Adana Adıyaman Afyon Ağrı Aksaray Amasya Ankara Antalya Ardahan Artvin Aydın Balıkesir Bartın Batman Bayburt Bilecik Bingöl Bitlis Bolu Burdur Bursa Çanakkale Çankırı Çorum Denizli Diyarbakır Düzce Edirne Elazığ Erzincan Erzurum Eskişehir Gaziantep Giresun Gümüşhane Hakkari Hatay Iğdır Isparta İstanbul İzmir K.Maraş Karabük Karaman Kars Kastamonu Kayseri Kırıkkale Kırklareli Kırşehir Kilis Kocaeli Konya Kütahya Malatya Manisa Mardin Mersin Muğla Muş Nevşehir Niğde Ordu Osmaniye Rize Sakarya Samsun Siirt Sinop Sivas Şanlıurfa Şırnak Tekirdağ Tokat Trabzon Tunceli Uşak Van Yalova Yozgat Zonguldak
Mengen °C

(<)img src="https://placehold.it/120x600">
deneme kod arasında img'den önce ve en son (<)kapama işareti arasında boşluk olmayacak < img src="https://www.5banners.com/store/img/cms/00102.gif" >

KOROĞLU SİRRİ : ƏFSANƏDƏN HƏQİQƏTƏ ( birinci bölüm )

KOROĞLU    SİRRİ :  ƏFSANƏDƏN HƏQİQƏTƏ ( birinci  bölüm )
09.01.2015
2.708
A+
A-

Merhaba aziz kardeshlerim.Size Azerbaycandan yaziyorum.Benim sevimli kahramanimiz Koroglu hakkinda arashtirmam var,3 yil once kitab halinde basilmishtir.Bir kac sitelerde yayimlanmishtir.Tarihte ilk kez olarak nihayet Koroglunun hanki tarihi adam oldugunu,Koroglu kalelerinin neden bunca cok oldugunu,Kirat-Turat ne demek oldugunu ve sair aciklamishim.Arashtirmam Azericedir.Size gonderiyorum sitenizde yayimlanmasi mumkunmu?Sayqi ve sevgilerle
Mirza Haciyev

Üstte sizlerle paylaştığımız yazı metninden sonra görüştüğümüz Azeri yazar Mirza Hacıyev in yayın hakkını verdiği bilgileri okuyucularımıza sunuyoruz.

KOROĞLU SİRRİ : ƏFSANƏDƏN HƏQİQƏTƏ
( birinci bölüm )
———————-

Koroğlu haqqında nə qədər deyilmiş, nə qədər yazılmişdir! Hələ nə qədər də deyiləcək, nə qədər də yazılacaq! Amma tədqiqatçılar inciməsinlər, Koroğlunun şəxsiyyəti məsələsinə aydınlıq gətirilməyincə bu tədqiqatların elə bir dəyəri olmayacaq. Çünki bu əfsanəvi qəhrəman haqqındakı hər hansı bir yazını oxuyarkən beyinlərə hər şeydən əvvəl bir sual hakim kəsilir: axi o kim olmuşdur? Şəxsən mən bir oxucu kimi indiyəcən oxuduqlarim içində bu suala cavab tapa bilməmişəm. Təxminlər, gümanlar, fərziyyələr baş alıb gedir, gözəl yazı texnikası, həqiqətdən uzaq fantaziyalar oxucunu doyurmur. Adam nagıl ilə həqiqət arasinda qalır, bilmirsən nagıldır yoxsa həqiqət. Axı bir-iki əfsanəni cıxmaq şərtilə dastan, demək olar ki, tamamilə real hadisələr təsiri bağışlayır, sadəcə, bədii təxəyyül güclüdür, aşıq yaradıcılığı yüksək səviyyədədir, elə isə qəhrəman niyə xəyali olmalıdır? İş o dərəcəyə catıb ki, onu kosmosdan gəlmiş yarı insan,yarı mifik bir varlıq kimi xəyal edənlər belə tapılmaqdadır.
Mənim fikrim belədir: Koroglu tamamilə real şəxsiyyətdir. Bu yazıda düşüncələrimi əziz oxucularımla bölüşüb bunu isbatlamaga calışacagam. Bu tamamilə yeni fikir olduğu üçün yazını oxuyub qurtardıqdan sonra, əminəm ki, bir coxları təəccüb içində qalacaq. Əlbəttə, inanılmaz bir şeyin həqiqət kimi qəbul edilib-edilməməsi zamanın işidir, amma fakt faktlığında qalır və onun zamanın mühakiməsinə ehtiyacı yoxdur.
Bu yazını yazaraq Koroğlu tədqiqatçıları cərgəsinə qoşulmaqda bir tək məqsədim vardır:şirin canını ömrü boyunca təhlükələrə ataraq qolu gücünə ölməzlik qazanan qəhrəmanın haqqını ,nəhayət, özünə qaytarmaq. Bunun üçün oxucularımdan kicicik bir zəhmət umuram: yazının sonuna qədər səbrlərini basıb mənimlə birlikdə qoç Koroğlunun axtarışına çıxmaq, vəssalam.
Sevdiyimiz hikmətli bir ifadə vardır: şirin yalandansa acı həqiqət yaxşıdır. Aristotelə demişlər, Platon sənin sevimli müəllimindir, niyə onun dediklərinə qarşı çıxırsan? Demiş ki, Platon mənə əzizdir, amma həqiqət ondan da əzizdir.Demişlər bəs həqiqət nədir? Demiş ki, həqiqət mənim dediklərimdir.
Beləliklə, şirin yalandansa acı həqiqət arxasınca… Yolçu yolda gərək.

———————-

Türk xalqlarının böyük əksəriyyətinin şifahi ənənəsində mövcud olan Koroğlu… Dunaydan Balkanlara, Sibirdən Suriyaya qədər cox geniş bir ərazidə yayılmış qeyri-adi bir qəhrəmanlıq dastanı… Tədqiqatlardan məlum olan budur ki, güya zülm altında inləyən xalqlar zalımlara qarşı mübarizə aparan elə bir yenilməz qəhrəman barədə xəyallar qurmuşlar ki, sonunda aşıqlar bu xəyallardan belə bir möhtəşəm dastan düzüb qoşmuşlar. Elə isə Orta Asiyanin ucqarlarından Azərbaycana, Türkiyəyə qədər böyuk bir əraziyə səpələnmış Koroğlu qalaları haradan çıxmışdir? Real qalalarda xəyali qəhrəman?! Yoxsa kim harada Koroğluya layiq əzəmətli bir qala görmüşsə ora öz sevimli qəhrəmanını “yerləşdirmiş” və xalq da bunu qəbul etmişdir? Xalqın yaddaşı möhkəm olduğu qədər də saf olur: yalanı sevməz, qondarma əhvalatı real adı ilə ələkdən keçirməz. Qaçaq Nəbinin adına Əlincə qalasını cıxa bilərikmi? Və ya Babəkin iqamətgahı Şirvanşahlar sarayı idi , desək kim inanar? O, xalqın yaddaşında Bəzz qalasının sahibi kimi qalmışdır, Şirvanşahlar sarayının isə öz sahibləri olmuşdur.
Dogrudan da niyə Koroğlu qalaları bu qədər coxdur və belə böyük bir əraziyə səpələnmişdir? Koroğlunun reallığı şübhəsinə yol açan bu tapmaca nədir? Hər bir türk xalqı qətiyyətlə onu özününkü hesab edir,amma hamı kimi bircə ömür yaşamış bir adam görəsən hansı sirrlə onlarla xalqın övladı ola bilmişdir?
Qəribədir, biz niyə belə hesab edirik ki, o,gənclik illərindən qocalana qədər, yəni demək haradasa otuz-qırx il müddətində ancaq bir qalada yaşamalı idi? Dəlilər əkinçiliklə, maldarlıqla məşğul deyildilər, dərslərini verdikləri zülmkarların malından başqa heç kimsənin var-yoxunu əlindən almırdilar, karvan basmırdılar, elə isə yemək-içməklərini haradan tapırdılar? Bir deyildilər, beş deyildilər, 7777 igid on illər boyunca nə ilə dolanırmışlar? Əgər zalım bəyləri, xanları öldürdükdən sonra onların yerinə öz adamlarını təyin etsəydilər, deyərdik o mahaldan, o vilayətdən gələn vergilərlə qarınlarını doyururlar, amma Koroğlu zülmkarlarla haqq-hesab çəkdikdən sonra dəliləri ilə birlikdə Çənlibelə qayıdar, yeyib-içib xoş keçərdilər, vəssalam.Yəni onun dövlət qurmaq fikri yox idi. Hətta uzaq səfərlərə getdikdə belə oralarda heç bir adamını təyin etmədən sonunda yenə Cənlibelə dönürdü, çünki onun heç bir dövlətçilik ideyası yox idi, Elə isə onun və igidlərinin bir nömrəli problemi yemək problemi olmalı idi, bu problemi çözmədən eyni qalada on illərlə qalmaq çətin olardı. Ona görə də sual olunur: uzaq səfərlərə gedərkən yenidən Çənlıbelə dönməyin mənası vardımı? Oralarda heç mi qala yox idi? Axı vaxtaşırı yeni-yeni qalalara keçməklə o həm yeni zalımlar “ovuna” çıxmış olacaq, həm də onların xəzinəsini ələ keçirməklə igidlərin yemək problemini həll edəcəkdi. Qəhrəmanların da qarnı olur. Bir də, məqsədi yalnız zalımların dərsini vermək olan Koroğlu anlamaya bilməzdi ki, bir qalanın yan-yörəsindəki bəyləri, xanları yerlərində oturtduqdan sonra onlar onun qorxusundan bir daha baş qaldıra bilməzdilər, elə isə nədən eyni qalada yaşamağa davam etməli idilər?
Əlbəttə, Koroğlunu xəyali bir obraz kimi qəbul etsək onda onun da, igidlərinin də yemək problemini nəzərə almamaq olar, deyərik önəmli olan onun mübarizəsidir, xəyallarda Qıratın çiyinlərində bir cüt qanad da ola bilər, sonradan yox olsa belə. Amma əgər biz onun bir real şəxsiyyət kimi izinə düşmək istəyiriksə onda etiraf etməliyik ki, dövlət qurmaq fikrindən cox-cox uzaq olan Koroğlu üçün 7777 nər igidi onilliklər boyunca eyni qalada oturmaqla doyurmaq cox müşkül məsələ olardı. Demək ən adi məntiq bunu deyir ki, sevimli qəhrəman qaladan qalaya,vilayətdən vilayətə keçməli idi,bir yerdə uzun müddətə durmaq ərzaq üzündən məhvə bərabər olardı.Yeni qalaların sahibləri , təbii ki, buna qarşı çıxacaqdilar və məğlub olacaqdılar,beləliklə də,o yeni yerlərdəki sadə xalq da əvvəlkilər kimi onu bir qisasçı kimi sevəcəkdi. İndi təsəvvür edin ki, böyuk bir atlı dəstə bu qaladan o qalaya, bu şəhərdən o səhərə tufan kimi keçib gedir, önündə heç bir düşmən ordusu dura bilmir, Koroğlu adı gələndə hamı qorxudan tük salır, amma… amma bu dəstə keçib getdiyi şəhərlərə, qalalara faktiki sahibləndiyi halda oralara heç bir canişinini təyin etmir. Niyə? Əgər Koroğlunun missiyası ədaləti bərpa etməkdən , zülmü aradan qaldırmaqdan ibarət idisə əlində cox böyük imkanlar olduğu halda özü ədalətli cəmiyyət qurmalı deyildimi? Əlbəttə, deyə bilərlər o,bir xalq üsyançısı idi,dövlət adamı deyildi.Amma məgər Babək xalq üsyançısı kimi meydana atılmamışdımı? Ərəb işğalçılarını qovduğu torpaqlqrda öz adamlarını rəhbər təyin edə-edə xürrəmılər dövlətini qurmamışdımı? Və ya Teymurləng edam olunacağını öyrənincə gecə ilə beş-on silahdaşı ilə dağlara qaçmaqla üsyana başlamamışdımı? Monqollardan addım-addım aldığı torpaqlara,qalalara öz adamlarını təyin edə-edə dövlət qurmamışdımı? Razin də xalq üsyançısı idi,amma çar ordusundan azad etdiyi torpaqlara öz atamanlarını təyin etmirdimi? Bu bütün zamanların yazılmamış qanunu idi:düşməni məğlub etdinsə xəzinəsinə də,torpaqlarına da sahib ol,əks halda savaşın anlamı olmur.Əgər Koroğlu üsyanı cox qısa müddətdə parlayıb sönən bir xalq hərəkatı olsaydı,o zaman bəlkə də dövlət qurmağa vaxtı olmamışdı,deyərdik. Amma o, gənclik illərindən qoca çağlarına qədər böyuk bir hərəkata rəhbərlik etmiş təcrübəli sərkərdə idi.Ağıllı, müdrik, tədbirli bir sərkərdə. Elə isə niyə heç bir yerdə öz canişinini təyin etməmişdi? Sadəcə istəməmişmi? Qəribədir! İcazə verin şübhələnək:burada nəsə doğru deyil.Təsəvvür edin ki, bir güləşçi hər yarışda rəqblərinin kürəyini yerə vurur,amma qələbəni dadmadan,medal almadan dərhal da qaçıb gedir. O idmançı haqda nə fikirləşərlər. Axı hətta qaydasız döyüşlərin də qaydası olur.
Onda belə çıxır ki, Koroğlunun dövlət qurmaqdan da vacib nəsə başqa məqsədi olmuşdur.Bu məqsədə çatmaq üçün də Orta Asiyadan Azərbaycana, Anadoluya qədər böyük bir ərazini keçməli imiş. Böyük bir atlı dəstəsi ilə yola çıxdığı üçün də gah bu, gah digər yerlərdə düşmən qoşunları ilə vuruşmalı imiş. Qəribədir, nə məqsədi ola bilərdi? Axtardığı bir şey vardı bəlkə?
Bu suala cavab vermək üçün öncə onun hansı yüzillikdə yaşaya bilməsi ehtimalı üzərində dayanmalıyıq.
Türkiyə türkləri də digər türk xalqları kimi Koroğlunu öz qəhrəmanları hesab edirlər və deyirlər ki, o on altıncı əsrdə Anadoluda yaşamışdır. Cəlali hərəkatının başçılarından biri olmuşdur.Amma Koroğlunu Cəlali hərəkatı ilə bağlamağın özü artıq onu Orta Asiya və Azərbaycan Koroğlusundan ayırır. Çünki bu hərəkat Osmanlının iç savaş məsələsi idi. Osmanlı-Səfəvi münasibətləri gərginləşərək 1514-cü ildə müharibəyə səbəb olmuş, Səfəvilər bu müharibədə yenildikdən sonra Anadoluda yaşayan şiələr öz sünni Osmanlı padşahlarına qarşı mübarizəyə başlamışdılar. 1519-cu ildə baş vermiş bu üsyana Cəlal adlı birisi başçılıq etmiş, lakin tezliklə sultan Yavuzun ordu birlikləri üsyanı yatırmış, Cəlalı isə öldürmüşdülər. Bundan sonra Anadolunun gah bu, gah digər tərəfində baş qaldırmış üsyanlara Cəlalın adı ilə cəlalilər hərəkatı deyilmişdir və güya Koroğlu da o üsyanlardan birisinin başında duranlardan olmuşdur. Niyə güya deyirəm? Çünki Koroğlu on altıncı əsrdə yaşamış olsaydı tüfəngi görüncə heyrət etməməli idi, çünki tüfəng də, top da ondan hələ azı 150 il əvvəllərdən Osmanlı ordusunda istifadə olunurdu. Birinci Kosovo Savaşında /1389/ və İstanbulun fəthində /1453/ Osmanlı ordusu tüfənglərdən istifadə etmişdi. Hətta bu orduda tüfəngçi birlikləri deyilən və savaşda çox önəmli rol oynayan ordu birlikləri vardı. Qanuni Sultan Süleyman zamanında, yəni cəlalilərin tüğyan etdikləri vaxtlarda tüfəng istehsalına digər silah növlərinin istehsalından daha cox agırlıq verilirdi. Tarixçi Kemal Paşazadə sultan Birinci Muradın əmrindəki Osmanlı ordusunun 1360-cı ildə Çorluya etdiyi səfərində kafir ordusuyla çarpışdığı anı belə təsvir etmişdi: ”Savaş kumaşı satıldı, topü-tüfəng çatıldı, atü-adəm bir-birinə katıldı”. Deyək ki, Koroğlunun dəstəsində tüfəng yox idi, amma o, təbəəsi olduğu dövlətin əsgərlərində tüfəng adlı silahın olduğunu necə bilməyə bilərdi? Axı o həmin o tüfəngli əsgərlərlə vuruşurdu. Tüfəng adlı bir silah görməmişdisə, belə məşhur sərkərdə onun haqqında heç olmasa eşitməliydi axı. Amma bir baxın, ilk dəfə tüfəng gördüyundə o nə hala düşür. “Kişinin çiynində yarı ağac, yarı dəmir qəribə bir şey vardı. Koroğlu nə qədər diqqət etdisə bir şey fəhm edə bilmədi. Bu nə idisə onun tanıdığı şeylərə oxşamırdı. Çomaq idi, çomaq deyildi. Əmud idi, əmud deyildi. Koroğlunu maraq çulğadı ki,yarəb, görəsən bu nə olan şeydi. Yanaşıb kişidən soruşdu:
—— Qardaş, soruşmaq ayıb olmasın, bu nədi belə çiyninə keçirmisən?
Kişi dedi tüfəngdi. Koroğlu baxdı ki, bu sözü heç indiyə kimi eşitməyib, dedi:
—— Qardaş, tüfəng nədi?
Kişi baxdı ki,bu adam tüfəngin nə olduğunu bilmir,dedi:
—— Bu da bir cür yaraqdı. Bunun bax burasında güllə olur. Burasını belə eləyəndə atılır. Güllə içindən çıxıb gedir . Özü də adama, heyvana, hər nəyə dəysə o saat öldürür.
Koroğlu soruşdu:
—— Necə yəni hər nəyə dəysə?
Kişi dedi:
—— Hər nəyə dəysə də. Adama, heyvana, quşa….
Koroğlu kişinin sözünə inanmadı.Tutdu yaxasından ki, o nədi ki adam öldürür, vur mənə görüm necə öldürür. Kişi dedi:
—— Başına dönüm, çıx yolunla get, məni qana salma.
Koroğlu dedi:
—— Olmaz ki olmaz. Ya gərək bu saat atasan baxam, ya da ki yalan deyirsən.
Kişi dedi, Koroğlu dedi, kişi gördü yox, bu əl çəkəsi deyil, dedi:
—— Qardaş, mən sənə ata bilmərəm, indi ki əl çəkmirsən, eybi yoxdu, qoy bir öküz qurban olsun sənə.
Bunu deyib kişi öküzün birisini nişan aldı. Güllə açılmaqla öküzün yıxılması bir oldu. Koroğlu yüyürdü öküzün yanına. Baxdı ki öküz əməlli-başlı ölüb…”
On altıncı əsrdə hər hansı bir kəndlinin çiynindən tüfəng aşıraraq öküzlərini otarması qəribə deyildir. Qəribə odur ki, həmin kəndli tüfəngin nə olduğunu Çənlibelin ətəyindəcə Koroğluya başa salır. Koroğluya — ömrünü qanlı-qadalı mübarizələrdə keçirmiş bir sərkərdəyə. Onun isə bu silah barədə nəinki təsəvvürü belə yoxdur, məsafədən oxsuz, nizəsiz hər hansı bir varlığın öldürülə bilməsi fikri , ümumiyyətlə, beyninə batmır. Öküzün yıxıldığını görsə də yüyürüb öldüyünü gözləri ilə görmək istəyir. Tamamilə özünü itirir, heyrətindən donub qalır, sanki qolu-qanadı qırılır, “bic əyyamı gəldi ” deyir.
On altıncı əsr Koroğlusunun tüfəng üçün bunca heyrətlənməsi ağlabatandırmı? Əsla yox.
Bir də ki, o əsr Osmanlının qüdrətli çağları idi. Sultanlar artıq xəlifə adını daşıyırdı-lar, dövlətin sərhədləri cənubda Ərəbistana, Misirə, şimalda isə Macarıstana, Avstriya sərhədlərinə qədər uzanırdı. Uzaq səfərlərdə topları ilə düşmən qalalarını yerlə yeksan edən sultanların Osmanlının içində qılıncla,oxla silahlanmış bir dəstənim sığındığı qalanı on illərlə üsyan mərkəzi kimi saxlaması heç cür inandırıcı görünmür.Ola bilsin ki,üsyan başçılarından hansisa birisi digərlərindən mərdliyi ilə daha cox fərqlənmişdir, amma dastan yaradıcılari o əsrdə qüdrətli sultanlara qarşı dayanmaq kimi ağır bir işin öhdəsindən yalnız əsl Koroğlunun gələbiləcəyini düşünərək həmin qəhrəmanı sadəcə koroğlulaşdırmışlar.
Yeri gəlmişkən, əgər Koroğlu mübarizəsi, mayasında şiə-sünni ixtilafı olan cəlali hərəkatı ilə bağlıdırsa nəyə görə bu dini ruh dastana yansımamışdır? Dastanda buna azacıq da olsa bir eyham yoxdur: Koroğlu hər bir dini münaqışədən uzaqdır. Ümumiyyətlə, Çənlibeldən azan səsi eşidilmir. Beləliklə, axtardığımız Koroğlu cəlali deyildir. O, on altıncı əsrdə yaşaya bilməzdi.
Qeyd etdiyim kimi, sultan Birinci Muradın ordusunda tüfəngçi birlikləri vardı, demək Koroğlunu on dördüncü əsrdə də axtarmaq düzgün deyildir. Əlbəttə, Azərbaycan, Orta Asiya Osmanlının tərkibində deyildi, amma o sultanla eyni dövrdə Orta Asiyada ondan da böyük Teymurləng hərb meydanına atılmışdı. Böyük monqol xaqanı Toxtamışın 250000-lik ordusunu iki dəfə məğlub edən bu hökmdarın qoşununda da topçu və tüfəngçi birlikləri var idi. Yəni qətiyyətlə demək olar ki, Koroğlunun yaşadığı ehtimal edilən bütün ərazilərdə — Orta Asiyada, Azərbaycanda, Kiçik Asiyada insanlar tüfəngin nə olduğunu ən azı 1360-cı illərdən bilirdilər.
Koroğlu tüfəngi qocaldığında görmüşdü, ona görə də belə fərz etmək olarmı ki, onun qocalığı həmin bu illərə təsadüf etmişdir?
Xeyr. Çünki dastandan anlaşılan odur ki, tüfəng bir silah növü kimi lap yenicə icad olunmuşdur. Demək, hələ hökmdarlar onun qılıncla,oxla müqayisədə nə qədər səmərəli olub-olmadığını anlamalıydılar, yəni onun icad olunması ilə orduların onunla silahlandırılması arasında, təbii ki, müəyyən qədər vaxt keçməli idi. Amma nə qədər? Otuz il? Əlli il? Yüz il?
Dastanda Koroğlu tüfəngi gördükdən sonra Nigarla xeyli müddət yol gedib catdıqları bir şəhərdə tüfəngli əsgərlərlə rastlaşırlar. Məncə burada Koroğlunun axtarışında bizə gərək olan iki mühüm hadisə bir hekayədə birləşdirilmişdir:yeni silahın icadı və onun ordularda özünə yer alması. Bununla belə hekayənin özündəcə onlar arasında xeyli müddət ayrılığı var: Koroğlu ilə Nigar xeyli müddət yol getməli olurlar. Amma nə qədər? Nağıl dili yüyürək olar, bizi həqiqətdən uzaqlaşdıra bilər. Həqiqəti tapmaq üçün isə bilməliyik görək tüfəng nə zaman icad olunub.

( davam edəcək )

ikinci bölüm )

Çinlilər barıtı doqquzuncu əsrdə icad etdikdən sonra od püskürən, yanar maye tullayan cürbəcür silahlar düzəltmişdilər. Uzaq şərqdəki müharibələrdə bu silahlardan yüz illərlə geniş istifadə edilmişdir.Amma 1259-cu ildə Çouçunfu / indiki Çousian, Anxoy vilayəti / şəhərinin silahqayıranları yeni silah istehsalına başladılar. Bu silah artıq od püskürmür, yanar maye tullamırdı. Lüləsinə doldurulmuş dəmir parçalarını, kiçik daşları və ya gil qab qırıntılarını böyük sürətlə uzağa atırdı. Yəni görünüş etibarilə indiki tüfənglərə oxşamasa da dünyada ilk tüfəng idi.
Təbii ki icaddan sonra tələbat olmalıydı ki, sifariş alınıb kütləvi istehsala başlanılsın. Amma bizə məhz istehsal tarixi lazımdır; tüfəng kütləvi istehsal olunmalıydı ki, adi bir kəndli də onu ala bilib çiynindən aşıraraq öküzlərini otarsın. Böyük bir ehtimalla ilkin sifarişlər ovçuluq və ya yaramaz adamlardan qorunmaq məqsədilə tək-tük müştərilər tərəfindən verilmişdi. Silah tacirləri məmləkətlər gəzərək bu yeni silahı yaxın-uzaq ellərə yaya bilərdilər, hökmdarların öz ordularını bu silahla silahlandırmaları isə xeyli sonraların işi idi. Ona görə də icadla ilkin istehsalın arasından nə qədər vaxt keçməsinin bizim axtarışımız üçün heç bir əhəmiyyəti yoxdur.
Demək, 1259-cu il…
Koroğlu silah aləmindəki bu qeyri-adi yeniliyin xəbərini dərhal almalı idi. Düzdür, bu hadisədən xeyli əvvəl dəlilərini Çənlibeldən dağıdıb mübarizəsinə son qoymuşdu. Amma uzun illərin mahir sərkərdəsi kimi dövrünün ordularının taktikasını,strategiyasını,istifadə etdikləri və ya edə biləcəkləri silahlari öyrənmək marağını da buraxması mümkün idimi? Xeyr. Öküz otaran kişi ilə təsadüfi görüşü olmasaydı da o mütləq istehsaldan sonrakı bir neçə il ərzində tüfənglə maraqlanacaqdı.Yəni onun tüfənglə görüşü 1260—70-ci illər arasında olmalı idi.Bu da ,mənim fikrimcə, Koroğlunun qocalıq illəridir.
Bahoooo! Bu ki monqol əsridir!Onda belə çıxır ki, Koroğlu uzun illər boyunca monqollara qarşı mübarizə aparmışdır?! Axı o zaman bütün Asiya və Şərqi Avropa onların tapdağı altında idi. Amma o əsrdə monqollara qarşı baş qaldırmaq mümkün idimi? Həm də bəlli bir qalada yaşayaraq açıq-açığına mübarizə aparmaq! O əsrdəki hadisələrdən xəbəri olanlar qətiyyətlə “xeyr” deyəcəklər. Bəli, bu, fantastika olardı. O dövr haqqında məlumatı olmayanlara isə qısaca da olsa anlatmaq istəyirəm niyəsini.

Uzun sürən mübarizələrdən sonra monqol cöllərindəki dağınıq tayfaları yumruq kimi birləşdirən Temuçin 1206-cı ildə Çingizxan ləqəbi götürüb özünü böyük xaqan elan etdi.Göydə göy Tanrı, yerdə böyük xaqan.Artıq yer üzündə Çingizxandan başqa hökmdar olmamalı idi. Bütün digər xalqlar ya bunu qəbul etməli, ya da məhv edilməli idilər. Bu məsələdə heç bir güzəştdən söhbət gedə bilməzdi. Sülh istəyirsənsə müharibəyə hazırlaş.Ordunu onluq sistemlə qurub onluqlara, yüzlüklərə, minliklərə və onminliklərə / tümənlərə / bölən Çingizxan o zamanın misli görünməmiş qüdrətli bir ordusunu yaratmışdı. İlk hərbi yürüş Çinə oldu. Çin torpaqlarında daş daş üstdə qalmadı. 1215-ci ildə Pekin alındı və Şimali Çin monqol dövlətinə qatıldı. 1219-cu ildə böyük xaqan üzünü qərbə — qüdrətli Xarəzm imperiyasına tutdu. Xarəzmşahın açıq mübarizədən qorxub qaçması üzündən bütün Orta Asiyanı,İranı əhatə edən,o zamanın bu ən güclü və böyük islam dövləti tezliklə Çingizxan atlılarının tapdağı altında qaldı, Buxara, Səmərqənd, Ürgənc kimi böyük, mədəni şəhərlər xarabazarlığa çevrildi. Şahı tutmaq üçün göndərilən 20000-lik qoşun türkmən çöllərini, İranı, Azərbaycanı, Şimali Qafqazı qarşısıalınmaz bir sel kimi keçib getdi.İtaət edən şəhərlərə toxunulmadı,itaət etməyənləri dağıdıb yandırdılar. Ən sonda rusların 80000-lik qoşununu darmadağın etdikdən sonra Çingizxanın yanına geri döndülər.
Xarəzmşah Xəzər dənizindəki bir adada öldükdən sonra yerinə oğlu sultan Cəlaləddin keçmişdi. Dövləti və ordusu əldən getmiş bu yenilməz, cəsur insan Əfqanıstan tərəflərdə 70000-lik qoşun toplayıb 40000-lik monqol ordusunu darmadağın edir. Çingizxan məğlubedilməz hesab edilən ordusunun bu ilk məğlubiyyət xəbərini alınca qəzəblənib özü onun üstünə yeriyir. Qeyri-bərabər döyüşdə uduzduğunu anlayan Cəlaləddin özünü hündür, sıldırım qayanın başından at belindəcə Sind çayının köpüklü sularına atır. Bu adam monqollara qarşı açıqca vuruşmuş ilk və son qəhrəman idi. Çingizxan oğulları və sərkərdələri ilə qayanın kənarına yaxınlaşır. O hündürlükdən özünü sulara atan çətin ki sağ qala bilərdi, amma az sonra köpüklü sulardan Cəlalıddinlə atı görünür. At üzə-üzə quyruğundan tutmuş sultanı obiri sahilə çıxarır. Cəlaləddin ayağını torpağa basan kimi dönüb qayanın başında duranlara baxır və barmağını silkələyərək Çingizxanı hədələyir. Bunu görən sərkərdələrdən birisi onu oxla vurmaq istəyir, amma heyrətdən barmağı dodaqlarında qalan xaqan qətiyyətlə: “Olmaz! — deyir,— Mən onu döyüş meydanında tutun, demişdim. Ora döyüş meydanı deyil”. Həmişə sərkərdələrinə döyüşlərdə şəxsi qəhrəmanlıq nümunəsi göstərən xaqan onlarda düşmənin igidləri ilə başqa cür davranmaq ruhunu da tərbiyə edirdi, “Qəhrəman düşmən hörmətə layiqdir”, deyirdi. İndi də özünü mərd aparır və atına minib ağacların arasında gözdən itən Cəlaləddini oğullarına göstərərək deyir: “ Bax, kişi oğlu belə olar ! “.
Bəli, Cəlaləddin əsl qəhrəman idi: o, “mən bu dünyaya döyüşçü kimi gəlmişəm, döyüşdə də ölməliyəm” deyən qəhrəmanlar aşiqi Çingizxanın özünü heyrətə gətirə bilmişdi. Çingizxan onun haqqında eşitmişdi, amma bu döyüşdə gözləri ilə görüb şücaətinə, mərdliyinə heyran qalmışdı. Monqolları ilk məğlubiyyətə uğratdıqdan sonra Cəlaləddin özü məktub yazıb onu döyüşə çağırmışdı. “Görüş yerini və vaxtını təyin et, görüşək” , demişdi. Çingizxan böyük bir qoşunla onun üstünə yeriyəndə xəbər gətirmişdilər ki, sultanın əsgərlərinin yarıdan çoxu qənimət üstündə razılığa gəlməyib onu tərk etmişlər, otuz minə qədər əsgəri qalmış olar. Onda böyük xaqan özü ilə o qədər əsgər götürüb qalanlarını pusquda saxlayır. Beləcə hər iki tərəfdə əvvəlcə döyüşçülərin sayı bərabır olur. Sanki xaqan demək istəyirdi ki, mərd kimi döyüşə çağırdın mərd kimi gəldim. Təbii ki, döyüşə başlayana qədər onun sultanı necə olur olsun məhv etmək fikri vardı, məktubu alandan sonra qəzəblənib elə tələsik yol almışdı ki, yolda qoşun yalnız qısa müddətə atları dincəltmək üçün dayanırdı, bəzən heç yemək hazırlamağa da vaxt olmurdu. Amma döyüş zamanı sultanın necə qorxu bilmədən vuruşduğunu görüncə fikrini dəyişir, yaralı aslan kimi özünü qoşunun gah sağına, gah soluna, gah mərkəzinə vuran gənc, qədd-qamətli, yaraşıqlı pəhləvan sultandan cox əsl çöl sərkərdəsinə bənzəyirdi. Belə şücaət gözləməyən Çingizxan döyüşün qızğın yerində sərkərdələrinə əmr verir: “Sultanı oxla, qılıncla yaralamayın!” . Bu , onu diri tutun, demək idi. Hələ tayfalararası mübarizələr dövründən coxlarını igidliklərinə bağışlayıb öz ordusunda yüksək vəzifələrə çatdırmışdı. Diri tutmaq üçün mühasirəyə almaq lazım idi, qüvvələr isə bərabər idi, ona görə də Çingizxan qəfildən geri dönmək əmri verir və ilk olaraq özü atın başını döndərir, monqollar da bir haya bənd imişlər kimi hamılıqla onun ardınca çapırlar. Bunu döyüş meydanından qorxub qaçmaq hesab edən Cəlaləddin qısa tərəddüddən sonra onları təqib etməyə başlayır. Bir xeyli qovhaqovdan sonra elə bir düzəngaha çatırlar ki, bir tərəf meşəlik, obiri tərəf sıldırım qayalıqlar. Qələbənin iyini almış sultan hamıdan irəlidə çapırdı:atın uzun nazik ayaqları sanki yerə toxunmurdu,atın yalına yatmış sultan sanki qızılquş kimi ov ardınca şığıyırdı. Bircə özünü xaqana çatdıra bilsəydi!Ailəsini dağıtmış,ucsuz-bucaqsız ölkəsini viran qoymuş o adama bircə özünü yetirsəydi!Birdən yan tərəfdən,meşəlikdən “ khu, khu, moğollar!” deyə ucalan bağırtı səsləri yeri-göyü titrədir. Ardınca da qara bulud kimi saysız-hesabsız atlılar siyirməqılınc birbaşa sultanın qoşunu tərəfə istiqamət alırlar. Bunlar Çingizxanın pusquda qoyduğu tümənləri idi, bir-birinin ardınca meşəlikdən çıxıb özlərini sultanın qoşununun böyrünə və arxasına vururlar, bu zaman Çingizxan özü də əsgərlərini geri döndərib sultan qoşununun ön hissəsini tutur. Monqollar aypara şəklində vuruşa-vuruşa Cəlaləddini qayanın kənarına sıxışdırırlar. Artıq qaçmağa yer yox idi; ya əsir düşmək, ya da son nəfəsə qədər vuruşmaq. Arxada dərin uçurum vardı, aşağılarda Sind çayının köpüklü suları bozarırdı. Mühasirə get-gedə daralır, əsgərlərin sırası seyrəlir, vəziyyətin çıxılmazlığını görən sultan birdən atın başını uçuruma tərəf döndərir. Ata bir qamçı vurur. Amma at yerindən tərpənmir, cilovu gəmirir. Sultan tələsir, tez-tez həyəcanla arxasına boylanır, atı təkrar-təkrar qamçılayır. At bir-iki addım irəliləyib uçurumun lap kənarında dayanır, bərkdən kişnəyərək şahə qalxır, qorxudan daldala çəkilir. Sultan onu zorla sakitləşdirir, nə edəcəyini bilmir, atsız uçuruma atılarsa dərin sularda boğula bilər, amma fikirləşməyə vaxt yoxdur, monqollar lap yaxınlaşmışlar, tələsmək lazımdır. Qamçıdan bir şey çıxmayacağını görən sultan son çarəyə əl atır: atın boynunu, yalını tumarlayır, öpdükcə öpür, qulağına nəsə deyir, sonra atın boynunu qucaqlayıb böyrünə yüngülcə bir şapalaq vurur. At sanki buna bənd imiş, bu xoş rəftardan cuşə gəlib dal ayaqları üstə qalxır və ildırım kimi yerindən götürülüb qayanın kənarından boşluğa atılır.
Hər döyüşdə olduğu kimi indi də Çingizxan hər şeyi dəqiq ölçüb biçmişdi. Amma deyəsən bircə bundan başqa. O hündürlükdən atla birlikdə atılmaq kimin ağlına gələ bilərdi! Saysız müharibələrdə cox qeyri adiliklər görmüş böyük xaqan belə bir möcüzəni ilk dəfə görmüş olacaqdı ki, heyrətindən ağzı açıq, barmaqları da dodaqlarında qalmışdı. Şəxsən mənim xəyalımda bu məğrur, igid türkmən bu misilsiz hərəkəti ilə —- hündür qayalıqdan at belində uçuruma atılışı ilə möhürlənib qalmışdır.
Amma xeyr, xeyr, Koroğlu bu deyildir. Çünki hər şeydən əvvəl ona görə ki, o , ilxıçı oğlu yox, sultan oğlu sultan idi,atasının da gözləri kor deyildi. O hadisədən sonra gəlib Təbrizdə Eldəgəzlər dövlətinə son qoyaraq Azərbaycan taxtına oturmuş, 1231-ci ilə qədər Azərbaycan hökmdarı olmuşdu. Monqolların ikinci hücumu zamanı qaçıb Anadolu tərəflərdə bir kəndlinin evində gizlənmiş,kəndli də əynindəki bahalı paltara görə yatdığı yerdəcə onu öldürmüşdü. Demək, Koroglu o ola bilməz.
Davam edək. Sonra Çingizxan monqol çöllərinə dönür, azaciq dincəldikdən sonra şimali qərbi Çindəki Tanqut padşahlığına qarşı hərbi yürüşə başlayır. O zamanadək artıq bütün düşmənlərini məğlub etmiş böyük xaqan sanki yeni bir düşmən axtarırdı. Bəli, bütün düşmənlərindən qisas almışdı. Uşaq ikən atasını zəhərləyən tayfadan, yeniyetmə ikən onu ələ keçirib boynunda boyunduruqla bir neçə il əsir saxlayan tayfadan, evləndikdən qısa bir müddət sonra yurd-yuvasını yandıraraq arvadını qaçıran tayfadan, atasını zəhərləyənlərə havadarlıq edən Çin imperatorundan, karvanını qarət edib tacirlərini öldürən, elçilərini təhqir edən Xarəzmşahdan, qardaşlıq andına xain şıxıb üstünə hücum çəkən uşaqlıq dostundan —- hər bir kəsdən, hər bir tayfadan qisasını almışdı. Bircə Tanqut çarlığı qalmışdı.Hərbi yürüşə də səbəb bu olmuşdu ki, hələ Xarəzmə hücum etdiyi zaman Tanqut hökmdarı əhdinə xilaf çıxıb onun köməyinə qoşun göndərməmişdi,elçisinin diliylə demişdi ki,,,əgər qoşunun azdırsa müharibə etmə,, .Onda xaqan and içmişdi ki, əgər bu yürüşdə ölməyib sağ qalsam onunla haqq-hesab çəkəcəyəm. Əgər o, düşməndirsə qeyd-şərtsiz məhv edilməlidir, düşmən deyildirsə xaqanın bayrağı altına keçməlidir, çünki yer üzündə Çingizxandan başqa ikinci müstəqil hökmdar ola bilməz.
Amma yolda xaqanın halı pisləşir. Dəhşətli yuxu görür və onun təsirindən xeyli vaxt qurtara bilmir. Vəziyyəti get-gedə ağırlaşır və 1227-ci ildə Tanquta çatmadan dünyasını dəyişir. Son nəfəsində vəsiyyət edir ki, Tanqutla heç bir sülh bağlamayın, böyüklü-kiçikli hamını qılıncdan keçirin, özünüz də monqol atlarının ayaqları son dənizin sularında yuyulana qədər savaşın.Bu,dünyanı almaq əmri idi;monqolların təsəvvürüncə “axşam ölkələrinin” sonunda son dəniz yerləşirdi, axşam ölkələri isə Avropa ölkələrinə deyirdilər. Yəni o, monqollara Avropanı işğal edib Atlantik okeanına çıxın, demişdi.
Demək olar ki, sıfırdan başlayıb qolu gücünə böyük bir imperatorluq quran, özündən qat-qat güclü düşmənlərinin üstünə hücumdan çəkinməyən, uzaq-uzaq ellərdə bir tək düşməninin belə sağ qaldığını bilincə gözlərinə yuxu getməyən Çingizxan…
“Tanrının qəzəbi” , “Tanrının qamçısı” , “bəşəriyyəti titrədən” ləqəbli qorxunc Çingizxan…
O, bəşər tarixinin elə tək-tük qəhrəmanlarından idi ki, həqiqətən də onun önündə dura biləcək bir qüvvə yox idi. Əgər Koroğlu monqollara qarşı vuruşmuşsa bu kəsinliklə Çingizxanın sağlığında olmamışdı, çünki sadəcə olaraq belə bir şey mümkün deyildi. Demək Koroğlunu 1227 illə 1260-cı illər arasında axtarmaq lazımdır.
Amma nəticə çıxarmağa tələsməyək. Baxaq görək sonra nələr olmuşdur.
Çingizxan ölümündən azca əvvəl özü qurduğu böyük imperatorluğu dörd oğlu arasında bölüşdürmüşdü. Böyük oğlu Cuçiyə şimal torpaqlarını, ikinci oğlu Cığataya Orta Asiyanı vermişdi. Üçüncü oğlu Uqedeyə Monqolustanı və şimali Çini verməklə bərabər onu özündən sonra bütün monqolların böyük xaqanı elan etmişdi. Kiçik oğlu Tuli isə bütün monqol ordusunun ali baş komandanlığına sahib olmuşdu. Darmadağın edib yer üzündən sildiyi merkitlərin xanının qızı, küsəyən olduğu üçün “Küsültü” ləqəbi almış gözəllər gözəli Kulan xatundan olan oğlu Gülkan isə hələ cox kiçik idi,həm də Çingizxan bildirmişdi ki, monqollar heç bir zaman düşmən tayfanın qızından olan oğulun hakimiyyətini qəbul etməzlər.
Əslində bu bölgü coxdan aparılmışdı.Xaqan Xarəzmi dağıtdıqdan sonra şamanların etirazına baxmayaraq Hindistana yürüşə başlayır. Lakin bir şəhərin mühasirəsi zamanı şəhər müdafiəçilərinin atdığı böyük bir ox Cığatay xanın balaca oğlunun, xaqanın sevimli nəvəsinin sinəsindən girib kürəyindən çıxır. Uşaq yerindəcə canını tapşırır.Bu təsadüfi faciədən həddən artıq sarsılmış xaqan dərhal mühasirəni dayandırıb bütün qoşunla şəhərə hücum etmək əmri verir. Şəhərin qala divarları monqolların qaladağıdan qurğularinin zərbələrinə tab gətirmir və monqollar şəhərə daxil olub bir nəfəri belə sağ buraxmadan hamını məhv edirlər, bütün tikililəri isə dağıdıb yandırırlar. Şəhər yer üzündən silinir, ondan yalnız üst-üstə yığılmış daş qalaqları xatirə qalır və bu daş qalaqları tarixə “kədər təpəliyi” kimi düşür. Ancaq xaqan artıq irəliyə getmir, həm Hindistanın həddən artıq istisinə dözə bilmədiyi üçün, həm də şamanların etirazını qulaqardına vurduğuna peşman olduğu üçün geri dönməyi əmr edir. Deyilənlərə görə, saysız-hesabsız əsgərləri arasında göz bəbəyi kimi qorunduğu halda sevimli nəvəsinin qəfil bir oxa tuş gəlməklə dünyadan getməsi onu özünün də günün birində belə qəfildən ölə biləcəyi barədə uzun-uzadı düşünməyə məcbur edir. Deyir insan çöllükdə gəzən dəvənin tapdadığı otlar kimidir, hansının nə zaman əziləcəyini kim bilir? Odur ki, həm qurduğu imperiyanın gələcək taleyini düşünən hökmdar kimi, həm də oğullarının o olmayandan sonra torpaq, var-dövlət üstündə boğuşmasını istəməyən ata kimi hələ o zaman vəsiyyətini edir.
Böyük oğlu Cuçi xan o zaman sağ idi. Oğullarından ən ağıllısı və şücaətlisi, həm də müqayisədə mərhəmətlisi o idi. Heç kimsə xaqanın bir sözünü iki eləməzdi, bir tək Cuçi xan sözünü dik onun üzünə deyə bilirdi, qırğınların mənasızlığı barədə onunla cox mübahisəsi düşürdü. Xaqan get-gedə onda hər şeyə bir etinasızlıq hiss edirdi, daha doğrusu, ondan ehtiyatlanmağa başlayırdı. Ona görə də onu mümkün qədər özündən aralı tutmaq üçün vəsiyyətində “şimal torpaqlarını sənə verdim, atının ayaqları hara qədər toxuna bilirsə oralara qədər sənindir” demişdi. Gənclik illərində arvadını düşmən əsirliyindən xilas edəndə o, Cuçiyə hamilə idi, bax o zamandan da xaqanın ürəyinə xal düşmüşdü. Arvadı nə qədər desə də mənə heç bir kəs toxunmayıb, xaqan urəyində heç zaman buna inanmamışdı, körpənin düşmən belindən gəlməsini qət etmişdi, amma heç zaman bunu sevimli arvadına bildirməmişdi. Cuçinin obiri oğullarından fərqlənməsi hər zaman onda bu fikri daha da möhkəmləndirmişdi.
Və… Tanqut padşahlığına hücum hazırlamaq üçün oğullarını çağıranda bir tək Cuçi xan gəlmir, xəbər göndərir ki, bərk xəstəyəm. Amma xaqana deyirlər ki, oğlun yalan deyir, şimal torpaqlarında gününü ovda, kef məclislərində keçirir. Xaqanın artıq səbr kasası daşır və kiçik qardaşı Odçukinə onu gizlicə aradan götürməyi əmr edir. Bir müddət sonra ov zamanı Cuçi xan itkin düşür. Xeyli axtarışdan sonra onu bel sümüyü qırılmış halda kolluqların arasından tapırılar. Bu, monqol adətincə qan axıtmadan şərəfli ölüm hesab edilirdi. Çingizxan bu xəbəri alanda özü də ölümün pəncəsində imiş. Görünür peşman olmuşdu, sayıqlayırmış, ah çəkib “Odçukin… Odçukin… niyə belə tələsdin? O qorxmaz bahadır artıq yoxdur… , demişdi. Amma nə faydası. İş işdən keçmişdi, özü demiş, atılmış oxu geri qaytarmaq olmaz. Bir neçə dəfə “Batı xan” deyə pıçıldayır, Cuçi xanın bir neçə övladı içindən yalnız bu yeniyetmənin adını çəkir və Subuday bahadıra tapşırır ki, onu əsl hərbçi etsin. Beləliklə, Çingizxandan sonra onun imperiyasını idarə edəcək varisləri atalarına layiq üç hərbçi oğul və bir nəvə olur.
Monqollar əvvəlcə Tanqut ölkəsini işğal edib əhalini qılıncdan keıirirlər. 1230-cu illərdə bir tərəfdə Koreya yarımadasına, digər tərəfdə İrana, Azərbaycana, şimalda isə qıpçaq və rus torpaqlarına çox geniş bir ərazidə hücuma keşirlər. Koreya yarımadasına sahib olurlar, Volqaboyu bulqarlarını və qıpçaqları ağır məğlubiyyətə uğradırlar, rus şəhərlərindən bir çoxu ələ keçirilib yandırılır, dağıdılır, adı gələndə Avropa hökmdarlarının da oddan qorxan kimi qorxduqları ismaililər təriqətinin İrandakı alınmaz hesab edilən Ələmut qalasını alırlar, Azərbaycanda sultan Cəlaləddinin hakimiyyətinə son qoyurlar. Şimal torpaqlarından geri qayıdan qoşunlar yenidən toparlanıb 1237-ci ildə Batı xanın rəhbərliyi altında rus şəhərlərini tapdaq-tapdaq edərək Şərqi Avropaya yürüşə başlayır. Ordu Batı xanın rəhbərliyi altında olsa da onu faktiki olaraq Subuday bahadır idarə edirdi. Çingizxanın heç bir zaman yenilmək nə olduğunu bilməyən bu əfsanəvi sərkərdəsi ordunu otuz üç tümənə ayırıb bir-birindən müəyyən məsafədə şahmat xanaları şəklində düzdürərək qarşısıalınmaz tufan kimi Şərqi Avropaya soxulur. Çexiya, Moraviya, Lex / Polşa /, indiki Rumıniya torpaqları tutulur, Macarıstan işğal edilir, şöhrətli alman ordusu bataqlıqda batırılır. Macarıstan kralı Adriatik dənizinə qaçıb gəmidə gizlənir. Alman imperatoru Siciliya adasına qaçıb qorxu içində bu işlərin nə ilə nəticələnəcəyini gözləməyə başlayır. Monqolların İtaliyaya üz tutduqlarını eşitdikdə bütün ümidləri qırılır, deyir ki, əgər onlar İtaliyanı da alsalar o zaman Fransanın da işğal yolu açılacaq,o halda taxt-tacımı buraxmaqdan başqa çarəm olmayacaq,Misirə,İsgəndəriyyəyə gedib bundan sonrakı ömrümü elmə həsr edəcəyəm.
Yürüşə çıxdıqdan dörd il sonra monqollar İtaliyanın şimali-şərq şəhəri Triyestə, Adriatik dənizinin sahillərinə çatırlar. Çoxları elə bilir ki, “son dəniz” budur, sevinc hayqırtıları içində dənizə tərəf çapıb xaqanın vəsiyyətini yerinə yetirmişlər kimi atlarının ayaqlarını dəniz suları ilə yuyurlar. Kənardan bu mənzərəni sakitcə seyr edən Subuday bahadır müzəffər döyüşçülərin şənlənməsinə mane olmur,şənlənib yorulduqdan sonra isə deyir ki, “son dəniz” bu deyildir, bu torpaqlardan sonra firənglərin məmləkəti var,oranı da alsaq dənizə yaxınlaşarıq.
Monqolların Triyestə çatdıqlarını eşitdikdə Fransa kralının da kürkünə birə düşür, çünki Fransanın da işğalı , doğrudan da, artıq bütün Avropanın süqutu demək idi. Hökmdarların qorxulu röyalarına çevrilən qüdrətli ismaililər təriqətinin darmadağın edilməsindən, neçə-neçə əsl-nəcabətli padşahların taxtdan endirilməsindən həyəcanlanmış kral anası təlaş içində aqibətlərinin necə olacağını soruşanda kral kədərlə deyir ki, savaşmaq lazım gələcək, heç olmasa ölsək dinsizlərlə vuruşduğumuz üçün cənnətə düşərik.Yəni kralın qələbəyə ,demək olar ki, ümidi yox idi.
( davam edəcək

KOROĞLU SİRRİ : ƏFSANƏDƏN HƏQİQƏTƏ ( üçüncü bölüm )

KOROĞLU SİRRİ : ƏFSANƏDƏNHƏQİQƏTƏ(üçüncü bölüm)

İtaliyaya hücum planı hazırlandığı bu ərəfələrdə uzaq Monqolustandan böyük xaqan Uqedey xanın ölüm xəbəri gəlir. Yeni xaqanın seçilməsi üçün isə bütün monqollar paytaxt Karakoruma dönməli idilər. Məsələ bunda idi ki, bu yürüşdə, demək olar ki, bütün monqol şahzadələri — Çingizxanın əli silah tutan bütün nəvələri iştirak edirdilər. Bir tək Batı xanın ixtiyarında olan qoşunlarla Avropa ölkələrinin öhdəsindən gəlməyin mümkün olmayacağını başa düşən Subuday bahadır hələ yürüşdən əvvəl Uqedey xanın yanına gedib Çingizxanın “son dənizə” çatmaq əmrinin bütün monqollara verilən müqəddəs bir əmr olduğunu bildirmiş, bu işdə bütün monqol şahzadələrinin iştirakının vacib olduğunu söyləməklə ondan yardım istəmişdi. Uqedey xan da onu haqlı hesab etmiş və digər şahzadələrin Batı xanın qoıununda yer alması haqqında əmr vermişdı. Subuday bahadır hər tümənə hərbi işlər üçün Çingizxanın qocaman, təcrübəli sərkərdələrindən birisini təhkim etmişdi, amma formal olaraq hər bir tümənin başçısı şahzadələrdən birisi idi;onların işi yeyib içib əylənməkdən ibarət idi. İndi problem bunda idi ki, əgər şahzadələr yeni xaqanı seçmək üçün Monqolustana dönəcəkdilərsə hərəsi öz tüməni ilə dönəcəkdi, o zaman “son dənizə” yürüş burada da bitəcəkdi. Subuday bahadırın fikri başqa idi, deyirdi az qalıb, son dənizə çatdıqdan sonra da xaqanı seçmək olar, çünki yeni xaqan seçilənə qədər dövləti monqol adətinə görə Uqedey xanın dul arvadı idarə edəcəkdi, yəni xaqanın taxtı boş qalmayacaqdı.
Lakin birinci olaraq Quyuk xan “məni daha böyük işlər gözləyir” deyib savaşı yarımçıq qoyaraq tüməni ilə birlikdə geri dönməyə qərar verdi; çünki o, Uqedey xanın oğlu idi, atasından sonra böyük xaqan,təbii ki, o olacaqdı. Hələ yürüşün əvvəlindən Batı xanın bu yürüşə rəhbərlik etməsini heç cür qəbul edə bilməyən, daim sərxoş olan bu əhlikef adam imkan düşən kimi onu təhqir etməkdən də çəkinmirdi, hətta bir dəfə az qalsın tutaşacaqdılar, Subuday bahadır aranı sakitləşdirə bilmişdi. Onda Quyuk xan yumruqlaşmağa mane olduğu üçün ona da hamının yanında alçaldıcı sözlər demişdi: “Sən də kim olursan mənim qabağıma keçirsən. Babamın hesabına şan-şöhrətə çatan bədbəxt ilxıçı,həddini bil!” / Diqqət! Xanın bu sözlərini yadda saxlayın /.
Orta Asiyanın hər zaman tutqun, qəzəbli, baxışlarından dəhşət saçılan hökmdarı Cığatay xanın oğlu Buri bay da Quyuk xandan geri qalmırdı. Şahzadələrin, sərkərdələrin yanında həmişə ona “saqqallı qadın” deyirdi. Subuday bahadırın məsləhəti ilə Batı xan heç zaman onlara baş qoşmasa da bu təhqirləri heç zaman unutmayacaqdı. Xüsusilə də Buri bayın sözlərini. İllər keçəcək, Buri bay bu sözlərinin hesabını dəhşətli cəza ilə ödəyəcəkdi. Qüdrəti Karakorumdakı böyük xaqanın da qüdrətini aşdığı vaxtlarda Batı xan başqa bir bəhanə ilə onu tutduracaq, cəlladlara əmr edəcəkdi ki, onu lüt soyundurub bədəninə piy sürtsünlər, yun dəriyə bürüyüb qızmar günəşin altına qoysunlar. Monqolların bel qırmaq, ağıza daş doldurmaq,iti uclu payaya keçirmək və s. kimi cəza tədbirləri arasında ən amansızı bu idi. Qızmar günəşin təsiri altında tezliklə piyin içində xırda qurdlar əmələ gəlir və yavaş-yavaş müttəhimin bütün bədəninə daraşıb zavallının ətini yeyirdilər.
Hələlik isə Buri bayın gözü ayağının altını görmürdü. Quyuk xanın yürüşü dayandırdığını görüncə o da öz tüməni ilə geri dönməyə qərar verir. Batı xanın onların bu itaətsizliyindən tərəddüd içində qaldığını görən Subuday bahadır nə qədər dil töksə də, “Geri olmaz. Artıq bu qədər iş görülmüşdür. Son dənizə qədər irəli. Ancaq irəli…” deyə yanıb yaxılsa da xeyri olmur. Obiri tümənlərin də Quyuk xanla Buri baydan örnək ala biləcəyindən ehtiyatlanan Batı xan 1242-ci ildə orduya geri dönmək əmri verir. Beləliklə, bu yürüşün sonunda onun hökmranlığı altında olan Cuçi ulusu nəhəng miqyasa çatdırılıb Böyük Altın Ordu imperatorluğuna çevrilir.
Əslində xaqanlıq Quyuk xana çatmırdı. Ugedey xan onun lovğa və içkiyə meylli olduğunu görüb kiçik oğlunu vəliəhd elan etmişdi. Kiçik oğul vaxtsız vəfat etdiyindən xaqanlıq ondan da onun oğluna çatmalı idi. Amma Quyuk xanın anası müvəqqəti olaraq dövləti idarə etdiyi vaxtlarda cürbəcür hədiyyələrlə bir çox sözü keçən adamların qəlbini ələ ala bilmiş və çox intriqalardan sonra, nəhayət, 1246-cı ildə oğlunu böyük xaqan taxtına oturtmağa nail ola bilmişdi.
Bəli, artıq Quyuk xan bütün monqolların böyük xaqanıdır. Artıq yaxın-uzaq ellərdən bütün yadelli hökmdarlar ona təzim etməyə gəlirlər. Onun xeyir-duası olmadan bir kimsənin hökmdarlığı qanuni deyildir. Rus knyazları da digər hökmdarlar kimi bahalı sovqatları ilə onun Karakorum ilindəki böyük alaçığının önündə növbəyə durub qəbul vaxtlarını gözləyirlər. Çünki bir çox rus şəhərlərini,o cümlədən Moskvanı yandıran Batı xanın qılıncının kəsərini görmüşlər. Özlərini pis apararlarsa Karakorum və ya qısaca Korum ili / ruslar ona “kremli” deyirdilər/ uzaqdadır, deməsinlər. Batı xan yaxında, Xəzərin Şimalında Saray-Batıdadır, hər an dəmir kimi yumruğunu sarı təpələrində görə bilərlər. Amma qorxularından heç cınqırlarını çıxara bilərdilərmi? O qorxunc illərdə əzizləyərək ona müraciətlə dedikləri “Batka”, “Batya”, ”Batyuşka” sözləri bu gün belə “ata” mənasında dillərində işlənməkdədir. Candara “jandarma” tengeyə “denqi”, gömrükxanaya tamqa sözündən “tamojnya”, knyazların saraylarına paytaxtın adından “kremli” və s. dedikləri kimi.
Xaqanın alaçığına girəndə diqqət edilməlidir: kandarı tapdamaq olmaz, monqol adətinə görə bu, alaçığın sahibinə ölüm arzulamaqdır. Bilərəkdən, ya bilməyərəkdən, heç fərq etməz, Quyuk xan dərhal əmr edər, alaçığın ağzında duran iki kəlpeysər pəhləvan zavallını sürüyüb çölə çıxarar, biri boynundan, obirisi ayaqlarından tutaraq iki qatlayıb bel sümüyünü qırar, köpəklərə atardılar.
Yüz illərlə islam dünyasına qarşı səlib yürüşləri düzənləsələr də gözlədikləri nəticəni ala bilməyən, indi də monqol qorxusu ilə yaşayan Avropa hökmdarları monqollar Triyestdən getdikdən sonra uzaq Karakoruma din pərdəsinə bürünmüş kəşfiyyatçı missionerlər göndərməyə başlayırlar. Ümid edirlər ki, Batı xana və ya böyük xaqana xristianlığı qəbul etdirə bilərlərsə təhlükəni özlərindən uzaqlaşdırıb islam dünyası tərəfə yönəldə bilərlər. Roma papası missionerlərdən birinə Quyuk xan üçün yazıb verdiyi məktubda xaqanı xristianlığa dəvət edir,o dünyada əbədi rahatlıq üçün günahları bağışlaya bildiyini deyir. Amma Tanrının vəzifəsini vicdansızcasına öz üzərinə götürmüş birisinin həyasızca ona məktub yazması Quyuk xanı bərk qəzəbləndirir. Ona görə də cavab məktubu çox sərt olur: “Tanrının qüdrəti ilə günçıxandan günbatana qədər Bizə verilmişdir… İndi siz səmimi qəlbdən deməlisiniz: biz Sizin təbəələrinizik, biz Sizə bütün var-dövlətimizi verəcəyik. Sən bütün krallarınla birlikdə hamınız istisnasız olaraq gəlin Bizə xidmət və itaətinizi təklif edin. Yalnız bu andan etibarən Biz sizi itaət edənlər hesab edə bilərik. Əgər Tanrının əmrinə itaət etməzsəniz və Bizim əmrimizə qarşı gəlsəniz Bizim düşmənimiz hesab ediləcəksiniz “.
Hələ onbirinci əsrin ikinci yarısından,yəni Səlcuq türklərinin Bizanslıları Kiçik Asiyadan qovduqları vaxtdan türklərə düşmən kəsilmiş haylar — özlərinə bu gün erməni deyən bu Balkan tör- töküntüləri Avropa hökmdarlarının saraylarına yol taparaq onları islam dünyasına qarşı səlib yürüşlərinə təhrik edirdilər. Bizansa ərəblərin dili ilə ər-Ruminiyyə, yəni rumilər, romalılar torpağı deyərək onun bərpası üçün min cür fitnə-fəsad törədirdilər. Hətta güya bir erməni katolikosuna Tanrıdan vəhy gəlmişdi ki, Fransa kralı at belində Təbrizə qədər gələcək və şan-şöhrətlə Təbriz taxtına oturacaq; bu sənəd müqəddəs yazı kimi ermənilər tərəfindən Avropa hökmdarları arasında cidd-cəhdlə yayilmaqdaydı. Amma Quyuk xana qədər altı-yeddi səlib yürüşü olmuşdusa da səlcuqluları Bizans ərazisindən çıxara bilmədiklərini görən haylar indi də uzaq şərqdəki yeni bir gücün iyini almışdılar. Bu güc o əsrin qırxıncı illərində Kiçik Asiyada səlcuqlulara qarşı da bir neçə dəfə nəyə qadir olduğunu göstərmişdi; tarixçilərin dediyinə görə bu, savaşdan çox türklərin döyüş meydanından kütləvi qaçışına oxşayırdı. Bir halda ki, artıq monqol xaqanının qarşısında duracaq bir qüvvə yox idi, demək indi də onun ətəyindən yapışıb yalvar-yaxar etmək, ağlaşmaq lazım idi. / hayların böyük ər-Ruminiyyəni — Ərminiyyəni bərpa etmək üçün qüdrətli dövlətlərdə ağlaşma qurmaq mərasimləri bu gün də davam edir.Yalnız fərq ondadır ki, indiki xristianlar özlərini elə aparırlar ki, güya Ərminiyyənin Bizans olduğunu bilmirlər və Bizansın bərpasına deyil, sadəcə, “zavallı” haylara kömək etmək üçün çalışırlar/.
Və hayların monqol xanlarının yanına kütləvi axını başlayır. Fransız missionerləri o dövrdəki səyahətnamələrində Batı xanın da, Quyuk xanın da, Munke xanın da yanında, alaçıqlarının qabağında, onların hərəkət etdikləri yerlərdə çoxlu “ərminilərə” rastladıqlarını yazırlar. İmkan düşən kimi keşiş libaslarını geyinib taxtadan düzəltdikləri böyük xaçlarla xan alaçıqlarının önündə elədən beləyə gəzən bu şübhəli adamlar bir şeydən qəti əmindirlər; heç bir monqol onlara toxunmaz. Çünki hansı dinə xidmət edir etsin,din xadiminə toxunmamaq Çingizxandan qalan əmr idi. Elə bu əmrdən də istifadə edərək haylar asnlıqla xanların qəbuluna düşə bilirdilər. Fransız Rubrukun bir müddət birlikdə yaşamağa məcbur olduğu erməni sanki onların hamısının tipidir;xain,etibarsız, ikiüzlü, özünə din xadimi desə də dindən xəbəri olmayan, Rubrukdan yemək-içmək gizləyən,orucluyam deyib xəlvətcə qarındolusu yemək yeyən, onunla heç bir işləri olmayan yoldan keçən müslimanları təhqir edən, bir sözlə, ikiayaqlı heyvan.
Quyuk xanın içki düşkünü olduğunu bilən haylar Roma papasını da, Avropa krallarını da inandıra bilmişdilər ki, o, xristianlığı qəbul etməyə hazır olan birisidir və papa da buna görə məktub yazıb onu xaç çəkməyə dəvət etmişdi. Quyuk xan da demişdi ki, xaç çəkmək nədir, biz bunu anlamırıq, sonrası da sən kimsən ki insanların günahını bağışlayasan ya bağışlamayasan, bu, Tanrının işidir. Hayların ilk böyük oxları beləcə daşa dəymiş, necə deyərlər, qaş düzəldən yerdə vurub gözü də çıxarmışdılar. Amma müsliman türklərə nifrətin hədsizliyi onları ruhdan salmır, bu dəfə başqa üsula əl atırlar. Hər dəfə xaqanın beynini qorxu ilə doldururlar ki, Türküstanda müslimanların sayı durmadan artır, onlar tez çoxalmaq qabiliyyətinə malikdirlər, bunun önü indidən alınmazsa yaxın gələcəkdə sevimli monqol imperiyası üçün böyük təhlükə törədəcəklər. Nəhayət, xaqan beyninin içkidən dumanlı vaxtlarının birində bu sərsəmliyə inanır və bəşər tarixinin ən qeyri-insani fərmanını verir:Türküstandakı bütün müslimanlar axtalansın. /!/
İnanılmazdır, eləmi? Amma tarixçilər bilirlər ki, bu faktdır. Uqedey xan oğlunun ağlının nə səviyyədə oluğunu bilirmiş ki, “ondan xaqan olmaz” deyibmiş. Bəli, Quyuk xan fərmanı imzalayır və bu fərmanın verilməsi üçün nə müddətdi dəridən-qabıqdan çıxan, sevimli monqol imperiyası üçün göz yaşları axıdan erməniyə verib deyir ki, Cığatay ulusunun xanına çatdır, dərhal icrasına başlasın. Fərmanı alan kimi sanki dünyanı ona veriblərmiş kimi sevinən erməni göz yaşları içində diz çöküb xaqanın əl-ayağını yalayır və həmin gün də Türküstana yola düşür. Amma çöllüklərdən keçəndə ilk baxışda çox adi, əslində isə böyük məna kəsb edən bir hadisə baş verir; böyük, ac bir aslan nərilti ilə onun üstünə atılır, parçalayıb ləzzətlə yeyir. Xəbər Quyuk xana çatdıqda bərk qorxuya düşür, bunda Tanrının bir əlaməti olduğunu anlayır və belə bir fərman verdiyi üçün o uca varlıqdan bağışlanmasını diləyir. Amma bu qorxu ondan heç cür əl çəkmir və o sakitlik tapmaq üçün əvvəlkindən də artıq, gecə-cündüz içməyə başlayır, nəticədə qara ciyəri sağalmaz xəstəlik tapır. Dəhşətli yuxular görməyə başlayır, yuxularından qan-tər içində oyanır, sonunda yatmaqdan belə qorxur. Ağ saqqalı qurşağına qədər uzanmış, əmmaməsi və əbası qar kimi ağappaq nurani bir qoca tez-tez yuxularına girib onu boğmaq istəyirmiş. Yuxularına girməzdən əvvəl xan bir kərə onu həyatda görmüşdü. Tək bircə kərə. Ovda idi, qoşun bölükləri uzaqlardan çöl heyvanlarını hürküdüb gətirməli idilər, xan isə bir neçə turqaudu / mühafizəçisi / ilə meşənin kənarında pusquda durmuşdu. Yaxınlıqdan kiçik bir çay axırmış. Xan səbirsizlənərək yavaş-yavaş turqaudlardan aralanıb atını çaya tərəf sürür. Bir də görür ki, çayın meşəyə burulduğu yerdə böyük bir ağacın arxasında ağ paltarlı bir qoca namaz qılır. Xan heyrətlə ona baxır: “Bu qoca buraya necə düşüb?!” Ov xanlar üçün sadəcə əyləncə deyildi, həm də bir növ döyüş məşqi idi. Ov ediləcək böyük bir ərazi üzük kimi mühasirəyə alınar, hər bir qoşun bölüyünə görəcəyi işlər əmr edilərdi, döyüşçülərdən başqa bir kənar şəxs həmin əraziyə ayaq basa bilməzdi.
Qoca artıq namazını bitirmıək üzrəymiş. Xaqan atını yaxınlaşdırıb soruşur: “Sən kimsən ?” Qocadan səs gəlmir. Xaqan hirslənir: “Səninləyəm!” Qoca yalnız bu zaman qalxır və çevrilib ona baxır. İlahi! Xaqan onun sifətini görəndə necə dəhşətə gəlir! Nəsə demək istəyir, səsi çıxmır. At da qorxudan kişnəyib şahə qalxır. Çünki qocanın gözləri yox idi. Gözlər əvəzinə bir cüt qanlı çüxur vardı, alov alov yanırdı. Hürkmüş at dəhşətdən sarsılmlş sahibini yəhərdən aşırıb çılğıncasına hər tərəfə şıllaq ata-ata turqaudlara tərəf götürülür. Atı sahibsiz görən turqaudlar dərhal xaqana tərəf cumurlar. Zərblə torpağa çırpılmış xaqanın yalnız onların yaxınlaşdığını gördükdə dili açılır, xırıltılı səslə bağırır: “Hey, turqaudlar! Tutun onu!” Amma qoca harada idi? At onu yerə çırpdığı zaman tələsik aradan çıxmış, ağacların arasında gözdən itmişdi. Turqaudlar nə qədər axtarırlar , qocanı tapa bilmirlər. Bu hadisədən beş-altı gün sonra o ilk dəfə xaqanın yuxusuna girir və bu yavaş-yavaş davamlı hal almağa başlayır. Demək olar ki, hər dəfə də eyni şeylər təkrar olurdu, sadəcə, hadisə müxtəlif yerlərdə baş verirdi. Yürüşdə, alaçıqda, ovda… Əvvəlcə qulaqlarına külək vıyıltısına bənzər bir səs gəlirmiş, ardınca ürəkyaxan fəryad, qışqırıq səsləri. Haradasa sanki yüzlərlə, minlərlə uşaq ağlaşırmış, qız-gəlinlər ah-nalə çəkirmiş. Və yuxudaca artıq bilirmiş ki,indi haralardasa lap yaxınlığında həmin o qocanı namaz qılarkən görəcək. Qoca namazını bitirəcək, qalxıb yavaş-yavaş ona tərəf gələcək, sakitcə əbasının qollarını çırmalayacaq və qurumaqda olan nazik, uzun barmaqları ilə onun boğazından yapışacaq, sıxdıqca sıxacaqdı. Xaqan onun dəmir kimi möhkəm əllərindən qurtulmaq üçün xeyli çapalayacaq, yalnız haldan düşənə yaxın onu özündən itələyə biləcəkdi. Və oyanıb görəcəkdi ki, bu da yuxu imiş… Şamanlar, təbiblər xaqanın bu dərdinə çarə tapa bilmirdilər. Söz gəzirdi ki, o qoca vaxtilə Çingizxanın gözlərini müalicə edən bədbəxt həkim olacaq. Uğurlu müalicəyə görə Çingizxan ona sevimli kənizini hədiyyə etmişdi. Gözəl kəniz isə qoca həkimdə durmayaraq gənc bir oğlana qoşulub qaçınca həkim xaqana şikayətə gəlmiş, qızı tapmaq üçün ona yalvarmışdı. Xaqan bərk qəzəblənmiş, “Arvadını əlində tutmağı bacarmayan kişinin mənim məmləkətimdə yaşamağa haqqı yoxdur”, deyib onun edam olunmasını əmr etmişdi. Dərhal bədbəxtin belini qırıb köpəklərə atmışdılar.
Digərləri deyirdilər ola bilsin o, məşhur Buxara şeyxi idi. Çingizxan Buxaranı alanda əhaliyə toxunmur, yerinə Tahir xanı təyin edib yürüşünü davam etdirir. O getdikdən bir neçə gün sonra Tahir xan əmr edir ki, bütün Buxara əhli şəhərdən kənara çıxsın,güya vergilər üçün hamı siyahıya alınacaq.Bəli,təyin olunan gün heç nədən şübhələnməyən camaat qocalı-cavanlı,arvadlı-uşaqlı şəhər qalasından çöllüyə çıxır.Bayram nümayişi imiş kimi hamı yar-taraşıqlı paltarda,sevinc içində imiş.Yavaş-yavaş əhalini monqol atlıları hər tərəfdən əhatəyə alır və Tahir xandan əmr gəlir:qadınlar,uşaqlar,qocalar bir tərəfə,cavan oğlanlar bir tərəfə olsunlar!Bəzilərinin ürəyinə şübhə toxumları düşsə də əksəriyyət bu əmri deyə-gülə yerinə yetirir;camaat iki hissəyə ayrılır və bu iki hissənin arasına da monqol atlıları girir.Bir qədər də keçir,yeni əmr eşidilir: “hazır ol!” … və ardınca “Başlayın!”. Ey dadi-bidad! Siyahıya alınacaqlarını gözləyən, bayram əhvali-runiyyəli dinc camaatın başı üzərində dərhal qılınclar, qalxanlar parlamağa, oxlar uçuşmağa başlayır. Qız-gəlinlər zorla atların tərkinə basılır, kəməndlə ceyran kimi tutulub atların arxasınca sürülür.Ah-nalə,fəryad səsləri, körpələrin çığırtıları çöllüyü bürüyür.Gözləmədikləri mənzərədən çaşmış cavanlar analarının, bacılarının fəryadına dözməyib yalın əllə dəli kimi monqol atlılarının üstünə atılırlar. Qeyri-bərabər əlbəyaxa döyüş başlayır.Qadınlar tərəfdə olan qoca kişilər də dözməyib hərəkətə gəlirlər. İlk olaraq çox hörmətli şeyx yanındakı qızı qamarlamaq istəyən yekəpər atlının önünə keçir,lakin qılıncın enməsi ilə başı iki yerə bölünür. İkinci, üçüncü… beşinci zərbə… Digər qocalar qəzəbindən qudurmuş monqolu durdurmaq istəyirlər, lakin atlı dəstələr sel kimi üstlərinə axışırlar. Qolu kəsilən kim, başı üzülən, at ayaqları altında tapdanan kim, aləm bir-birinə qarışır. Çox keçmədən qeyri-bərabər döyüş bitir. Buxara əhlindən o gün qadın və uşaqlardan başqa, demək olar ki, bütün kişilər qılıncdan keçirilir. Monqollar ölülərin arasından cidd-cəhdlə bir neçə hörmətli adamın, o cümlədən də şeyxin meyidini axtarırlar. Digərlərini tapırlar, bir tək şeyxın meyidi yoxa çıxır. Doğram-doğram olub tikəsi ələ gəlməmişdimi, yoxsa atların ayaqları altında əzilib tanınmaz hala düşmüşdümü, məlum deyil. Məlum olan odur ki, meyid yox olmuşdu.
Məğlubedilməz monqolların qüdrətli xaqanına yuxularında əl qaldırmağa cürət edən qoca barədə digər bir ehtimal isə sırf müsliman kütlələr arasında yayılmaqda idi və zaman göstərdi ki, bu ehtimal deyəsən daha ağlabatan idi.Deyirdilər o, Allahın can alan mələyi Əzraildir, düşməninin qiyafətində xaqanın gözünə görünür, yuxularına girir, kafirlərin ruhunu boğazlarından şiddətlə çəkib çıxaran Allahiı qoyduğu əcəl vaxtını gözləyir. Bu da o deməkdir ki, xaqan gənc olsa da ömrünə çox az qalıb.
Ölümünün yaxınlaşdığını xaqan özü də hiss edirmiş. Görünür elə buna görə də daha böyük bir səhvə yol verir; bütün qoşununu toplayıb Batı xanın üstünə gedir. Batı xanın bundan xəbəri yox imiş. Çingizxanın sonbeşiyi Tuli xanın arvadı, gələcək dörd böyük xanın anası, buna görə də monqolların hörmətlə “içində dörd qiymətli inci gəzdirən balıqqulağı” dedikləri Sorkakdanə xatun dərhal gizlicə çapar göndərərək bunu ona xəbər verir. Buna görə də Batı xan da vaxtında qoşun toplaya bilir və Quyuk xanı qarşılamağa çıxır. Lakin Tanrı artıq aslan əhvalatı ilə bir dəfə Quyuk xanı xəbərdar etmişdi, əgər o nəticə çıxarmamışdısa günah onun özündə idi. Qoşunlar qarşı-qarşıya gəlməyə xeyli qalmış Quyuk xan ölür və beləcə monqollar arasındakı ilk böyük vətəndaş müharibəsinin qarşısı alınır. 1248-ci ildə.
Kiçik Asiyada, Aralıq dənizinin sahilində çox kiçicik bir “ərmini” çarlığı vardı. Hələ on birinci əsrdə səlcuq türkləri Bizansı Kiçik Asiyadan qovduqları zamanlarda haylara onu bir mərhəmət nümunəsi kimi vermişdilər. O zaman güc səlcuqlularda idi deyə haylar onlara Bizanslılardan şikayət etmişdilər, yalvarıb-yaxarıb onlardan kiçicik də olsa bir torpaq istəmişdilər. İndi isə güc nə səlcuqlularda idi, nə Avropada,nə də Misir məmlüklərində. Əsl güc sahibi monqol xaqanı idi. Demək digər ermənilər kimi ,türklərin bir zamanlar mərhəmət nümunəsi olaraq bağışladıqları həmin o kiçicik torpağın — Kilikiyanın çarı da onun yanına getməli idi. Üstəlik o ərəfələrdə xaqanın qeyri-insani fərmanı xəbərini də almışdı deyə bərk sevinmişdi, çoxlu qızıl-gümüşlə, “ərmini” gözəlləri ilə onun görüşünə getməyə qərar vermişdi. Amma yalnız qızıl-gümüşlə və gözəllərləmi? Xeyr. Məsələ bundaydı ki, o zaman hayların sevimlisi, qürur mənbəyi olan Kilikiya çarı Birinci Getum cinsi azlıqlardan idi, kişi hökmdarlarının görüşünə getməyi xoşlayırdı. Quyuk xan da oddan-alovdan çıxmış əsl kişi. Niyə də onunla görüşməsin? Amma Quyuk xanın qəfil ölümü onun bu arzusunu ürəyində qoyur. Üç ildən sonra, 1251-ci ildə böyük xaqan taxtına Batı xanın birbaşa köməyi ilə Tuli xanın oğlu Munke xan oturur. Əsl adı Hayton olan Birinci Getum yalnız o zaman yola düşür: nə fərqi var,o olmasın bu olsun. Əvvəl Saray-Batıda Batı xanla,sonra da Karakorumda Munke xanla görüşür.Oralarda xanlara,sərkərdələrə qızıl-gümüşdən, “ərmini” gözəllərindən başqa daha nəyi təklif etdiyini demək çətindir, amma bu fakdır ki, geri döndüyündə səlcuq türkləri artıq ona Birinci Hayton deyil, Birinci Getum deməyə başlayırlar və tarixdə də bu adla qalır. / Qeyri-türklərə bildirmək istəyirəm ki, “getum” sözünü lüğətlərdə axtarmasınlar, çünki sözü olduğu kimi yazmaq ayıbdır, sadəcə, izahını verim: bu, “oturan yerim” deməkdir /.
Nə isə… Haylar barədə hələ ki bu qədər. Çünki onların o qarışıq dövrdəki əcaib-qəraib əməllərindən yazacaq olsam ömür yetməz, biz isə Koroğlunu axtarmalıyıq. Demək, Çingizxanın ölümündən sonra ta Munke xanın taxta çıxdığı 1251-ci ilə qədər də Koroğlunun bu yerlə-göylə əlləşən monqollara qarşı mübarizə apara biləcəyini düşünmək mümkün deyildir. Artıq ilk tüfəngin icadına cəmisi səkkiz il vaxt qalmışdır, Koroğlunun bu silahla tanışlığını da 1260—70-ci illər arasında təxmin etmişik. Davam edək, bəlkə bir izə düşə bildik.
Artıq Asiyanın və Avropanın bir hissəsinin müqəddəratını iki qüdrətli əmioğlu həll edirdi. Monqolların gücü Çingizxanın sağlığındakı gücünü xeyli kölgədə qoymuşdu. O zamankı dünyanın yarıdan çoxunu ”qatı türk buludu” örtmüşdü deyə Avropa ölkələrində, hətta Roma papasının iqamətgahında məcburiyyət üzündən türkcəni öyrənməyə başlamışdılar. Hələ bu harası idi? Bir neçə il sonra Munke xanın qardaşı Hülaku xan böyük bir qoşunla İrandan, Azərbaycandan keçir, 1258-ci ildə Bağdadı bir həmlə ilə almaqla altı yüz illik ərəb xilafətinə son qoyur və yeni bir monqol imperiyasını — İlhanilər imperiyasını yaradır. Munke xanın digər qardaşı Kubilay xan isə Cənubi Çin imperatorluğunu da işğal edərək 1260-cı ildə özünü bütün Çinin imperatoru elan edir.
Qəribədir, monqolların bir tək düşmənə belə aman vermədikləri, qılınclarının dalı da, qabağı da kəsdiyi bir əsrdə cəmisi 8000-dən də az olan bir dəstəsi ilə Koroğlu onlara qarşı necə döyüşə atıla bilərdi? Bu mümkün olan şey idimi?
Deyə bilərlər o, xəyali bir qəhrəman idi. Xəyallarda hər şey mümkündür.
Eləmi? Olsun. Bəs onda onun igidlərinin sayı niyə bu qədər dəqiq göstərilir? Nə az, nə çox, yeddi min yeddi yüz yetmiş yeddi. Rəqəmlər də xəyalidirmi? Bəlkə yanlışlıq ondadır ki, biz onu monqollara qarşı mübarizə aparanlar arasında axtarırıq? Amma bu da var ki, qocalığı 1260—70-ci illərə düşən birisinin gəncliyi, təbii ki, haradasa iyirminci-otuzuncu illərə düşər, o zamanlarda isə Türküstanda, İranda, Azərbaycanda monqollardan başqa kim ağalıq edirdi ki, Koroğlu onlara qarşı vuruşsun?
( davam edəcək )

KOROĞLU SİRRİ : ƏFSANƏDƏN HƏQİQƏTƏ

( dördüncü bölüm )

Dastana görə Koroğlu Çənlibelə qalxdıqdan sonra onun başına yaxın-uzaq ellərdən özü kimi dəli-dolu igidlər toplanır. Deyək ki belədir. İgidlər axın-axın gəlir, sayları yüz, iki yüz, beş yüz, min beş yüz olur, yenə gəlirlər…iki min, üç min, dörd min beş yüz, altı min, yeddi min…və yeddi min yeddi yüz yetmiş yeddi. Bəs sonra? İgidlərin sayı niyə buradaca durur? Nə baş verir? Say bu həddə çatdıqdan sonra yəni Koroılunun yanına daha heç bir igid gəlmirmi? Yoxsa gələnləri artıq qəbul etmir? Heç birisi ağlabatan deyildir. Bizə bu günə qədər belə izah edilmişdir ki, ”7” müqəddəs rəqəm olduğu üçün xalq öz qəhrəmanının igidlərinin sayını “yeddiliklərlə” göstərmişdir.Yaxşı, elə isə atlarının sayı niyə cəmisi ikidir, yeddi deyildir, axı atlarına igidlərdən xeyli əvvəl sahib olmuşdur? Burada nəsə bir dolaşıqlıq var, bu düyünü açmaq lazımdır.
Etiraf edim ki, ta uşaqlıq illərimdən bu yaşımacan şəxsən məndə Koroğlunun reallığına Qıratın çiyinlərində bir cüt qanadın peyda olması qədər də igidlərin bu müəmmalı sayı şübhə doğururdu. Amma nə biləydim ki, günün birində məhz bu “müəmmalı say” məni bu sevimli qəhrəmanın kimliyinə gedən yolun başlanğıcına çıxaracaqdı. Bu rəqəmlər heç də uydurma deyilmiş, Koroğlu haqqında tamamilə yeni bir versiya irəli sürməyim üçün məhz bu rəqəmlər ipucu olmuşdur.
Koroğlunun dəstəsi heç də hərbi nizam-intizamdan uzaq üsyançılar dəstəsi deyildi, hərb işini azca da olsa bilən hər bir adam təsdiqləyər ki, nizam-intizamı olmayan əsgərlər nə qədər igid olsalar da tezliklə məhvə məhkumdurlar. Dastanda da deyilir ki, igidlərin sayı çoxaldıqda Koroğlu onları dəstələrə, bölüklərə bölür, hər bir dəstəyə də başçı təyin edir. 7777 döyüşçü bölüklərə necə bölünə bilərdi? Təbii ki, onluq sistemlə. Yəni 7000 sıravi əsgər, üstəgəl 700 onbaşı, üstəgəl 70 yüzbaşı, üstəgəl 7 minbaşı. Cəmi edər 7777. Koroğlu özü bu saydan kənardadır, çünki o, minbaşıların üstündədir. Əgər bu dəstə 10000 nəfərdən ibarət olsaydı, bu artıq tümən olardı. 9000 sıravi əsgər, üstəgəl 900 onbaşı, üstəgəl 90 yüzbaşı, üstəgəl 9 minbaşı. Cəmi edər 9999. Tümənbaşı bu saydan deyildir. Demək, Koroğlunun dəstəsi onluq sistemlə qurulmuş hərbi nizam-intizamı olan bir qoşun növü idi. Əgər igidlərin sayı 7777-ə çatdıqdan sonra da Çənlibelə axın-axın gələnlər olsaydı, təbii ki, Koroğlu həmin onluq sistemlə də qoşununun sayını 8888-ə, 9999-a, yəni tümənə, sonra iki tümənə, beş tümənə və s. çatdırardı. Gəlməmişlər demək düzgün olmaz, amma gələnləri geri qaytarması da inandırıcı görünmür. Onda belə düşünmək olarmı ki, hələ Çənlibelə qalxmazdan öncə Koroğlunun 7777 nəfərlik hazır qoşunu varmış? Və Türküstan, İran, Azərbaycan boyunca qaladan qalaya keçərək nəyi və ya kimisə axtardığından bu saydan başqa digər igidləri yanına almağa , qoşununun sayını artırmağa vaxtı olmamışdı? Axı nizami hərbi hissəyə yeni alınacaq adamlara hərbi təlimlər də keçirilməli idi.
O dövrdə orduya onluq sistemi tətbiq edən Çingizxan olmuşdu. Düzdür, ondan əvvəlki əsrdə kidan və çurjen tayfalarında əsgərlər beşliyə, onluğa, yüzlüyə, minliyə bölünürdü, amma Çingizxan bu sistemi onlardan alıb təkmilləşdirmiş və Şimali Çində ondan əvvəl ağalıq edən bu tayfaları məğlub etmişdi.
Əgər Koroğlu dövlət idarəçiliyi işindən uzaq idisə, amma buna baxmayaraq yüksək nizam-intizamı olan bir qoşunu vardısa, demək o, sadəcə bir sərkərdə idi. Sərkərdələr isə özbaşına olmurlar, üstəlik nəyi və ya kimisə axtarırlarsa, demək tapşırıq almış sərkərdələrdir. Əgər onun gənclik illəri iyirminci-otuzuncu illərə düşürsə, tapşırığı o zaman o ərazilərdə yalnız Çingizxandan ala bilərdi. Demək, Koroğlunun izi böyük bir ehtimalla Çingizxanın sərkərdələrindən birisinə gedib çıxır. İlk növbədə Xarəzm imperiyası yada düşür. Amma o döyüşdə Çingizxanın çox sərkərdələri vuruşmuş və hünər göstərməyəni də, demək olar ki, olmamışdı.Rəşidəddinə görə, Çingizxan öləndə onun qoşunu 168000 nəfərdən ibarət idi. Amma böyük döyüşlər zamanı qoşunun sayı 230000-ə, hətta 250000-ə çatırdı. Demək, Koroğlunu ən azı iyirmi tümən başı içindən axtarmaq lazımdır.
Xarəzmşah Məhəmməd Əlaəddin dövlət işlərində bacarığı olmayan, zülmkar, ədalətsiz bir hökmdar idi. Dövləti, demək olar ki, anası Türkan xatun idarə edirdi, özü isə eyş-işrətlə, yeyib-işməklə məşğul idi. Özündən sonra şahlığa türkmən qızından olan oğlu Cəlaləddini deyil, fars qızından olan oğlunu vəliəhd elan etmişdi deyə xalqın ona qarşı olan nifrəti birə-beş artmışdı, çünki əhalinin böyük əksəriyyətini türkdillilər təşkil edirdi. Zalımlığına görə imperiyada tez-tez üsyanlar baş versə də şah bütün üsyanları amansızlıqla yatırırdı. Çingizxanın Xarəzmə hücumundan bir neçə il əvvəl qoşun toplayıb Bağdad üzərinə yürüşə çıxmışdı; Bağdad xəlifəsini devirib özünü xəlifə elan etmək istəyirdi. Amma yolda əsgərlərin çoxu xəstələnib qırılır, bunda ilahi əlamət görüb qorxuya düşdüyündən geri dönür. Sonra imperiyanın şərq vilayətlərindəki üsyanları yatırmaq üçün 60000-lik qoşunla səfərə çıxır. Həmin bu vaxtlar merkit tayfaları Çingizxana itaətdən boyun qaçırıb Xarəzmin şərq torpaqlarına sığınmışdılar, onların dərsini vermək üçün böyük xaqan Subuday bahadırla Cebe noyonu iki tümənlə arxalarınca göndərmişdi. Şahın qoşunu böyük xaqanın qoşunu ilə qəflətən rastlaşır. Monqollar artıq merkitlərdən qırdıqlarını qırmış, qalanlarını əsir almışdılar.
Şah öyrənincə ki, bu hansısa çöl xanının qoşunudur və onun torpaqlarına soxularaq hansısa bir tayfa ilə müharibə ediblər bərk qəzəblənir və hücum əmri verir, özü isə təpəlikdə oturub ordunun böyüyü ilə yemək yeyə-yeyə döyüşə tamaşa edir. Amma az sonra döyüş meydanında qəribə mənzərə görüb heyrətə gəlir; düşmən qoşunundan böyük və kiçik dəstələr necə də çevik və son dərəcə nizamlı bir şəkildə bir-birindən ayrılıb yenidən birləşə bilirdilər?! Sanki gözəgörünməz bir əl atlıları əsas qoşundan bölük-bölük ayırıb döyüş meydanının bu tərəfindən o tərəfinə, o tərəfindən bu tərəfinə qoyurdu. Bu döyüş şahın xatirində silinməz iz buraxacaq və gələcəkdə onun Çingizxan qoşunundan ehtiyatlanması, hətta aşkar qorxması üçün səbəb olacaqdı. Çünki döyüş zamanı aglagəlməz bir hadisə baş verir: qızğın döyüş getdiyi yerdə monqolların əsas hissəsindən qəflətən sıx cərgələr şəklində ard-arda bir neçə atlı dəstələri ayrılır və bütün çöllüyü bürüyən döyüş nərələriylə böyük sürətlə .özlərini şah qoşununa vururlar. Döyüş başlayandan öz şanlı qoşununun sayca üçqat az olan bir çöl qoşununu üstələyə bilmədiyinə heyrət edən şah indi də təəccüb içində cəmisi bir neçə minlik atlı dəstənin sanki önündə heç bir şey yox imiş kimi irəli şığımasına baxırdı. Gəmilər dalğaları necə yarıb keçirlərsə bu atlı dəstə də şah qoşununu eləcə yarıb keçirdi. Şah bir də onda ayılır ki, bu əcaib atlı dəstə , nəhayət, qoşunun içindən çıxıb birbaşa onun olduğu təpəliyə doğru şığıyır.Yaxşı ki, şah vaxtında atına minib ayrıca olaraq onu qorumaq üçün dayanmış, sayseçmə igidlərdən ibarət candar bölüyünə tərəf çapa bilir, çünki az sonra onun süfrəsi monqol atlılarının ayaqları altında qalmışdı. Bu atlı dəstələrin başında Cuçi xanın özü və hələ sağlığında adına əfsanələr qoşulan Subuday bahadır durmuşdu. Döyüşün qızğın çağında az bir dəstə ilə birbaşa şahın üstünə cummaq planı da bu mahir sərkərdəyə məxsus idi. Bundan əvvəl Şimali Çində bu yolla çox qələbələr qazanmışdı. Çingizxan belə öyrətmişdi; əgər düşmən çoxdursa onun üzərinə bir tufan kimi hücuma keçib lərzəyə salın, çünki ən yaxşı müdafiə hücumdur.
Döyüş günbatana qədər davam edir, qaranlıq düşhadüşdə tərəflər hərəsi öz düşərgahına çəkilir. Sabah yenidən dava olacaqdı.. Amma dan yerı söküləndə kəşfiyyatçılar monqolların çoxdan getdiklərini xəbər verirlər. Cəlaləddin atasından onların ardınca getməyi xahiş edir, amma şah razı olmur və çox pərişan bir halda qoşunun geri dönməsi üçün əmr verir. Bu, Çingizxan əsgərlərinin şah qoşunu ilə ilk görüşü idi. Heç zaman adam yerinə qoymadığı çöl adamlarından Xarəzmşah ağır döyüş dərsi almışdı. Çingizxan yüksək səviyyədə qurduğu casusluq şəbəkəsi ilə yaxın-uzaq ellərdən xəbərdar idi. Xarəzm ordusu haqqında da məlumatı çox idi. Amma bu döyüş Xarəzm ordusunun döyüş qabiliyyətini əyani göstərmişdi. Çingizxana qəribə gəlmişdi; necə yəni az qalsın şahın özü ələ keçəcəkdi? Bu necə ordu idi? Bu böyüklükdə imperiyanın hökmdarının birbaşa iştirak etdiyi döyüşdə belə biabırçılıq! Həm də sayca dəfələrlə az olan qoşuna qarşı… Xaqanın yanında monqollar belə döyüşərlərmi? Monqollar tümənbaşiya da, minbaşı və yüzbaşıya da xaqana sadiq olduqları kimi sadiqdirlər. Odur, Subuday bahadırın tüməni bütün orduda ad çıxarıb, hamı onlara “dəlilər” , “qudurmuşlar” deyir. Çünki əgər Subuday onlara əmr versə ki, bu uçurumdan atılın, heç düşünmədən atılarlar. Niyə? Çünki inanırlar ki, Subudayla məhv olmazlar.
Amma xaqanın bu böyük imperiyaya hələ ki hücum etmək fikri yox idi. Şimali Çini fəth etmişdisə də orada iğtişaşlar durmaq bilmirdi, ona görə də məşhur sərkərdələrindən Mukali Qovanı 50000-lik qoşunla orada saxlamışdı. Xarəzmi isə hələ öyrənmək lazım idi; əgər şah qoşunu özü baxa-baxa cəmisi iki tümənlə bacara bilmirdisə o böyüklükdə imperiya görəsən nəyin üstündə dururdu?!
Çingizxanın şahla ticarət müqaviləsi vardı. Bu müqaviləyə görə tacirlər sərbəst ticarət edə bilərdilər. Ona görə də Çindən ələ keçirilən qənimət mallarla dolu 450 dəvə yüklü böyük bir karvan Xarəzmə yola salınır. Xarəzmin girəcəyində Otrar şəhəri vardı. Karvan o şəhərə daxil olur. Xarəzmin faciəsinin əlifbası da buradan başlayır. Tacirlər bazarda gözəl Çin ipəyini, əntiq mallarını satışa çıxarırlar. Camaat biləndə ki, onların xanı Şimali Çini işğal etmiş, bu mallar da oradan gətirilmişdir, öz şahlarına qarşı narazılıq səslərini ucaltmağa başlayırlar ki, niyə biz gedib oraları tutmamışıq, burada ac-acından oturmuşuq, ölməmək üçün yaşayırıq, şahımız vergiləri kefi istədiyi kimi qaldırıb əndamını yekəltməkdən başqa bir işə yarayırmı?..Camaatın həyəcana gəlməsi xəbəri şəhər hakimi İnalçik Kair xanın qulağına çatır. Gələcək qırğınlarin bir nömrəli səbəbkarı olacaq bu var-dövlət hərisi, yaramaz adam karvan hələ şəhərə yaxılaşdığı zamandan dəvələrdəki mallar üçün ağzının suyunu yığıb-yığışdıra bilmirdi. Camaat arasında gəzən bu söz-söhbət ona bir bəhanə olur. Tacirləri casusluqda təqsirləndirib edam etdirir, karvanın mallarını isə dəvələri qarışıq öz malı kimi həmin bazardaca birə beş qiymətinə satdırır. Bu görünməmiş bir zalımlıq idi. Amma Kair xan rahat idi; buna görə kim ona cəza verəcəkdi ki? O axı şahın anasının qohumu idi. Hansısa bir çöl xanı ona nə edə bilərdi? Xəbər Çingizxana çatdıqda inana bilmir. Dövlət işlərində yeganə məsləhətçisi Yelyudan məsləhət istəyir. Xaqan yalnız onu dinlərdi. Bu adam onun ən qəzəbli anlarında ona söz deyə bilən yeganə adam idi. Bir zamanlar Şimali Çin imperatorunun məsləhətçisi olmuşdu, xaqan imperatoru məhv etdikdən sonra onun çox ağıllı birisi olduğunu görüb öldürməmiş, öz məsləhətçisi etmişdi.
Yelyu deyir ki, şaha məktub yaz,əgər onun bu işdən xəbəri yoxsa qoy günahkarı cəzalandırsın. Xaqan da məktub yazdırıb dərhal elçilərlə göndərir. Elçilər şahın hüzurunda xaqanın öyrətdiyi kimi sərt bir şəkildə İnalçik Kair xanın cəzalandırılmasını tələb edirlər. Şahın yaxınlarından biri bu cürətdən qəzəblənir, qılıncını sıyırıb elçilərdən birini iki parça edir, obirinin isə saqqalını ütüb xaqanin üstünə göndərirlər. Elçi üzünü parça ilə örtüb monqol çöllərinə tərəf yol alır. Xaqanın çadırına yetişəndə xaqan sərkərdələrinə ziyafət verirmiş. İçəri girib əhvalatı danışır və yalnız sonunda saqqalının ütüldüyünü söyləyəndə üzündəki örtüyü götürür. Ən dəhşətli müharibələrdə belə təmkinini pozmayan Çingizxan dəli kimi taxtından atılır. Bu çox ağır təhqir idi; elçinin saqqalını ütmək xaqanın saqqalını ütmək demək idi. Çaşqınlıqla sərkərdələrə və Yelyuya baxır. Sərkərdələr sanki donmuşlar.Yelyu isə əllərini sinəsində çarpazlayaraq ehtiramla başını aşağı əyir; yəni mənim sözüm buracan idi, bundan sonra söz artıq xaqanındır. Xaqan pişik gözləri kimi qıyıq, mavi gözlərini gen açaraq bir də elçiyə, onun ütülmüş saqqalına baxır. Birdən əllərilə üzünü örtür, sonra qulaqlarını tutaraq çox bərkdən yaralı aslan kimi nərildəyir.Və bağıra-bağıra da çadırdan çıxır.Gözətçilərin çadırın ağzındaca həmişə hazır saxladıqları atının belinə atılır. Bərk-bərk onun boynunu qucaqlayır. Üzünü atın yalına sürtə-sürtə birdən hönkür-hönkür ağlamağa başlayır
Sərkərdələr də onun ardınca çadırdan çıxmışdılar. Orduya dərin sükut çökmüşdü. Heç kəs, hətta Yelyu da cürət edib ona yaxılaşa bilmirdi. Xaqan birdən nə düşünürsə uzaqlardakı təpəliklərə doğru baxır və birbaş o tərəfə çapır. Bu, monqolların müqəddəs hesab etikləri təpəlik idi. Hamı anlayır ki, böyük xaqan Göy Tanrı ilə yalnız qalmaq istəyir. Monqolların inancına görə Çingizxan Tanrıya yaxın müqəddəs “boqdı” xanlardan idi. Tanrı monqolların bir-biri ilə boğuşduğunu görüb onu göndərmişdi ki, dağınıq tayfaları birləşdirsin, dünyanı monqollara versin. Bu işi yerinə yetirdikdən sonra Tanrı yenə onu öz yanına çəkəcəkdi. Tanrının belə bir qüdrətli adamı göndərəcəyinə inam monqollar arasında bir neçə yüz il idi ki mövcud idi. Əsrlərlə əvvəl bir monqol alaçığına işıq dumanı şəklində bir kişi girmiş, alaçıqdakı cavan, gözəl qız isə doqquz aydan sonra sarışın, mavi gözlü bir oğlan uşağı doğmuşdu. Şamanlar hər zaman deyirmişlər ki, monqollara bənzəməyən bu oğlanın nəslindən nə zamansa böyük bir adam dünyaya gələcək və dünyanı lərzəyə salacaq, çünki bu oğlan göylər oğludur. Budur, neçə-neçə nəsillər keçmiş, nəhayət, əfsanə həqiqət olmuşdu. Monqollara bənzəməyən sarışın, mavi gözlü Çingizxan həmin o oğlanın nəslindən idi. Odur ki,hər bir monqol Çingizxana hədsiz sədaqəti ilə Tanrı sevgisini qazanmaq istəyirdi; böyük xaqan göylər oğlu idi.
Xaqan təpəliyin başında Tanrıya göz yaşları içində uzun-uzadı yalvarır, dua edir, sonunda diz çöküb doqquz dəfə torpağı öpür. Təpəliyin ətəyində onu oğulları, Yelyu və bir neçə sərkərdələri gözləyirdi. Xaqan çox fikirlidir, mavi gözləri ağlamaqdan qızarmış, üz-gözü göz yaşlarından islanmışdır. Amma artıq sakitdir. Yenə heç kəs səsini çıxara bilmir.Yalnız ata mindikdə Yelyu sakitcə deyir:”Balçıjanlar Tanrının sevimli xaqanını yalnız buraxmaq istəmədilər” .
Ağıllı məsləhətçi nəyi nə vaxt deməyi gözəl bilirdi. Xaqan ordugaha döndüyündə əsgərlər onu belə üzgün görməməliydilər, ona görə də “Balçıjan” kəlməsini məxsusi işlətmişdi. Doğrudan da, bir tək cümlə məlhəm kimi bir şey olur. Xaqan sanki yuxudan ayılır, belini dikəldib cəld, iti nəzərlərlə atlılara baxır, gənclik illərindən onunla qanlı mübarizələrdə can qoymuş sevimli adamları görür. Balşıjan…Balçıjan…Bu söz nə vaxtın xatirəsiydi! Yelyu o zaman monqol ordusunda deyildi, o hadisəni ağızlardan eşitmişdi. 1203-cü ildə Çingizxan xaqan olmazdan üç il öncə monqol çöllərinin bir neçə qüdrətli xanı, o cümlədən də Temuçin düşmənlərə qarşı birləşmək təklifini irəli sürürlər. Başçı seçilməli idi. Digər xanlar imtina edirlər, nəhayət, var-dövlətə həris olmayan, “dünyada ən böyük həzzi düşmənlərini diz çökdürməkdə, onların arvadlarını öz yatağına sürükləməkdə görən “ Temuçini özlərinə başçı seçirlər, düşünürlər ki, ad onun olar, dad onların. Amma az sonra həmin xanların döyüşçüləri yavaş-yavaş Temuçinin bayrağı altına toplaşmağa başlayırlar, çünki Temuçin obiri xanlara bənzəmirdi. Mərd və səxavətli idi, düşmən üzərinə qorxmadan qoşun önündə ildırım kimi gedirdi. Belə gedərsə onun get-gedə qüdrətinin artacağından qorxan xanlar sui-qəsd planı hazırlayıb ona qarşı birlikdə hücuma keçirlər və Temuçin həyatda ilk və son, amma çox ağır məğlubiyyətə uğrayır. Cəmisi 4600 əsgərlə yaralı və pərişan halda uzaq çöllüklərə qaçır. Ordunun ərzağı çatışmır, elə bədbinləşir ki, hətta ordunu dağıtmaq, alaçıqlara dönmək, yenə əvvəlki tək adi həyat sürmək fikrinə düşür. Bunu sərkərdələrinə bildirir, amma nə sirrsə nə sərkərdələr, nə sıravi əsgərlər, heç kim dağılmaq, onu tənha buraxmaq istəmir. Xəyanətdən uzaq, həmişə açıq döyüşməyi sevən Temuçini ən çox sarsıdan Van xanın və uşaqlıq dostu Camukanın da bu sui-qəsddə iştirak etməsi idi. Güclü tayfa olan karaitlərin xanı Van xan onun atasının yaxın dostu olmuşdu. Gənclik illərində dinc həyatını mübarizələrlə dolu hərbçi həyatı ilə dəyişməsinə bu xan köməklik etmişdi. Düşmən tayfanın əsirliyində üç il ağır həyat keçirib qaçandan sonra da hələ ağlı başına gəlməmişdi, elə bilirdi tayfalararası qırğınlar olan yerdə sakit həyat sürmək mümkündür. Amma evlənəndən sonra düşmənlər bu dəfə hücum edib arvadını qaçırdıqda anasının məsləhəti ilə birbaşa Van xanın yanına gedir. Artıq əlvida dinc həyat, çünki öldürməsən öldürüləcəksən, əsir etməsən əsir edəcəklər. Van xan atası ilə dostluğunun xatirinə onu çox mehribanlıqla qarşılayır, ona ordusunun bir bölüyünü verir, o da bu bölüklə gedib düşmənlərini məhv edir və arvadını əsirlikdən qurtarır. Bu döyüşdə onun hərb işini gözəl bildiyini görən Van xan ona bundan sonra da öz yanında xidmət etməyi təklif edir, o da məmnuniyyətlə razılaşır. / Bu həmin Van xan idi ki, ermənilər ona “İvan xan” deyib Avropaya belə bir şayiə yaymışdılar ki, güya Uzaq şərqdə qüdrətli bir xristian hökmdar var, onunla tezliklə əlaqə qurub müsliman türklərə qarşı şərqdən ikinci cəbhə açmaq lazımdır. Əslində isə “van” ona tatarları dağıtdığı üçün Çin imperatorunun verdiyi titul idi, o döyüşdəki şücaətinə görə həmin imperator Temuçinə də “çöl bahadırı” fəxri adını vermişdi. Əsl adı isə Toğrul idi./
Ordu gəlib elə bir yerə çıxır ki, içməli su da böyük problem olur. Qurumaqda olan bir çayın lilli, palçıqlı suyundan içirlər. Nə edim, necə edim deyərkən Temuçinin savaşda hamının ölmüş hesab etdiyi qardaşı gəlib çıxır. Onu yorğun, üzgün, əldən düşmüş, cır-cındır içində görən Temuçinin ağlına belə bir hiylə gəlir; onu bu miskin vəziyyətdəcə Van xanın yanına göndərsin, çox pis gündə qaldıqlarını bildirərək özü üçün də, onun üçün də aman diləsin, özü isə gizlicə yola çıxıb gecə ilə xanın ordugahına hücum etsin. Bu artıq ölüm-dirim məsələsi idi, ya heç nə, ya hər şey. Tanrı ya Van xana verər, ya ona. Əgər Van xana qalib gələrsə, digər xanlar ondan ehtiyatlanacaqdılar. Amma risq çox böyük idi; monqollar özlərindən dəfələrlə artıq bir qoşuna qalib gəlməli idilər. Ona görə də hücum planı ən incə detallarına qədər düşünülüb hazırlanır, sonra isə bütün ordu həmin o suyu qurumaqda olan çayın lilli, palçıqlı suyunu içərək Temuçinə sədaqət andı içirlər.”Balçıjan” sözü / palçıq sözündən / buradan yaranmışdır. Van xan Temuçinin qardaşını çox pis halda görüb yaman təsirlənir, atası ilə dostluq illərini xatırlayıb kövrəlir, deyir Temuçinə aman verdim, gəlsin.
Səs salmasınlar deyə atların ayaqlarına bez bağlatdıran Temuçin bu zaman artıq onun ordugahının yaxınlığında idi. Qardaşının xanın düşərgəsindən bir neçə əsgərlə çıxdığını, xanın isə bu münasibətlə böyük ziyafət verdiyini öyrənən Temuçin gecənin düşməsini gözləyir, xanın əsgərləri qayğısız, sərxoş halda ora-bura dağılışdıqları zaman qəfildən ildırım kimi basqın edib karaitlərin varlığına son qoyur. Cəmisi bircə gün əvvələ qədər bir daha dirçələ bilməyəcəyinə heç kimin şübhəsi olmayan Temuçin o gecənin səhərini monqol çöllərinin ən qüdrətli xanına qalib gəlmiş bir qəhrəman kimi açır. Bundan sonra sui-qəsd iştirakçısı olan digər xanlarla ayrı-ayrılıqda hesablaşır, nəhayət, ən sonda and qardaşı Camukanı ağır məğlubiyyətə uğradır. Və 1206-cı ildə bütün monqol çöllərinin yeganə qüdrətli hökmdarına çevrilir.
Bəli, balçıjanlar… Onlarla dağı dağ üstə qoymaq olar. Xaqanın gözlərinə işıq gəlir. Amiranə səslə: ”Mən Tanrıya yalvardım ki, düşməndən qisas almaq üçün mənə qüvvət versin” deyir. Sonra ayrıca Yelyuya dönür: “Şaha təcili məktub yazdır. Mənim elçimi öldürmək, saqqalını ütmək nədir ona göstərərəm! “
Bəli, ordugaha dönürlər. Ziyafət davam edir. Şaha göndəriləcək məktubu xaqana oxuyurlar. Amma uzun-uzadı və çox yumşaq bir dildə yazılmış məktubu sonunadək dinləməyə xaqanın hövsələsi çatmır, qəzəblə məktubu alır, cırıq-cırıq edib oxuyanın üzünə çırpır.Yazarına deyir :”Belə yaz! “ və fikrə gedir. Çadıra ölü bir sükut çökür, milçək uçsa vızıltısı eşidilər. Xaqan fikirləşir, fikirləşir, hərdən “köpək” deyə yumruğu ilə dizini döyəcləyir, düşünür, daşınır. Birdən cəld taxtından qalxır. Diqqətlə yazarın üzünə baxır, baxır və sağ əlini ona tuşlayıb qəzəbdən bütün vücudu əsə-əsə dəli kimi bağırır: ”Müharibə istədin! Görəcəksən! “
Məktub dərhal möhürlənib çapara verilir, Xarəzmşaha göndərilir.
Cəmisi üç kəlməlik məktub… Ancaq nəinki Xarəzmin, eləcə də bütün Asiyanın taleyini dəyişəcək üçcə kəlmə…
Deyə bilərlər bu niyə kənar məsələlərdən danışır, birbaşa mətləbə keçmək olmazmı? Xeyr, olmaz. Bunlar heç də kənar məsələlər deyildir və əsla əziz oxucumu intizarda saxlamaq məqsədi güdmür. Mən hələ bir çox hadisələrin üstündən sükutla keçməyə məcbur olmuşam, sırf əziz oxucumu yormamaq xatirinə. Amma bu dediklərim də olmasa, ümumiyyətlə, o dövrün ab-havası azacıq da olsa udulmasa Koroğlu əfsanəsinin necə və haradan qaynaqlandığını anlamaq çətin olar.

( davam edəcək )

KOROĞLU SİRRİ : ƏFSANƏDƏN HƏQİQƏTƏ

( beşinci bölüm )

Bəli, şah məktubu oxuyur və çox təəcüblənir. Çölün yarımvəhşi adamlarının xanı nə cürətlə ona — şah oğlu şaha bu tərzdə məktub yaza bilmişdi, anlaya bilmir. Cəlaləddin də, sərkərdələr də monqollarla açıq döyüşdə vuruşmağın vacib olduğunu bildirirlər, amma monqolların kiçicik dəstəsinin iki il əvvəl necə igidliklə vuruşduğunu öz gözlərilə görmüş şah ehtiyatlanır və şəhərlərin qalalarını möhkəmlədib müdafiə olunmağı düzgün hesab edir. Ona belə gəlir ki, çöllülərə Kair xan lazımdırsa Otrarı işğal edib gedəcəklər. Əgər Otrarla kifayətlənməsələr Buxaranın da, Səmərqəndin də, Ürgəncin də qalaları kifayət qədər möhkəmdir, hər birində də xeyli igid döyüşçü. Monqolları bir müddətə ləngidərlər, o zamana qədər də şah İran tərəflərə gedib yeni, böyük bir qoşun toplayar, qayıdıb monqolların dərsini necə lazımdı verər.
1219-cu ilin yazında Çingizxan məğlubedilməz ordusunu üç hissəyə ayırıb böyük Xarəzm imperiyasına soxulur. Cuçi xanın qoşunu Amudərya sahillərindəki şəhərləri itaət altına almalı idi. Cığatayla Uqedeyin qoşunu Otrar şəhəri istiqamətində hərəkət etməli idi. Xaqan özü isə sonbeşiyi Tuli xanla birbaşa Buxaraya doğru istiqamət alacaqdı. Hər üç qoşun bu şəhər tərəflərdə birləşməli idi.
Otrar şəhəri mühasirəyə alınanda Çingizxan əmr edir ki, o yaramaz İnalçik Kair xanı diri tutun, onun cəzasını özüm verəcəyəm. Kair xan sevimli şahının bu gün-sabah böyük bir qoşunla yardıma yetişəcəyini güman edib qala qapılarını bağlayaraq şəhərin müdafiəsinə başlayır. Amma beş aylıq mühasirədən sonra monqollar müdafiəni yarıb şəhərə soxulurlar. Əhalinin müqaviməti tez qırılır. Sonda Kair xan bir neçə döyüşçü ilə bir evin damına çıxır və oradan monqollara əlinə keçən daş,saxsı parçaları tullayır. Nəhayət, onu diri tutub xaqanın hüzuruna gətirirlər.
Kair xan… Əziz oxucularım, bu yaramaz adamın adını yadınızda saxlayın, çünki irəlidə göstərəcəyəm ki, bu adama dastanın ayrıca bir hekayəsi həsr edilmişdir. ”Koroğlunun Ballıca səfəri” və ya “Düratın itməkliyi” deyirlər adına.
Kair xan xaqanın önündə diz çökmədən qəzəblə “qaniçən, qatil, cəllad” deyir ona. Dərhal sərkərdələrdən birisi arxadan təpiklə vurub Kair xanı yerə sərir, qılıncını siyirib parça-tikə etmək istəyəndə xaqan əlinin hərəkəti ilə onu saxlayır. “Bir gör necə ağıllıdır! ” – deyir, -Nələr törətdiyini bilir, istəyir rahat ölsün, ona görə məni qəzəbləndirmək istəyir. Sən bu boyda şəhərin hakimiydin, amma belə başa düşdüm ki, var-dövlətdən doymamısan, çünki yüzlərlə dəvəni yüküqarışıq yemisən, adamları da edam etmisən, elədirmi? Nə edək,indi doyarsan… “
Cəlladlara əmr edir ki, bir qabda qızıl əridilsin, onun qulaqlarına və gözlərinə tökülsün. Bəli, zülmkar şəhər hakimi beləcə layiq olduğu cəzasına çatır. İndi növbə onu belə qudurdan şahın idi, bunun üçün isə paytaxta getmək lazım idi.
Diqqət! Gələcəkdə Koroğlu ləqəbi ilə tarixə düşəcək məşhur qəhrəman da bax bu üç hissəyə bölünmüş monqol ordusundadır. Ordunun içində olub mahnıları ilə əsgərləri döyüşə ruhlandıran, qəhrəmanlıq göstərənlərə nəğmələr qoşan xalq aşıqları, təbii ki, onun haqqında da nəğmələr oxuyurdular. Amma əvvəla hər üç bölük Çingizxanın və oğullarının tabeliyində idi. Çənlibeldə isə Koroğludan böyük heç kimsə yox idi. İkincisi isə, monqol aşıqları onu , təbii ki, öz adı ilə çağırmalı idilər. Daha doğrusu, adı və ya orduda ona verilən ləqəbi ilə. Məsələn, məşhur sərkərdələrdən birisi orduda sıravı əsgər kimi qulluğa başladığı gündən xaqan ona “cebe” / monqolca “ox” / ləqəbi vermişdi, çünki mahir ox atıcısı idi. Və o da orduda bu ləqəblə tanınmışdı. Ona nəğmələr qoşan monqol aşıqları, təbii ki, adına Cebe deyəcəkdilər. Dastandan bilindiyi kimi Koroğlu da ləqəb idi, amma əgər monqol ordusunda bu ləqəbdə sərkərdə yox idisə, demək bu ləqəbi ona digər türk xalqları —Türküstan və Azərbaycan xalqları verə bilərdi. Türküstana isə monqol ordusu yenicə girmişdi. Odür ki davam edək.
Oğulları sarıdan Çingizxanın bəxti gətirmişdi. Dördü də atalarından mükəmməl hərb dərsi almışdı. Monqol qoşunları onların rəhbərliyi altında qarşılarına çıxan kəndləri, şəhərləri yandıra-yandıra, dağıda-dağıda Buxaraya tələsir. Əvvəl Buxara, sonra Səmərqənd, daha sonra paytaxt Ürgənc alınıb xarabazarlığa çevrilir, cavan oğlanlar qılıncdan keçirilir, qız-gəlinlər əsir edilir. Hara baxsan qalaq-qalaq insan meyidləri… Doyunca meyid yeməkdən piy bağlamış, həddindən artıq yekələnib buğa boyda olmuş, ona görə də yerlərindən tərpənməyə taqətləri olmayan sahibsiz köpəklər…O qanlı-qadalı günlərin şahidi olan bir dərviş-şair belə deyəcəkdi: ”dünya həbəşin saçları kimi qarışmışdı ”.
Böyük xaqan ardıcıl qələbələrdən məst olmuşdur. Artıq paytaxt da dağıdılmış, artıq Xarəzm imperiyası çökmüşdür. Lakin şah yoxdur, xaqan ürəkdən sevinə bilmir. Çaparlar xəbər gətirirlər ki, şah Amudəryanın o biri sahilində yay iqamətgahındadır, digərləri deyirlər onu Xorasan tərəflərdə görmüşlər.
Xaqan buradan irəli artıq özü getmir, Tuli xanı 70000-lik qoşunla Xorasan tərəfə göndərir. Şahın anası təkəbbürlü Türkan xatun şahın qızları və nəvələri ilə qaçıb bir qalada gizlənmişdi. Monqollar onların yerini tapıb qalanı mühasirəyə alırlar və qalaya gedən içməli suyun qarşısını kəsirlər. Bir neçə ay keçir, qalada son udum su da içiləndən sonra Türkan xatunun ailə üzvləri ilə birlikdə onlara təslim olmaqdan başqa çarəsi qalmır. Xaqan şahın bir-birindən gözəl qızlarını dərhal oğullarına paylayır. Türkan xatunun acıqlı sözləri ona xoş gəlmir və hamı hesab edir ki, edam ediləcək. Amma xaqanın belə qəzəbli anlarında araya girib ağıllı sözləri ilə çox zavallını ölümün pəncəsindən qurtaran Yelyu sakitcə deyir: “Böyük xaqan, o, şah deyil, şahın anasıdır. Hökmdar kim olur olsun, anası ehtirama layiqdir, çünki nəcabətli nəsildəndir.” .Xaqan ona sərt bir nəzər salır, amma görür ki, o həmişəki kimi ağıllı danışır, ona görə də başının hərəkəti ilə onun dedikləri ilə razılaşır; qadını edam etdirmək kişiyə baş ucalığı gətirməz, həm də əsir qadını. Amma Türkan xatun sonralar bəlkə də deyəcəkdi ki, kaş onda məni edam etdirəydi. Çünki xaqan sərkərdələri ilə çadırında yeyib-içəndə onu, o lovğa və təkəbbürlü qadını çadırın qirişində oturdacaqdı və gəmirdiyi sür-sümüyü köpəyinə atırmış kimi ona atacaqdı.
Çingizxan Tuli xanı Xorasana göndərdiyi vaxtlarda Subuday bahadırla Cebe noyonu yanına çağırır və onlara “yekə… / əndam / şahın arxasınca Amudəryanın obiri sahilinə keçib onu yerə girsə də, quş olub göyə çıxsa da tutub gətirmələrini “ əmr edir. Və elə həmin gün, yəni 1220-ci ilin isti may günlərindən birində bu iki sərkərdə hərəsində bir tümən əsgər olmaqla monqol ordugahından ayrılırlar. Və…
Diqqət! Koroğlu əfsanəsi də bax elə buradan da başlayır. Koroğlu əfsanəsi də yox, Koroğlu reallığı. Bu tamamilə real hadisələr sonradan əfsanələşdirilmişdir.
Amma yox, irəlidə hələ böyük bir dərya var, hələ onu keçmək lazımdır, onu keçənə qədər Koroğlunun öz adı var, ata-anasının verdiyi ad. Xeyr, xeyr, Rövşən deyil onun adı, irəlidə bildirəcəyəm niyə ona “Rövşən” demişlər. Gəlin tələsməyək, biz səyahətimizin ən maraqlı yerindəyik.
Bəli, iki məşhur sərkərdə şahı tutmaq üçün yola düşürlər. Hər biri müstəqil sərkərdə olsa da Cebe noyon hər zaman Subuday bahadıra qulaq asardı, ona görə də hər iki tümən faktiki olaraq Subuday bahadıra tabe idi. Cebe noyon gənc idi, ölçüb biçmədən döyüşə atılardı. Subuday bahadır isə döyüşlərdə bərkdən-boşdan çıxmış təcrübəli birisi idi, Cebe noyonu savaş meydanlarında çox çıxılmaz vəziyyətlərdən xilas etmişdi. Xüsusilə Çin müharibəsi zamanı sərkərdəlik məharəti üzə çıxan Subuday bahadır o savaşlardan birində sağ gözünü və sağ əlinin hərəkətliliyini itirmişdi; alnından dəyən düşmən qılıncı sağ gözündən, yanağından, çənəsindən keçib sağ qolunun əzələlərini kəsmişdi. Buna görə də ona “zəncirini qırmış dəli” , “qudurmuş köpək” ilə yanaşı “pəncəsi parçalanmış qaplan” da deyirdilər. Heç olmamışdı ki, göndərildiyi döyüşdən məğlub dönsün, ona görə də adı dillər əzbəri idi, şan-şöhrəti yerə-göyə sığmırdı. Temuçinin hələ gənclik illərində “quldur” ləqəbli böyük qardaşı Celmeliklə onun ordusunda xidmətə gəlmişdi. Monqol çöllərindən döyüşə-döyüşə Adriatik dənizi sahillərinə qədər gedən yeganə ordu komandanı idi. Monqol dövlətinin qurulmasında, güclənməsində və genişlənməsində əvəzsiz xidməti olan bu sərkərdə böyük xaqandan “bahadır” titulunu almışdı: qəhrəmanlığa görə mükafatların zirvəsi olan bu şərəfli ada tək-tük monqol sahib ola bilmişdi.
Tarixdən gəlib keçmiş qəhrəmanlar xəyalımızda at belindədirlər, amma mindikləri atdan başqa tövlələrində daha neçə atlarının olması hansı birimizi maraqlandırır? Ümumiyyətlə, bu nə dərəcədə maraqlıdır? Məsələn, Teymurləngin, Napoleonun, Atillanın neçə atı olmuşdur? Deyəcəklər bunu bilmək nəyə lazımdır? Amma bəs niyə Koroğlunun iki atı olduğunu bilirik? Uşaqdan da soruşanda heç düşünmədən deyəcək ki, Koroğlunun iki atı vardı: Qırat və Dürat. Qəribədir, niyə onun məhz iki atı olmuşdur? Niyə üç yox, beş yox, müqəddəslik bildirən yeddi yox, məhz iki? Dastandan belə məlum olur ki, dərya atlarından cəmisi iki qeyri-adi at əmələ gəlmişdir. Mifologiyanı bir tərəfə qoyub məsələyə real yanaşsaq necə? Onda deyə bilərlər adam sadəcə iki at istəyib, vəssalam. Yox, yox, bu bir az düz çıxmır axı. Necə yəni iki at istəyib? Hamımız bilirik ki, qəhrəmanların atlara xüsusi bağlılıqları olmuş, onları vəfalı dost bilmişlər. Əgər Koroğlu adi yoxsul bir kəndli olsaydı, deyərdik ömrü boyu cəmisi ikicə at almağa gücü çatmışdı. Amma onun kimi aləmə səs salmış bir qəhrəmanın bunca az atla kifayətlənməsi nəsə inandırıcı görünmür.
Çox qəribədir! Heç demə bizim inanıb-inanmamağımızdan asılı olmayaraq bu sırf həqiqət imiş. Bütün mübarizəsi dövründə onu həmişə iki atla görmüş xalq bu qəribə faktı yaddaşına elə həkk etmiş ki, dastan yaradıcıları bu faktın üstündən sükutla keçə bilməmişlər. Dildən dilə keçən, hər ağızın bir rəng qatdığı qəhrəmanlıq hekayələri aşıqlar tərəfindən dastan halına salınana qədər, təbii ki, xeyli zaman keçmişdir və əslində çox sadə izahı olan “iki at” məsələsinin üstünü bu müddət ərzində möcüzə dolu sirr pərdəsi örtmüşdür; “dərya atı” möcüzəsi həm atların sayına, həm də qəhrəmanın niyə başqa atlara sevgisinin olmadığına aydın cavab verir. Doğrudan da, onun təqsiridirmi ki, dərya atlarından cəmisi iki at dünyaya gəlmiş və onlar bunca qeyri-adi, misilsiz imişlər?
Demək, biz xaqanın sərkərdələri arasında iki atı olanını axtarmalıyıq. Həm də cəmisi üçünün arasında; Subudayın, Cebenin və Toxuçarın arasında. Niyə? Çünki xaqan şahı tutmaq əmrini 1220-ci ilin yazında vermişdi, İrana və Azərbaycana isə 1231-ci ilə qədər bu üç sərkərdədən başqa heç bir monqol sərkərdəsi gəlməmişdi. İndi görək bu üçündən hansı ola bilər? Toxuçar noyonu xaqan xeyli sonra Subuday bahadırla Cebe noyonun arxasınca göndərmişdi və o , demək olar ki, müqavimətsiz olaraq onların keçib getdiyi yerlərdən getmişdi, o zaman Subudayla Cebe artıq Şimali Qafqazda idilər. Toxuçar noyon xaqanın əmrindən çıxan yeganə sərkərdə idi, ona görə də hərbçi taleyini şərəfsiz başa vurmuşdu. Xaqan onların hər üçünə tapşırmışdı ki, itaət edənlərə toxunmayın. Amma Toxuçar noyon özündən əvvəl Subudayla Cebenin itaətə gətirdiyi şəhərlərdən birini talan edib dağıtmış, əhalini isə qılıncdan keçirmişdi. Buna görə də xaqan onu edam etdirmək istəmişdi, lakin sərkərdələrin yalvarışından sonra yumşalmış və onu tümənbaşçılığından sıravı əsgərliyə keçirməklə cəzalandırmışdı. Demək, Koroğlu o ola bilməzdi. Qalır iki sərkərdə. Subuday bahadır və Cebe noyon. Amma öncə iki at məsələsinə aydınlıq gətirək.
Xaqan onlara demişdi ki, şah İran tərəflərə qoşun toplamaq üçün getmək niyyətindədir, ona bunun üçün vaxt vermək olmaz, ona görə də tələsmək lazımdır ki, onu qoşun toplamadan öncə tutasınız.
Yol uzaq idi, buna görə də Subuday bahadır əmr edir ki, hər bir döyüşçü əlavə olaraq bir at da götürsün, çünki bir ata dinclik vermədən gecə-gündüz çapmaq olmaz, dinclik verəcəkləri halda isə vaxt itirəcəklər. Bir at yorulanda digərinə keçməklə dayanmadan nə qədər desən yol getmək olardı. Hə, əziz oxucum, bax həmin bu əlavə ata monqollar “tür at” deyirdilər. Çünki monqolca “türat” müvəqqəti at, yedək at deməkdir. Monqol atları kiçik olur, hündür Qarabağ, ərəb, türkmən atlarına öyrənmiş insanlar bu kiçik atlara “qırat” deyirdilər. Çünki monqollar yaşadıqları alaçıqlarına “qır” deyirdilər, başqa sözlə, “qırat” dedikdə atın qırlarda yaşayanlara, yəni monqollara aid olduğu başa düşülürdü. Türat da monqol atı olduğu üçün qıratdır, sadəcə, əlavə, yedək at olduğu üçün türatdır. /”t” hərfi zaman keçdikcə “d” hərfi ilə əvəzlənmişdir./.
Beləliklə, Subuday bahadırın əmrindən sonra hər iki tümənin döyüşçülərində və tümənbaşılarında qıratdan əlavə dürat da olur. Amma iki tüməndən yalnız birisinə “dəlilər yığınağı” deyirdilər. Hansına? Bəli, əziz oxucum mənim, yuxarıda qeyd etdiyim kimi, Subuday bahadırın tüməninə. Bax, axtardığımız məşhur qəhrəman, səkkiz yüz ilə yaxın bir müddətdə şəxsiyyəti gizli qalmış, əfsanələr pərdəsinə örtülmüş əsl Koroğlu odur.
Bəli, mənim Koroğlu haqqındakı versiyam budur. Bundan daha inandırıcı, sağlam məntiqə dayanan versiya olarsa məmnuniyyətlə qəbul edərəm. Deyə bilərlər ki, necə ola bilər, Koroğlu dastanı da bizim, Koroğlu operası da bizim, amma özü monqol sərkərdəsi.?! Amma bu məntiqlə yanaşsaq onda Leyli ilə Məcnun da bizim olmalıdır, çünki ilk olaraq Nizami Gəncəvi “leyli və Məcnun” poemasını yazmış, ilk olaraq Üzeyir Hacıbəyov bu əfsanə üçün opera bəstələmişdir. Amma bütün dünya bilir ki, o sevgililər ərəb qəbilələrindən idilər və bu möhtəşəm sevgi əfsanəsi hələ yeddinci əsrdən ərəblər arasında məşhur idi.
Monqollar da vahid türk millətinin xalqlarındandir ,necə deyərlər, nəhəng ağacın budaqlarından biridirlər, hər bir türk xalqının qəhrəmanı isə vahid türk millətinin qəhrəmanıdır, buna görə də Koroğlu bizim də qəhrəmanımızdır.
“Korluq “ məsələsinə gəlincə… Görünür xalq öz sevimli qəhrəmanını şikəst görmək istəməmişdir. Alnından çənəsinə qədər dərin çapığı olan, sağ əli hərəkətsiz, sağ gözü kor… Ona görə də bir halda ki, ləqəbi “Koroğlu” imiş, demək atası kor olmalıymış, məntiqi ilə gözlərinə mil çəkilən ata obrazı yaradılmışdır. Bəs niyə məhz ilxıçı? Çünki Temuçinə xidmət etməyə gələnə qədər Subuday ilxıçı olmuşdur. / Batı xanın Avropaya yürüşü zamanı Quyuk xanın hirslənərək dediyi sözləri xatırlayırsınızmı?/. O, 1164-cü ildə uryan-xatay tayfasından olan dəmirçi Xabılın alaçığında dünyaya gəlmişdir. Anası onun ilk addımlarını atdığını görmədən ölür. Bir bacı, üç qardaş imişlər. Bacı böyük olduğu üçün anasından sonra onlara o analıq edir. Subuday evin kiçiyi idi, atası öləndən sonra monqol adətinə görə evin “odçukini”, yəni ata yurdunun od-ocağının sahibi o olmuşdu deyə atasından hər şey ona çatmışdı. Və o, həyatını sakitcə sürdürə bilərdi. Amma heç kəsin öz evində sakitcə otura bilmədiyi, hamının birbirini qarət etdiyi bir dövrdə o da çoxları kimi hərb yolunu seçir. Qardaşı Celmeliklə Temuçinin ordusuna gəlir. 1202-ci ildə tatarlarla müharibə zamanı ona fəxri “bahadır” ləqəbi verilir. /”zəncirini qırmış dəli” , “qudurmuş köpək” ləqəbini isə Temuçinin o zaman hələ yaxın silahdaşı olan Camuka monqolların Naku-kun dağı ətəklərindəki döyüşü zamanı verir /. Bu döyüşdən dərhal sonra Temuçin onu naymanların xanı Kuçluğun və Buyuruk xanın üstünə göndərir. Bu, Subuday bahadırın başçılığı ilə olan ilk böyük döyüş idi .Sürətli yürüş edən Subuday bahadırın qoşunu naymanların ərazilərində qəfil görünür, monqollar onları Suci çayına sıxışdırırlar, Buyuruk xan öldürülür, Kuçluk xan qaçır və başsız qalan nayman döyüşçüləri əsir düşürlər. Bu qələbə ilə Subuday bahadır şöhrətlənir. 1206-cı ildə böyük xaqanı seçmək üçün toplanan qurultayda onun adı səksən səkkiz monqol şahzadəsi və noyonu /sərkərdəsi / arasında əlli birinci olaraq çəkilir…Evli idi, üç oğlu vardı. Amma Xarəzmşahın ardınca Cebe noyonla yürüşə başlayanda hər iki tümənin döyüşçüləri kimi, təbii ki, o da arvadını özü ilə götürməmişdi. Dastan qəhrəmanları isə sevimli yar olmadan yarımçıq olurlar, ona görə də dastan yaradıcıları ona Nigar xanımı Çənlibelə gətirməkdə “yardım edirlər”.
Təbii ki, dastan sonralar yaradılmışdır; əvvəlcə Subuday bahadırın mübarizələri olmuş, ona “Koroğlu” deyilmişdir. Amma sual oluna bilər :bir halda ki, dastan hələ yaradılmamışdı, gözlərinə mil çəkilən ata obrazı da hələ yox idi, necə olmuş ki, ona Koroğlu demişlər?
Bəli, yaxşı sualdır. Amma izah çox sadədir. Hətta bu gün də sözdəki mənanı qüvvətləndirmək üçün zalım adama “zalım oğlu zalım” ,xəsis adama “xəsis oğlu xəsis” ,axsaq birisinə “axsaq oğlu axsaq” demirikmi? Hələ söyüşləri demirəm. Bir gözü olmayan, hətta iki gözü olub da eynəklə qəzet-jurnal oxuyanlara “kor oğlu kor” deyənlərimiz azmı yəni? O böyüklükdə Xarəzm imperiyasının şahını şəhərbəşəhər, kəndbəkənd daban-dabana izləyən təkgözlü Subudayı görən camaat da heyrətindən “kor oğlu kor,yaman adamdı” , “kor oğlu kor,şaha göz verib işıq vermir” demış təbii. Və bu “kor oğlu kor” ifadəsi ağızdan ağıza, dildən dilə keçərək on üçüncü əsrin hərb nəhəngi Çingizxandan kamil döyüş dərsi almış Subuday bahadır üçün sonralar “Koroğlu” ləqəbinə çevrilmişdir.
Belə. İndi artıq Koroğlunun kim olduğunu, missiyasının nə olduğunu, Türküstandan bu yana bu böyük ərazidə nə axtardığını bildikdən sonra Koroğlu qalalarının niyə bu qədər geniş torpaqlarda səpələnməsi sualına cavab vermək olar. Bunun üçün isə şahı daban -dabana izləyən Subuday bahadırla Cebe noyonu, sadəcə, biz də daban-dabana izləməliyik.
Qəribədir, böyük bir imperiyanın nə qədər də məsuliyyətsiz və qorxaq bir şahı varmış! Monqollar ölkənin şərq vilayətlərini bir ilə yaxın idi ki, yandırıb dağıdırdılar, o isə hələ də İran tərəflərdə qoşun yığmaq bəhanəsi ilə meydandan qaçıb Amudəryanın obiri sahilindəki iqamətgahında oturmuşdu. Cəlaləddin haqlı imiş, hələ bir il əvvəl ona demişdi ki, hökmdarlar xalqın yaxşı günündə olduğu kimi pis günündə də onunla bir olmalı, qoyub qaçmamalıdırlar. Şəhərləri, kəndləri başlı başına özlərinin müdafiəsinə buraxıb qaçmağımızı xalq heç zaman bizə bağışlamayacaq. Doğrudan da, xüsusilə də Buxara, Səmərqənd,Ürgənc kimi elm və mədəniyyət mərkəzlərinin xarabazarlığa çevrildiyindən sonra xalqda ona qarşı ikrah hissi baş qaldırmışdı; artıq onu şahlığa layiq hesab etmirdilər. Çingizxan yerli xalqın bu əhvali-ruhiyyəsindən casusları vasitəsi ilə yetərincə məlumatlı idi, ona görə də onu ələ keçirmək üçün cəmisi iki tümən göndərmişdi.
Amudərya böyük, enli və dərin olduğu üçün şah rahat idi, hesab edirdi ki, monqollar bu dəryanı keçə bilməzlər, çünki qayıqları yox idi; ona görə də hərdənbir ova çıxır, yeyib-içib xoş keçirdi. İndiki Tacikistanın içindən keçən Vəhş çayı ilə Əfqanıstanla sərhəddən keçən Pənc çayı Tacikistanın cənub-qərbində birləşərək Amudəryanı əmələ gətirir və Özbəkistanın cənubundan, Türkmənistanın şərqindən keçməklə şimalda Aral gölünə tökülür. Əgər monqollar quru yolla onun dalınca gəlmək istəsələr minlərlə kilometr yol gedib o gölü hərlənməli idilər, o zaman da şahın casusları bunu ona vaxtında çatdıra bilərdilər və o, təhlükəsiz yerlərə qaçmağa fürsət tapardı. Amma onun Subudayın gözlənilməz manevrlərindən xəbəri yox idi. Subuday bahadır məhz onun gözləmədiyi çay yolunu seçir və gözləmədiyi yerdən — ona ən yaxın olan dərin yerdəncə o nəhəng çayı keçir. Tacikistanla Özbəkistanın cənub sərhədi tərəflərdə, Vəhş çayının Pənc çayı ilə birləşdiyi yerin yaxınlığında baş verən bu qeyri-adi keçiş xəbərini alan şah bərk qorxuya düşür və təcili yaxın adamları ilə İran tərəfə qaçır. Nişapurda dayanmaqdan qorxur, İsfahana gedir, sonra Bistana dönür, orada bir vəkilinə ləl-cəvahir dolu iki böyük sandıq verib onları Ərdahana aparmağı əmr edir, özü isə Rey şəhərinə tələsir.
Monqollar Nişapura çatıb camaatdan itaət tələb edirlər. Şah izini burada müvəqqəti itirdiyindən Cebe noyonla Subuday bahadır ayrı-ayrı hissələrə bölünüb onu axtarırlar. Subuday bahadır Tus və Radkandan Kuçana, İsfahana, sonra da Damqan və Semnandan Reyə gedir. Cebe də bir neçə Mazandaran şəhərlərini dağıdandan sonra oraya gəlir. Reylilər könüllü təslim olurlar; monqollar qəflətən orada peyda olmuşdular, çünki şahın orada olduğu xəbərini almışdılar. Amma şah monqolların gəldiyini eşidən kimi oradan Farrazin qalasına qaçmışdı. Orada otuz min əsgər vardı. Monqollar bundan xəbər tutan kimi oraya tələsirlər, amma qorxaq şah qalada olan bu qədər əsgərlə onlara qarşı çıxmaqdansa yenə də qaçmağı üstün tutur və oğulları ilə birlikdə Həmədan ətrafındakı Karun adlı dağ qalasına yola düşür. Yolda qəflətən monqollara rast gəlir; o adi kəndli paltarı geyindiyindən monqollar onu tanımırlar, belə kiçik kəndli dəstəsinin ardınca nədənsə getmirlər, ola bilsin əsla vaxt itirmək istəmirlərmiş.Arxalarınca bir neçə ox atıb yollarına davam edirlər. Şah Karunda bircə gün qalır, bilir ki monqollar buraya da gələcəklər. Ona görə də bir neçə at və bələdçi götürüb Bağdad tərəfə yol alır. Amma monqolları aldatmaq üçün hərəkət marşrutunu tez-tez dəyişərək Sərçəxan qalasına gəlir. Orada yeddi gün qalır. Sonra Gilan yoluyla Xəzər sahilinə yetişir. Aylarla sürən bu qaçhaqaç, qovhaqov onu elə üzmüş, elə taqətsiz və miskin bir hala salmışdı ki, cəmisi bir il əvvələ qədər özünü zamanın Makedoniyalı İskəndəri hesab edən bu adam tez-tez şikayətlənirmiş:”Görəsən bu dünyada elə bir yer tapılacaqmı monqolların əlindən bir azca rahat nəfəs alım? “. Artıq yaxın-uzaq vilayətlərin, şəhərlərin böyükləri də ona etinasız yanaşır, çağırışına gəlmirdilər. Birisi ona məsləhət görür ki, Xəzər dənizindəki adalardan birində gizlənsin, monqollar daim buralarda qalmayacaqlar ki, onlar getdikdən sonra geri dönər. Onsuz da heç bir çıxış yolu olmayan şah bu məsləhətə qulaq asır. Onu qayıqla Abeskun şəhərinin qarşısındakı Aşur adasına gətirirlər, yanında da bir aylıq yemək-içmək qoyub geri dönürlər. Bir aydan sonra yanına gələndə isə görürlər ki, meyidi sahildə çürüməkdədir, əynində də paltarı yoxdur. Heç demə bura dəhşətli cüzam xəstəliyinə tutulanların qovulduğu ada imiş. Şahın adamları nə baş verdiyini, onu kimin soyundurduğunu bilmək üçün adanı axtararkən onları tapırlar; birinin qulağı, birinin burnu, birinin biləkləri qopmuş, üz-gözləri yara, qoturluq içində olan bu bədbəxtlər onları görüncə qaçıb gizləniblərmiş. Doğrusunu deməsələr öldürüləcəklərini görüb hər şeyi boyunlarına alırlar. Məsələ belə olub: bir ay əvvəl şah buraya gətiriləndə uzaqdan gizlicə seyr edirlərmiş, görüblər ki , qayıqdakı adamların hamısı ona, o kəndli paltarındakı adama yerəcən təzim edirlər, düşünublər ki, əlbət lap böyuklərdəndir. Onu gərirənlər qayıqlara minib getdikdən sonra o bir xeyli müddət torpaqda diz çöküb oturubmuş, əlləri ilə də üzünü tutubmuş. Cüzamlılar ona yaxınlaşıb kim olduğunu soruşanda önündə qəfildən peyda olmuş bu canlı meyidləri görüb bərk qorxubmuş, dili tutulubmuş, bağıra-bağıra sahil boyu qaçıbmış. Amma hara qaçacaq; kiçicik ada, dörd bir tərəf dəniz. Cüzamlılar onu yaxalayırlar, deyirlər soyun. Kimsə nə vaxtsa onlara deyibmiş ki, güya hokmdarların paltarını geyinsəniz və ya bədəninizə sürtsəniz bu xəstəliyiniz keçəcək. O soyunmadıqda cüzamlılar onu zorla soyundurmağa başlayıblar və onun naz-nemət içində bəslənmiş qoyun kimi ləpələnən yekə əndamını, qadın dərisi tək zərif, pambıq kimi ağappaq dərisini görəndə paltarlarına sahib olmaq məsələsi müvəqqəti olaraq ikinci plana keçib; illərlə cəmiyyətdən məhrum adada qadınsızlıqdan əziyyət çəkən cüzamlılar elliklə onun üstünə atılıblar və… ehtiraslarını söndürdükdən sonra pal-paltarını cırıq-cırıq edib hərəsi öz bədəninin yaralı yerinə — kimisi qoluna, kimisi ayaqlarına, kimisi burnuna,kimisi əllərinə bağlayıb. Sonra onun üçün qoyulmuş ərzaqlardan cürbəcür yeməklər bişiriblər, onu da çağırıblar. Amma o nə o gün, nə də sonrakı günlər, heç vaxt onlarla yeməyə gəlməyib. Ümumiyyətlə, heç nə yemirmiş, sahildə gecə-gündüz böyük bir tonqal qalayıb yanında oturar, ağlaya-aəlaya hey dənizə baxarmış. Eləcə aclıqdan da ölübmüş.
Digər bir tarixçi yazır ki, sonralar şahı o adaya götürənlərdən bəzilərini görüb şəxsən özü söhbət edibmiş, onlar deyirmişlər ki, şahın o adada gizlənməsini məsləhət verən adam orada cüzamlıların olduğunu bilirmiş, sadəcə, şahdan çoxdan incik imiş, ona görə də adanın kimsəsiz olduğunu söyləyibmiş. Amma hətta o adada heç kimsə olmasaydı və o lazımınca yemək də yesəydi belə onun ömrünə çox az qalmışdı, çünki hələ Abeskun şəhərinə gəldiyində artıq sətəlcəm idi və sağalacağına heç bir ümid yox idi.
Nə faciəli sonluq! Uzun illər xalqı əzə-əzə o zamankı dünyanın böyük bir torpağının var-dövlətini təkbaşına yeyən ana ilə oğula Alahın verdiyi cəzaya baxın. Biri Çingizxanın qapısına bağlı köpək kimi gəmirilib qabağına atılmış sür-sümüyə möhtac…O birisi cüzamlılar adasında əyninə örtməyə bir bez qırığı da tapmadan aclıqdan olmüş… Öz xalqına xor baxan, dar günündə də onu düşmənlə üz-üzə buraxıb var-dövlətini yığışdıraraq qaçan hökmdarların taleyi başqa necə olmalıydı.

( davam edəcək )
KOROĞLU SİRRİ : ƏFSANƏDƏN HƏQİQƏTƏ

( altıncı bölüm )

Nə isə. Mətləbdən uzaq düşməyək. Koroğlu və dəliləri… bağışlayın… monqollar şahı axtara-axtara Həmədana gəlirlər və şəhər hakimindən itaət görürlər. Sonra Sucak yaxınlığında Küçbuğanın başçılığı altında olan Xarəzm ordusunu dağıdırlar. Şahın izini itirən monqollar oradan Zəncana və Qəzvinə gedib oraları hücumla alırlar. Soyuqlar düşdüyünə görə Xəzər sahilinə, Muğan çölünə gedirlər. Cüveyninin yazdığına görə bundan əvvəl Ərdəbili alıb dağıdırlar. İbn əl-Əsir isə deyir ki, Ərdəbil obiri ilin ,yəni 1221-ci ilin oktyabr-noyabrında alınır. O deyir ki, onlar Təbrizə gəlirlər, amma şəhərə toxunmurlar, çünki Təbriz əhalisi onlara qızıl-gümüş, geyim və mal-qara verir. Sonra gürcülərlə iki dəfə savaşları olur. Birincisində gürcülər döyüşdən qaçırlar, hündür qayalıqlara, dağların başına çıxdıqları üçün monqollar onları təqib etmirlər. İkinci vuruşmada isə qaçmadıqları üçün tamamilə darmadağın edilirlər. Azərbaycanın sərhəd vilayətlərinə daim basqınlar düzənləyib dağıntılar törədən gürcülərin dərslərini verdikləri üçün monqollar obiri ilin yazında qayıdıb Təbrizdən yenə vergi alırlar. Sonra Marağanı və Naxçıvanı zəbt edirlər. Atabəy itaət edir və toxunulmazlıq nişanı olan qırmızı möhürlü taxta payça alır. Avqust-sentyabrda Həmədana dönürlər, çünki şəhər üsyan qaldırmış, onların təyin etdiyi canişini öldürmüşdü. Həmədandan sonra Aran torpaqlarına gəlib Beyləqanı alırlar, yenidən Gürcüstana soxulurlar.Yalnız bündan sonra Şirvan və Dərbənddən keçərək Şimali Qagqaza gedirlər. .Burada alanlarla / indiki osetinlər / və digər Qafqaz xalqları ilə vuruşurlar. Alanların köməyinə Kotyan xanın başçılığı altında qıpçaqlar gəlir. Monqollar Kotyan xanı başa sala bilirlər ki, onunla heç bir işləri yoxdur, qızıldan-gümüşdən verib qəlbini ələ alırlar və alanlardan ayrılıb getməsinə nail ola bilirlər. O getdikdən sonra tək qalmış alanları asanlıqla darmadağın edirlər. Donda qıpçaq xanı Yuri Konçakova qalib gəlirlər, sonra Krıma soxulurlar və Suroj şəhərini alırlar. Daniil xan öldürülür, Kotyan xan işi belə görüb rus knyazlarından kömək istəyir. Cebenin dəstəsi Kiyevə tərəf gedib rusları qızışdırır və rusların 80000-lik birləşmiş qüvvələri onun ardınca tükülüşüb Kalka çayına qədər gəlirlər, burada isə onları Subuday bahadırın pusquda durub yaxşıca dincəlmiş “dəliləri” və azca əvvəl özünü yardıma yetirmiş Toxuçar noyonun tüməni gözləyirdi. 1223-cü ilin may ayında Kalka çayı yaxınlığında böyük vuruşma olur. Ruslar sayca üçqat çox olsalar da biabırçı məğlubiyyətə uğrayırlar, Kotyan xan rus knyazları ilə birlikdə öldürülür. Toxuçar noyon özü ilə xaqanın geri dönmək əmrini gətirmişdi, ona görə də bu vuruşmadan sonra monqollar Xəzərin şimalından keçməklə Orta Asiyaya, Çingizxanın yanına qayıdırlar, yoxsa bu savaş aşiqləri vuruşa-vuruşa kim bilir haralara gedib çıxacaqdılar..

Görürsünüzmü bu təkgöz sərkərdə, “kor oğlu kor” öz dəliləri ilə haralarda olmuş, neçə-neçə qalalarda iz qoymuşdur? İndi aydın olurmu Koroğlu qalaları niyə Türküstandan Azərbaycana , Anadoluya qədər belə böyük əraziyə səpələnmişdir? Onun əsas məqsədi zülmkar şahı tutmaq idi deyə ona qarşı çıxmaq zülmün tərəfində olmaq anlamına gəlirdi. Ona görə də yollarda, çöllərdə olan, torpağını əkib becərən sadə adamlar onu görüncə bunu nifrət etdikləri şahdan qurtulmaq üçün göydəndüşmə bir fürsət bilib böyük məmnuniyyətlə şahın hansı səmtə getdiyini bildirirdilər. Haralardansa peyda olan böyük bir atlı dəstənin əzəmətli bir şahı qabağına qatıb qovduğunu o zamanacan nə görən, nə də təsəvvürünə belə gətirməyən xalq sonralar onu böyük məhəbbətlə xatırlamış, bu qovhaqov zamanı hətta bircə günlük belə ayağı dəyən qalalara “Koroğlu qalası” demişdir. Bax, məsələnin kökü də bundadır!
Əlbəttə, yerli adamlardan Subuday bahadırla Cebe noyonun dəstəsinə qoşulanlar olmuşdur. Tarixçilər yazırlar ki, ümumiyyətlə, Çingizxan və ya ayrıca olaraq sərkərdələri hər hansı bir yürüşə getdikləri zaman “çöllərin bütün avaraları, şuluq adamları da onlara qoşulurdu” ,daha doğrusu, qoşunun arxasınca gəlirdi. Monqollar onları qoşunun özək hissəsinə qəbul etmirdilər; onlardan ayrıca korpuslar düzəldib mühasirəyə aldıqları qalaların üzərinə birinci olaraq göndərirdilər, qalalardan atılan qaynar qətrana, isti suya, şiddətli ox yağmuruna ilk olaraq onlar hədəf olurdular.
Koroğlu qalalarının məkanının Çənlibel və ya Çamlıbel olması haradan yaranmışdır?” Çənlibelli qoç Koroğlu” ifadəsindəki “Çənlibel” doğrudanmı məkan bildirir?
Qətiyyən. Moğal ordusu da o çağların ordularındakı kimi müxtəlif birliklərə bölünürdü. Mərkəz hissə, sağ cinah, sol cinah, öncül hissə, cəza bölüyü, kəşfiyyat bölüyü və sair. Atlı cəza dəstəsinə moğalca “çambul” deyirdilər. Subuday bahadırla Cebe noyonun tümənləri Xarəzmşahın ardınca cəza dəstələri kimi göndərilmişdi, ona görə də “çambullu tümənbaşı” idilər. Yəni “Çambullu qoç Koroğlu” Çambuldan olan deyil, atlı cəza dəstəsi olan qoç Koroğlu deməkdir. Sadəcə, Anadolu türkləri sözün ilk hecasını “çam ağacı” kimi anlayıb “çambul” sözünü “Çamlıbel” şəklinə salmışlar. Qafqaz və İran türklərində isə “çam” deyilməz, ”şam” deyilər. ”Çam” deyə dilimizdə bir söz olmadığı üçün onu “çən”lə əvəz edib Çamlıbeli Çənlibellə əvəz etmişik, yəni guya Koroğlu öz qalasını dumanlı, çənli beldə tikdirmişdir. / Taciklərin “Koroğlusu”sunda sözün əsli dəyişməmişdir; onların mifologiyasında Koroğluya “Çambuli Maston” deyilir. /
Koroğlunun şəxsiyyəti haqqındakı bu yeni versiya onun atlarının adlarına açıqlıq gətirməklə yanaşı o atların yaranması haqqındakı əfsanəyə də işıq salır; hətta əfsanənin yaranmasına səbəb olan real hadisənin yeri də,tarixi də məlumdur. Necə? İnanmaq çətindir? Qulaq asın.
Dastana görə o atlar dərya atından əmələ gəlmişlər. Əlbəttə, dəryada at yaşamaz. Yaşasaydı belə, otuz doqquzuncu gün səbirsizlik edib tövlənin damında deşik açan Koroğlu Qıratın çiyinlərində balıqlardakı kimi qanaddan çox üzgəcəbənzər şeylər görməli idi, əgər Qırat “atasına” çəkmişdisə. Amma “atasının” çiyinlərində nəinki qanadların, üzgəclərin belə olmasına əfsanədə heç bir eyham yoxdur. Halbuki üzgəc dərya atlarının doğrudan da dəryada yaşamasına tutarlı sübut olardı. Yox əgər sonrakı əfsanə qanadla bağlı olacaqdısa onda “dəryadan çıxan at” əvəzinə “uçub gələn qanadlı at” əfsanəsi məntiqlə daha doğru olmazdımı? Dastan yaradıcıları bu ziddiyyəti görməyə bilməzdilər, amma görünür onlar faktdan yan keçə bilməmişlər.
Faktdanmı? Bəli, bəli, faktdan. Dəryadan atların çıxmasını xalq görüb yaddaşına həkk etmişdi. Deyəcəksiniz qəribədir, bu necə ola bilər? Bax, əziz oxucum, bu yerdə biz həqiqətlə əfsanə arasındayıq. Çünki Qıratla Düratın dərya atı cinsindən olmaları, nəticə etibarı ilə, onların da dərya atları,dəryadan çıxma atlar olması anlamına gəlir; bu , təbii ki, əfsanədir. Amma atlar nəticə etibarı ilə deyil, birbaşa dəryadan çıxma atlardırsa və xalq da məhz bu real hadisəni görmüşsə?.. Həəəə, onda bu o demək olar ki, əfsanənin kökündə boş bir fantaziya deyil, real tarixi hadisə durur. Bəs o hansı tarixi hadisə imiş?
Şahı təqib etmək əmrini alan Subuday bahadırla Cebe noyonun yürüşün əvvəlində onun gözləmədiyi yerdən Amudəryanı keçdiklərini qeyd etmişdim, amma necə keçmişdilər, deməmişdim. Axı onların qayıqları yox idi. Amudərya da kiçik çay deyildir, iki -üç min kilometrlərlə uzanıb gedən enli, dərin, gur sulu böyük bir dəryadır. İyirmi min əsgəri, qırx min atı bu sahildən o sahilə keçirmək asan məsələ deyildi. Bərələr düzəltməyə də vaxt yox idi, xaqan “tələsin” demişdi. Subuday bahadır bu çətin məsələnin çox sadə, amma böyük cəsarət tələb edən bir həllini tapır. Hər bir döyüşçü bir neçə qalın budağı yan-yana sarıyaraq öz döyüş ləvazimatlarını — kamanını, oxunu, qılıncını, qalxanını onun üstünə bağlayır və atını dəryaya salır, bir əli ilə atın quyruğundan, obiri əli ilə həmin budaqlardan tutur. At üzə-üzə həm onu, həm də onun silahlarını obiri sahilə çıxarır. Beləcə bütün qoşun qısa bir vaxtda tamamilə itkisiz, atların köməyi ilə Amudəryanı keçir. İndi qarşı sahildə bu əcaib mənzərəni görən sadə adamların halını təsəvvür edin. Nəhəng dəryanın üzəri ilə sanki yekə, qara bulud hərəkət edir; zarafat deyil, iyirmi min insanın, qırx min atın başı, silahların bağlandığı budaqlar suyun üzərində qorxunc bir xəyal kimi üzür.Və bu qorxunc xəyal, bu yekə qara bulud sahilə çatan kimi…dəryadan atlar çıxır.
“Ehe-heheeeeeeey! Ora baxıııın! Dəryadan atlar çıxııır! Dəryadan atlar çıxıııır! Dərya atlarıııı!!!!!”
Zamanın çox qarışıq və olduqca həyəcanlı olduğunu nəzərə alsaq xəbər çox tez yayılmalı idi, çünki dəryadan çıxan atlar kiçik monqol atları idi, yəni “qırlarda yaşayanların atları olan qıratlar”. Həmin qıratların sahibləri artıq Otrardan Buxaraya qədər hər yeri viran qoymuşdular. Demək indi də buraları dağıdacaqlarmı?
Sahildə onları ilk görən və ya görənlərdən biri Alı kişi olur. Xanın ilxısını otaran bu adam görür ki, “dəryadan iki at çıxdı…iki madyana yaxınlaşandan sonra qayıdıb dəryaya girdilər… “
Bəs qırx min at niyə ikicə atla əvəz edilmişdir?
Bu, əfsanəyə görə belə olmuşdur. Çünki Qıratla Dürat onlardan əmələ gəlməli idi. Bunun üçün isə onlar cəmisi iki madyana yaxınlaşmalı, o madyanlar da sonradan cəmisi iki at doğmalı idilər. Həqiqətdə isə Alı kişi iki at deyil, ki cür at görməli idi; çünki atların yarısı yəhərli-yüyənli, yarısı isə yəhərsiz-yüyənsiz idi. Döyüşçülər yedək atları — düratları, təbii ki, yalnız mindikləri zaman yəhərləyirdilər. Dəryadan çıxandan sonra gecikmədən hansı ata minəcəkdilərsə onu yəhərləyib quyruğundan tutaraq Amudəryanı keçmişdilər. / Cəlalilər Koroğlusu variantında Rövşənin atasına dəryadan bircə at çıxdığını və iki madyana yaxınlaşdığını xəbər verirlər. Amma göründüyü kimi bu artıq şayiədir, çünki o, hadisənin şahidi deyildir, ona sadəcə belə xəbər verirlər. Amma bu variantda dəryanın adı dəqiq deyilir. “Ceyhun çayından bir at çıxdı”. O zamanlar Amudəryaya ərəbcə Ceyhun, Sırdəryaya isə Seyhun deyirdilər. Bu variantda bu da önəmlidir ki, Rövşənin atası Türküstan şahının ilxıçısı kimi göstərilir və atlarla bağlı əfsanə də , bildiyimiz kimi, elə qurulmuşdur ki, onlara görə gözləri çıxarıldığı üçün oğlu həmin şahdan qisas alır. Burada bizə lazım olan həqiqət budur ki, Koroğlunun şahla mübarizəsi Ceyhundan, yəni Amudəryadan başlayır. Məgər Xarəzmin şahı həm də Türküstanın şahı deyildimi və Subuday bahadırla Cebe noyonun onu qovması Amudəryadan başlamırmı? /
Dastanın bir variantına görə dayçalar qırx gün tövlədə bəslənir, digər variantına görə iki il qırx gün. Alı kişi deyir ki, bu dayçalar üç yaşda olduqlarında tayları-bərabərləri olmayacaq. Məgər Subuday bahadırla Cebe noyonun şahı qovmağa başlamasından ta Xəzərin şimalı ilə Çingizxan ordugahına dönmələrinə qədər də təxminən üç ilə yaxın bir vaxt keçmirmi? Yəni Qıratlı Düratlı Koroğlu bu üç il ərzindəki hadisələrlə məşhurlaşıb tayı-bərabəri olmayan əfsanəyə çevrilmirmi?
Göründüyü kimi “dərya atları” əfsanəsi real hadisələrdən qaynaqlanmışdır; hadisənin tarixi 1220-ci ilin may ayı, yeri Tacikistanla Özbəkistanın cənub sərhədi tərəflərdə Vəhş çayının Pənc çayına qovuşduğu yerə yaxın, atların çıxdığı dərya isə Amudəryadır.
Bəs Qoşabulaq əfsanəsi? Rövşənin Koroğlu ləqəbi ilə mübarizəyə başlamasına qədərki bu ikinci əfsanə bizə nəyi deyir? Koroğlunun qüvvəti haradan aldığını göstərən bu əfsanə niyə belə qalın xəyal yorğanına bürünmüşdür? Əfsanədən ana xətt kimi bir tək fikir şüurlara yeriyir: Koroğluya qüvvəti göylər vermişdir! Görünür bu yolla dastan yaradıcıları onu heç kimdən asılı olmayan, müstəqil xalq qəhrəmanı kimi təqdim etmək istəmişlər. Amma vicdanlı hərəkət etmiş, qüvvət mənbəyinin haqqını yeməmişlər, sadəcə olaraq, həqiqəti obrazlı söyləmişlər, necə deyərlər, onu kodlaşdırmışlar; anlayan anlayacaq, anlamayan deyildiyi kimi qəbul edəcək. Bəs o hansı həqiqətdir?
Əfsanədə deyilir ki, Rövşən çox getdikdən sonra Qoşabulağa çatır, o qədər gözləyir ki, axşam olur, gecədən xeyli keçmiş məşriqdən bir ulduz, məğribdən də bir ulduz doğur,ulduzlar gəlib düz Qoşabulağın üstündə toqquşurlar. Ulduzların toqquşmasından Qoşabulaq daşır, ağ köpük adam boyu qalxır. Rövşən köpükdən bir qab doldurub başına tökür, bir qab da doldurub içir. O köpükdən onun qollarına qüvvət gəlir, özünə də şairlik verilir, səsinə, nərəsinə qüvvət gəlir.
Bəli, konkret bir dövrə, konkret bir tarixi şəxsiyyətə və onunla bağlı real hadisələrə əsaslanmadan bu sirri, ümumiyyətlə, açmaq olmaz. Amma bir halda ki, söhbət Subuday bahadırdan gedir, demək, Qoşabulağı böyük bir ehtimalla monqol çöllərində axtarmaq lazımdır, çünki, təbii ki, o, qüvvəti yalnız Çingizxandan ala bilərdi. Ona görə də əfsanədəki sirri mən belə açıram: Qoşabulaq deyilən şey qoşa çaydır, monqol çöllərində monqolların müqəddəs hesab etdikləri Burxan-haldun dağının ətəklərindəki Onon və Kerulen çayları. Bu iki çayın həmin dağın ətəklərindəki qovuşan hissəsi Çingizxanın əcdadlarının, eləcə də bütün monqolların ata yurdu idi. Monqol ordusunun və monqol dövlətinin rüşeymi də bu iki çayın qovuşduğu yerdə yaranmış və buradan da qüdrətini bütün dünyaya yaymışdı. Subuday doğma qardaşı Celmeliklə gənclik illərində Temuçinin dəstəsinə qoşulmaq üçün məhz buraya gəlmişdi.
“O qədər gözlədi ki, axşam oldu, gecədən bir xeyli keçdi. Bir də gördü ki, məşriqdən bir ulduz, məğribdən də bir ulduz doğdu ”, yəni Subuday bahadır Çingizxan ordusunda bir xeyli xidmət etdikdən sonra qərbdə Xarəzmşah Məhəmməd, şərqdə isə Çingizxan qüdrətli hala gəldi.
“Ulduzların toqquşmasından Qoşabulaq daşdı, ağ köpük adam boyu qalxdı” , yəni Xarəzmşah böyük xaqanın karvanını qəsb etdikdən, elçisinin birini öldürüb digərinin saqqalını ütərək təhqir edilmiş şəkildə onun üstünə göndərdikdən sonra Çingizxanın səbr kasası daşdı,müharibəyə başladı.
“Rövşən köpükdən bir qab doldurub başına tökdü, bir qab da doldurub içdi” , yəni xaqan ona şahı tutmaq üçün iki tümən verdi; bir tümən özünün, obiri Cebe noyonun. Amma vahid komandan o idi.
“Təzədən bir də qabı doldurmaq istəyəndə baxdı ki, ey dadi-bidad! Köpük hayanda idi ?!“. Bu üçüncü qab Toxuçar noyonun tüməni idi, onlar gedəndən xeyli sonra arxalarınca göndərildiyi üçün Subuday bahadırın ixtiyarında deyildi. Toxuçar noyon onlara, qeyd etdiyim kimi, yürüşün sonunda, Kalka çayı yaxınlığında ruslarla vuruşma ərəfəsində çatır. Hətta o döyüşdə də müstəqil sərkərdə kimi savaşa girişir. Ruslar gələndə o, tüməni ilə ehtiyatda qalmalı imiş, çünki rusların sayı səksən mindən artıq imiş. Amma döyüşün qızğın çağında Subuday onu soruşanda deyirlər ki, Toxuçar davanı görüb dayana bilməyib, özünü böyür tərəfdən rus qoşununa vurub.
Bu da Qoşabulaq əfsanəsi. Bir az yuxuyozmasına oxşadı, amma mənim fikrimcə onun izahı məhz belədir.
Nərə çəkmək məsələsi… Nərə çəkmək döyüş zamanı düşmənə psixoloji təsirlərdən idi. Yüksək hərbi nizam-intizamı ilə seçilən monqol ordusu döyüş taktikası ilə də qəribə idi. Döyüş zamanı birdən özlərini zəif kimi göstərərək qəflətən geri dönər, amma sıralarını pozmazdılar, düşmən qoşunu bunu qələbə hesab etdiyindən cuşə gəlib onları qovmağa başlardı, onlar isə qaça-qaça göz qoyardılar, düşmən qoşunu uzun məsafəyə dağınıq halda səpələnibsə sərkərdənin bir əmrilə dərhal dayanıb geri dönər və yenə nizamlı şəkildə, sıx cərgələrlə, dəli döyüş nərələri ilə vahid yunruq kimi dqşmən üzərinə atılardılar. Bu qəfil hərəkət, belə qeyri-adi döyüş , təbii ki, düşməni sarsıdardı. O zamanacan tarixdə heç bir iz qoymayan, ayrı-ayrı tayfalar şəklində yaşayıb bir-birini didən monqollar cəmi iki onillik ərzində dünyaya meydan oxuya bildikləri üçün, Onon və Kerulen çayları arasından çıxıb özlərinə “Yekə moğal ulusu” yaratmağı bacardıqları üçün ən çox Çingizxanın bu yeni döyüş taktikasına minnətdar olmalı idilər. / Pusquda qoşun saxlayıb həlledici anda düşmənə öldürücü zərbə endirmək çox qabaqlar da mövcud idi /.
Döyüş zamanı düşmənə psixoloji təsir göstərməyə xüsusi diqqət verilirdi. Düşmən qoşununa nə qədər məsafə qalana qədər susaraq irəliləmək lazım idi, hansı məsafədən atlar sağa-sola yırğalana-yırğalana addımlanan qurd yerişinə keçməli, hansı məsafədən sağ qolu çiyinə qədər çırmayıb qılıncı yuxarı tutaraq vahid döyüş bağırtıları ilə — dəli nərələrlə dördnala çapmaq lazım idi, hamısı hücum zamanı sərkərdələr tərəfindən dəqiqliklə yerinə yetirilirdi. Təsəvvür edin, on minlərlə, yüz minlərlə ağızdan eyni zamanda çıxan “uraaaah, moğallar!”, “khu! khu! moğallar!”, “ur-al! ur-al! ur-al!” səsləri çöllərə, dağlara daşlara necə qorxunc səs salardı, “dağ-daş lərzəyə gələrdi, qulaq tutulardı” .
Nərə yalnız döyüş bağırtıları deyildi, həm də sərkərdələrin yüksək səslə verdikləri əmrləri idi. “Düratın itməyi” / və ya “Koroğlunun Ballıca səfəri” / hekayəsində Koroğlu ilə zalım şəhər hakimi Qara xanın toqquşmasından bəhs edilir. Qara xan onun ilxısını qəsb edir, ona deyəndə ki, bu nə işdir tutmusan, qorxmursanmı Koroğlu gəlsə sənin evini yıxar, deyir gəlsin də, neyləyəcək ki, mən İran padşahının qohumuyam. Koroğlu onun üstünə gedir, ondan qisas alıb ilxını da, üstəlik onun var-dövlətini də ələ keçirir. Yazını diqqətlə oxuyanlar o saat deyəcəklər: bu Qara xan nəsə çox tanış gəlir. Bəli, bəli, düz tapmısınız, bu adam Xarəzmin şərq girəcəyindəki Otrar şəhərinin hakimi olan həmin o yaramaz adamdır. Bu hadisə əslində Koroğlu ilə Qara xanın deyil, Çingizxanla Xarəzmşahın toqquşması, yəni Qoşabulaq əfsanəsindəki “ulduzların toqquşması” motividir. Otrar hakimi Kair xan da şahın anası ilə qohumluğuna arxayın olub Çingizxanın dəvə karvanını qəsb etmişdi və sonunda buna görə də məhv edilmişdi. Adları da uyğun gəlir: hekayədə Qara xan, həyatda Kair xan. Çingizxan onu əsir aldığında əmr edir ki , ərimiş qızılı onun qulaqlarına və gözlərinə töksünlər. Hekayədə necədir? “Koroğlu bir nərə çəkdi. Qara xanın qulaqları batdı ”. Yəni hekayəyə görə adam belə başa düşür ki, güya səsin gurluğundan onun qulaqları batır, həqiqətdə isə nərə əmr imiş. Yüksək səslə verilən əmr. Əmr icra olunan kimi, təbii ki, ərimiş qızıl onun qulaqlarını dağıdır. Beləliklə, “Koroğlu bir nərə çəkdi, dəlilər onun nərəsini eşidib siyirməqılınc gəldilər” deyəndə belə başa düşmək lazım deyildir ki, nərə çəkmək dəvə kimi nərildəməkdir. Xeyr. Koroğlunun nərəsi dəliləri hərəkətə gətirmək üçün yüksək səslə verilən sərkərdə əmridir, dəlilərin nərəsi isə döyüş bağırtılarıdır.
Belə bir sual ola bilər: əgər Koroğlu Subuday bahadırdırsa, onun da şəxsi tümənində on min döyüşçü vardısa, niyə igidlərin sayı 7777 göstərilmişdir? Əvvəla uzun mübarizələrdə , təbii ki, itkilər olacaqdı. İkincisi, dastan yaradıcıları hər şeydən göründüyü kimi əsl həqiqəti, yəni qəhrəmanın monqol olduğunu tamam gizləmək istəməmişlər, dəlilərin onluq say sistemi ilə qurulmuş qoşun hissəsi olduğunu bildiklərindən bu həqiqəti dörd eyni rəqəmlə kodlaşdırmışlar. Bəs niyə məhz dörd dənə yeddilik? Altılıq, səkkizlik, beşlik də ola bilərdi.
Bunun da izahı çox sadədir: monqolca yeddiyə “doloo” deyilir. Cəm halda “doloolar” olacaq ki, bu da “dəlilər” sözü ilə səsləşir. “Dəli-dolu igidlər” sözbirləşməsindəki kimi.
( davam edəcək )

KOROĞLU SİRRİ : ƏFSANƏDƏN HƏQİQƏTƏ

( yeddinci bölüm )

Bəs maraqlıdır, necə olmuş ki, yadelli birisi neçə-neçə xalqın sevimli qəhrəmanına çevrilə bilmişdir? Hə, əvvəla, onu qəhrəman hesab edənlər başqaları deyil, türk xalqları olmuşlar, din ayrılığı olsa da qəhrəmanla dil və qan qardaşlıqları vardı. Əsası isə o idi ki, böyük bir imperiyanın şahını qabağına qatıb axırına çıxacaq qüvvədə olsa da keçib getdiyi məmləkətlərdə dövlət quruluşunu dəyişməmişdi. Və heç bir döyüşdə məğlub olmadan üç ilə yaxın bir müddətdə min kilometrlərlə yolu bir xəyal kimi keçib getmişdi. Əgər Azərbaycandan getdikdən üç-dörd il sonra sultan Cəlaləddin gəlib Azərbaycan hökmdarı olmasaydı Subuday bahadır xatirələrdə qəhrəman kimi yaşaya bilərdimi? Böyük bir ehtimalla xeyr. Olsa-olsa böyük bir quldur dəstəsi ilə ölkənin bu başından vurub o başından çıxan adi bir basqınçı kimi xatırlanacaqdı. Çünki xalqın öz milli Eldəgəzlər dövləti var idi, o isə bu dövlətin ərazisinə soxulub şəhərlərin, kəndlərin dinc həyatını pozmuşdu. Amma o gedəndən sonra nə olur? 1223-cü ildə Dərbənd keçidi ilə böyük qıpçaq dəstələri Azərbaycana soxulur. 1225-ci ildə bir neçə il əvvəl Çingizxanla döyüşdə məğlub olmuş sultan Cəlaləddin qoşunu ilə gəlir. Heç bir müqavimət göstərməyən Marağanı alandan sonra Təbrizə gedir və şəhərə sahib olur. Atabəy Özbək Gəncəyə qaçır, oradan da gedib Əlincə qalasına sığınır və orada da olür. Onun ölümü ilə Eldəgəzlər sülaləsi yox olur. Qısa bir vaxtda Cəlaləddinin hakimiyyətini Gəncə, Bərdə, Şəmkir və s. şəhərlər tanıyır. Cəlaləddinin fəthi ilə Ağsunqurilər hakimiyyəti də çökür, Şirvanşahlar özlərini onun vassalı hesab edirlər. Azərbaycanın idarəsi onun vəziri Şərəf əl-Mülkə tapşırılır. Bu adamın ağlınagələn əcaib vergiləri üzündən Təbrizdə üsyan qalxır. Üsyan bütün Azərbaycanı bürüyür. 1231-ci ildə Gəncədə Bəndərin başçılığı ilə sənətkarlar və yoxsullar düşmən qarnizonunu məhv edib hakimiyyəti ələ alırlar. Cəlaləddin üsyanı amansızlıqla yatırır, otuz üsyan rəhbərinin boynu vurulur, Bəndər isə şaqqalanır. Cəlaləddinə qarşı Mərənd, Xoy, Naxçıvan və digər şəhərlər də qalxırlar. Hərəkat get-gedə qüvvətini artırır. Bu narazılıq alovunu, təbii ki, onun bütün Türküstanda, İranda, Azərbaycanda nifrətlə xatırlanan məsuliyyətsiz bir şahın oğlu olması faktı da gücləndirirdi. “Bundan hökmdar olarmı? Sabah bir düşmən qoşunu gəlsə bu da atası kimi xalqı qırğın qabağında qoyub qaçmaz ki? ”…
Bax, həmin o qarışıq, keşməkeşli zamanlarda xalq “kor oğlu korun” bir də bu yerlərə qayıtmasını arzulayacaqdı ki, atasını şəhərbəşəhər, diyarbədiyar qovduğu kimi oğlunun da axırına çıxsın. İşi ordularla, zülmkar şəhər hakimləri ilə, qudurğan bəylərlə, xanlarla olan “kor oğlunun” mübarizəsi məhz bu illərdə ağızdan ağıza keçən əfsanələrdə yaşayacaqdı. Xarəzmşah kimi qüdrətli bir hökmdara göz verib işıq verməyən birisi üçün Cəlaləddin kim idi ki?
Amma o bir daha bu yerlərə qayıtmayacaqdı. 1231-ci ildə bu dəfə başqa bir monqol sərkərdəsinin — Çormaqun noyonun başçılığı altında olan monqol qoşunu Azərbaycana soxulur. Rey və Həmədanı alır, şəhər varlıları ilə danışıqlardan sonra Təbrizə sahib olur; on il əvvəl də bu şəhər “qırat və düratlılarla” məhz danışıqlar yolu ilə qırğından, talandan xilas ola bilmişdi. Məğlub olmuş Cəlaləddin Anadolu tərəflərə qaçır. Monqollara Gəncə ciddi müavimət göstərir, amma onlar 1235-ci ildə şəhəri alaraq təməlinə qədər dağıdırlar. Şəmkir də alınıb dağıdılır. Bakını, Tovuzu və digər şəhərləri də tuturlar, 1239-cu ildə Dərbəndi də aldıqdan sonra Azərbaycanın işöalını bitirirlər. Subuday bahadırla Cebe noyonun başçılığı altında olan ilk yürüşdən fərqli olaraq monqollar bu dəfə tutduqları bu torpaqlardan getmirlər və buralarda məskunlaşırlar.
O əsrlərdə tayfa, ləhcə müxtəlifliyi olsa da vahid türk coğrafiyası, vahid türk milləti anlayışı mövcud idi, bu vahid coğrafiya, sadəcə olaraq, müxtəlif türkdilli hökmdarların təyin etdikləri dövlət sərhədləri ilə bölünürdü. Çormaqun noyon da, Cəlaləddin də, qıpçaqlar da, Subuday bahadır da türk övladları idilər. Ona görə də onlar əcdadlarımıza yad deyildilər. Amma onların içində yalnız Subuday bahadır fərqlənirdi, çünki mübarizə məqsədi başqa idi; məhz buna görə də “Koroğlu” ləqəbi ilə xalq arasında məşhurlaşmışdı.
Yunanıstandan Hindistana qədər döyüşə-döyüşə gedən Makedoniyalı İskəndər niyə döyüş yolundakı xalqların sevimli qəhrəmanına çevrilmişdi? Çünki o ancaq hökmdarlarla kəllə-kəlləyə gəlirdi, xalqla isə heç bir işi yox idi. O , monqollar arasında da çox məşhur idi. Çingizxanın özü, sərkərdələr, o cümlədən də Subuday bahadır həmişə ondan böyük ehtiramla söz açardılar.
Çingizxan Çini viran qoymuşdu. Monqollar oradan getdikdən xeyli sonralar da səyyahlar şəhərlərin kənarlarında qalaq-qalaq yığılmış insan skeletləri görmüşdülər. Amma bugün də çinlilər böyük xaqanı misilsiz bir qəhrəman kimi böyük məhəbbətlə anırlar. Çox təəcüblüdür! Doğrudur, o, çinliləri onlar üçün yad olan çurjenlərin və kidanların hakimiyyətindən azad etmişdi, amma özü məgər onlara doğma idimi? Xeyr. Aralarında heç bir dil və qan qohumluğu yox idi. Amma buna baxmayaraq on üçüncü əsrdə onu hətta ilahiləşdirməyə cəhd etmişdilər; o əsrə aid Çin qravüraları buna sübutdur. O qravüralarda Çingizxanın anası körpə Temuçini qucağında tutmuş şəkildə təsvir olunmuşdur. Qravüralar Kubilay xanın hakimittəti illərinə aiddir və xristian ikonaları tipindəndir, kilsəyə qoyularsa heç kimsə şübhə etməz ki, qucağında körpə həzrəti İsanı tutmuş qadın müqəddəs Məryəm anadır. / Bu işin haradan qaynaqlandığını da bilmək elə bilirəm maraqlı olar. O zaman Kubilay xan bütün Çinin, Monqolustanın hökmdarı və bütün monqolların xaqanı idi, paytaxtı Karakorum ilindən Pekinə köçürmüşdü. Aslanların arxasınca ac çaqqal sürüsü süləndiyi kimi ermənilər də onun arxasınca Karakorumdan Pekinə, onun sarayının yan-yörəsinə toplaşmışdılar, qravüranı da ona hədiyyə etmək üçün çinli sənətkara onlar sifariş vermişdilər. Kişiləri oğraşlığa meylli olan millətin qadınları da qəhbəliyə meylli olar, odur ki, erkək ermənilərin ardınca dişi ermənilər də Kiçik Asiyadan uzaq Pekinə məhz bu zamanlardan axın-axın gəlməyə başlamışdılar, çünki monqolların Xanbalık dedikləri bu böyük şəhər Karakorumdan fərqli olaraq çadırlardan, alaçıqlardan uzaq idi, gur şəhər həyatında isə qalib monqol sərkərdələrinin yataqlarına rahatca yol tapmaq, erkəklərinin ağıllarına gələn bu yeni dahiyanə ikona ideyalarına “mənəvi dəstək” vermək olardı. Bu o vaxtlar idi ki, erməni hiyləgərliyinə uyub yüz yetmiş ilə yaxın bir müddət ərzində islam dünyasına qarşı səlib yürüşləri aparan Avropa mənasız qırğınlardan başqa heç bir şeyə nail olmadığını görüb silahı yerə qoymuşdu. Qüdrətli monqol xaqanlarına xristianlığı qəbul etdirmək yolu ilə müslimanlara şərqdən ikinci cəbhə açmaq planı da nəticəsiz qalmışdı. Çingizxan ailəsindən yalnız onun kiçik gəlini Sorkakdanə xatun xristianlığı qəbul etmişdi, bunu ermənilər Quyuk xanın ölümündən sonrakı illərdə Fransa kralına xəbər vermişdilər, o da casus Rubruku missioner pərdəsi altında məktubla böyük xaqan Munke xanın yanına göndərmişdi. Bu görüş zamanı o, xaqanın anası Sorkakdanə xatunla da görüşməli idi ki, bəlkə ana vasitəsilə xaqana din məsələsində təsir etmək mümkün olsun. Amma Rubruk Karakoruma yetişənə qədər Sorkakdanə xatun dünyasını dəyişmişdi. Paytaxt Pekinə köçürüləndən sonra ermənilər bu dəfə yeni və son dərəcə vicdansız bir üsula əl atırlar; qravüralarda Çingizxanı “Allahın oğlu” hesab etdikləri həzrəti İsaya, anası Aylini isə müqəddəs Məryəm anaya bənzədərək bu yolla Kubilay xanın qəlbinə girməyə çalışırlar. Nə qədər də hiyləgər bir üsuldur, deyilmi? Təsəvvür edin ki, bu qravüralar yavaş-yavaş monqol düşüncəsində özünə möhkəm yer tutur. Bundan sonra hər hansı xristian məmləkətinə hücum edəcəkləri halda hər bir evdə, hər bir kilsədə o şəkillərin bənzərlərini görərkən monqollar o məmləkəti özlərinə düşmən hesab edərdilərmi? /.
Qısaca belə demək olar: hər bir xalq hansı adamı qəhrəman seçib-seçməməyi sonrakı nəsillərdən daha yaxşı bilir, çünki hər dövrün öz şərtləri var.
İndi növbə qəhrəmanın adınındır. Bildiyimiz kimi Koroğlunun əsl adı Rövşən olmuşdur.
Ba! Doğrudan.?! Bu daha çox farslar arasında yayğın olan bir ad deyilmi? Vallah, sizi bilmirəm, amma mən türk babalarımın şanlı tarixini öyrənməyə başladığım vaxtdan onun əsl adının Rövşən olmasına şübhə etmişəm., burada nəsə doğru deyil demişəm. Koroğlunun Subuday bahadır olduğuna tam yəqinlik hasil etdikdən sonra isə şübhəm ikiqat artdı; əgər dastan yaradıcıları bu böyük həqiqəti, yəni Koroğlunun kim olduğunu gizləmişlərsə, hətta onun qüvvət mənbəyini Qoşabulaq əfsanəsi şəklində rəmzlər pərdəsinə bürümüşlərsə, əsl adını doğru-düzgün deyərdilərmi? Təbii ki xeyr. Amma bəs niyə fars adı? Niyə Rövşən? Dastan türk xalqlarının dastanı, qəhrəmanın ləqəbi əsl türkcə, amma adı fars adı.?! O əsrlərdə at belində qılıncının ucu ilə tarix yazan türk insanının öz sevimli qəhrəmanına fars adı verməsi bu gün oğul-uşağımıza erməni adı verməmiz kimi bir şey olardı. Fars və erməni; bu iki millət min illərlə türk atlarının dırnaqlarından qopan toz-torpağı öz üst-başlarından təmizləməklə məşğul olmuşlar, son əsrlərdə Azərbaycan, Anadolu və Orta Asiya türklərini birbirindən ayırmaq məqsədi güdən ingilisin, rusun köməyi ilə özlərinə dövlət qurub türklüyə dil uzatmalarına baxmayın. Tarixdə boş bir yer yoxdur, qədimlərdən qədim olmaları kimi xəstə fantaziyalarla ora soxulmaq olmaz. Bütün dünyaya bəlli deyilmi ki, Nuh tufanından yalnız Nuh peyğəmbərin özü, üç oğlu və üç gəlini qurtulmuşdu? Bütün dünya bilmirmi ki, o peyğəmbərin Yafət adlı oğlundan türk oğulları, digərlərindən isə ərəb və yəhudi oğulları törəmişdi ? Belə olan halda istisnasız olaraq bütün digər xalqlar, o cümlədən də farslar və ermənilər o üç xalqın birbaşa və ya dolayısı ilə hibridləşməsindən törəyənlər olmurmu? Həmin hibridlərdən bəziləri bu alçaldıcı sözdən yaxa qurtarmaq, tufanın o üzündən birbaşa gəldiklərini sübut etmək üçün “tufan heç də hər yeri basmamışdı, bəzi yerlər quru qalmışdı” versiyasını irəli sürmüşlərsə də, necə deyərlər, tənqidə davamlı olmamışdır, çünki heç bir dini kitabda “bəzi yerlər” haqqında eyham belə yoxdur. Sağ qalanlar yeddi nəfər olmuşdur; Nuh peyğəmbər, üç oğlu və üç gəlini, vəssalam. Bu öz yerində. Bu gün dünyanın erməni, köhnə kitablarda ərmini kimi tanıdığı, əslində isə adı hay olanlar Makedoniyalı İskəndərə qədər Balkanlarda taborlar halında yaşayan yunan-roma qaraçıları deyilmi? Yunanlar bunu bilmirlərmi? Elə ki Makedoniyalı İskəndər eramızdan əvvəl üçüncü əsrdə iranlılar üzərində ilk və böyük zəfərini qazanır, o zamana qədər əhəmənilərin nəzarəti altında olan Kiçik Asiyanın qapısı Balkanlarda yaşayanların üzünə açılır; Balkanlarda nə ki ac millət vardı, o cümlədən də hay adlanan yunan-roma qaraçıları bu yeni torpaqlara axın-axın gəlməyə başlayırlar. Makedoniyalı İskəndər Hindistana qədər gedir, geri dönəndə dünyasını dəyişir, amma haylar Kiçik Asiyanı tərk etmək məcburiyyətində qalmırlar, çünki Böyük İskəndərin varisləri olmasa da dörd sərkərdəsi ağıllı tərpənib imperiyanı dörd yerə bölürlər və hərəsində birisi hökmranlıq edir. Kiçik Asiya , İran sərkərdə Selevkin payına düşdüyü üçün onun adı ilə Selevkilər adlanan dövlətdə öz qaraçı taborlarında şad-xürrəm yaşamaqda davam edirlər.Yüz ildən çox keçir, Romalılar Selevkiləri məğlub edib Qafqaza doğru irəliləyirlər. Daha sonra Pompeyin legionu Xəzər sahillərinə qədər gəlib çatır. Yunan-Roma qaraçıları da at və kəl arabalarıyla taborlar halında onların ardınca gəlib bit-birə kimi bu yerlərə daraşırlar.Yeddinci əsrdən etibarən latınlıqdan yunanlaşmağa keçmiş Bizanslılar həqiqətən də onları sevmirdilər, çünki bir zamanlar qüdrətli Romaya belə çox böyük mədəni təsir edən, qədim Avropanın bu ən yüksək mədəniyyət daşıyıcıları onların qaraçı nəslindən olduğunu gözəl bilirdilər; adam yerinə qoyulmadıqları üçün də Səlcuqlu türkləri gələndə onlar yunanlılardan şikayət edib ağlaya-ağlaya türklərdən Kilikiyanı sədəqə kimi qopara bilmişdilər.
Makedoniyalı İskəndərin müzəffər əsgərləri fars qızları ilə yaxınlıq etmişdilər ki, bu izdivacdan doğulanlar yunan – ellin meylli olsunlar, amma atla eşşəkdən törəyən qatır nə at, nə də eşşək olmadığı kimi, o bicbalalar da nə yunan, nə də fars ola bilməmişdilər, ortalıqda qaldıqlarını görüb özlərini həmin o qaraçı hay dəstəsinə aid etmişdilər. Bu günkü ermənilərin hansı qisminin yunan-roma qaraçısı, hansı qisminin farsdoğan bicbalalar olduğunu demək çətindir, min illərdir birbirlərinə qaynayıb qarışmışlar, ona görə də farslar yanlışlıq olmasın deyə bütün erməniləri özlərindən törəmə hesab edərək qohum deyib bağırlarına basırlar.
Farslara gəlincə… Var müasir fars, var orta fars, var qədim fars. Bax o qədim farslara pəhləvilər deyirlər, fars yəhudisi kimi də tanınırlar, türk kişiləri ilə yəhudi qadınlarının hibridi olmuşlar. Boyunlarına alsalar da belədir, almasalar da. Yeddinci əsrdə ərəblər farsların Sasanilər adlı son imperiyasını çökdürdükdən sonra bu millət bütün orta əsrlər boyunca bir daha ayağa qalxa bilməmişdi. Səlcuqlar, türkmənlər, qıpçaqlar, monqollar üstlərindən elədən beləyə, belədən eləyə keçmişdilər. Monqollardan sonra Teymurləng axsaya-axsaya qəzəblə “şumlamışdı” fars vilayətlərini. Sonra Qaraqoyunlular, Ağqoyunlular, qızılbaşlar…və…
Və türklər möhtəşəm qəhrəmanlıq dastanı yaradırlar, qəhrəmanın adı isə fars adı olur?!
Qəribədir! Subuday bahadırla Cebe noyon şahı qovma əməliyyatı zamanı əsasən qeyri-türklərə savaşın nə olduğunu göstərmişdilər; gürcülərlə, ruslarla, alanlarla və s. yanaşı burunlarını ovduqları millətlərdən biri də farslar deyildimi?
Deyə bilərlər Babəkin əsl adı ərəb adı olan Hüseyn idi, buna baxmayaraq iyirmi il ərzində ərəblərə qarşı vuruşmuş, xilafətin beş böyük ordusunu dağıtmışdı. Elədir, amma bu adın sevimli peyğəmbərimizin nəvəsinin adı olması kəlməni millilikdən çıxarıb ümumislami zirvəyə qaldırmışdır, belə ki , milliyətindən asılı olmayaraq hər bir müsliman bu adı doğma hesab edir.
Əlqərəz, şubhələnməkdə haqlıyammış. Dastanın variantlarından birində gördüm ki, Koroğlunun əsl adı Rövşən deyil, Uruşandır. Təsəvvür edə bilməzsiniz nə qədər sevindim! Axır ki axtardığımı tapmışdım. Kəlmə təhrif olunmuşdurmu ? Bəli. Amma dastan türk xalqlarının dastanı olmasaydı böyük bir ehtimalla mən də belə hesab edərdim ki, təhrif olunan “Rövşən” kəlməsidir. Amma əksinədir. Təhrif olunan məhz “Uruşan” kəlməsidir. Orta Asiya türklərinin əksəriyyərinin dilində bu gün də “vur” sözü “ur” kimi işlədilir. “Vuruşmaq” yerinə “uruşmaq” , “vuruşan” yerinə “uruşan” deyilir. Zaman keçdikcə bu “uruşan” kəlməsi “ruşan” , “ruşən” və sonunda da farslaşaraq “rövşən” şəklinə düşmüşdür. Demək, bu da “Koroğlu” kimi ləqəbdir, ad deyildir. “Vuruşan,savaşan kor oğlu korun” əsl adı isə dastanda yoxdur və ola da bilməzdi; dediyim kimi, əgər dastan yaradıcıları onun Çingizxan sərkərdələrindən biri olduğunu gizləmək istəmişlərsə , demək hər şeydən əvvəl onun adını gizləməli idilər. Elə deyilmi?
Dəmirçi ailəsində anadan olan Subuday bahadırın ləqəblərindən biri də, təbii ki, Dəmirçioğlu ləqəbidir. Sadəcə ona görə ki, atası dəmirçi idi. Əlbəttə, ləqəbləri atalarının peşələri ilə bağlı olan oğullar monqol ordusunda həddən artıq olmuşdur, amma “Dəmirçioğlunun Çənlibelə gəlməsi” hekayəsindəki bir məqam bu igidin məhz Subuday bahadır olmasından xəbər verir. O hansı məqamdır?
Subuday bahadırın qeyri-adi döyüş qabiliyyətini görüb heyrətlənən Camukanın onun haqqında dediyi “zəncirini qırmış dəli” , “qudurmuş it” sözləri Çingizxanın, eləcə də bütün monqolların çox sevdikləri ifadələrə çevrilmişdi. Çingizxan xaqan seçildiyi zaman Subuday bahadıra böyük məhəbbətlə məhz bu sözlərlə müraciət etmişdi. Sadəcə bu “zəncir qırmaq” ifadəsi dastanda birbaşa mənasında işlədilmişdir. Dəmirçioğlu Koroğlunun atını oğurlayarkən Koroğlu bir dəli nərə çəkir, Dəmirçioğlu huşunu itirib atdan yıxılır. Koroğlu tez onun əl-qolunu qalın zəncirlə bağlayır. Dəmirçioğlu özünə gələndə güc verib zəncirlərini qırır və Çənlibelə öz xoşu ilə gedib dəlilərə qoşulur.
Bəs bir hekayədə eyni adam nədən iki müxtəlif adamlar kimi qarşılaşdırılmışdır? Söhbət Subudayın monqol ordusunda xidmət etməyə gəlişindən gedirsə o, Çingizxanın yanına gəlməli deyildimi ? Dəmirçioğlu Subuday bahadırdırsa Koroğlu da Çingizxan olmurmu?
Xeyr. Nəzərə almaq almaq lazımdır ki, dastan tarixdən götürülsə də tarix deyildir və qeyri-monqol xalqları tərəfindən yaradılmışdır. Üstəlik, hər bir hekayənin tarixi də müxtəlifdir; xalq dastandakı bütün informasiyaları eyni vaxtda ala bilməzdi axı onları tarixi ardıcıllıqla da düzüb qoşsun. Hekayənin özündən də göründüyü kimi Dəmirçioğlunun Çənlibelə gəlməsi / və demək bu hekayənin də Koroğlu haqqındakı əfsanələrə qoşulması / çox sonranın işidir. Qeyd etmişdim ki, Çormaqun noyonun başçılığı altındakı monqol qoşunları ikinci dəfə Azərbaycana hücum etdikdən sonra artıq burada davamlı qalmışdılar. İyirmi ildən sonra, yəni 1256-cı ildə isə Azərbaycan Hülaku xanın İlhanilər dövlətinin tərkibinə qatılmış və Təbriz bu yeni böyük monqol imperiyasının paytaxtına çevrilmişdi. Ona görə də mənim fikrim belədir ki, yerli adamlar, yəni dədələrimiz Dəmirçioğlu haqqındakı hekayəni Çormaqun noyondan sonra Azərbaycanda məskunlaşan həmin ilk monqollardan eşitmişdilər. Subudayla Cebe getdikdən ən azı səkkiz-on il sonra. O zaman Subuday bahadır artıq çoxdan əfsanələrdə koroğlulaşmışdı. Görmürsünüzmü dəmirçi ata oğlunun zalımlara qan udduran, adı gələndə hamının əsim-əsim əsdiyi Koroğlunun qalasına gedib onun atını gətirəcəyini deyəndə necə qorxuya düşür ? Nə qədər onu bu qorxunc fikrindən döndərmək istəyirsə bir şey çıxmır. Dəmirçioğlu Çənlibelə gedir və sonunda oradakı dəlilərə qoşulur. Və bir halda ki o da “dəli” idi , Çənlibelə qalxmışdı, demək o, Koroğlunun dəlilərindən biri olmalı idi. Çünki Çənlibelin bir tək sahibi vardı, o da Koroğlu idi.
Və… Budur , əziz oxucum, nəhayət, sevimli qəhrəmanın izi ilə əsrlərin arxasına etdiyimiz səyahətimiz başa çatdı, onun səni yormadığına, əksinə maraqlı olduğuna inanıram, ona görə də qızıl kimi vaxtını ayırıb mənimlə birlikdə Koroğlu axtarışına çıxdığın üçün peşman olmadığına əminəm. Axı necə olsa da Koroğlunun kimliyi barədə qəlbində zaman-zaman baş qaldıran şübhələrə birdəfəlik son qoydun, “qırat” və “dürat” sözlərinin mənasını, dərya atı və Qoşabulaq əfsanəsini anladın, igidlərin sayının niyə dörd yeddiliklə göstərilməsi, onlara niyə dəlilər deyilməsi, Koroğlu qalalarının niyə bu qədər geniş ərazilərə səpələnməsi və s. bu kimi suallara cavab tapdın. Və bir daha əmin oldun ki, qəhrəmanlar həqiqətən də ölmürlərmiş, nə qədər gizli qalsalar da , başqa bir adın, ləqəbin kölgəsində görünməz olsalar da, səkkiz yüz ildən sonra da olsa günün birində bax beləcə işıq üzünə çıxırlar. Niyə?. Çünki onlar ölməzlik haqqını ölən günlərinə qədər canlarını böyük təhlükələr burulğanlarına atmaqla, qaçınılmaz ölümün üzünə ömür boyunca qorxmadan cürətlə baxmaqla qazanmışlar. Hələ sağlığında şan-şöhrəti yerə-göyə sığmayan əfsanəvi sərkərdə Subuday bahadır məhz belələrindəndir; hətta deyərdim ki, o bu ölməzlik haqqını artıqlaması ilə qazanan tək-tük xoşbəxtlərdəndir. Çünki dünya durduqca nə bir türkün qəlbindən Koroğlu sevgisi silinəndir, nə də Subuday adı ilə ölüb Koroğlu ləqəbi ilə dirilmək ondan başqa hansısa digər bir bəşər övladının taleyinə yazılan. Koroğlu bir dənədir, ona tay kimsə olmamış və olmayacaq da.
Munke xan 1259-cu ildə, yəni ilk tüfənglərin istehsala başlandığı ildə dünyasını dəyişir. Monqol şahzadələri bir il sonra onun yerinə Kubilay xanı böyük xaqan seçirlər. O zaman Kubilay xan Çin səfərində idi, qardaşının öldüyünü, onun yerinə özünün seçildiyini bilsə də hərbi yürüşünü dayandırmır, çünki Subuday bahadırın hər zaman hər yerdə yanıb-yaxılaraq dediyi sözlər onun da qulaqlarından sırğa kimi asılmışdı: “O zaman Quyuk xanla Buri bay Uqedey xanın öldüyünü eşidən kimi atlarının başlarının döndərməsəydilər indi son dənizə qədər bütün dünya bizim idi. Nə qalmışdı ki?. Bir tək firənglər, bir tək… Onlar da qorxularından gecələr yata bilmirdilər… Ah Quyuk xan! Ah Buri bay! Hər şey sizin üzünüzdən yarımçıq qaldı. Siz dönməsəydiniz Batı xan dönərdimi?..”
Amma sonra xəbər gəlir ki, Kubilay xanın o biri qardaşı Arıq Buğa xan Karakorumda qarışıqlıq salıb xaqan taxtına oturmaq istəyir. Kubilay xan o zaman məcbur olub geri dönür, qardaşını məğlub edir. Amma ona heç bir pislik etmir, buna görə də bütün monqolların sevgisini qazanır və təkrar Çinə dönüb 1264-cü ildə paytaxtı Pekinə köçürür. Artıq tüfəngin meydana çıxmasının beşinci ili idi və o artıq gərəkli silah kimi xüsusilə varlılar arasında özünə yer etməyə başlamışdı. Əsasən ovçuluqda istifadə olunurdu.
Günlərin birində Kubilay xanın Pekindəki son dərəcə təmtəraqlı sarayına yaşı yüzü haqlamış, beli bükülmüş, taqətdən düşmüş bir qoca gəlir. O, qapıdan girəndə bütün Asiyanı hökmü altında, qalan dünyanı da qorxu içində saxlayan, zamanın qüdrətli hökmdarı Kubilay xan dünyada heç bir kəs üçün etmədiyi hərəkəti edir ; taxtından qalxıb onun qabağına yeriyir, qoluna girib böyük bir ehtiram və nəvazişlə onu taxtının yanına gətirir və öz yanındaca oturdur. Şahzadələri, sərkərdələri çağırıb onun şərəfinə böyük bir ziyafət verir. Söhbət əsnasında qoca ona cəsarətlə tənəli sözlər deyir, onu belə təmtəraqlı, yar-yaraşıqlı sarayda oturduğu üçün qınayır. Deyir ki, biz məgər bunun üçünmü vuruşmuşduq, sən bu gün beləcə dəbdəbəli saraylarda oturasan deyəmi dörd bir tərəfimizlə mübarizə aparmışdıq, monqol insanı ömrünü alaçıqlarda keçirir, ona görə də sənə qədər bütün monqol xaqanları çadırlarda hokmranlıq etmişlər, sən niyə çadırı saraya dəyişmisən?..
Qoca bu sözləri adi bir adamla danışırmış kimi mərd-mərdanə xaqanın üzünə deyir, amma nə xaqan, nə də məclisdəki şahzadələr, sərkərdələr qətiyyən bu cəsarətə təəcüblənmirlər. Çünki o bu dövlətin qurulmasında, güclənməsində və genişlənməsində əvəzsiz xidmətləri olan, bunun üçün ömrünü at belində keçirən, Çingizxanın dediyi kimi “yeməklərini də at belində yeyən, yuxularını da at belində alan” dörd məşhur sərkərdədən biri, tərifi monqol ozanlarının dilindən düşməyən əfsanələr qəhrəmanı Subuday bahadır idi. Yalnız onun böyük xaqanı qınamağa cəsarəti çata bilərdi; yalnız onun və başqa heç kəsin. Nəinki məclisdəkilər, Çingizxanın sadiq silahdaşı olan bu qeyri-adi qocanı uzaqdan da olsa bircə dəfə görə bilmək üçün Pekin küçələrinə toplaşmış əhali də bilirdi ki, onun Tuli xanın digər oğulları kimi Kubilay xanın da boynunda böyük haqqı vardı. O olmasaydı Kubilay xan bu gün böyük xaqan taxtında otura bilməzdi. Çünki Çingizxan vəsiyyətində xaqanlığı Uqedey xana və onun oğullarına vermiıdi. Tuli xana və oğullarına isə bütün monqol ordusunun ali baş komandanlığı çatmışdı. Amma qeyd etdiyim kimi, Quyuk xan öldükdən sonra artıq çox qüvvətli olan Batı xan onun qardaşlarını bir kənara buraxıb əmioğlanlarından ən sevimlisi olan Munke xanı taxta çıxarmış və bununla da babasının vəsiyyətini pozmuşdu. Kim ona qarşı gələ bilərdi ki? Elə istəmiş, elə də etmişdi. Munke xan da məhz bu böyük dayaqdan ruhlanıb özünə tabe olan qoşunun bir hissəsini bir qardaşı Hülaku xana verərək İran, İraq tərəflərə, bir hissəsini də digər qardaşı Kubilay xana verərək Cənubi Çin imperatorluğunu işğal etməyə göndərir, sonunda Hülaku xan İlhanilər imperiyasını qurur, Kubilay xan isə Munke xanın vaxtsız vəfatından sonra cənublu-şimallı bütün Çinin və Monqolustanın hökmdarı, eləcə də bütün monqolların böyük xaqanı olur. Yəni hər şeyin səbəbkarı Batı xan olur. Amma Batı xanı atası ovda “müəmmalı “ şəkildə öldürüldükdən sonra yeniyetmə ikən oğulluğa götürüb əsl hərbçi kim öyrədən, Avropa yürüşünə lazımi sayda qoşun verməsi üçün Uqedey xandan xahiş edən, qoşunu yalnız öz hərbi dühası ilə Adriatik dənizinin sahillərinə qədər çatdırıb Batı xan üçün Altın Ordu imperatorluğunu quran kim idi?
Əlbəttə ki Subuday bahadır. Bəli, öz xalqına, öz hökmdarına son dərəcə sədaqətli olan və bu sədaqətini son nəfəsinədək əməli ilə sübut edən bir insan., təbii ki, beləcə hörmətə, sevgiyə layiq olacaq.
Kubilay xan hökmü çatan ərazilərin böyüklüyünə və tabeliyində olan insanların sayına görə o zamanın / ümumiyyətlə, bütün bəşər tarixinin / ən böyük hökmdarı idi, çünki monqol dövlət quruluşuna görə Altın Ordu imperatoru da, İlhanilər hökmdarı da faktiki olaraq ona tabe idi. Odur ki, tüfəng yeni bir silah növü kimi hanıdan əvvəl , təbii ki, onun diqqətini çəkmişdi, amma hələlik yalnız böyük sarayının mühafizəçiləri və saysız-hesabsız mal-qara, qoyun-quzu sürülərini, at ilxılarını güdən çobanlar bu silahla təchiz edilmişdilər. Qoç Koroğlu “yarısı taxta, yarısı dəmir” olan bu əcaib şeyi qocalıq illərində onun sarayına bu gəlişi zamanı yolda çobanlarda və sarayda görüb heyrətə gəlmişdi. Tüfəng çıxdı, mərdlik getdi, bic əyyamı gəldi, demişdi.
Haqlı imiş. Zaman göstərdi ki, o nə qədər də haqlı imiş!

——————————-
—————–

( son )

P.S.:
{Yazıda Rəşidəddinin, Bartoldun, Yanın, Qrussenin, İbn əl-Əsirin, Cüveyninin və s. tarixçilərin əsərlərindən istifadə olunmuşdur.}.
Qeyd etməliyəm ki, Subuday bahadır Tuva xalqının milli qəhrəmanıdır, bu muxtar respublikada onun böyük heykəli ucaldılmışdır. Vaxt gələcək, onun heykəlinə böyük hərflərlə “Koroğlu” kəlməsini də yazacaqlar. Onun ölüm tarixi haqqında ziddiyyətli fikirlər vardır, Tuva Akademiyasından bildirmişlər ki, onun ölüm tarixi bəlli deyil. Ancaq nədənsə bəzən onun 1248-ci ildə öldüyünü yazırlar. Ümumiyyətlə, bu əfsanəvi sərkərdənin dəqiq ölüm tarixinin bəlli olmaması və ya tüfəng istehsalından əvvəlmi, sonramı ölməsi əsrlərin arxasına etdiyimiz bu səyahətimizə zərrə qədər də kölgə salmır. Çünki dastanı diqqətlə oxuduqda dərhal bəlli olur ki, bütün hekayələr sanki bir dövrə, sondakı “Koroğlunun qocalığı” hekayəsi isə tamam başqa dövrə aiddir. Bununla belə, o hekayə qətiyyən yamaq kimi görünmür, əksinə, dastana sanki bir tamlıq, bütövlük damğası vurur. Aşıq yaradıcılığı dəryadır yəni, önündə bənd-bərə durmaz.

2011. Bakı. Azərbaycan.

YORUMLAR

  1. kamil dedi ki:

    Yazar emek harcamış ve bir eser göndermiş ama, keşke bizim anlıyabileceğimiz şekilde yazılsaydı.