Adana Adıyaman Afyon Ağrı Aksaray Amasya Ankara Antalya Ardahan Artvin Aydın Balıkesir Bartın Batman Bayburt Bilecik Bingöl Bitlis Bolu Burdur Bursa Çanakkale Çankırı Çorum Denizli Diyarbakır Düzce Edirne Elazığ Erzincan Erzurum Eskişehir Gaziantep Giresun Gümüşhane Hakkari Hatay Iğdır Isparta İstanbul İzmir K.Maraş Karabük Karaman Kars Kastamonu Kayseri Kırıkkale Kırklareli Kırşehir Kilis Kocaeli Konya Kütahya Malatya Manisa Mardin Mersin Muğla Muş Nevşehir Niğde Ordu Osmaniye Rize Sakarya Samsun Siirt Sinop Sivas Şanlıurfa Şırnak Tekirdağ Tokat Trabzon Tunceli Uşak Van Yalova Yozgat Zonguldak
Mengen °C

(<)img src="https://placehold.it/120x600">
deneme kod arasında img'den önce ve en son (<)kapama işareti arasında boşluk olmayacak < img src="https://www.5banners.com/store/img/cms/00102.gif" >

DƏDƏ QORQUDU DÜŞÜNƏRKƏN ( ikinci hissə )

19.01.2015
736
A+
A-

“Bundan əvvəl Kitab vermiş olduğumuz kimsələr… ”Bu, Qurani Kərimdə çox yerdə işlənən ifadədir. Bundan, yəni Qurani Kərimdən əvvəl. Həmin insanlara Kitab Əhli deyilir. Tövrat, İncil, Zəbur adlı səmavi Kitablar nəzərdə tutulur. O Kitablar iki qrupa bölünür; Əhdi–Ətiq, yəni köhnə buyuruq və Əhdi-Cədid, yəni yeni buyuruq. Əhdi-Ətiq həzrət İsaya qədər olan dövrə aiddir, Əhdi-Cədid isə həzrət İsa və onun həvarilərinin dövrüdür. Amma hər iki qrupun Kitabları həzrət İbrahimin İshakdan olan oğulları içindən çıxan peyğəmbərlərə verilmişdir. Bu nəsil Qurani Kərimdə İshakoğulları, İsrailoğulları, yəhudilər deyə xatırlanır. Bəs maraqlıdır, görəsən söhbət həmin bu nəsildən gedəndə niyə o boyda Qurani Kərimdə bir dəfə də olsun “yevrey” və ya “yevreyoğulları” kəlməsi işlənmir ? Niyə ?

Çünki yevreylər Samoğulları idilər. İshakoğulları isə, dediyim kimi, Yafət nəslindən, şumer türklərinin baş şəhərinin sakini, atasının adı Azər olan həzrət İbrahimin nəslindən idilər. Etiraz edənlərə isə Qurani Kərimdəki kimi demək lazımdır: ”Heç ağılla düşünməzmisiniz? “.

Həzrət Nuhdan sonrakı peyğəmbərlərin həmişə İbrahim—İshak nəslindən çıxdığını görən Samoğulları olan yevreylərdə ona görə bu nəsilə qarşı hər zaman sönməz, gizli bir nifrət hissi olmuşdur. Məhz bu səbəbdən onlar sağlıqlarında bütün o peyğəmbərlərə düşmən kəsilmişlər. Ehtiram edənlər həmişə sonrakı yevrey nəsilləri olmuşdur; o da ancaq ona görə ki, vəd olunan torpaqlara və digər millətlərdən üstünlüyə peyğəmbərləri tamamən inkar etməklə nail olmaq olmazdı. Amma müasirləri olan peyğəmbərlərin qanını içməyə hazır olmuşlar həsəd üzündən. Son böyük peyğəmbər İbrahim–İsmayıl nəslindən çıxdığında bu dəfə Mədinədəki yəhudilər məhz bu səbəbdən ona düşmən kəsilmişdilər. Qurani Kərimdə onların peyğəmbər düşmənçiliyinin səbəbi aydınca açıqlanmışdır: “Əhli Kitabdan bir çoxları onlara haqq bəyan olduqdan sonra nəfslərindəki həsəd üzündən sizi imanınızdan sonra kafirlər halına döndərməyi təmənna etmişlər.” / Surə 2 , ayə 109 /.

Bəli, bəli, həsəd üzündən. Bunu hər şeyi bilən Allah Təala deyir. Birbaşa ayətlərdəndir.Yəni içində gümanlar, təxminlər, ehtimallar qurulmayan ayətlərdən. Anlaşılırmı ? Heç olmasa sonuncu peyğəmbərin öz nəsillərindən çıxacağına ümid edən yəhudilər onun da həzrət İbrahim nəslindən, Yafətoğullarından olduğunu görüb dəli olmuşdular. Əlavə izaha ehtiyac varmı?

Deyirmişlər güya ona görə onun peyğəmbərliyini qəbul etmirlər ki, güya o, İshak nəslindən olmalıymış. Qəribədir, elə isə İshak nəslindən olan bütün əvvəlki peyğəmbərlərə niyə düşmən kəsilmişdilər? İslama qədər onlar bütün Ərəbistana yaymışdılar ki, son böyük peyğəmbər tezliklə zühur edəcək və özlərinin nəslindən olacaq, onlar da onun ardınca gedib bütün dünyaya sahib olacaqlar. Amma gözlədikləri kimi olmayanda, dörd min ilə yaxın onların peyğəmbərlərlə ədavətinə səbr edən Allah Təala son böyük peyğəmbərini seçmək üçün bu dəfə üzünü İsmayıl nəslinə tutanda onlar kin-küdurətlərindən Məkkə kafirləri ilə əlbir olmaqdan belə çəkinmədilər. Dindarın dindara qarşı kafirlə birləşməsi! Təsəvvür edirsinizmi bu nə deməkdir?!

Rəsulüllahın İsmayıl nəslindən çıxması faktının üstünə bir də İslam anlayışının əhatə böyüklüyünü, yəni yəhudi və xristianlığı da öz içinə alaraq dünyadan gəlib keçən bütün peyğəmbərlərin müslim adlandırılmasını da gəlin. Allah Təala həzrət Məhəmmədə deyir ki, Kitab Əhlinə “ De ki, ey Əhli Kitab! Bizdən xoşlanmamağınız bizim Allah Təalaya və bizə endirilənə və daha əvvəl endirilmiş olana iman etdiyimiz… üzündəndirmi?” / Surə 5, ayə 59 /.

Yəni belə demək mümkünsə, “İshak nəslindən olmasam da mən də həzrət İbrahim nəslindən deyiləmmi ? Sizə haqq lazımdırmı, yoxsa dünya ağalığı ? ”

Yəhudilər həzrət İsanın ailə qurmadığını, buna görə də İshakoğullarının peyğəmbərliyinin həzrət İsa ilə də bitdiyini bilmirdilərmi yoxsa ? Son peyğəmbərin gəlişini gözləyirdilərsə onun yalnız və yalnız İsmayıl nəslindən olacağına əmin deyildilərmi? Yoxsa həzrət İbrahimin bu ikisindən başqa oğlu varmışmı? Adının Əhməd olacağını, hətta kürəyinin tən ortasında göyərçin yumurtası böyüklükdə peyğəmbərlik möhürü hesab edilən xalın olacağına qədər bütün nişanələrini əvvəlki peyğəmbərlərin kitablarından oxumamışdılarmı ? Hələ 12 yaşında olanda əmisi Əbu Talıbla Şam səfərinə gedəndə qoca xristian rahib Bəhira balaca uşaqda həmin o əlamətləri görüb heyrətindən sarsılmamışdımı ? O da bu əlamətləri digər yəhudilər kimi köhnə kitablardan oxumamışdımı ? Tam əmin olmaq üçün uşağın köynəyini soyundurub kürəyinin ortasındakı həmin o peyğəmbərlik möhürünü görüncə sevincdən axan göz yaşları içində əyilib o xaldan öpməmişdimi ? Əbu Taliba da bərk-bərk tapşırmamışdımı ki, buradanca geri dönsün, çünki Şamdakı yəhudilər gələcək son böyük peyğəmbərin bütün əlamətlərini öz doğma oğullarının əlaməti kimi tanıyırlar, uşağı tələf edərlər ?

Niyə uşağı tələf etsinlər? Çünki çox kitablar oxumuş, yaşı yüzü haqlamış, dünyagörmüş o qoca yaxşı bilirdi ki, uşaq hansı nəsildəndir. Məkkə Qüreyşilərindəndirsə, demək İsmayılın nəslindəndir, yevreylərdən deyil. Yevreylərdən deyilsə demək ərəblərdən də deyil, çünki ərəblər də evreylər kimi Samoğullarındandırlar.

“Seçilmiş xalq”… “Allah Təala tərəfindən üstün ayılmış , Fələstin tərəflərdəki bərəkətli torpaqların vəd olunduğu xalq”…. Allah Təala bunu həzrət İbrahimdən törəyəcək nəsillər üçün deyir. Demək , əslində Allah Təala tərəfindən seçilmiş, bərəkətli torpaqlar vəd olunmuş xalq Yafətoğulları olan türklər imiş, o uzaq minilliklərdə, tufandan sonrakı o ilkin çağlarda qələm yevreylərin əlində olduğu üçün onlar bunu öz adlarına çıxmışlar. Dədələrimiz türklər isə savaş meydanlarında “baş kəsib, qan töküb, ad qazanmaqla, hünər göstərməklə ” məşğul olmuşlar deyə bundan xəbərləri olmamış.

Amma görürsünüzmü həqiqət itən deyil, gec də olsa yerini tapır. Odur ki başını hər zaman dik tut sevgili türk insanı. Sən ən şərəfli nəsildənsən, Allah Təalanın bütün digər nəsillərdən üstün seçdiyi nəsildənsən, bəşəriyyətə peyğəmbərlər bəxş edən nəsildənsən! Həbibullah İbrahim peyğəmbəri, Kəlimullah Musa peyğəmbəri, Ruhullah İsa peyğəmbəri, nəhayət, aləmlərə rəhmət olaraq göndərilmiş Rəsulüllah Məhəmməd peyğəmbəri insanlığa verən Yafət nəslindənsən!

( İbrahim peyğəmbərin Samoğullarına deyil, Yafətoğullarına aid olmasına gözəl bir yunan əfsanəsi də şahidlik edir. Bu “Prometey” əfsanəsidir. Mən “Əfsanəvi Arqo gəmisinin sirri” adlı əsərimdə “Arqonavtlar” əfsanəsindəki Afamantın İbrahim peyğəmbər olmasını, Yasonla bağlı hadisələrdə isə Musa peyğəmbər dövrünün hadisələrinin əlaqələrini faktlarla göstərdiyim üçün o əfsanə üzərində dayanmaq istəmirəm. Amma bilin ki, o əfsanə də, Prometey əfsanəsi də, ümumiyyətlə, bütün qədim yunan əfsanələri qədim yevrey və türk əfsanələrinin sintezidir, çünki o əsərimdə dediyim kimi, yunan xalqını Aralıq dənizi sahillərindən gəlmə yevreylər və Kiçik Asiyadan, eləcə də, Alp dağlarından aşıb Balkanlara doluşan türklər formalaşdırmışlar. Demək, Prometeyin də izi yevrey və türk xalqlarında axtarılmalıdır. Belə ki, məlum olduğu kimi, Prometey Zevsin əmri ilə Hefest tərəfindən qayaya zəncirlənmişdir, Hefestin isə Kolxida padşahı Eetin sarayı üçün tikililəri məlumdur. Həmin bu padşah Eet isə “Arqonavtlar” əfsanəsindən tanıdığımız Medeyanın atasıdır, ”Arqo” gəmisinin kapitanı Yasonun qaynatasıdır. Arqonavtlar isə İbrahim peyğəmbər zamanının səyyahları olduğu üçün demək Prometey də, Hefest də, Zevs də həmin o dövrün, yəni eradan qabaq 3500-cü illərin adamlarıdırlar. Tanrılar filanlar deyillər, bizim kimi adi adamlardırlar, sonralar əfsanələşdirilib ilahi pərdələrə bürüdülmüşlər. ”Prometey” sözü “pro” və “me-dhe” sözlərindən ibarət olub “öncəgörən”, ”irəlidüşünən” mənasındadır, yəni ləqəbdir. Öncəgörmək isə peyğəmbərlərə xasdır. ”İbrahim medhe”, “Avraam medhe” ifadəsi şəklini dəyişərək “Prometey” şəklinə düşmüşdür. Prometey də İbrahim peyğəmbər kimi tanrılara qarşı çıxmırmı? Sadəcə, ona verilən cəza fərqlidir. Əfsanədə o, qayaya zəncirlənir və bir qartal gəlib onun ciyərini yeyir, ciyər yenidən yaranınca qartal gəlib yenə onu yeyir. Həqiqətdə isə bütləri sındırdığına görə qəbilə üzvləri onu zəncirləyib tonqalın içinə atırlar ki, yansın, amma o, Allah Təalanın əmrilə yanmır, ölmür. Cəza fərqli olsa da son eynidir; qartal hər dəfə onun ciyərini yesə də Prometey ölmür. Sonunda Herakl o qartalı oxla vurub öldürür və Prometeyi bu əzabdan xilas edir.

İbrahim peyğəmbər dövründən ta yunan xalqı formalaşana qədər bir neçə min il keçdiyi üçün əfsanədə önəmli bir şey qarışdırılmışdır: guya Prometey gildən adamlar düzəldirmiş, Afina da onlara öz ruhundan üfürüb canlandırırmış. Ola bilsin əfsanə yaradıcıları ona bu bacarığı verməklə onu adi adamlar cərgəsindən çıxarıb ilahiləşdirmək məqsədi güdmüşlər. Həqiqətdə isə gildən insanlar deyil, bütlər düzəldən İbrahim peyğəmbər yox, onun atası Azər olmuşdur.

Prometeyin odu tanrılardan oğurlayıb insanlara verməsi, tanrıların da buna görə ona qəzəblənməsi o deməkdir ki, İbrahim peyğəmbər bütlərə tapınmamaq, tək olan Allaha inanmaq həqiqətini insanlara çatdırdığı üçün bütpərəst başbilənlərin qəzəbinə səbəb olmuşdur.

Prometeyin arvadının adı Hesiona olmuşdur. ”Arqonavtlar”dakı Afamantın ikinci arvadının adı İona olmuşdur. Hesiona… İona… Uyğunluq varmı?

Demək, Prometey İbrahim- medhey, İbrahim öngörücü, yəni İbrahim peyğəmbər imiş. Elə isə xatırlatmaq istəyirəm ki, yunan tanrılarının genealogiyasına görə Prometey titanlardan Yapetin ( Yafətin ) oğlu olmuşdur. Odur ki Prometey kimi əfsanələşdirilmiş İbrahim peyğəmbər Samoğullarından, yevreylərdən deyil, Yafətoğullarından, yəni türklərdəndir.)

Yevreylər, təbii ki, bu fikri yaxınlarına belə buraxmazlar. Onlar heç Rəsulüllahın həqiqiliyini də bu günəcən qəbul etməmişlər. Çünki əvvəlki peyğəmbərlərdən fərqli olaraq o, ərəblər içində yaşayanlar arasından çıxmışdı deyə onu da qələmlərinin bir tək hərəkəti ilə öz nəsillərinə “dartmaq” imkanından məhrum olmuşdular. Və nə qədər ki, başqa millətlərdən üstün olmaq xəstəliyindən sağalmayacaqlar, heç zaman onun həqiqiliyini qəbul etməyəcəklər. Çünki onu peyğəmbər kimi qəbul etməklə əvvəlki peyğəmbərlərə etdikləri zülmə görə Allah Təalanın onlara qəzəblənməsini, onlardan üz döndərməsini və məhz buna görə son peyğəmbərini onlar arasında yaşayanlardan seçmədiyini boyunlarına almış olarlar. Qurani-Kərimdə onların əsrlərlə peyğəmbərlərə etdikləri zalımlıqlar barədə çox sayda ayələr vardır. İçlərində zaman-zaman ilahi nur kimi parlayan peyğəmbərlərin qədir-qiymətini bilmədikləri üçün Allah Təala onlara gözəl bir misal da çəkmişdir: “Özlərinə Tövrat yüklənmiş, sonra onu yüklənməmiş olanların misalı cildlərlə kitab daşıyan eşşəyin misalı kimidir.Allahın ayələrini təkzib edən qövmün misalı nə qədər fənadır və Allah zalımlardan olan qövmü doğru yola sürüməz. De ki: Ey yəhudi olan kimsələr! Əgər siz Allah üçün insanlardan ayrı dostlar olduğunuzu xəyal edirsinizsə indi ölüm arzulayın, əgər siz Ona sadiq kimsələrsinizsə. Halbuki onu əbədiyyən arzu etməzlər əllərinin təqdim etdiyi — günah— səbəbiylə. Allah isə zalımları haqqıyla biləndir. ” / Surə 62, ayə 5-6-7 /.

Bu yerdə türk kəlməsinin özünə də münasibətimi bildirmək istəyirəm. Mən bu kəlmənin əski türkcədə “ayrı düşmək”, ”uzaqlaşmaq” anlamına gələn “tərik düşmək” sözündən gəldiyini qəbul edənlərlə tam razıyam. Amma kəlmənin türklərin sayı çoxaldıqdan sonra bir-birlərindən ayrı-ayrı yerlərə köç etdikləri zamanlarda bu millətə verildiyi ilə razı deyiləm. Mənim fikrimcə “türk” kəlməsinin yaşı həzrət Nuhun yaşı qədər qədimdir, çünki atasından, qardaşlarından ayrılaraq uzaqlara, Orta Asiyaya getməklə ilk tərik düşən , yəni ilk tərik, ilk türk Yafət olmuşdur. Belə olan halda “tərik düşmək” ifadəsinin özünün yaşı həzrət Nuhun özündən də qədim olur; bu ifadə tufanın o üzündəki bəşəriyyətə gedib çıxır. Tufandan salamat çıxan, üç oğula və üç gəlinə sahib olan ahıl yaşlarında bir adamın özündən yeni bir dil icad etməsinə nə ehtiyac vardı ki? O da , oğulları da tufanın o üzündə danışdığı dildə danışmalı deyildilərmi? Tufanın o üzündəki bəşəriyyət isə dini bilgilərə görə vahid dildə danışan vahid millət imiş. Əgər Nuh peyğəmbər həmin o vahid millətin dilində danışırmışsa…Və o millət də həzrət Adəmdən törəyən ilk bəşəriyyət imişsə… Onda, demək ,o millətdən əvvəl həzrət Adəmin özü bu dildə danışıbmış. Yenə etiraz səsləri ucalacaq, bilirəm. Bir növ adətkərdə olmuşam etiraz səslərinə. Amma ilk insanın adının ərəblərdə “Adəm”, yəhudi və xristianlarda “Adam” olduğu barədə heç düşündünüzmü? İndiyədək də şüurlu, danışan, ikiayaqlı varlıqlara türk millətindən başqa hansı millət “adam” deyir? Yoxsa sanırsınız bu bir təsadüfdür?

Təsəvvür etmək çətin olsa da, sadəcə belə bir səhnə düşünün: Yaradan gildən bir varlıq yaradır, sonra ona öz Ruhundan üfürüb can verir və soruşur: ”Sən nəsən?”. Həmin varlıq da cavabında deyir: ”Adam”… Yəni sözəm mən, isiməm, yəni sözdən yarandım, ”ol” dedin oldum. Adam, ad.

Yəni heç ağılla düşünməzmisiniz ?

İlkin çağlarda həzrət Nuhun özü də, oğulları da və onlardan törəyənlər də bu vahid dildə, yəni əski türkcə ilə danışmışlar. Yafətoğulları bu dili Orta Asiyada qoruyub saxlamış, amma Sam və Xamoğulları minillər ötdükcə dillərini dəyişmişlər. Mən bu fikirdəyəm və bunun həqiqət olduğuna qətiyyən şübhəm yoxdur. Ona görə də içlərindən çıxan peyğəmbərlərlə bəşəriyyəti doğru yola çağıran bu nəsilin “Dədə Qorqud” kimi möhtəşəm bir dastan yaratmasında mənim üçün qətiyyən təəccüblü heç bir şey yoxdur.

Dədə Qorquddan danışırdım mən. Oğuz xandan. Amma min illərin əfsanələr dumanı içində bir tək həqiqəti axtara-axtara fikirlər aldı apardı məni.. Oğuz dədələrimin ilkin çağlarına kiçicik bir işıq saldım ki, türk dilinə və türk millətinə həqarətlə baxan ağzıgöyçəklər deməsinlər ki, mədəniyyətdən uzaq vəhşi köçərilər hesab etdiyimiz bu adamlar necə oldu da durub dururkən poetik dil baxımından dünyada tayı-bərabəri olmayan möhtəşəm bir dastan yaratdılar. Qələmlər ucunda tarixə soxulanların saxta pərdələrinin ucunu azacıq qaldırmaq belə yetdi ki, həqiqət gün kimi parlasın, gör indi tarixçilər əllərini vicdanlarının üstünə qoyaraq bu pərdəni tamamilə sıyırıb atsalar daha nələr nələr aydınlığa çıxar!

Türk dilində möhtəşəm əsər yaratmaq olmazmış!!! Bu da nə demək?! Türkün dili aydın, sərrast, qısa hərb dilidir. Bəli. O ilkin çağlardan ta bu yaxın əsrlərə qədər savaş meydanlarının bir tək, yeganə sahibləri olduqlarından əminəvələri olan yevreylər və ərəblər qələmlərinə və dillərinə güc verməyə məcbur olmuşlar. Ərəblər fikirlərini ibarələrlə, çoxanlamlı sözlərlə ifadə etməyi öyrənmişlər, yevreylər isə peyğəmbərləri qələmləri ilə öz nəsillərinə “dartmaqla” məşğul olmuşlar.. Sonralar türk və yevrey qarışığı olaraq Yer üzünə təşrif buyuracaq pəhləvi-farslar şer meydanında hünər göstərməyə çalışmışlar. Və sanki türk ozanları türk millətinin söz meydanındakı bu boşluğunu birdəncə görüb türk şifahi dilinin nəyə qadir olduğunu göstərmək üçün qol çırmamışlar. Və sonunda “Dədə Qorqud” kimi bənzərsiz bir dastan yaratmağa nail olmuşlar. Elə bir dastan ki, dünya xalqlarının bütün dastanlarını tərəzinin bir gözünə, onu digər gözünə qoyacaq olsan, o ağır gələr heç şübhəsiz.

Nə isə… Demək Oğuz xan… Tufandan sonrakı ilkin çağlar…

Amma xeyr, Dədə Qorqud o uzaqlıqlara gedib çıxmır. Ən azı ona görə ki, dastanda İstanbulun da adı çəkilir. Əvvəlki adı ilə Konstantinopol olan bu şəhər isə eramızın dördüncü əsrinin əvvəllərində salınmış və şəhərin rəsmi açılışı 330-cu ildə olmuşdur. Bu bir səbəb. İkinci səbəb… təccüblü olacaq, amma səbəb Qaraca Çobanın sapandıdır!

Yeniyetməlik vaxtlarımda dastanı oxuduğumda Qaraca Çobanın bir tək sapandla o qədər kafirlərlə vuruşması, onları qaçmağa məcbur etməsi məndə gülüş doğururdu. Çünki sapand mənim təsəvvürümdə uşaqlıqda şərçə, qaratoyuq vurmaq üçün haça budaqdan düzəltdiyimiz əl boyda “ov” aləti idi. Haça budaqlara rezin, rezinlərin ucuna da daş qoymaq üçün kiçicik dəri bağlardıq. Fındıq böyüklüyündə olan daşları quşlara atardıq. Yüz daşdan 98-i hədəfə dəyməzdi, ikisi də şübhəli olardı. ”Deyəsən dəydi, amma uçdu getdi” deyə özümüzü sındırmazdıq. Böyük bir elin on minlərlə qoyun-quzusunu əl boyda sapanda necə etibar etmək olardı? Müəllimlərimiz bizi başa salmağa çalışardılar ki, sapand böyük olub, çünki dastanda deyilir ki, Qazan xanın yurdunu talan edən kafirlərin qoyun-quzu üçün də gələcəklərini bilən Qaraca Çoban sapand üçün üç təpə daş yığmışdı. Daşlar iri imiş, hər biri bir neçə kafiri xurd-xəşil edirmiş. İri, amma nə böyüklükdə? İrilik də xırdalıq kimi nisbi anlayışdır. Vuruşma zamanı daşlar bitincə Qaraca Çoban əlinə keçən qoyun-quzunu da sapanda qoyub atır. Aha!. Demək sapandın bizim fındıq boyda daşları qoyduğumuz dərisi qoyun-quzu sığacaq qədər böyük olmalı imiş. Aaaa! Təsəvvür edirsinizmi? Onda sapandın haçası nə böyüklükdə imiş görəsən? Əl boyda haçadan qoyun-quzu keçməz ki. Sonra… Sapanddakı daşı atmaq üçün haçanı bir əllə tutmaq, digər əllə daş qoyulmuş dərini dartmaq lazımdır. Sapanda qoyulmuş qoyunu tək əllə dartmaq?! Yəni Qaraca Çoban nə böyüklükdə olmalıymış ki, tək bircə əli qoyunu qamarlayacaq irilikdə olsun? Div deyildi, təpəgöz deyildi, adi adam idi. Deyə bilərlər onunla bərabər iki qardaşı da vuruşmuşdur. Amma xeyr, qardaşları vuruşma zamanı öldürülür, Qaraca Çoban tək qaldığı zaman daşlar bitir və daş əvəzinə qoyun-quzunu tək qaldığı zaman sapanda qoyub atır. Yaxşı, bəlkə sapand o qədər böyükmüş ki, əllə tutulmurmuş, yerə qoyulurmuş? Ya da , ümumiyyətlə, bizim bildiyimiz haça formalı kiçik sapandlardan deyilmiş, sadəcə olaraq , uzaq məsafəyə dartılaraq daş ata bildiyi üçün ona sapand deyirmişlər?

Dastana müraciət edək. . Qaraca Çoban “üç yerdə təpə kimi daş yığır, ala qollu sapandını əlinə alır… Sapandının daşlığı üçyaşar dana dərisindən, sapandının qolları isə üç keçi tükündən düzəlmişdi. Sapandın çatısı bir keçi tükündən idi…” Qəribə sapanddır elədirmi? Heç uşaqlıq oyuncağımız olan sapandlara bənzəmir nəsə. Diqqət edin: sapandın ala qolunu əlinə alır. Bu , sapandın əsas hissəsi olmalıymış ki, ayrıca vurğulanmışdır. Həm də təkdir. ”Ala qolları” deyilmir. Ala qol. Bir tək qol. Üç keçi tükündən düzəlmiş hissə isə cütdür, “qollar”dan söhbət gedir. Həəə. Mancanaq deyilmi bu? Avropalıların ballist, katapult dedikləri daş və ya qalın uzun ox atan hərb alətlərinə türklər mancanaq, mancınık, sapan deyirdilər. Mancanaqlar silahın qabaq hissəsində sağ və sol tərəfə bərkidilmiş öküz buynuzlarının kaman kimi, yay kimi gərilmə qüvvəsi hesabına işləyirdi. Buynuzları dartmaq üçün onların uclarına oküz damarlarından və ya keçi tükündən hörülmüş qalın, son dərəcə möhkəm kəndir bağlanırdı. Bu kəndir başqa bir kəndirlə mancanağın arxa tərəfində qoyulmuş barabana dolanırdı; beş-on adam lazım olurdu o barabanı hərlədə-hərlədə o kəndiri barabana dolamağa., çünki buynuzu dartmaq kaman dartmaq kimi asan məsələ deyildi. Atış vaxtı olanda barabanı sərbəst buraxırdılar, gərilmiş buynuzlar anidən düzəldiyi üçün barabana d olanmış kəndir də anidən açılırdı və böyük qalın ox ildırım sürəti ilə 500—1000 metr məsafəyə uçurdu. Həmin buynuzlara qollar deyilirdi. Daş atan mancanaqlarda ox yeri əvəzinə şaquli hərəkət edə bilən iki- üç metr uzunluğunda ağac tir olurdu, buynuzlara bağlanmış kəndir həmin bu tirin arxasına keçirilirdi. Baraban hərləndikcə bu ağac tir də aşağı enirdi. Ağacın ön hissədəki ucuna daimi ağırlıq asılardı və ya bərkidilərdi, kəndirlər tərəfdəki ucunda isə daş q oymaq üçün öküz dərisindən böyük daşlıq vardı. Atış vaxtı gərilmiş buynuzlar düzələndə həmin bu ağac tir də sürətlə yuxarı doğru hərəkət edər və daşlıqdakı böyük daşları çox uzaqlara atardı. Top-tüfənglərin ordularda özlərinə möhkəm yer aldıqları orta əsrlərə qədər bu silahlardan qalaların müdafiəsi və mühasirəsi zamanı çox geniş istifadə olunurdu. Bax həmin o ağac tir, tək qol Qaraca Çobanın əlinə aldığı ala qol imiş..

Bu döyüş alətinin eramızdan əvvəl beşinci əsrdə Çində icad olunduğu deyilir. Avropada Makedoniyalı İsgəndər zamanından yayğın imiş. Qılınc-ox dövrünün ən dəhşət doğuran silahı imiş. Qədim tarixçılərin yazdığına görə sapanlardan, mancanaqlardan atılan daşların elə dağıdğcı gücü varmış ki, onların qabağında nə piyadaların qalxanları, nə də süvarilərin zirehləri davam gətirə bilmirmiş, onlara nə torpaq dözə bilirmiş, nə də insanların tikililəri. Daşlar 5 kg, 13 kg, 26 kg, hətta üç talant, yəni 78 kg ağırlığında olurdu, qalaların divarları, qullələrin ucları mancanaq-sapanlardan atılan daşların zərbi ilə dağım-dağım olurdu. Torpağa düşərkən böyük çökəkliklər əmələ gətirdikləri üçün toz-torpaq göyə qalxardı. Diqqət edin: Qaraca Çoban “hər atanda 12 batman daş atardı. Atdığı daş yerə düşməzdi. Yerə düşsə də toz kimi sovrular, kül kimi ovulardı. 3 ilədək daşın düşdüyü yerin otu bitməzdi..”.

Demək, Qaraca Çobanın sapanı bütün Avropa və Asiyada məşhur olan mancanaq adlı dağıdıcı hərb alətiymiş. Amma Oğuzlara nə zaman gəlib çıxmışdır o silah? Önəmli olan budur..
( ardı var

YORUMLAR

Henüz yorum yapılmamış. İlk yorumu yukarıdaki form aracılığıyla siz yapabilirsiniz.