Adana Adıyaman Afyon Ağrı Aksaray Amasya Ankara Antalya Ardahan Artvin Aydın Balıkesir Bartın Batman Bayburt Bilecik Bingöl Bitlis Bolu Burdur Bursa Çanakkale Çankırı Çorum Denizli Diyarbakır Düzce Edirne Elazığ Erzincan Erzurum Eskişehir Gaziantep Giresun Gümüşhane Hakkari Hatay Iğdır Isparta İstanbul İzmir K.Maraş Karabük Karaman Kars Kastamonu Kayseri Kırıkkale Kırklareli Kırşehir Kilis Kocaeli Konya Kütahya Malatya Manisa Mardin Mersin Muğla Muş Nevşehir Niğde Ordu Osmaniye Rize Sakarya Samsun Siirt Sinop Sivas Şanlıurfa Şırnak Tekirdağ Tokat Trabzon Tunceli Uşak Van Yalova Yozgat Zonguldak
Mengen °C

(<)img src="https://placehold.it/120x600">
deneme kod arasında img'den önce ve en son (<)kapama işareti arasında boşluk olmayacak < img src="https://www.5banners.com/store/img/cms/00102.gif" >

Mirzə Hacıyev TƏPƏGÖZ VƏ TARTARLAR ( beşinci bölüm )

Mirzə  Hacıyev                           TƏPƏGÖZ  VƏ  TARTARLAR                                 ( beşinci bölüm )
28.01.2015
1.373
A+
A-

Təpəgöz Basatın süd qardaşıdır və ondan bir neçə yaş kiçikdir. Çünki Oğuzlar düşmən tayfanın hücumundan qorxub qaçdıqlarında körpə Basat meşədə düşüb itən vaxtlarda körpə Təpəgözdən heç bir söhbət edilmir; qaçhaqaçda Aruz qoca onu da götürüb aparmalı deyildimi? Bir müddət sonra Oğuzlar yenidən öz yurdlarına dönürlər, yenidən sakit həyat başlayır və belə sakit günlərin birində onun çobanının başına pəri əhvalatı gəlir. Bir il sonra isə Təpəgöz doğulub Yer üzünə atılır. O illərdə meşələrdə, çöllüklərdə aslan yanında yaşayan Basat Təpəgözün uşaqlıq illərini görə bilməzdi. Amma Aruz qocanın digər oğlu da vardı. Təpəgöz böyüyüb evdən qovulandan sonra Oğuz ellərinə düşmən kəsildikdə igidlər onu öldürməyə gəlirlər, bu savaşda onların bir çoxu, o cümlədən də, Aruz qocanşn həmin o ikinci oğlu da Təpəgöz tərəfindən öldürülür. Basat bundan bir qədər əvvəl, daha doğrusu, Təpəgöz Aruz qocanın evindən qovulub bir qalaçada sığınacaq tapandan sonra aslanın yanından tapılıb öz yurduna gətirilmişdi, amma Təpəgözlə igidlərin vuruşması baş verəndə o uzaqlarda hərbi səfərdə idi. Təpəgöz Oğuzları məğlub etdikdən sonra daha da azğınlaşır, basqınlarının ardı-arası kəsilmir, ona görə də insanlar qorxularından elliklə öz yurd-yuvalarından köçməyə başlayırlar. ”Təpəgözün nağılı”ndakı İskəndərin həmin köçənlərdən ikisi ilə çöllükdə rastlaşması həmin bu vaxtlardır. Və söhbət etdikləri zaman Təpəgöz qəfildən onların başı üstünü kəsib onları yemək üçün öz mağarasına aparır. Yəni Oğuzlar hələ onunla razılığa gəlməyiblərmiş. Təpəgözün basqınlarının davamlı hal aldığını görən insanlar onun yanına müdrik el ağsaqqalını göndərirlər və bu görüş zamanı razılıq əldə olunur; Təpəgöz basqınları dayandırır, əvəzində Oğuzlar hər gün onun yeməyini verirlər. Basat bu “müqavilədən “ və qardaşının həlak olmasından müharibədən evinə döndüyündə xəbər tutur və qardaşının qisasını almaq üçün Təpəgözü öldürməyə gedir. Təpəgöz qalaçadan kənarda, yaşıl çəmənlikdə uzanıb kürəyini günə verirmiş. Basatın atdığı ox onun bədənini deşmir, qırılıb yerə düşür. Amma onun öldürülməsinə gedən yol da bu andanca başlayır.

İndi fikir verin; dastana görə Oğuzlar da, Təpəgöz də müqavilənin şərtlərinə əməl edirlərmiş. Amma əgər İskəndər həmin o Basatdırsa , demək ya Təpəgöz ara-sıra müqavilənin şərtini pozub insan oğurlamaqda davam edirmiş, ya da müqavilə deyilən şey yerli-dibli yox imiş. İskəndərin Basat olduğuna heç bir şübhə yoxdur. Onda İskəndər haqqındakı nağılın Basat haqqındakı nağıldan çox-çox qədim olduğunu nəzərə alsaq, deməliyəm ki, Basatın Təpəgöz – Oğuz vuruşmasını və qardaşının həlak olmasını öz evinə döndüyü zaman eşitməsi ozanların uydurmasıdır, çünki İskəndər insanların Təpəgözdən qaçdıqlarını, yurdlarından didərgin düşdüklərini çöllükdə eşidir. Təpəgöz öz basqınlarını yalnız və yalnız gündəlik yeməyi üçün edirdi, belə demək mümkünsə, heç bir başqa ideologiyası yox idi. Və əgər Oğuzlar onunla razılığa gəlib gündəlik yeməyini artıqlamasilə verirdilərsə, Təpəgözün çöllükdə İskəndər qarışıq üç insana hücum edərək bu razılığı pozmasına nə ehtiyacı vardı? Bu səbəbdən müqavilə məsələsi də ozan uydurması imiş. Həqiqətən də, Oğuzlar onunla savaşa gələndə yekə bir ağacı kökündən çıxarıb üstlərinə atmaqla əlli-altmış igidi xurd-xəşil edən , onları məğlub duruma salan bir varlıq ondan sonra da istədiyi zaman istədiyi Oğuz elinə gedib onların var-dövlətinə asanca sahiblənə bilərdi, çünki ilk dəfə olaraq onun gücünü görmüşdülər. Belə olan halda nə müqavilə, nə anlaşma?

İskəndər haqqındakı nağıl Homerin “Odissey”indən də qədim olduğu üçün həqiqəti tapmaq üçün yalnız “Təpəgözün nağılı”na müraciət etməliyik. Yəni Oğuz elindən qovulub ta çöllükdə İskəndərə rast gələnə qədər bədəninə qılınc , ox batmadığına arxayın olan Təpəgöz durmadan basqınla, qarətlə, adam yeməklə məşğul olurmuş, insanlar da buna görə elliklə öz yurd-yuvalarından köçməyə məcbur olurmuşlar. Eradan əvvəl beşinci minilliyin əvvəllərində Oğuzların bir qisminin Altay dağları ətəklərindəki ata-baba yurdlarını tərk edib Ön Asiyaya köçmələrindən yuxarıda danışmışam. Bu ilk köçün səbəbi Təpəgöz olmuşdurmu?

Xeyr. Təpəgözə görə insanların öz yurd-yuvalarından bunca uzaqlara köç etmələri ağlasığmazdır. Ən mühümü isə budur ki, əgər Təpəgöz əhvalatı Altayda baş vermiş olsaydı, on üçüncü yüzilin ozanları xalq yaddaşında minillərlə yaşayan bu nağılı Dədə Qorqud adına çıxmazdılar, bilə-bilə ki Dədə Qorqud bir tarixi şəxsiyyət kimi onuncu əsrin insanıdır.

Bu səbəbdən söyləmək olar ki, bu nağıl Orta Asiyaya kənardan — Ön Asiya türkdillilərindən keçmişdir. Amma hansı türk tayfalarından?

Oğuzların bir qisminin eradan əvvəl beşinci minillikdə indiki İran, İrak, Azərbaycan ərazilərinə ilk köçetmələrinin səbəbi kimi saylarının artması bildirilir. Amma Asiya çox genişdir, tufandan sonrakı cəmisi bircə minillikdə onların bütün Asiyanı doldura biləcək səviyyədə çoxalmaları mümkün deyildi. Çoxalma hərəkətə keçib köç etmək üçün, sadəcə, yardımçı vasitə ola bilərdi. Səbəb isə başqa şey imiş.

Altay dağlarının ətəkləri bütün dünya türklərinin ata vətəni olsa da o ilkin çağlarda əcdadlarımız özlərini “tərik düşmüş” , ”uzaqlaşmış” bildiklərindən qəlblərində hər zaman doğmalardan doğma bir məkanın həsrəti ilə yaşayırdılar. Tərik düşmüşlər, tərik tartarlar, tərik tatarlar, yəni türk tatarlar. Bu söz indi bizə qəribə gələ bilər. Necə yəni türk tatarlar? Dünyada türklərdən başqa da tatar olanlar varmı? Qulaq asın, o vaxtlar hələ nəinki qeyri-türk xalqlarından heç birisi yaranmamışdı, hətta tərik-tatarlar özləri belə kalmık-tatarlara, moğal-tatarlara,, türkiman-tatarlara, kazan-tatarlara bölünməmişdilər. Bu, çox sonraların işi olacaqdı. O zaman , sadəcə, həzrət Nuhun üç tartar / tatar / oğlundan törəyən tatarlar vardı; türk-tatarlar, ərəb-tatarlar və yevrey tatarlar. / “Yevrey” kəlməsini şərti olaraq işlədirəm, çünki bu bədbəxtlərə bu köçdən hələ iki min beş yüz il sonra həzrət İbrahim bu adı verəcəkdi, adları olmadığı üçün də iks-tatarlar yazammaram ki /. İlkin çağlarda Altaydakı türk-tatarları qan yaddaşları hey Ön Asiyadakı son dərəcə qiymətli, o zamankı dünyanın baş ziyarətgahı olan müqəddəs bir məkana çəkib aparırdı. Həmin müqəddəs məkan həzrət Nuhun gəmisinin tufandan sonra ərazisində bir dağa oturduğu Naxçıvandır! Azərbaycanın ən qədim diyarı olan, tufandan sonra insanoğluna ilk görünən, Həzrət Adəmdən sonra ikinci ülul-əzəm peyğəmbərə qoynunu açan , indiki bəşəriyyətin beşiyi Naxçıvan! Müqəddəsliyi bu səbəbdən olmuşdur. Sonralar yevreylər bax bu müqəddəsliyi “qızıl yun dəri” adı altında Qafqazdan oğurlayıb əvvəlcə Aralıq Dənizi sahillərinə aparmışlar və sanki bu böyük bir qəhrəmanlıqmış kimi sonradan onların bir hissəsi Balkanlara doluşub oraya şimaldan gələn türklərlə qaynayıb qarışaraq yunan adlı xalqı formalaşdıranda “Arqonavtlar” adlı əfsanələrinə üstüörtülü şəkildə oturtmuşlar.

“Nuh” sözünü müxtəlif xalqlar müxtəlif cür səsləndirmişlər. “Noy”, “Nuhoy”, ”Noah”, “Noax” …

”Naxçıvan”, ”Noaxçıvan”,”Noahçıvan”, ”Nuhçuvan” sözünün mənası Nuhçu məkan, Nuhun məkanı, Nuh yeri anlamındadır. ”Van” əski türkcədə məkan, yer, ərazi bildirir.

Yafətin Orta Asiyaya, digər iki qardaşın isə Aralıq dənizinin şərq sahillərinə getməsi məlumdursa da səbəbi bəlli deyil. Ola bilsin tufandan öncə yaşadıqları və ya son ərəfələrdə baş çəkdikləri yerlər onları çəkib aparmışdır; necə olsa da “yara” lap təzə idi. Təsəvvür edin, bütün Yer üzünü doldurmuş, yadplanetlərlə əlaqəsi adi bir hal olan yüksək dərəcədə inkişaf etmiş bəşəriyyət qısa bir zamandaca sanki əzəldən yoxmuş kimi yox olur, cəmisi yeddi adam gəmidən enir, nə hallar keçirərdiniz! Sağınıza-solunuza baxıb Dədə Qorqud kimi “Hanı dediyin bəy ərənlər, Dünya mənim deyənlər, Əcəl aldı Yer gizlədi” sözləri hey keçməzdinizmi ürəyinizdən?

Amma yox, həzrət Nuh peyğəmbər idi, hərəkətlərində hissiyyatı deyil, Allah Təalanın əmrlərini rəhbər tuturdu, kimin hara getməyinə O, yalnız O qərar vermişdi, səbəbini də yalnız Özü bilirdi. Yer kürəsini su ilə dolduracağını, bunun üçün ona gəmi düzəltməsini, hətta gəminin nə formada və nə ölçülərdə olmasını, içinə də insanlardan kimləri, heyvanlardan nələri götürməyi Allah Təala ona əmr etməmişdimi?

Gəminin Naxçıvan dağlarında torpağa oturduğunu dedim. Neçə minilliklər sonra Yer üzündə yevreylərdən sonra fitnə-fəsad çıxarmaqda son dərəcə mahir ikinci xalq kimi peyda olacaq ermənilər — bu Balkan qaraçıları nəsillərinin “Ararat” formasına saldıqları Urardı dağı demədim. Niyə? Çünki gələcəkdə şumer türklərinin dilindən Urardı deyiləcək bu dağlar silsiləsi indiki Naxçıvanla Türkiyənin şərqində yerləşən Van gölünün arasındadır, ilkin çağlardakı “Nuh məkanı” isə müqəddəs bir yer kimi indiki Naxçıvanla həmin o Van gölünə qədər ərazi hesab olunurdu, odur ki, bu ərazidəki bütün irili-xırdalı dağ silsilələri Naxçıvan dağlarıdır. Yəni Urardı / Ararat / dağları bütün dünya türklərinin danılmaz haqqıdır və Səlcuqlu türkləri çox haqlı olaraq on birinci əsrdə Bizanslıları Anadoludan qovmaqla, 1453-cü ildə isə Bizansın varlığına son qoymaqla bu haqqa sahiblənmişlər , necə deyərlər, tarixi ədaləti bərpa etmişlər. Nuhun məkanının — Naxçıvanın bu günümüzə belə kiçik gəlib çatmasının səbəbi isə başı bəlalı Araz çayı olmuşdur. Bu çay onun içindən keçib gedir deyə Qafqaz uğrunda minillərlə gedən müharibələr boyunca bu təbii coğrafi xətt , demək olar ki, həmişə hökmdarların təsir zonalarını bir-birindən ayıran bir sərhəd rolunu oynamışdır.

İlkin çağlarda türk-tatarlar kimi ərəb-tatarlar da, yevrey-tatarlar da bu müqəddəs məkandan uzaqlarda yaşasalar da zaman-zaman bu yerə ziyarətə gələrmişlər. Amma Yafət həzrət Nuh ailəsinin böyük oğlu olduğu üçün, həm də bu oğuldan törəyənlər öz əmiuşaqlarından sayca qat-qat çox və demək ki güclü olduqları üçün Oğuz xanın nəsillərindən olan türk tayfalarından bir qismi eramızdan əvvəl beşinci minilliyin əvvəllərində Altaydakı öz ata-baba yurdlarından ayrılaraq həmin bu müqəddəs ziyarətgahın yerləşdiyi Naxçıvana gəlib buralarda yurd-yuva salırlar və ziyarətgaha sahiblənirlər. Yəni Dəclə- Fərat çayları arasına dağılışmazdan min il əvvəl. Həmin minillik ərzində sayları o qədər artır ki,

Xəzər dənizi ilə Qara dəniz arasındakı bütün cənubi Qafqaza, Dərbənddən Həmədana , Van gölünə qədər bütün o torpaqlara yayılırlar. Sonra isə…

Bax bu zaman qəribə bir hadisə baş verir; o zamana qədər sakit, öz təbii axarı, nəsil artımı ilə baş verən yayılmalar birdəncə qeyri-adi dərəcədə sürətlənir. Sanki bu Xəzər—Qara dəniz, Dərbənd—Həmədan əhatəsindəki mehriban yaşayan insanlar arasına bir çaxnaşma düşür, insanlar böyüklü-kiçikli qruplar halında birdəncə öz isti yurd-yuvalarını tərk edib dünyanın dörd bir tərəfinə dağılışmağa, sanki başlarını götürüb qaçmağa başlayırlar. Artıq Naxçıvana gəlişlərindən min ilə yaxın bir vaxt keçmiıdir, beşinci minilliyin sonlarıdır. Bax həmin o qəribə qaçhaqaç zamanı Dərbənd keçıdındən Şimali Qafaqza, oradan da sonralar Dəşti-qıpçaq, Skandinaviya, Avropa deyiləcək torpaqlara qədər yayılan skiflərin də, Van gölündən cənub tərəflərə, Dəclə-Fərat çayları arasına, ta Fars körfəzi deyiləcək yerə qədər yayılan şumerlərin də dədələri Oğuzların həmin bu ilk köçü zamanı Altaydan Naxçıvana gəlib yerləşən türklərdir. Norveçli Tur Xeyerdal kimi vicdanlı səyyah-alimlər özlərinin, yəni Skandinav insanlarının əcdadlarının Azərbaycan torpaqlarından köç etdiklərini birmənalı olaraq qeyd edirlər. Onda qeyd etmək yerinə düşər ki, norveçlilər, isveçlilər, danimarkalılar, islandlar, Almaniya və Avstriya almanları german dil qrupuna mənsubdurlar. Yəni Avropanın həmən-həmən yarısının əcdadları Azərbaycandan köç edənlər olurlar. Bu xalqların siyahısına finləri, estonları, macarları da daxil edin . Çünki finlər, estonlar Uqor türklərindən, macarlar Hun türklərindəndir.

Demək, Oğuzların bir qisminin Altaydan ilk köçlərinin əsil səbəbi Naxçıvana yerləşmək imiş. Burada artıb çoxaldıqdan sonra isə dünyanın dörd bir tərəfinə birdəncə dağılışmağa başlamışlar. Ayrı-ayrı qruplar halında çox-çox uzaqlara, müxtəlif istiqamətlərə gedən insanlar zaman keçdikcə özlərindən yeni-yeni sözlər icad etmişlər, nəticədə vahid tatarca — vahid türkcə əsasında yeni, anlaşılmaz dillər meydana gəlməyə başlamışdır. Və belə dil müxtəlifliyinə görə də o ayrı-ayrı köç qruplarından törəyənlərə də müxtəlif xalqlar demişlər. Bax, Təpəgöz əhvalatı dünyanın dörd bir tərəfinə Qafqazdan, Azərbaycandan başlayan bu qəfil, əcaib dağılışmaların başlanğıcındaca insanların yaddaşında qalmalı idi ki, köç edənlərdən törəyəcək hər bir xalq da o əhvalatı yaddaşının dərinliklərində də olsa özününkü hesab edə bilsin. Əgər, həqiqətən də, müxtəlif xalqların, dillərin yaranması üçün min beş yüz-iki min il lazım gəlmişsə onda köçlərin başlandığı zamanlar, həqiqətən də, ən geci eradan qabaq beşinci minilliyin sonları, dördüncü minilliyin əvvəlləri olmalı idi. Çünki yuxarıda qeyd etmişdim ki, Babil padşahı Hammurapinin vaxtında , yəni eradan qabaq on səkkizinci əsrdə, ikinci minilliyin əvvəllərində Babil qülləsi artıq dil müxtəlifliyi üzündən tikintisi yarımçıq qalmış qüllə kimi çoxdan məşhür imiş, yəni bu qüllənin tikintisi dayandıqdan ən azı bir neçə əsr sonra Hammurapi dünyaya gəlməli idi. Odur ki, o hesabla Babil qülləsinin tikintisində müxtəlif dilli insanların çalışa bilməsi üçün iki min il geri getmək lazımdır ki, bu da dördüncü minilliklə beşinci minilliyin sərhəddidir. Demək, Altaydan Naxçıvana köç edənlər ən gec orada yaşadıqları minilliyin sonlarında, yəni beşinci minilliyin sonlarında oradan dünyaya səpələnə bilərdilər. Ona görə də mənim fikrim belədir ki, Təpəgöz məhz həmin bu illərin varlığıdır. Yadplanetlilər tərəfindən doğulan kimi gətirilib Yer kürəsinə, Nuhun gəmidən ayaq basdığı müqəddəs məkana — Azərbaycan ərazisinə atılmışdır. Ona görə də “Təpəgözün nağılı” üstündən dörd min il keçəndən sonra yunan şairi Homerin oğurladığı sırf Azərbaycan nağılıdır, daha doğrusu, həqiqətidir. Homerdən daha iki min il keçəndən sonra da , yəni eramızın on üçüncü əsrində Oğuz ozanları tərəfindən ona Dədə Qorqud ruhu qatılaraq “Kitabi Dədə Qorqud” dastanına salınmışdır.

Həm nağıldan, həm də dastandan göründüyü kimi Təpəgözün azğınlığı azı üç-beş il çəkmişdir. Basat Təpəgözlə mübarizəyə başladığı zamana qədər onlar bir-birləri haqda eşitmiş olsalar da heç vaxt üzbəüz gəlməmişdilər. İskəndər də ilk dəfə onu çöllükdə görmüşdü. Təpəgöz qalaçanın kənarında kürəyini günə verib uzandığı vaxt Basatın atdığı ox bədəninə dəyib qırılanda ilk dəfə onu görmüşdü, təbii ki kim olduğunu bilməmişdi. Yalnız sonra, Basat onu kor etdiyi vaxt Təpəgöz onun kimlərdən olduğunu soruşub öyrənəndə onu tanımış və ona “süd qardaşım” demişdi. Məhz eyni adamın himayəsində qalmalarına baxmayaraq bir-birlərini üz-üzə gələndə tanımamaları onu sübut edir ki, Təpəgöz heç də qısa müddət ərzində “parlayıb sönən ulduz” olmamışdır. O, Aruz qocanın evindən qovulduqdan sonra Basat hələ aslanın yanından götürülüb öz yurduna gətiriləcəkdi, yeniyetməlik yaşına çatana qədər heyvanların arasında böyüdüyü üçün bir müddət keçəcəkdi ki insanlara öyrəşsin, bir neçə dəfə təkrar çöllərə qaçdıqdan sonra yenidən gətirilib tənbeh olunacaq və nəhayət, əhliləşəcəkdi, daha sonra hansı bir düşmən üzərinəsə savaşa yollananlara qoşulub səfərə çıxacaqdı və yalnız o savaşdan döndüyündə Təpəgözün törətdiyi faciələri eşidib onu öldürməyə gedəcəkdi. Bunlar bir neçə il vaxt almalı idi. Az müddət deyildir. Hər gün Təpəgöz tərəfindən tutulub şişə çəkilmək qorxusu ilə yaşayanlar üçün isə bircə saat bir il kimi uzun gələ bilərdi. Köçərilərin ruzisi heyvandarlıqdan çıxırdı, hər zaman çöldə-bayırda, dağda – daşda olmalı idilər. Təpəgöz isə çöllərdə insandan, qoyun-quzudan, camışdan-inəkdən əlinə nə keçirdisə qalaçasına aparıb kabab edib yeyirdi. Nə qədər ki Oğuz igidləri Təpəgözün üstünə getməmişdilər, hələ ümid vardı ki, çox azğınlıqlar edərsə öldürərlər, canları qurtarar. Amma elə ki üstünə hücum çəkdilər və bədəninə ox, qılınc batmadığını gördülər, bu səbəbdən də məğlub oldular, artıq sakit həyata bütün ümidləri itdi. Çünki ümidi həqiqət öldürər, həqiqət isə hər zamankı kimi o savaşın sonunda da yeganə olaraq üzə çıxdı; Oğuz elləri anladılar ki, nə qədər ki, yurd-yuvaları Təpəgözün qalaçasının həndəvərindədir, hər birinin hər an ona yem olması qaçılmazdır, çünki o “məğlubedilməzdir”. Yalnız bir tək çarə vardı — dabana tüpürüb qaçmaq! Mənim fikrimcə eradan əvvəl beşinci minilliyin sonlarında Azərbaycan ərazisindəki Oğuz tayfalarının bir qisminin birdəncə yurd-yuvalarını tərk edərək şimal və cənub istiqamətlərində köç edib dünyaya səpələnmələrinin səbəbi məhz bu qorxunc Təpəgöz əhvalatı olmuşdur. Bu, tamamilə real bir hadisədir və o zamanlar texnikaya, nizami orduya, müasir növ silahlara malik olmayan , buna görə də təhlükəsizliklərinə zərrə qədər də təminatları olmayan insanların o bədheybət varlıqdan uzaqlara köç etmələri tamamilə məntiqlidir.
Bu qaçhaqaç zamanı Van gölündən cənuba, indiki İraq ərazisindəki Dəclə-Fərat çayları arasına gedənlər yavaş-yavaş oturaq həyata keçərək şəhərlər salmışlar. Sonralar həmin ərazilərdə Mesopotamiya, Babilistan, Akkad kimi qüdrətli dövlətlər quranlar həmin bu insanlardan törəyənlər olmuşdur; heyvandarlıqla yanaşı əkin-biçinlə, torpaq şumlamaqla məşğul olduqları üçün köçəri türklər onlara “şum işləri ilə məşğul olan ərlər” mənasında qısaca olaraq “şumər”, “şumer” demişlər. ”Tarix şumerlərdən başlayır” deyən Herodot bu insanları nəzərdə tutmuşdur. Çünki “tarixin atası” hesab edilən bu adam yaxşı bilirdi ki, üçüncü böyük peyğəmbər, eyni zamanda “yevreylik” anlayışının banisi həzrət İbrahim həmin bu şumer türklərinin saldıqları qüdrətli şəhər-dövlət olan Ur şəhərində dünyaya göz açmışdır. Daha sonralar fars adı ilə dünya səhnəsinə çıxacaq pəhləvilər də həmin bu şumer kişiləri ilə yevrey qadınlarının “aşk”ından törəyənlərdir.
(davam edəcək )

YORUMLAR

  1. kamil dedi ki:

    Yazarın ne dediğini anlayan varsa , lütfen açıklasın, zira ben anlamıyorum.Sayın site yöneticilerinin bu yazının anlaşılır bir TÜRKÇESİNİ yazmaları sanırım tüm okuyucuları sevindirir.

  2. rıdvan dedi ki:

    kim çıkartıyor böyle kalitesi düşük yayınları kim buluyor onun yerine gerçek Mengen gündemleri çıkartsalar ya mesela;işsizlik,tarım,ormancılık,hayvancılık gibi gibi ne bu saçma saçma yazılar…