Adana Adıyaman Afyon Ağrı Aksaray Amasya Ankara Antalya Ardahan Artvin Aydın Balıkesir Bartın Batman Bayburt Bilecik Bingöl Bitlis Bolu Burdur Bursa Çanakkale Çankırı Çorum Denizli Diyarbakır Düzce Edirne Elazığ Erzincan Erzurum Eskişehir Gaziantep Giresun Gümüşhane Hakkari Hatay Iğdır Isparta İstanbul İzmir K.Maraş Karabük Karaman Kars Kastamonu Kayseri Kırıkkale Kırklareli Kırşehir Kilis Kocaeli Konya Kütahya Malatya Manisa Mardin Mersin Muğla Muş Nevşehir Niğde Ordu Osmaniye Rize Sakarya Samsun Siirt Sinop Sivas Şanlıurfa Şırnak Tekirdağ Tokat Trabzon Tunceli Uşak Van Yalova Yozgat Zonguldak
Mengen °C

(<)img src="https://placehold.it/120x600">
deneme kod arasında img'den önce ve en son (<)kapama işareti arasında boşluk olmayacak < img src="https://www.5banners.com/store/img/cms/00102.gif" >

Mirzə Hacıyev TƏPƏGÖZ VƏ TARTARLAR ( üçüncü bölüm )

27.01.2015
566
A+
A-

manşetee

Polifemi — təkgözlü adamyeyən nəhəngin yunan variantını qələmə alan Homer Süleyman peyğəmbər dövrünün, yəni eradan qabaq birinci minilliyin əvvəlinin adamıdır. Demək, Təpəgözü Nuh tufanı ilə bu dövrə qədər olan beş min il içində axtarmaq lazımdır. Bu müddəti xeyli qısaltmaq da olar. İş bundadır ki, qeyri-türk xalqlarının əksəriyyətində təkgözlü nəhəng haqqında xatirələr var. Və hər bir xalq da bu nağılları özününkü hesab edir. Bu necə ola bilər? Həqiqətə ən uyğun ehtimal budur ki, bu əhvalat həzrət Nuhun üç oğlundan törəyənlərdən , yəni türklərdən, ərəblərdən və yevreylərdən başqa heç bir xalqın dünyada mövcud olmadığı zamanlarda baş vermişdir. Yevreylər və ərəblər Ön Asiyada, türklər isə Orta Asiyada artıb çoxaldıca bir-birlərindən xeyli uzaqlaşmışlar, yeni yerlərdə yüzilliklər, minilliklər boyunca yeni sözlər icad edə-edə yeni dillər oluşdurmuşlar . Türklərin, yevreylərin və ərəblərin anlamadıqları o müxtəlif dillərdə danışanlar başqa-başqa xalqlar kimi qəbul edilmişlər. Yəni haradasa eradan qabaq dördüncü minillik ilə üçüncü minilliyin arasından başlayaraq dünyada artıq müxtəlif dilli xalqlar meydana gəlməyə başlamışdır. Tufandan iki min beş yüz-üç min il keçəndən sonra.

O minilliklərdə tikilməyə başlayan Babil qülləsi adlı məşhur bir qüllə var. Qüllənin nə vaxt tikilməyə başlanması dəqiq məlum deyil, amma bu dəqiqdir ki, eradan qabaq ikinci minilliyin lap əvvəlində Babil padşahı Hammurapinin vaxtında çoxdan mövcud imiş. İnsanlar elə bir uca qüllə tikmək istəyirmişlər ki, yuxarısı Allah Təalaya çatsın, ora çıxıb Allah Təalanı görə bilsinlər. Amma Allah Təala bu niyyətdən qəzəblənib qülləni inşa edənlərə müxtəlif dillər vermiş, insanlar da bir-birlərini anlamayaraq tikintini yarımçıq saxlamağa məcbur olmuşlar .Bu əfsanədə bizə lazım olan məqam budur ki, əvvəla qüllə uzun dövrlər boyunca tikilirmiş, çünki insanların qısa bir zamanda elliklə dillərini dəyişməsi məntiqə sığmır. İkincisi, ən mühümü də budur ki, onu şərqdən gəlib Dəclə-Fərat çayları arasında məskən salanlar tikməyə başlamışlar. Yəni Şumerlər. Şərqdən, Orta Asiyadan gələn Yafətoğulları, Oguz xandan törəyənlər. Türk övladları. Təbii ki, özlərinə yeni yurd-yuva salan kimi o boyda qülləni tikməyə başlamamışlar, yəni gəlişlərindən müəyyən bir zaman keçməli idi. Bəs Orta Asiyadan türkoğullarının Ön Asiyaya bu ilk gəlişləri nə zaman olmuşdur?

Tufandan sonrakı birinci minillikdə, yəni eradan beş min il əvvəl.

Demək, onda Təpəgöz türklərin Orta Asiyadan bu köçü ilə Yer üzündə müxtəlif dilli xalqların meydana gəlməsi zamanı arasında axtarılmalıdır. Elə deyilmi? Yəni eradan qabaq beşinci minilliklə üçüncü minilliyin arasında. Təxminən iki min illik bir müddətin içində.

Burada bir şeyi dəqiqləşdirmək lazımdır. Türkoğulları Orta Asiyadan gəlib birbaşa Dəclə-Fərat çayları arasına yerləşməmişlər. Onlar buraya beşinci minilliyin sonlarında yerləşmişlər. Orta Asiyadan köçləri isə bundan min il qabaq başlamışdır. Yəni həmin minilliyin lap əvvəllərində. Təkrar edirəm: tufandan min il sonra. Bəs köç zamanı ilk olaraq harada məskunlaşmışdılar? Bu ilk böyük köçə səbəb nə idi? Həmin məskunlaşdıqları yerdən onları Dəclə-Fərat çayları arasına getməyə nə məcbur etmişdi? Bu suallara cavab verməzdən əvvəl baxaq görək Yer üzünün o zamanlar üç əsas xalqından hansının başına gəlmişdi bu Təpəgöz hadisəsi? Türkün, ərəbin, yoxsa yevreyin?

On səkkizinci əsrin məşhur alman şərqşünası Henrix Fridrix fon Dits hesab edirdi ki, qədim yunan şairi Homer Oğuz tayfalarından birindən Təpəgöz haqqındakı nağılı eşidib Polifem əfsanəsini uydurmuşdur. Qısa və aydın. Əhsən! Fon Dits bunu kefi belə istədiyi üçün deməmişdi. Bir avropalı alim kimi qədim yunan mifologiyasına hərtərəfli bələd idi.

Yunan əfsanələrində təkgözlü üç nəhəngdən danışılır. Göylər tanrısı Uranla Yer ilahəsi Geyanın övladları imişlər. Doğulduqları zaman Uran onları qandallayıb Tartara atır. Sonralar Zevs öz atası Kron ilə hakimiyyət uğrunda mübarizə edəndə həmin o təkgözlülər ona və qardaşlarına dəmirdən müxtəlif hərb alətləri düzəltməkdə yardım edirlər, çünki dəmirçilik sənətinin mahir bilicisi imişlər. O hərb alətlərindən başlıcası od-alov püskürən alət imiş, yalnız bu hərb alətinin köməyi ilə Zevs titanlar deyilən türkəsillilərə “göylərdən ildırımlar yağdırmaqla” qalib gəlmişdi. / Dəmirçilik sənəti… Təpəgözün mağarasının girişində bir kimsənin ora girə bilməməsi üçün quraşdırılmış, durmadan öz-özünə enib-qalxan qınsız qılıncı xatırladınızmı? Bəs üzük məsələsini necə? Aruz qocanın evdən qovduğu Təpəgöz çöllərə gedib bir qalaçada yaşamağa başladığı zaman pəri anasının göylərdən gəlib onun barmağına keçirdiyi üzüyü deyirəm. Barmağına üzüyü taxdıqdan sonra artıq onun bədəninə nə ox, nə də qılınc batmır, Oğuz igidlərinin onunla bacara bilməməyinin səbəbi məhz bu olur. Demək, o zamana qədər onun bədəni hamınınkı kimi ətdən imiş. Amma bir üzüyü barmağa keçirməklə bədən öz ilkin halını dəyişərmi? Bu, əlbəttə ki, əfsanədir. Amma bu əfsanədə bir həqiqət yatır; pəri ananın gəlişindən sonra onun bədəni möhkəm olmuşdur. Bəlkə… bəlkə o üzüklə birlikdə oğlunun bədəninin qorunması üçün zirehli geyim də gətirmiş imiş? Hərb aləminin bu icadı o zamanlar nəinki Oğuzlara, dünyada yaşayan heç bir kimsəyə bəlli deyildi, bəlkə ona görə əfsanə bu haqda susmuş, Təpəgözə atılan oxların, vurulan qılıncların ona heç bir təsir etmədiyini görüb bu əcaib işi üzüklə əlaqələndirmişlər? Təpəgözlə gecələr birlikdə olan vardımı ki, zirehi soyunub geyindiyini görsün? İki qoca hər gün gəlib yeməyini bişirib gedirmiş, çöllərdən, yollardan oğurladığı adamları isə qalaçaya gətirib bişirtdirib yeyirmiş. Bircə o qocalar hər gün onun yeməyini hazırladıqları üçün sirrin izinə düşmüşdülər; Basat onlardan soruşduqda ki, onu necə öldürmək olar, qocalar demişdilər ki, bircə gözü ətdəndir. Diqqət edin; əgər barmağa üzük keçirməklə bədən materialı dəyişib başqa bir hal almışdısa, göz niyə dəyişməməliydi? O da həmin bədənin ətindən deyildimi? Və həmin bədənə bağlı deyildimi? Amma zireh ehtimalı bu məsələyə aydınlıq gətirir; başdan ayağadək bütün vücudu zirehlə örtmək olar, bir tək gözdən başqa, çünki göz görməlidir, önünü tutmaq olmaz. Fikir verin; Basat onu kor etdiyində o deyir ki, al bu üzüyü keçir barmağına, qoy sənin də bədənini qılınc kəsməsin. Amma Basat üzüyü alıb barmağına keçirən kimi xəncərlə onu doğramaq istəyir. Niyə? Çünki gözəl bilirdi ki, bədənini qılınc kəsməməyinin səbəbkarı üzük deyildir, yoxsa Basatın üzüyü barmağına taxdığını bilən kimi axmaq deyildi ki, xəncərlə üstünə hücum çəksin. Hələ orasını demirəm ki, Basat istəsəydi də üzüyü barmağına keçirə bilməzdi, çünki yekə bir çinarı kökündən çıxarıb özünə çomaq edən Təpəgözün bir tək barmağı Basatın baldırı qalınlıqda olmalıydı. Basat üzüyü barmağına yox, qoluna keçirə bilərdi. Və belə də olur: kor edilmiş Təpəgöz onu xəncərlə asıb-kəsmək istəyəndə bu hücumdan qorunmaq üçün ora-bura atılan Basatın əlindən üzük Təpəgözün ayaqları altına düşür. Görünür hətta qoluna belə yekəymiş, sıyrılıb düşübmüş. /.

Demək, yunan mifologiyasına görə təkgözlü nəhənglər Tartar adlı bir yerə atılırlar. Tartar yeraltı dünyanın altında dibi bilinməyən, çox dərin bir quyu imiş. Çox-çox dərin, çox-çox aşağı. Avropalılar lap bu yaxın əsrlərə qədər Orta Asiyanın türkdilli köçərilərinə vəhşilər, barbarlar anlamında tartarlar , Don çayından Sakit Okeana, Sibirdən Çinə qədər bu tartarların yaşadıqları ərazilərə isə “Böyük Tartariya” deyirdilər. ”Tatar “ sözü bu sözdəndir. Azərbaycanımızda bu gün də bu söz “Tərtər” şəklində çay və rayon adlarında qalmaqdadır. ”Tartar” sözü yunancadır deyib keçməyin. Yanlış fikirdir. Ruslarda yaxşı bir deyim var. Deyirlər ki, hansı rusu qazısan altından tatar çıxar. Bu, yalnız ruslara deyil, bütün qeyri-türk xalqlarına aiddir. Yəni hansı milləti qazısan altından türk milləti çıxar. Və hansı dili qazısan altından türk dili çıxar. Bəli, Yer üzündəki bütün xalqların dillərinin mayasında türk dili durur. Təpəgözün Oğuz insanları ilə onların öz ana dilində danışmasında təəcüblü heç nə yoxdur, çünki o, gözünü açandan onların arasında yaşamış, Aruz qocanın evində böyümüşdü. Hər bir uşaq körpəliyindən hansı dildə danışdırılırsa, təbii ki, o dildə də danışacaq. Amma bəs onun göylərdən uçub gələn pəri anası türk dilini haradan bilirmiş? Axı o, çobanla tərcüməçisiz gözəl türkcə ilə danışmışdı. Nağıllarda hər şey olur deməklə nağıl nağıl olaraq da qalacaq, onlardakı həmin o “hər şeylər”in sirri açıldığı zaman nağıl nağıllığından çıxar, əfsanə həqiqət olar. Yaradılmışların hər bir hərəkətlərinin izahı vardır, çünki izahlara və səbəblərə sığmayan yalnız və yalnız Allah Təaladır. Çoban başqa bir dil bilmirdi. Və söhbət tufandan sonrakı ilkin çağlardan gedirsə o zamanlar dünyada türkcədən başqa bir dil də yox idi, ərəblər və yevreylər hələ yeni-yeni sözlər icad edib öz ana dilləri olan türkcədən uzaq düşməmişdilər. Onda , demək, ya pəri qızının tərcümə aparatı varmış, ya öz dünyasında türk dili kursu keçib gəlibmiş, ya da onun dünyasının varlıqlarının dili türkcə imiş. Bu məsələnin bu üç izahından başqa izahı yoxdur. Və hər üç izahın kökündə də bir qəti fikir vardır; o ilkin çağlarda türk dilinin sərhədləri Yer kürəsi ilə bitmirmiş, bu dilin varlığından uzaq, bizə yad aləmlərdə də xəbərdar imişlər.

Və əgər bir gün Yer kürəsinə o uzaq, yad aləmlərdən təşrif buyuranlar olsa onların gözəl, səlis əski türkcə ilə danışmalarına heç şaşırmaram, indidən deyim. Qeyri-türk ölkələrinə enmələrinə təəssüf edərəm, çünki heç bir aqressivlik göstərməsələr belə , sadəcə, türkcə danışdıqları üçün əsəbləşib onları məhv edə bilərlər. 1947-ci ildə Amerikanın Nyu-Meksika ştatının Rozuell şəhəri yaxınlığında bir yadplanetli kosmik gəmi qəzaya uğrayır. Bəlkə də qəzaya uğradılır Amerikan qırıcı təyyarələri tərəfindən. Təəssüf ki bu barədə heç bir sənəd-sübut yoxdur. Amma amerikanların bunu cidd-cəhdlə ört-basdır edərək qəzaya uğrayan apparatın, sadəcə, meteoroloji zond olduğunu rəsmi olaraq demələri və yalnız üstündən əlli il keçəndən sonra onun , həqiqətən də ,yadplanetli kosmik gəmi olduğunu etiraf etmələri adamda belə bir şübhə oyadır. Sənəd-sübutlar “tamamilə məxfi” qrifi altında yüksək hökümət dairələrinin seyflərində saxlanılırmış. Və bəlkə də çoxusu məhv edilibmiş., çünki uydurma əhvalat deyib çoxdan üstünü malalamışlar. Tam əminəm ki, məhv edilmiş sənədlərdən birincisi vurulmazdan əvvəl o kosmik gəmidən alınan cavablar barədədir. Peyğəmbərlərin dediklərini bəşəriyyətdən gizləməklə müqayisədə hansısa naməlum varlıqların dediklərini gizləmək nə böyük iş imiş ki? Cənablar, heç olmasa qalanlarını üzə çıxarın, bəlkə onların əsasında bu əhvalatın uydurma və ya həqiqət olduğuna bəşəriyyət qərar versin. Amma hətta üstündən əlli il keçəndən sonra da sənədlərin yalnız kiçik bir qismi üzə çıxarılmışdır. Niyə gizlədirmişlər? Nədən qorxurmuşlar? Hansı sirrin üstü açılacaqmış? Yer kürəsinə gəlmiş hər hansı yadplanetli yalnız ərazisinə enmiş xalqın qonağıdırmı, yoxsa bütün bəşəriyyətin? Gəlişləri, məqsədləri ilə bağlı hər bir məsələ bütün bəşəriyyətə açıqlanmalı deyilmi? O uzaq aləmlərdən o boyda yolu anqlo-saks, mason və ya yevrey deyib mi gəlmişlər, yoxsa insanlıq? Yad aləmlərin qonaqlarını ideoloji mübarizəyə qurban verərək üstlərinə məxfilik pərdəsi örtüb bəşəriyyətdən gizləməyə nə haqqınız var? Heç bir səbəb olmadan yad varlıqlara belə qəddar münasibət ümumən Yer kürəsinə düşmənçiliklə nəticələnə bilər. Marsa göndərdiyimiz aparatlarla əlaqənin Mars orbitinə yaxınlaşan kimi itib-batdığını eşidərkən min cür şübhələrə düşmədikmi? Baxmayaraq ki, orada canlı məxluqatın yaşamadığına tam əminik. İndi ora insanlarımızı göndərməyə hazırlaşırıq. Əgər onlar da oralarda itib-batsalar növbəti dəfələrdə Marsa top-tüfənglə getməyə məcbur olmayacağıqmı? Nə isə… Kosmik gəminin qırıntıları arasında bir neçə meyid varmış. Tanınmaz hala düşüblərmiş. Yalnız birisi az xəsarət alıbmış. Yalan – doğru bəzi söz-söhbətlərə görə hələ canı üstündə imiş. Sağ budunda böyük yara varmış, bəlkə də çoxlu qan itirməkdən halsız olubmuş. Amma hərbçilər gəlib meyidləri də, kosmik gəmi qırıntılarını da yığışdırıb aparırlar… Həmin o budundan yaralının fotoşəkli hələ o vaxtlardan bəlli idi, amma bu şəklin meyid yarılarkən çəkildiyi videogörüntüdən alındığı yalnız doxsanıncı illərin ortalarında bəlli oldu. Yadplanetlilərin əyinlərində qəribə materialdan boz rəngli kombinezon varmış. Folqa kağızı kimi nazik, istənilən şəkildə əymək, burmaq mümkün imiş, amma poladdan möhkəm imiş. Nə bıçaqla cızılırmış, nə balta ilə kəsilirmiş, nə kuvaldla əzilirmiş.

Bax, Təpəgözə pəri anasının üzüklə birlikdə məhz belə bir zirehli geyim gətirdiyini ehtimal edirəm. Köynək kimi, şalvar kimi yüngül, elastik, yumşaq, amma nə ox batan, nə qılınc kəsən bir geyim.

Nə isə… Mətləbdən uzaq düşməyək. Tartarda qalmışdıq. Demək, yunan mifologiyasına görə təkgözlü nəhənglər Tartara atılırlarsa və Tartariya deyilən yer də türkdillilərin yaşadıqları yerə deyilirsə bu o deməkdir ki, təkgözlülər türk insanları içinə atılıblarmış. Yerdənkənar aləmlərə görə Yer kürəsindəki həyat aşağı dünya həyatı hesab edilir, çünki birinci göy qatındadır. Məhz buna görə nəhənglərin atıldıqları Yer kürəsi “qaranlıq dibsiz quyu”, “çox aşağı” mənasında Tartar adlanmışdır. Yox , hiss edirəm ki, anlaşılması çox zordur, ona görə də bir az ətraflı məlumat verməyə məcburam. Və qədim türklərin düşüncələrindəki bir tək Göy Tanrıdan fərqli olaraq qədim yunanların beyinləri tanrılar və tanrıçalarla dolu olduğu üçün “Tartar” kəlməsinin əsil mahiyyətini açmaq üçün nəzərimi müdrik Şərqə çevirməliyəm.

Oradan başlayım ki, əvvəlcə Allah Təala vardı və Onunla bərabər heç bir kimsə, heç bir şey yox idi. Bu Əvvəlinci Ruhdur, Əvvəlinci Ağıldır, Əzəli və Əbədidir. Rəbbdir, yəni Yaradandır. Heç kəs Onu doğmamışdır, O da heç kəsi doğmayacaqdır. Heç nəyə də Möhtac Deyildir . Sonsuz bir sükut, sonsuz bir səssizlik içində yalnız Allah Təalanın Gözəl Adları vardı. Sonsuzluqda Onun varlığını bilən heç kimsə yox imiş deyə bir tək şey istəmiş; elə varlıqlar yaratsın ki , onlar Onu tanısınlar, Qüdrətini dərk edib alqışlasınlar. Ona görə də yaratmağa başlayır. Sonsuzluqla müqayisədə zərrə qədər olan bir ərazidə. Və yaratdıqları üçün zaman deyilən şey o andan etibarən başlayır, çünki artıq məkan və hərəkət var. Bu yaradılışı sxematik olaraq iki iç-içə konsentrik çevrələr kimi təsəvvür etmək olar. Planetlər, ulduzlar, Qalaktikalar birinci, kiçik çevrənin içindədir, məhdud saydadır, çünki onlar həmin o çevrə ilə hüdudlanır, o çevrəyə buna görə də “son hüdud”, “son divar” anlamında sidrətül-müntəha deyilir. Bu son hüduddan ikinci, böyük çevrəyə qədər olan ərazi isə cənnət və cəhənnəm məkanıdır. Və həmin ikinci çevrə də o məkanın hüdududur , ona görə də Ali, Yüksək Göy mənasında Ərşi-Ala adlanır. Birinci çevrədən dərhal sonra cənnətlər başlayır. Sayı səkkizdir, dörd cütlük halındadır. On doqquz gözətçi mələklər qoruyur onları. Hər cənnətin girişində bir, çıxışında bir olmaqla on altı və hər qoşa cənnətin arasında bir olmaqla üç mələk. Cəhənnəmlərin sayı yeddidir, cənnətlərin altındadır və tək-təkdir. Hər iki cənnətin altında bir cəhənnəm, hər bir qoşa cənnətlə digər qoşa cənnət arasındakı alt hissədə də bir cəhənnəm. Cənnət və cəhənnəm məkanı əbədiyyən mövcud olacağı üçün bu ikinci çevrə məkanı axirət dünyası, yüksək qat adlanır. Ulduzlar, planetlər məkanı isə aşağı qatdır. Yüksək qatı əhatəyə alan Ərşi-Aladan o tərəfə Əvvəlinci Ruhdur. O, hər tərəfdən bu məkanı dövrəyə aldığı üçün Ərşi-Alaya məcazi mənada Allah Təalanın Taxtı da deyilir. Hər iki çevrə içindəkilər yaradılmamışdan əvvəl ilkin yaradılışda onların içində su yaradılmışdı. Sonra hər şey bu sudan yaranmış və su azalaraq Ərşi-Alanı iç tərəfdən üzük kimi əhatələmişdir. Ona görə də deyilir ki, Allah Təalanın Taxtı , yəni Ərşi-Ala su üzərindədir. Ulduzlar və cənnətlər məkanından baxılarsa Əvvəlinci Ruh, Əvvəlinci Ağıl bayır tərəfdən Ərşi-Alanı əhatələmiş olur, ondan bu yana həm yüksək, həm də aşağı yaradılış məkanında O, yerini Əvvəlinci Qəlbə vermişdir. Belə ki, Əvvəlinci Ağıl Rəbbil-aləmindir, yəni aləmləri Yaradandır, Əvvəlinci Qəlb isə Rəhman Rahimdir. Yaratdıqlarını yalnız Görməli və Eşitməli deyil, onların hal-hərəkətlərinə görə bəzən Qəzəblənməli, bəzən Cəzalandırmalı, bəzən Günahlardan Keçməli, bəzən Bağışlamalıdır. Bunlar isə artıq əqli deyil, qəlbi keyfiyyətlərdir. Ona görə də Allah Təala insanı özü kimi yaratmışdır, deməklə əsla bədən quruluşu nəzərdə tutulmamalıdır. Onun bənzəri yoxdur. Sadəcə olaraq, insan da ağıl və qəlbin vəhdətidir. Amma Allah Təaladan fərqli olaraq məhdud ağlın və məhdud qəlbin vəhdəti. Bədəndə bu iki şeydən başqa qalan nə varsa hamısı bu dünyada qalandır, Heç bir şeydir yəni. Yer cazibəsinə tabe olduğu üçün maddidir, öləndir, çürüyüb təbiətə qarışandır. Əvvəlcə o biri altı dünyalara, Qiyamətdən sonrakı ikinci yaradılışda isə cənnətlər məkanına keçəcək olan bizim ruhumuzdur .Ruh deyilən şey ağıl və qəlb birliyidir, Əvvəlinci Ağıldan və Əvvəlinci Qəlbdən insana İlahi paydır, ölməzdir, əbədidir, məhz buna görə kainatdakı bütün yaradılmışların ən şərəflisi, ən üstünüdür. Allah Təala ağlımızda və qəlbimizdə olanlara görə bizə dəyər verəcək. Ağlı və qəlbi boş insan Ona gərək deyildir. Yəni Allah Təalanı tanımayan ağıl , Onu və yaratdıqlarını sevməyən qəlb cənnətə girməyəcək. Ya cəhənnəm mələklərinin şiddətlə boğazından çəkib çıxaracaqları ruhu üzüüstə cəhənnəmələrə sürüklənəcək, ya da cəhənnəmlərlə cənnətlər arasındakı Eraf adlı neytral əraziyə aparılacaq. İnsan ölərkən çiyinlərimizdəki katib mələklərin ömrümüz boyunca yazıya aldıqları əməl dəftəri bağlanır. Nə sonrakı altı dünyada, nə də Qiyamətdən sonrakı axirət dünyasında onun nə ağlı, nə də qəlbi zənginləşməz. Bu dünyada ağlımızı və qəlbimizi necə doldursaq o baza əbədiyyən axirətin hansı məkanında yaşayacağımızı təyin edər. Ona görə də insan beşikdən qəbrə qədər oxuyub elmini artırmalı, həm də Allah Təalanı və insanları sevərək mümkün olduğu qədər mərhəmətli, insaflı olmalıdır, yoxsa cahil yaşadığı üçün peşmançılığı ikinci dünyaya keçdiyi andanca çəkəcəkdir, “kaş ki yenidən əvvəlki dünyaya dönəydim” deyə. Sevməyi bacarmayan qəlb sahibi cənnətə düşməz Amma elm sevgidən irəlidir; alimin mürəkkəbi şəhidin qanından üstündür. Çünki ağıl qəlbdən irəlidir. Fatihə surəsində ağılın qəlbdən üstünlüyünü görə bilərik. Surələr Əvvəlinci Qəlbə görə “Rəhman Rahimin adı ilə “ açılır. Həmd edərkən isə əvvəlcə Əvvəlinci Ağıla, sonra Əvvəlincı Qəlbə edilir. Çünki Ağıl Yaradıcıdır deyə Qəlbdən öndədir. ”Əlhəmdü lillahi Rəbbil aləmin. Ər-Rəhman ir-Rahim”. Yəni həmd aləmlərin Rəbbinə , Rəhman Rahim olan Allahadır.

.

Cənnətlər məkanı üçün ulduzlar məkanı aşağı qatdır dedim. Həzrət Adəm cənnətdə ikən şeytana uyur, Həvva ilə birlikdə qadağan olunmuş ağacın meyvəsini yeyən kimi “örtülü yerləri” bir-birlərinə görünür, yəni əbədi yaşamaq üçün yoğrulmuş bədənləri ketfiyyətlərini itirir. Allah Təala da bu işə bərk qəzəblənib onları həmin bu aşağı qat deyilən ulduzlar məkanına qovur. Amma diqqət edin: ulduzlar məkanının harasına qovur? ”Aşağıların ən aşağısına”. Bu, Quran kəliməsidir.

Aşağıların ən aşağısı…

Yunanların Yeraltı dünyanın altında çox dərin, dibi görünməyən quyu kimi təsəvvür etdikləri qaranlıq bir məkan… Qısacası Tartar… Hara imiş ora?!

( davam edəcək )

YORUMLAR

Henüz yorum yapılmamış. İlk yorumu yukarıdaki form aracılığıyla siz yapabilirsiniz.