gedə bilməzdilərmi? Və moğal tümənləri ilə qarşılaşmaq əvəzinə Oğuz ellərinin qərb torpaqlarına gəlib çıxa bilməzdilərmi? Salur Qazanın evinin yağmalanması, yurdunun talan edilməsi, qız-gəlinlərin at döşü edilərək əsir aparılması həmin bu zaman baş verə bilməzdimi? Moğalları tapmayaraq geri qayıdıb Dərbənd keçidi ilə Azərbaycana soxulan ilk qıpçaq dəstələri onlar olmamışmı? Axı Subudayla Cebe məhz bu keçiddən Şimali Qafqaza çıxmışdılar. Salur Qazanla birlikdə bütün iyirmi dörd Oğuz tayfası da məhz bundan sonra qüvvələrini toplayıb intiqam almaq üçün Xəzərin şimalı ilə Qafqaza doğru irəliləyə bilərdilər. Mən tam əminəm ki, hadisələr məhz bu şəkildə cərəyan etmişdir..

Qaraca çobanın sapandının iri daşlar atan mancanaq olduğunu demişdim. Söyləmişdim ki, önəmli olan şey bu mancanağın Oğuz ellərinə nə zaman gəlib çıxmasıdır. Tarixi yaddaş normal hesab edilən insanların anormal / normadan kənar, qeyri-adi / hesab etdikləri şəxsiyyətlərə və hadisələrə heyrətindən doğar. Qələm əhli dərhal onları yazıya alar, xalq isə bunu yaddaşına həkk edər, hekayə halına salıb gələcək nəsillərə ötürər. İç Oğuzlar Dədə Qorqudu, azərilər, türkimanlar Koroğlunu, moğallar Çingizxanı, özbəklər Teymurləngi, hunlar Atillanı… Moğallar öz qeyri-adi Çingizxanlarını “Gizli tarix”də yaşada-yaşada gələcək nəsillərə ötürmüşlər, bu şifahi xalq yaradıcılığı əsəri xaqanın ölümündən çox sonralar Çində yazıya alınmışdır. Moğallar da İç Oğuz insanları kimi çadırlarda, alaçıqlarda yaşayan köçərilər idilər, amma Çingizxana qədər bir-birinin qanını içən, tayfalararası müharibələr üzündən rahatlıqları olmayan bu insanları böyük xaqan cəmisi iki onillik ərzində ağlı və qılıncı hesabına bütün Asiyaya hökmran edib onları dünya xalqları sırasına qaldırmışdı. Həm də Asiyada elə qüvvətli bir iz buraxmışdı ki, ondan sonrakı əsrdə Asiyada hərb nəhəngi kimi parlayan Əmir Teymur özünü ana tərəfdən on birinci nəsildə bu qeyri-adi adama bağlamağa məcbur olmuşdu, yoxsa heç kim onun hökmranlığının qanuniliyini qəbul etməzdi. Baxmayaraq ki, Orta Asiya ruhani dünyası onu “mehdi sahib əz-zaman”, yəni “zamanın xilaskarı” elan edərək bütün müslimləri canları və malları ilə Əmir Teymura yardım etmələri üçün cihada qaldırmışdı. Təsəvvür edirsinizmi?.. Moğalların daşdan qalaları, evləri olmadığı üçün Çingizxana qədər olan bütün tayfalararası müharibələr açıq çöllüklərdə baş vermişdi, məhz bu səbəbdən onlar mancanaq, sapand, ballist, katapult kimi əcaib qurğulardan xəbərsiz idilər. Bu ağır hərb alətlərini ilk dəfə xaqanın Şimali Çinə yürüşü zamanı qala divarları içində müdafıə olunaraq oradan üstlərinə iri daşlar, uzun qalın oxlar, içərisinə yanar maye doldurulmuş qablar atan çinlilərdə görmüşdülər. Xaqan əsir düşmüş çinli sənətkarların özlərinə bu qurğulardan düzəltdirərək onların şəhərlərini, qalalarını özlərinin silahları ilə də dağıtmışdı. Çini fəth etdikdən sonra üzünü Xarəzmə tutan moğal ordusunda artıq bu hərb alətlərindən kifayət qədər vardı, Buxaranın, Səmərqəndin, Ürgəncin dağıdılmasında bu qorxunc alətlər nəyə qadir olduqlarını bir daha göstərmişdilər. Moğalların müttəfiqi olan İç Oğuzlar həmin bu daş atan mancanaqlarla məhz bu dövrdə tanış ola bilərdilər. O cümlədən də Qaraca Çoban. Oğuz ellərindən çox-çox uzaqlarda — Dərbənddə Qazan xanın on minlərlə qoyun-quzusuna baxan bu adama düşmənlərdən qorunmaq üçün iri daşlar ata bilən mancanaq-sapand deyil də sərçə, qaratoyuq vurmaq üçün işlədilən əl boyda sapand verməyəcəkdilər ki.

Mən dastandakı, həm də Azərbaycan dastanındakı Dədə Qorqudun şaman olmadığını dedim. Amma nəzərə almaq lazımdır ki, türkmənlərdə də, qazaxlarda da Dədə Qorqud var. Qazaxlarda o, şamandır, qeybdən xəbər verir, qəbri də Sırdərya sahillərindədir və onuncu əsrin adamıdır. Onuncu əsrin ərəb səyyahı İbn Fədlan səyahətnaməsində Oğuz elindən keçdiyini qeyd edir; o, Oğuz elini, demək olar ki, bütün qərbi Qazağıstan kimi təqdim edir. 920-ci illərdə olmuş bu səyahəti zamanı onların İslamı qəbul etmədiklərini deyir. Demək, o zaman hələ Oğuz eli İç və Dış Oğuzlara bölünməmişdi. Bu hadisə sonrakı əsrdə olacaqdı. Qəribədir; əgər Oğuzların birbaşa törəmələri olan qazaxlarda Dədə Qorqud şamandırsa və onuncu əsr adamıdırsa, dastanın mayasındakı İç və Dış Oğuzlara bölünmək hadisəsi isə sonrakı əsrdə olacaqdısa… onda bu o deməkdir ki, nəinki bizim, hətta qazaxların da, Türkmənistan türkimanlarının da dastanlarındakı Dədə Qorqud yaddaşlardan bir xəyal kimi bu dastana gətirilmişdir! Bunun heç bir başqa izahı yoxdur. Çünki Dədə Qorqud bir tarixi şəxsiyyət kimi Oğuzların İslamaqədərki dövründə yaşamışdır .Və əgər Azərbaycan dastanında Dədə Qorqud şaman deyildirsə, bütün müsbət qəhrəmanlar da müslimdirlərsə onda bu o deməkdir ki, dastan həqiqətən də sonradan, Uzun Həsən dövründə islamlaşdırılmamışdır, əksinə, islami dövrün dastanı, əgər belə demək mümkünsə, “dədəqorqudlaşdırılmışdır”, başqa sözlə, hekayələrə ustalıqla Dədə Qorqud boyası çəkilmişdir. Dastana adının belə qoyulduğu baş obraz isə, təbii ki, islami dastanda şaman olaraq qala bilməzdi, ona görə də bu dastanda islamlaşdırılan bir tək adam varsa, o da Dədə Qorqudun özüdür. Fikir verin; hadisələri Dədə Qorqud nəql etmir, onları nəql edənlər islami dövrün ozanlarıdır, bu müdrik ağsaqqal isə dastandakı digər personajlar kimi hadisələrin aktiv və ya passiv iştirakçılarından biridir. Əksər hekayələrdə o, sadəcə sonda qurulan məclislərdə görünür. ”Dədə Qorqud gəldi, boy boyladı, söz dedi…” Sanki bu hekayələri düzüb qoşan ozanlar Oğuz elləri var olduqca bu hekayələrin it-bat olmaması üçün bu müdrik el ağsaqqalını onların sonuna bir neçə cümlə ilə əlavə etmişlər. Çünki o, Bayındır xan, Qazan xan dövrünə qədər millətin yaddaşına öz adını möhür kimi vurmuşdu.

“Bəyburanın oğlu Bamsı Beyrək boyu”nda o, hadisələrin aktiv iştirakçısıdır, onlara müdaxilə edəndir, hətta şamanlara xas olan sehr, əfsun qüvvəsinə sahibdir, Beyrəyin sevgilisinin qardaşı Dəli Qarcar onu vurmaq istəyəndə qılınc tutan qolu havadaca quruyub qalır. Hekayəni düzüb qoşanlar buradakı sırf şamanlıq elementinə islami boya vurmaq istəmişlər; güya o, Allahdan Dəli Qarcarın əlini havadaca durdurmağı istəyir və o da elin ruhani ağsaqqalı olduğuna görə Allah onun bu yalvarışını eşidir. Amma o, ozan idi, peyğəmbər deyildi ki.

Rəvayətə görə, Dədə Qorqud üç yüz il yaşamışdır. Əlbəttə, insan oğlu bu qədər yaşamaz. Məlum olduğu kimi Nuh tufanından sonra insanların ömürləri kəskin qısalmışdır. Doğrudur, həzrət Nuhun özünün və oğullarının ömürləri uzun olmuşdur, amma onlar tufandan öncə doğulanlardan idilər. Demək belə çıxır ki, ozanlar nəyinsə xatirinə Dədə Qorquda belə “ uzun ömür vermişlər”. Nəyin xatirinə? Xarəzmin çöküşündən sonrakı illərdə Bayındır xanlı, Qazan xanlı Oğuz ellərinin yeni, müstəqil həyatını görmək, dastanda sözü gedən hadisələrdə iştirak etmək üçünmü ? Onda reallığa yanaşmaq üçün dastandakı hadisələrin dövründən üç yüz il geriyə getmək lazımdır ki, Dədə Qorqudun doğum illərini tapaq. Bu ,onuncu əsrin əvvəlləri, daha doğrusu, 920-ci illərdir. Mənim fikrimcə , bu el ağsaqqalı məhz o illərdə doğulmuşdur. Yəni ərəb tarixçisi İbn Fədlan Oğuz ellərindən keçərkən o, körpəcə uşaq ola bilərdi.

Dastanın dili heyranedicidir. Türk millətinin öz ana dilinin şəkərdən şirinliyi və necə böyük ifadə imkanlarına malik olması ilə qürrələnə biləcəyi bir yüksəklikdədir. Bu ədəbi abidə sanki onu yaradan xalq aşıqlarının türk kəlmələrindən ilmə-ilmə toxuduqları qiymətsiz bir Oğuz xalçasıdır. Təbii ki belə bir misilsiz abidə yaradan ozanlar Dədə Qorquda “uzun ömür vermələrinə” də əcaib mifik bir səbəb düzüb qoşa bilmək qüdrətində idilər. Güya o, diyar-diyar gəzərək ölümündən qaçırmış… Doğrudur, mifologiyada qeyri-adiliklər sərhəd tanımaz, amma uzunömürlülüyün bu cür izahı, etiraf edək ki, əslində onun müdrikliyinə bir zərbədir. Müdrik adam da ölümdən qorxarmı? Ölüm dediyin şey, sadəcə, yuxudan bir anlıq oyanış deyilmi? Ömrümüz boyunca Qadir Allah hər səhər bizi yuxudan oyandıra-oyandıra yuxudan oyanmağın qorxusuz bir şey olduğunu bizə göstərmirmi, bu yolla da ölüm adlı oyanışı da beləcə adi bir şey kimi sakitcə qarşılamağa bizi hzırlamırmı? Hələ ölümdən, əcəldən qaçmaq! Bunun mümkün olmadığını bilməyən birisinə müdrik demək mümkünmü yəni? Nə yaxşı ki, Dədəmiz haqqındakı bu yamaq əfsanə dastanın özündə yoxdur, o, sadəcə, rəvayətlərdədir.

On üçüncü əsrin ikinci yarısında Çinə səyahət etmiş və uzun illər böyük moğal xaqanı Kubilay xanın himayəsi altında yaşamış italyan səyyahı Marko Polonuin səyahətnaməsində maraqlı bir yer var ; o, moğal hökmü altında olan bir Orta Asiya şəhərindən keçərkən Bayındır xan adlı birisinə rast gəlir. Əlli moğal döyüşçüsünün başında şəhərdəki nizam-intizamı qoruyurmuş. Bu həmin Bayındır xandırmı? On üçüncü əsrin ikinci yarısında?! Yoxsa sadəcə ad bənzərliyi var? Ümumiyyətlə, hadisələrin tarixiliyi baxımından bu səyyahın dediklərində qeyri-dəqiqliklər çoxdur, hətta həddən artıqdır. Nəzərə almaq lazımdır ki, onun moğal imperiyasında uzun onilliklər boyunca gördükləri-eşitdikləri xeyli sonralar o, İtaliyaya geri dönüb həbsə atıldığı zamanlarda qələmə alınmışdır. Yaddaş nə qədər güclü olmalıdır ki, böyük bir tarixi əsər yazanda yalnız yaddaşına bel bağlayasan. Mümkünsüz bir şeydir. Yəni o səyahətnamə ancaq və ancaq onun xatirində qalanlardır, səyahəti zamanı etdiyi qeydlər deyildir. Ona görə də onun səyahətnaməsində maraq doğuran şey moğal imperiyasının quruluşu, ordusu, moğal adətləri, yemək-içməkləri barədə dedikləridir. Rus tarixçisi Vladimir Yanın əsərində də Bayındır xandan danışılır. Bəli, bax bu əsil Bayındır xandır, Subuday bahadırın əmrilə moğal ordusunun önünə kəşfiyyatçılar dəstəsi kimi təyin edilmiş beş minlik Oğuz igidlərinin başçısı Bayındır xan. Boyu uzun Burla xatunun da adı çəkilir burada. Yalnız bir fərqlə; dastanda Burla xatun Bayındır xanın qızıdır, bu tarixçinin əsərində isə xanımı.

Belə….Demək, dastandakı bütün hadisələr on üçüncü əsrin iyirminci – otuzuncu illərinə aiddir. Bircə Təpəgözlə bağlı hekayədən başqa. Bu haqda qismət olsa ayrıca danışacağam.

Hekayələrin axırında ozanların Dədə Qorqudun dili ilə dedikləri sözlərin heç fərqinə vardınızmı? “Hanı dediyin bəy ərənlər, dünya mənim deyənlər ? Əcəl aldı, Yer gizlədi, fani dünya kimə qaldı ? Gəlimli-gedimli dünya, son ucu ölümlü dünya…”

Bayındır xanın, Qazan xanın, digər Oğuz igidlərinin məclislərində Dədə Qorqudun dedyi bu sözlər kimlərə aiddir görəsən? Adları çəkilməyən, dünya ağalığı iddiasına düşənlər kimlərmiş görəsən? Həmən-həmən hər məclisdə bu sözlər işlənilirmişsə , demək, Oğuzlar o bəy ərənləri yaxşı tanıyırmışlar. Dastandakı hadisələrin baş vermə vaxtları barədə gəldiyim nəticəyə əsaslanaraq belə deyə bilərəm ; bu sözlərlə həmin illərdəcə bir-birindən cəmisi yeddi il fərqlə dünyadan getmiş iki məşhur bəy ərənə işarə edilir. Birisi Xarəzmşah Əlaəddin Məhəmməddir ki, özünü zəmanənin Makedoniyalı İskəndəri hesab edirmiş, saray əyanlarından tez-tez bu sözü eşitdikdə xoşhallanırmış, Bağdad xəlifəsini devirib İslam dünyasının yeni xəlifəsi olmaq xülyası ilə yaşayırdı, 1220-ci ildə moğallardan qorxub qaçaraq gizləndiyi cüzamlılar adasında əyninə örtməyə bir bez qırığı da tapmadan aclıqdan və soyuqdan faciəli şəkildə , sahibsiz bir it kimi ölmüşdü. O birisi isə Çingizxandır. Göy Tanrı bütün dünyanı moğallara verib, deyən Çingizxan. Bütün dünyanı tutmaq üçün ömrünün yetməyəcəyini bildiyindən əbədi yaşamağın sirrini öyrənmək istəyirmiş, bunun üçün Tibet dağlarında tənha yaşayan çox bilikli bir qocanı da məxsusi olaraq öz çadırına gətizdirmişdi. Amma qoca ona demişdi ki, müxtəlif dərmanlarla, bitkilərlə ömrü uzatmaq olar, amma əbədi yaşamağın çarəsi yoxdur. Bu söhbətdən bir neçə il sonra, yəni 1227-ci ildə Çingizxan da ölmüşdü.

O illərdə dünyaya sahib olmaq istəyən iki cahangir… Dünya mənim deyən iki bəy ərən… Nə oldu? Dünyanın ağası ola bildilərmi ? Əcəl aldı, yer gizlədi. Fani dünya kimə qaldı? Başqalarına… Bizlərə… Bizdən sonrakılara…

Dədə Qorqud həqiqətən də onlarımı nəzərdə tuturmuş?

Kim bilir…

Amma düşünmək üçün , həm də hisslərə deyil, ağıla güc vermək üçün yaxşı materialdır. Heç ağılla düşünmək istəməzmisiniz?

(son )

YORUMLAR

Henüz yorum yapılmamış. İlk yorumu yukarıdaki form aracılığıyla siz yapabilirsiniz.