Adana Adıyaman Afyon Ağrı Aksaray Amasya Ankara Antalya Ardahan Artvin Aydın Balıkesir Bartın Batman Bayburt Bilecik Bingöl Bitlis Bolu Burdur Bursa Çanakkale Çankırı Çorum Denizli Diyarbakır Düzce Edirne Elazığ Erzincan Erzurum Eskişehir Gaziantep Giresun Gümüşhane Hakkari Hatay Iğdır Isparta İstanbul İzmir K.Maraş Karabük Karaman Kars Kastamonu Kayseri Kırıkkale Kırklareli Kırşehir Kilis Kocaeli Konya Kütahya Malatya Manisa Mardin Mersin Muğla Muş Nevşehir Niğde Ordu Osmaniye Rize Sakarya Samsun Siirt Sinop Sivas Şanlıurfa Şırnak Tekirdağ Tokat Trabzon Tunceli Uşak Van Yalova Yozgat Zonguldak
Mengen °C

(<)img src="https://placehold.it/120x600">
deneme kod arasında img'den önce ve en son (<)kapama işareti arasında boşluk olmayacak < img src="https://www.5banners.com/store/img/cms/00102.gif" >

Dədə Qorqudu düşünərkən. (üçüncü bölüm )

Dədə Qorqudu düşünərkən. (üçüncü bölüm )
21.01.2015
710
A+
A-

DƏDƏ QORQUDU DÜŞÜNƏRKƏN

( üçüncü hissə )

Dədə Qorqudun izinin eramızdan əvvəllərə gedib çıxmamasına üçüncü və ən əsas sübut isə İslam dinidir.. ”Koroglu” dastanından fərqli olaraq bu dastandakı müsbət qəhrəmanlar müslimdir, döyüşlərdən qabaq Allah Təalanın, həzrət Məhəmmədin adını çəkirlər. Qəribə adamlar var vallah, zorla beyinlərə yürütmək istəyirlər ki, dastan sonradan islamlaşdırılmışdır. Koroğlu və dəliləri islamdan uzaq olduqları halda onları zorla on altıncı əsrə, həm də türk xəlifələrinin qulaqlarının dibinə qoyurlar, amma “Dədə Qorqud “ dastanından islam ətri gəlməsinə baxmayaraq onun islami olmasına şübhə edirlər. Nə isə…

Bayaq dedim dastanda Azərbaycanın bir neçə şəhərinin adı çəkilir. Yəni elə buna istinad edərək demək olarmı ki, dastandakı oğuzların vətəni Azərbaycan olmuşdur?

Qulaq asın. Dastandakı hadisələr alaçıqlarda, çadırlarda yaşayan köçəri tayfaların başlarına gələnlərdir, hökmdarları Bayındır xan da, Qazan xan da çadırlarında hökmranlıq edirlər. Azərbaycan türkünün oturaq həyata keçməsi isə eramızdan qabaqkı minilliklərə gedib çıxır. Nə Dara, nə də Makedoniyalı İsgəndərin görüşdüyü Bərdə hakimi Nüşabə xanım çadır adamları deyildilər. Dəbdəbəli saraylarda yaşayırdılar. Digər tərəfdən, “Bəyburanin oğlu Bamsı Beyrəyin boyu” hekayəsində Rum elinə, İstanbula gedən Oğuz tacirlərindən danışılır; onlar geri döndüklərində dincəlmək üçün Dərbənddə dayanırlar.Yaxşı, əgər onlar Azərbaycandan getmişdilərsə geri döndüklərində vətənin şimalında niyə dayanırdılar? Azərbaycandan İstanbula ən qısa yol Qara dənizin cənubundan deyilmi? Yoxsa o tacirlər Dərbənd keçidi ilə Şimali Qafqaza çıxıb Qara dənizin şimalı ilə o boyda Dəşti-Qıpçaqdan keçərəkmi İstanbula getmişlər? Ola bilər.Tacirlər də rəssamlar kimi azad adamlardı, hətta dastanda aydınca deyilsə də onların əsas məqsədi məhz İstanbulda ticarət etmək, daha doğrusu , hədiyyələr almaq idi, hansısa təhlükə və ya əlavə gəlir əldə etmək ehtimalı ilə yaxın yolu qoyub uzaq dolambac yollarla da gedə bilərdilər. Amma bəs digər hekayədəki — “Bəkil oğlu İmranın boyu” hekayəsində deyilənlər ? Diqqət edin: Gürcüstandan hər il xərac olaraq göndərilən qızıl-gümüş əvəzinə o il cəmisi bir at, bir qılınc, bir də çomaq gətirilir. Bayındır xanın dilxor olduğunu görən Dədə Qorqud deyir ki, bunları bir igidə verək, Oğuz elinin qarovulunu çəksin. Qarovul çəkməyə heç kim razı olmur, təkcə Bəkil razı olur. Sonrasına fikir verin. ”Bəkil qalxdı, yeri öpdü. Dədəm Qorqud gətirilən qılıncı onun belinə bağladı. Çomağı çiyninə saldı, yayı qoluna keçirdi. Bəkil şahanə ayğırı çəkdirib mindi. Qohum-əqrəbasını ayırdı, ev-eşiyini yığışdırdı, Oğuz elindən köçdü. Bərdəyə, Gəncəyə gedib məskən saldı. Gedib doqquz tümənlik Gürcüstan sərhəddində çadır qurdu. Qaravulçuluq elədi. Buralara yad kafir gəlsə idi başını Oğuz elinə hədiyyə göndərərdi…” Görürsünüzmü, adam Oğuz elindən köçüb Bərdəyə, Gəncəyə gəlir. Bu ş əhərlər ta qədimlərdən Azərbaycan şəhərləridir. Əgər dastandakı Oğuzlar Azərbaycan Oğuzlarıdırsa Bəkil Azərbaycanı tərk edib Azərbaycanamı gəlir?

Demək , Oğuzlar Azərbaycanı Oğuz torpaqları hesab etmirdilər. Azəri türkləri də Oğuz xanın törəmələrindəndir, amma yaşadıqları torpaqlar Oğuz torpaqları deyildir. Yazımın əvvəlində qeyd etdiyim kimi Azərbaycandır.

Bəs Oğuz torpaqları haradadır?

Oğuz xan… Bütün Oğuzların əcdadı, xan babası… Türklük arasında həm birliyin, həm də ayrılığın ilkin səbəbkarı… Belə ki, onun səma qızından üç oğlu, Yer qızından da üç oğlu olmuşdur. Səma qızından olanlar Günxan, Ayxan, Ulduzxan, Yer qızından olanlar Göyxan, Dağxan, Dənizxan. / Səma qızından olanların adları zamanla, Yer qızından olanların adları məkanla bağlıdır. / Bu oğullar bir gün çöllukdən bir qızıl kaman və yanında da üç ox tapırlar. Bunları gətirib atalarına verirlər ki, aralarında bölsün. Oğuz xan qızıl kamanı üç yerə bölüb səma qızından olan üç oğluna verir və onları “bozok” adlandırır. Üç oxu isə Yer qızından olan üç oğluna verir və onları da “Üçok” adlandırır. Bəzi tədqiqatçılar “bozok” kəlməsini sındırılmış kamana görə “bozuk” /pozuk/ kimi, bəziləri isə “boz” sözünü “böyük” kimi mənalandırırlar. İlk üç oğul obirilərdən böyük idilər, ”bozoğul” , ”bozoğlan” isə əski türkcədə böyük oğul mənasında işlənmişdir. İlk zamanlarda “Bozok” və ”üçok” kəlmələri o oğullardan törəyənlər üçün “Bozoğuz” və “Üçoğuz” kəlmələrinə çevrilmişdir. Bozoklardan törəyənlər “Biz Bozoklarız və ya Bozokuz”, Üçoklardan törəyənlər isə “Biz Üçoklarız və ya Üçokuz” demişlər. Bozoğuz və Üçoğuz kəlmələri buradan yaranmışdır. / Bəs Oğuz xanın özünün adı ? O damı “ox”la əlaqəlidir ? /

Minilliklər keçəndən sonra həmin o Oğuzlardan törəyənlərin bir hissəsi İslamı qəbul edir, müslim Oğuzlar İslamı qəbul etməyənlərdən uzaqlaşıb Altay—Aral gölü həndəvərindən qərbə və cənuba doğru hərəkət edirlər. Köç edənlərə Dış Oğuz, dədə-baba yurdunda qalanlara isə İç Oğuz demişlər. Dış Oğuza bəzən məna təhrif olunaraq Daş Oğuz / Taşaüz, Taşüz / də deyilmişdir. “Üç Oğuz” kəlməsi isə Oğuzların bir hissəsinin bu “dış”lanmasından sonra yerini “İç Oğuz” kəlməsinə vermişdir. Yəni dastandakı hadisələrin cərəyan etdiyi dövrlərdə Oğuzlar artıq Bozoğuz və Üçoğuzlara deyil, Dış Oğuzlara və İç Oğuzlara bölünürdü. Dastanda adı keçən “Qalın Oğuz elləri” isə, sadəcə, İç Oğuzun Altay ətəklərində, yəni şərq tərəflərində böyük çoxluqla yaşayan hissəsi idi..

İslamı qəbul etmiş Oğuzlar on birinci əsrdən etibarən “türkmən” adlanmağa başlandılar. “Türkmən” sözünün “tərəkəmə” sözündən gəldiyini qəbul etmək doğru olmaz; güya köçəri olduqlarına görə tərəkəmə adlanmışlar. O zaman İçOğuzlar nədən tərəkəmə adlanmamışlar? Onlar da köçəri deyildilərmi? Yoxsa “türkmən” adlananların köçəri olmaları, çadır həyatı sürmələri islamı qəbul etdikdən sonra bəlli olmuşdu? Mən “türkmən” sözünün “türkiman” kəlməsindən gəldiyini qəbul edənlərlə razıyam. Türkiman, yəni islamı qəbul edib İçOğuzlardan fərqli olaraq imanlı olmuş türk. ”Kitabi Dədə Qorqud “ hekayələri dastandan göründüyü kimi Oğuzların İç Oğuzla Dış Oğuza ayrılmalarından sonraların hekayələridir. Əgər türkimanlıq on birinci əsrdən yaranmışsa və məhz bu səbəbdən, yəni İslamı qəbul etmə səbəbindən Oğuzlar İç və Dışa bölünmüşlərsə , demək , dastandakı hadisələr on birinci əsrdən əvvəl baş verə bilməzdi. Bu birmənalıdır.

On birinci əsrin ikinci yarısı… 1071-ci il… Bizanslılarla Səlcuklu türkimanları arasındakı Malazgird savaşı… Ərəb xilafəti ilə Sasanilərin əsrlərlə qəti olaraq heç cür məğlub edə bilmədikləri Bizanslıları bu dışoğuzlardan sultan Alp Arslanın başçılığı altında olan türkimanlar sarsıdıcı məğlubiyyətə uğradıb onları Kiçik Asiyadan, yəni indiki Türkiyə ərazisindən qovurlar və özləri orada məskunlaşırlar. Türkiyə türkləri bu dastana vahid türk millətinin dastanlarından biri kimi hörmət edirlər, lakin onu ozlərininki hesab etmirlər: bu dastan onlarda “Koroğlu” dastanı qədər sevilmir. Əgər Dədə Qorqud hekayələri Malazgird savaşına qədər türkimanlarda olmuş olsaydı, onlar bunu özləri ilə Kiçik Asiyaya gətirməli deyildilərmi? Tam dastan halında olmasa da ayrı-ayrı hekayələr o boyda xalqın yaddaşından silinə bilərdimi? Söhbət Türkiyə türklərinin Dədə Qorqud araşdırmalarına get-gedə maraqlarının artmasından getmir, onu qeyri-türklər, qeyri-müslimlər də çox araşdırırlar. Söhbət dastanın xalqın qanına hopmasından, onu özününküləşdirməsindən gedir. Demək ki İslamı qəbul etmiş Oğuzlarda — türkimanlarda on birinci əsrin ikinci yarısında da bu hekayələr mövcud deyildi. Əgər Oğuzlar bundan azca əvvəl İç və Dışa bölünmüşdülərsə bu da o deməkdir ki, dədə-baba yurdlarında qalan İç Oğuzlarda da hələ bu hekayələr mövcud deyildi. Belə ki, böyük bir dastan dünənə qədər bir olan xalqın bir qisminin yaddaşından İslamı qəbul etməklə və ya haralarasa köçməklə silinə bilməzdi. Ona görə də qətiyyətlə, demək olar ki, Dədə Qorqud hadisələrini on birinci əsrdən sonralarda axtarmaq lazımdır.

Belə bir rəvayət var ki, Rəsuli-Əkrəm zamanında Dədə Günəş adlı bir adam zühur edir. Qeybdən dürlü-dürlü xəbərlər verirmiş. Bu “dədə” sözünə və geybdən xəbərlər verməsinə görə bu adamı çoxları Dədə Qorqud hesab edib dastandakı hadisələri yeddinci əsrə aid etmişlər. Amma bəs Oğuzların İç və Dış deyə iki qismə ayrılması məsələsi necə olsun? Əgər bu parçalanma məsələsi əvvəlindən sonuna kimi dastanın mayasına hopmuşsa və parçalanma da qeyd etdiyim kimi Oğuzlardan bir hissənin İslamı qəbul etməsi nəticəsində baş vermişsə dastandakı hadisələri yeddinci əsrdə axtarmaq nə dərəcədə doğrudur ? İslam Rəsuli-Əkrəm zamanında Orta Asiyaya gəlməmişdi axı; buna yüz illər gərək olacaqdı. Bundan başqa dastanın heç bir yerində Dədə Qorqudun qeybdən xəbər verməsi haqqında heç bir məlumat yoxdur. O, müdrik el ağsaqqalıdır, xalqının xeyrində-şərində iştirak edən, hünər göstərənlərə ad verən çox hörmətli bir ozandır. Qeybdən dürlü-dürlü xəbərlər verən dədə şamanlar isə Oğuz ellərində ta qədim zamanlardan çox olmuşdur. İndi hansının adının önündə “dədə” varsa Dədə Qorqudu həmin adam hesab edəkmi? Çox sevdiyimizdən daha dünənin məşhur el aşıqlarına da “Dədə Ələsgər”, “Dədə Şəmşir” demirikmi?

Teymurləngin ölümündən bir neçə il sonra , 1410-cu ildə Səlcuklu türkimanlarından Qaraqoyunlu Qara Yusif İranı və Azərbaycanı hakimiyyəti altına alır. 1458-ci ildə digər Səlcuklu türkimanları olan Ağqoyunlular Uzun Həsənin başçılığı altında onları məğlub edirlər. Uzun Həsən İranı, İraqın xeyli hissəsini, Gürcüstanı Azərbaycana qataraq Təbriz taxtına oturur. / İndiki Ermənistan əraziləri də Ağqoyunluların hakimiyyəti altında idi, sadəcə olaraq, o vaxt bu adda ölkə yox idi deyə adını demədim, o ərazilər tarixən Azərbaycan torpaqları olmuşdur, “Ərminiyyə” deyilən şey isə başqa yazımda göstərdiyim kimi “Bizans” deməkdir və buna görə də bu günkü Hayastana qətiyyən aidiyyatı yoxdur. /. Və məhz Uzun Həsənin padşahlığı dövründə son dərəcə qüvvətlənən, hətta Osmanlı kimi qüdrətli bir imperiya ilə kəllə kəlləyə gələn Azərbaycanda onun əmri ilə Dədə Qorqud haqqındakı hekayələr dastan halında toplanıb ilk dəfə yazıya alınır. Və elə məhz buna görə də belə bir fikir mövcuddur ki, dastanı müsliman hökmdar yazıya aldırdığı üçün dastan islamlaşdırılmışdır; yəni xalq yaddaşında ikən dastanın qəhrəmanları islamdan uzaq imişlər. Əgər bu fikir doğrudursa , amma eyni zamanda hadisələri on birinci əsrdən qabaq axtarmaq əbəsdirsə onda demək bu hadisələri on birinci əsrlə on ikinci əsrin yarısı arasında axtarmaq lazımdır. Niyə? Çünki bütün Türküstanı, eləcə də İç Oğuzları içinə alan Böyük Xarəzm imperiyası on ikinci əsrin ortalarından təşəkkül tapmağa başlamışdır. Xarəzm ayaqda durduğu müddətdə İç və Dış Oğuzlar Xarəzmşahdan asılı idilər. Əlbəttə, Bayındır xan xanlar xanıdır, müstəqildir, hakimiyyət məsələsində əlinin üstündə əl yoxdur. Amma bu müstəqillik, bu təkhakimiyyətlik dastana görə də belə ola bilər. Dastana görə Koroğlu da müstəqildir, amma həqiqətdə o, Çingizxanın sərkərdələrindən biri imiş. Oğuzlar Xarəzmin sərhədlərini aşıb Dərbənd tərəflərə savaşa getmək kimi məsələlərdə Xarəzmşahdan asılı olmalı idilər. Amma dastanda Bayındır xan mütləq, yeganə hökmdardır. Demək , əgər dastan islamlaşdırılmışsa ondakı hadisələri Xarəzmin yaranmasına qədərki dövrlərdə axtarmaq lazımdır.

Amma gəlin tələsməyək. ”İslamlaşdırılıb” demək asandır. Necə ola bilər; Uzun Həsənə qədər yüzillələ xalqın yaddaşında möhürlənmiş hekayələrin ruhu birdəncə dəyişdirildi, hökmdar əmri ilə qələmin bir hərəkəti ilə onlara yamaq vurulub yenidən xalqa sırıldı, xalq da bunu qəbul etdi, eləmi? Xalq yaddaşı ən qüdrətli padşahların qüdrətindən üstündür, qələmlə-kağızla silinməz. O yaddaşa nə necə yapışsa elə də qalar. O hekayələr sadəcə kitab halında qalsın deyə Uzun Həsən onları yazıya aldırmışdı. Onlara yenidən əl gəzdirilsə xalqın o dəyişiklikləri qəbul etməyəcəyini hər halda bilməmiş deyildi. Üstəlik, xalqın böyük əksəriyyəti o çağlarda oxuma-yazma bilmirdi; ona görə də hökmdar yazarlarının kitablara nə əlavə etmələri, onlardan nə ixtisar etmələri o dövr insanlarının umurlarında belə deyildi. Xalq dastanları ozanlardan — aşıqlardan eşidirdi., aşıq da , necə deyərlər, gördüyünü çağırar. Əgər Uzun Həsənin məşhur türk dastanlarını islamlaşdırmaq fikri varmışsa və bu bunca asan bir iş imişsə “Koroğlu” dastanı niyə islamlaşmayıb? Hər iki dastan eyni çağlarda yaranmış dastanlardır, hər ikisi Uzun Həsənə qədər eyni dərəcədə məşhur idi. Əgər “Dədə Qorqud” ona görə islamlaşdırılıbsa ki, zaman keşdikcə xalqa yad olmasın, Koroğlu niyə bu günə qədər də yad olmayıb? Ona görə də mənim qəti fikrim belədir ki, dastanın sonradan “islamlaşdırılması” fərziyyəsi orada baş verən hadisələrin vaxtı barədə dolaşıqlığa düşənlərin uydurduqları rahat üsuldur. Bu, yalnız bir fikrin daha da təsdiqlənməsinə yardımçı ola bilər; dastanda Dış Oğuzlardan da bəhs edilsə də o, İç Oğuzlarındır. Və yeddinci əsrdəki Dədə Günəş Oğuzlarının deyil, on birinci əsrdən sonrakı Oğuzlarındır. Çünki o, Dış Oğuzların, yəni türkimanların olsaydı, onda təbii ki, onun islamlaşmasından söhbət gedə bilməzdi. Onlar müsliman idilər. Və onlardan cənuba gedənlər 1038-ci ildə Toğrul bəyin hökmranlığı altında Böyük Səlcuklu müsliman dövlətini, qərbə gedənlər isə bundan 100-150 il sonra Böyük Xarəzm müsliman dövlətini yaratmışdılar. Dastan , əlbəttə ki İç Oğuzların idi; bayandırlar, salurlar Oğuz xanın Yer qızından olan oğullarından törəyənlərdən, yəni “üçok”lardan , “Üçoğuz”lardan idilər. Hekayələrdə “qarşı yatan Aladağ” ifadəsi ana xətt kimi keçir, sanki İçli-Dışlı bütün Oğuzların qəlbi orada döyünür. Aladağ-Aldağ-Altau isə bayaq dediyim kimi Baykal gölünün şimalında, indiki Qazağıstanın cənub-şərqindədir, yəni İç və Dış Oğuzların ata yurdudur, Nuh peyğəmbərin oğlu Yafətin kök saldığı, ayaq basdığı yurddur, amma Oğuzların ayrılığından sonra o yurdda yalnız İç Oğuzlar yaşayırdı.

Amma dastandakı hadisələr İç Oğuzun İslamdan uzaq olduqları vaxtların hadisələri deyildir. Qətiyyən. Bir tək “Duxa oğlu Dəli Domrul boyu”nda bunu görmək olar. Hekayənin əvvəlində Dəli Domrul dinsizin, imansızın, cahilin biridir. Hətta zalımdır; quru bir çayın üstündə bir körpü saldırır, körpüdən keçəndən otuz üç axça, keçməyəndən zorla qırx axça alırmış. Həmin körpünün yanında bir gün müslim Oğuzların qurduqları bir çadırda bir Oğuz igidi ölür. Dəli Domrul ağlaşma, vay-şivən səslərini eşidib ora gəlir, ona deyiləndə ki igidin canını al qanadlı Əzrayıl alıb, hirslənir ki, o kimdir ki, igidlərin canını alır, gəlsin mənimlə savaşa. Allah Təalaya bu sözlər xoş getmir, Əzrayılı göndərir ki, getsin onun canını alsın. Əzrayıl onu atdan yerə salıb canını almaq üçün köksünə oturanda o, Allahın təkliyinə iman gətirir, müslim olur. Diqqət edin; burada maraqlı cəhət odur ki, İslamı qəbul edənlərlə etməyənlər birgə yaşayırlar! Halbuki İslamı qəbul edənlər ata yurdlarından ayrılıb qərbə və cənuba köç etmişdilər. Həəə. Dastan İç Oğuzların dastanı olduğundan belə qənaətə gəlmək mümkündür ki, artıq İç Oğuzlardan da yavaş-yavaş İslamı qəbul edənlər olurmuş. Böyük Səlcukluların çökməsinə qədər İç Oğuzlar hələ İslamı qəbul etməmişdilər. Yəni on iknci əsrin ortalarına qədər. Son Böyük Səlcuklu hökmdarı sultan Səncər öldükdən sonra isə Xarəzmşahlar o dövlətin asılılığından çıxıb özlərini müstəqil elan edirlər və az bir müddətdə bütün Türküstanı, eləcə də İç Oğuzu, İranı öz içlərinə alırlar. İç Oğuzlar məhz bu qüdrətli İslam imperiyasının içinə qatıldıqları zamanlarda İslamı qəbul etməyə başlayırlar. Başqa cür ola da bilməzdi; bu dövlətdə islamçılıq ideyası o dərəcədə qüvvətli idi ki, son Xarəzmşah Əlaəddin Məhəmməd bütün İslam dünyasının xəlifəsi olmağa iddialı idi, o zamanlar böyük keçmişlərindən yalnız müqəddəslikləri qalan Abbasilərə — Bağdad xəlifələrinə son verib özünü xəlifə elan etmək istəyirdi, hətta bunun üçün qoşun toplayıb yürüşə də çıxmışdı.

Bax elə buna görə də mən dastanın on beşinci əsrdə yazıya alınarkən Uzun Həsənin yazarları tərəfindən islamlaşdırılması fərziyyəsinə qarşıyam. Dastan o yazarlara çatana qədər xalqın yaddaşında çoxdan islami idi, daha doğrusu, dastan . Xarəzmşahlar dövlətinin tərkibinə qatılan İç Oğuzların yenicə müslimanlığı qəbul etməyə başladıqları dövrlərdə islami olaraq yaranmışdı.

Amma , təbii ki, Xarəzmşahlar Bayındır xan olsun, Qazan xan olsun, tabeçılıklərindəki hər hansı bir vilayət başçısının müstəqil hökmdar kimi hərəkət etmələrinə yol verməzdilər. Son Xarəzmşah Əlaəddin Məhəmməd hakim təyin etdiyi kürəkənindən müstəqillik meyli duyunca sonradan kürəkəninin peşman olduğuna və qızının yalvarışlarına baxmayaraq onun üstünə qoşun çəkir, tutdurub edam etdirir. ”Koroğlu” dastanında Çingizxan sərkərdəsi Subuday bahadır ona görə müstəqil Koroğlu kimi yaranmışdır ki, həmin bu şahı tutmaq üçün Cebe noyonla keçib getdiyi yerlər — qərbi Türküstan, İran, Azərbaycan hələ monqol imperiyasının tərkibində deyildi və o yerlərin insanları bu iki sərkərdəni Çingizxansız görmüşdülər; üstəlik, Çingizxan özü onlara şahı “ quş olub göyə şıxsa da, yerə girsə də tutmaq” əmri ilə hərəkət sərbəstliyi vermişdi. Amma Bayındır xan başqadır; dastandan göründüyü kimi o, iyirmi dörd tayfanın birliyinə əsaslanan müstəqil bir dövlətin müstəqil hökmdarıdır. Oğuz xanın altı oğlunun hərəsinin dörd oğlu olmuşdu. On iki oğul səma qızından olan “Bozok”ların, on iki oğul da Yer qızından olan “Üçok”ların idi. Bozokların on iki oğlundan törəyən Dış Oğuzların on iki tayfası Üçokların on iki oğlundan törəyən İç Oğuzların on iki tayfasından ayrı yaşasalar da böyük təhlükələr qarşısında Bayındır xanın ətrafında yumruq kimi birləşə bilirdilər. Amma nə vaxt ? Qudrətli Xarəzmşahlar imperiyasının tərkibində ikinci müstəqil dövlətin olmasını düşünmək belə mümkün deyildisə ozanlar Oğuz igidlərinə qəhrəmanlıq hekayələri qoşarkən Xarəzmşahları görməzlikdən gəlib Bayındır xanı hakimi-mütləq kimi tərif etsəydilər xalq bunu qəbul edərdimi?

Demək , Xarəzmşahlardan sonraları axtarmaq lazımdır.
( ardı var )

YORUMLAR

Henüz yorum yapılmamış. İlk yorumu yukarıdaki form aracılığıyla siz yapabilirsiniz.