Adana Adıyaman Afyon Ağrı Aksaray Amasya Ankara Antalya Ardahan Artvin Aydın Balıkesir Bartın Batman Bayburt Bilecik Bingöl Bitlis Bolu Burdur Bursa Çanakkale Çankırı Çorum Denizli Diyarbakır Düzce Edirne Elazığ Erzincan Erzurum Eskişehir Gaziantep Giresun Gümüşhane Hakkari Hatay Iğdır Isparta İstanbul İzmir K.Maraş Karabük Karaman Kars Kastamonu Kayseri Kırıkkale Kırklareli Kırşehir Kilis Kocaeli Konya Kütahya Malatya Manisa Mardin Mersin Muğla Muş Nevşehir Niğde Ordu Osmaniye Rize Sakarya Samsun Siirt Sinop Sivas Şanlıurfa Şırnak Tekirdağ Tokat Trabzon Tunceli Uşak Van Yalova Yozgat Zonguldak
Mengen °C

(<)img src="https://placehold.it/120x600">
deneme kod arasında img'den önce ve en son (<)kapama işareti arasında boşluk olmayacak < img src="https://www.5banners.com/store/img/cms/00102.gif" >

Mirzə Hacıyev BİR QƏZƏLDƏ YATAN SİRR -4-

Mirzə Hacıyev BİR QƏZƏLDƏ YATAN SİRR -4-
10.10.2016
851
A+
A-
şeyh İmadəddin Nəsimi

     Mirzə Hacıyev

BİR QƏZƏLDƏ YATAN SİRR

(ariflər üçün)

dördüncü hissə

       Adəm yaradıldığı zaman Uca Məclisdə Allaha bütün əşyaların adlarını söylərkən mələklərlə, ilk cinlə yanaşı Allahın Hüsnü-Camalını da görmüşdür; qeyd etdiyim kimi, mələklər də, cin də bəlli materialdan düzəldilmişdilər deyə vücuda malik idilər, o vücud onların görüntüsü, bəyanıdır. Allahın Mübarək Adlarından oluşan Hüsnü-Camalını isə yalnız görüntü kimi görmüşdür. Çünki O Hüsnü-Camalı göstərən İlkin Ruhdur, Onunla Özünü bəyan etmişdir, amma vücudu, cismi yoxdur deyə  Özü görünməz. Hüsnü-Camal cisimsiz Laməkanın görüntüsüdür. O Laməkan olan İlkin Ruh  Hüsnü-Camalla birlikdə Allahdır. Rəhman-Rəhim o Mübarək Adlardan yalnızca birisidir, bütün cənnət məkanı o Mübarək Adlardan yalnız birisinin təzahürüdür. Mələk Cəbrayılın gətirdiyi ayələr bu Addan gəlir. “Bismillah ir-Rəhman ir-Rəhim”, yəni Allahın Rəhman-Rəhim Adıyla başlayıram. Bütün Adları ilə deyil, yalnızca Rəhman-Rəhim Adı ilə. Bütün Adları ilə olmuş olsaydı, bu o demək olardı ki, Allahın Hüsnü-Camalı ilə  başlayıram. “Əlhəmdü lillahi Rəbbil aləmin”. Yəni həmd aləmlərin yaradıcısı Allaha məxsusdur. Ayrılıqda İlkin Ruhamı? Ayrılıqda Hüsnü-Camalamı? Xeyr. İlkin Ruhla Hüsnü-Camalın birliyinə. Hüsnü-Camal İlkin Ruhsuz var olmazdı, İlkin Ruhun da Hüsnü-Camalı olmasaydı, o Camalı oluşduran Mübarək Adlardan aləmlər yaranmazdı. Hansı

aləmlər? Bizim bildiyimiz cənnət və varlıq məkanından başqa Allahın digər Mübarək Adlarından da təzahür edən aləmlər varmış. Biz insanların o aləmlərin varlığından xəbərimiz yoxdur. Amma həzrət Adəm cənnətdə yaşadığı vaxtlar bundan xəbərdar imiş; on səkkiz min aləmin mövcudluğundan xəbər verir o, Nəsiminin diliylə. O aləmlərin hər birinə Allahın sözü onların təzahür etdikləri Adlardan gəlir. Bizim aləm isə Rəhman-Rəhim Adından təzahür etmişdir deyə həmd, tərif Allaha və bu aləm üçün Onun Adlarından birisi olan Rəhman-Rəhimə məxsusdur. Çünki bizim aləm üçün Qiyamət gününün hökmdarı Rəhman-Rəhim olacaq. (Əslində “Rəhman” və “Rəhim” iki ayrı Mübarək Ad olsa da Rəhman bu maddi dünyadakılara, Rəhim isə Qiyamətdən sonrakılara mərhəmət edən mənasındadır deyə ikisini bir Adda birləşdirilir. Belə ki, Ərşi-Ali və sidrətül-müntəha içində olanlar hər ikisindən təzahür etmişlər).

        “Allahdan başqa ilah yoxdur, Məhəmməd Allahın Rəsuludur”. Onun Rəsul olaraq göndərilməsi irəlicədən göylərdəki Ana Kitabda yazılıdır, ona göndərilən ayələr də o Kitabdandır. O Yazılar Allahındır, yəni bütün Mübarək Adlarındır Rəhman Adı ilə birlikdə. Yalnız Rəhman Adına aid olmuş ilsaydı deyilərdi “Allahın Rəhman-Rəhim adından baıqa ilah yoxdur, Məhəmməd Allahın Rəhman-Rəhim Adının Rəsuludur”. Bununla belə, ayələr bizim məkana yalnız Rəhman-Rəhim Adına gəlir. Niyə? Çünki o Ana Kitabdakı ayələr içərisində  yalnız bizim məkana endirilməsi nəzərdə tutulan ayələr digər Mübarək Adların təzahürü olan on səkkiz min aləmə deyil, yalnız Rəhman Adının təzahürü olan aləmə gəlir.

        Adəm cənnətdə kamil olmuşsa, yəni bütün cənnət məkanının bütünlüklə Rəhmandan təzahür etdiyi həqiqətini anlamışsa, demək, ruhən Rəhmana qovuşmuş kimi olmuşdur. Necə ki, Yer üzü insanı kamilləşincə ruhən Adəmə qovuşur və “mühiti-əzəməm, adım Adəmdir, Adəməm” deyir, eləcə də, kamil Adəm ruhən Rəhmana qovuşub  “Həm ayətü-Rəhman mənəm, həm rəhmətü-Rəhman mənəm” deyir. Bir ovuc suyu dənizə atarsan dənizə qovuşar, sonra o su desə ki mən dənizəm, ayırd etmək olarmı onu deyən o bir ovuc sudur, yoxsa bütünlükdə dəniz? Ruhən Rəhmana qovuşduğu üçün hətta “vəhy ilə həm mələk mənəm” deyir. Yəni bir halda ki, Rəhmana qovuşaraq Hüsnü-Camaldayam, vəhy də, mələk də o Hüsnü-Camaldan deyilmi? Maddi məkanda vəhyin ayət şəklində olması, mələyin surət halında görüntüsü, eşidilməsi mənəmsə, cənnətdəki kamil halımda vəhyin də, mələyin də şəkillənməsi deyil, özləri mən olmurammı Hüsnü-Camalda ikən? Qadağan olunmuş ağaca toxunduğu zaman isə kamilliyinə qüsur gəlmişdir, çünki kamil varlıq  Allahın əmrindən çıxmaz. O üzdən Rəhmana qovuşmağı bitir və  Allahın əmrilə bu maddi cahana çevrilir. Ona görə də anlamaq lazımdır ki, qəzəldə Nəsiminin dili ilə danışan  mühiti-əzəm  Adəm  cənnətdəki kamil halındadır.

         Mələyin də, cinin də cənnət məkanındakı görüntüləri onların konkret bir cisim kimi görüntüləridir deyə həqiqidir, amma maddi dünyamızdakı görüntüləri isə şəkillənmədir, xəyaldır deyə fanidir. Adəmin də o məkandakı onlara görüntüsü cisim kimi görüntüdür deyə həqiqidir. Amma onun bu maddi məkanın ayrı-ayrı maddiliklər kimi, yəni Ay, Günəş, ulduzlar, canlı-cansız hər şey şəklində  görüntüləri şəkillənmədir, xəyaldır deyə fanidir. Eləcə də, Allahın Hüsnü-Camalı İlkin Ruhun bir (cisim kimi deyil) varlıq kimi görüntüsüdür, cənnət və içindəkilər isə o görüntünün (daha doğrusu, o görüntünü oluşduranlardan birisi olan Rəhman-Rəhim Adının) görüntüsü, şəkli, bəyanıdır. Maddi məkandakı şəkillənmələrdən birisi olan biz insanlar da faniyik deyə bizim üçün cənnət məkanı həqiqidir, əsil həyat oradadır. Amma o məkan əbədi olsa da əzəlidirmi? Xeyr. Məhz sonradan mövcud olduğu baxımından Allah üçün o məkan da şəkillənmədir, xəyaldır. Həqiqi var olan yalnız və yalnız Allahdır. Amma cənnət əzəli deyil deyə fanidirmi? Xeyr. Çünki Allah onun əbədi olacağını vəd etmişdir. Allah isə vədində doğrudur, sözündən dönməz. İstəsə o məkanı da yox edər və bütün sonsuzluq  “Öncə Allah vardı və Onunla heç bir şey yox idi” halına gələr. Və bunu edərsə Ona qarşı çıxacaq bir qüvvə, vədinə xilaf çıxdığı üçün Onu qınayacaq bir kimsə olmaz. Amma bununla belə o məkanın əbədiliyini vəd etmişdir, demək, əbədiyyən onu yox etməz. Əbədi olan şey isə fani sayılmaz, həqiqi sayılar. Maddi məkan isə içindəki hər şeylə, o cümlədən, insanlarla birlikdə Qiyamət zamanı əzəldən olmayıbmış kimi silinəcək, ona görə fanidir. Cənnət məkanının Rəhmanın şəkillənməsi, bəyanı olduğu həqiqətini dərk edən Adəm bu bəyan ilə Rəhmanı görmüş, Rəhmanı görməsi ilə də Allahın digər Mübarək Adlarını, yəni bu Adların oluşdurduğu Hüsnü-Camalı görə bilmişdir. Ona görə Adəm deyir ki, “surəti gör bəyan ilə”, ey insan, nə qədər ki, yaşadığın varlıq məkanının cəm halda mənim cismimin bəyanı olduğunu anlamayacaqsan, mənim bu varlıq məkanından böyük olduğumu dərk edə bilməyəcəksən. Bilməyəcəksən ki, bu dünya, bu cahan dediyin “bəyana sığmazam” mən. Necə ki cənnət məkanı Rəhmanın bəyanıdır, Rəhmanın içindədir, Rəhmana sığar deyə Rəhman o məkana sığmaz. Çünki Rəhman ondan böyükdür.

         Daha anlaşıqlı olsun deyə müqayisələrlə deyim. Necə ki cənnətə salınarkən Adəmin cisim halında Hüsnü-Camalla birbaşa əlaqəsi kəsilmişdir, eləcə də Adəm cənnətdən çıxarılarkən  cənnətlə cisim halında birbaşa  əlaqəsi kəsilmişdir. Adəmin cənnətdəki cismini Hüsnü-Camaldan ayıran Ərşi-Alidir, maddi məkana çevrilən cismini cənnətdən ayıran isə sidrətül-müntəhadır. Cənnətdəki Adəm cismən Ərşi-Alidən o yana keçə bilməz; Ərşi-Ali olmazsa Hüsnü-Camalla cismən birləşər. Eləcə də, maddi-məkan sidrətül-müntəhadan o yana keçə bilməz; keçərsə cənnətlə bir olar. Amma baxmayaraq ki, sidrətül-müntəhadan dərhal sonra ilk qoşa cənnətlər başlayır, bu qovuşma mümkün deyil. Eləcə də, baxmayaraq ki, Ərşi-Alidən dərhal sonra Hüsnü-Camal başlayır, o qovuşma mümkün deyil. Belə ki, cənnət məkanı yalnız Rəhman Adının təzahürü olduğu üçün digər Mübarək Adlardan ayrı, müstəqil bir məkan kimi yalnız Rəhmanın içindədir. Maddi məkan da yalnız Adəmin cismindən yaradıldığı üçün cənnət məkanından ayrı, müstəqil bir məkandır deyə yalnız Adəmin içindədir. Varlıq tipləri fərqli olan məkanlar cismən bir-birinə qovuşmaz. Məkan nədən yaradılmışsa, nəyin təzahürüdürsə ona sığar. Cənnət Rəhmanın təzahürüdür deyə Rəhmana sığar. Maddi aləm də Adəmdən yaradılmışdır deyə Adəmə sığar. Ona görə də Adəm bu maddi məkana sığmaz, cənnətə sığar. Necə ki Rəhman cənnətə sığmaz, Hüsnü-Camala sığar. Ona görə Adəm deyir “Məndə sığar ikən cahan, mən bu cahana sığmazam”. Ona görə də qəzəldə insanlara böyük bir qəzəb var; Adəmin cismi olan bütün bu maddi cahanın səsidir o səs: “Kəs sözünü və əbsəm ol, şərhü-bəyanə sığmazam!!!”. “Çək dilini və əbsəm ol, mən bu lisanə sığmazam!!!”. Yer üzündəki ilk insanı Adəm hesab edib mənim barəmdəki təxminlərini, gümanlarını həqiqət bilmə. Çünki “Kimsə gümani-zənn ilə etmədi həqq ilə bilik. Həqqi bilən bilir ki mən zənni-gümanə sığmazam!!!”. Özün kimi görmə məni, mən yalnız sən deyiləm, Günəş də mənəm, Ay da mənəm, kiçik bir zərrə də mənəm, ulduz da mənəm, bütün bu maddi aləmdə nə varsa hamısı mənəm, mən.

        Bəs bu bilik insana niyə lazımdır? Cismindən oluşan maddi aləmin içindəki bütün maddilikləri arasında yeganə şüurlusu insandır deyə Adəm istəyir ki, heç olmasa insan əbədiyyən Allahın içində olaraq var olmaq şansını itirməsin. Adəmi Allah Öz Hüsnü-Camalına bənzədərək yaratmışdır, yəni onun yaradılışında bütün Mübarək

Adların iştirakı var. Ayrılıqda yalnız Rəhman Adının işi deyil bu. Yaradıldığı zaman Adəm Allahla birbaşa təmasda olmuş, ona cismən və ruhən qovuşmuş halda idi. Sonra Allah onu Mübarək Adlardan yalnızca birisinin, Rəhmanın təzahürü olan cənnət məkanına salır. Bu zaman onun Allahla cismən qovuşması kəsilir, yalnız ruhən Rəhman vasitəsilə əlaqəsi qalır. Və yalnız kamil olduğu üçün ruhən Rəhmana qovuşa bilir. Yer üzü insanı da Allaha qovuşmaq istəyirsə qəlbini saflaşdırmaq və biliyini artırmaqla kamilləşərək ruhən Adəmin cənnətdəki halına çatmalıdır ki, Rəhmana qovuşsun. Rəhmana qovuşmaq isə digər Mübarək Adlarla birlikdə Allahın Hüsnü-Camalında olmaq deməkdir.

(ardı var)

YORUMLAR

Henüz yorum yapılmamış. İlk yorumu yukarıdaki form aracılığıyla siz yapabilirsiniz.