Adana Adıyaman Afyon Ağrı Aksaray Amasya Ankara Antalya Ardahan Artvin Aydın Balıkesir Bartın Batman Bayburt Bilecik Bingöl Bitlis Bolu Burdur Bursa Çanakkale Çankırı Çorum Denizli Diyarbakır Düzce Edirne Elazığ Erzincan Erzurum Eskişehir Gaziantep Giresun Gümüşhane Hakkari Hatay Iğdır Isparta İstanbul İzmir K.Maraş Karabük Karaman Kars Kastamonu Kayseri Kırıkkale Kırklareli Kırşehir Kilis Kocaeli Konya Kütahya Malatya Manisa Mardin Mersin Muğla Muş Nevşehir Niğde Ordu Osmaniye Rize Sakarya Samsun Siirt Sinop Sivas Şanlıurfa Şırnak Tekirdağ Tokat Trabzon Tunceli Uşak Van Yalova Yozgat Zonguldak
Mengen °C

(<)img src="https://placehold.it/120x600">
deneme kod arasında img'den önce ve en son (<)kapama işareti arasında boşluk olmayacak < img src="https://www.5banners.com/store/img/cms/00102.gif" >

TƏPƏGÖZ VƏ TARTARLAR (birinci bölüm )

23.01.2015
758
A+
A-

Qəribədir, “Kitabi Dədə Qorqud” dastanının bir hekayəsində Qaraca Çobanın sapandının daşatan mancanaq olması bildirilmir, amma digər hekayədə — Təpəgöz gözünü itirəndə təəssüf edir ki, Oğuz ellərinə hücum edə bilməyəcək, Oğuz igidləri ona qarşı gələndə qaçıb öz qalaçasına girərək mancanaqlardan onlara iri daşlar ata bilməyəcək. Halbuki bu hekayənin tarixi dastandakı digər bütün hekayələrin tarixındən daha qədimdir. Onun tarixi nəinki Dədə Qorquddan, İslam dinindən, hətta miladdan da çox-çox əvvəllərə gedib çıxır. Dastana görə Təpəgöz Oğuz elindən Aruz adlı bir qocanın çobanının oğludur; bu çoban qoyun güddüyü zaman qanad-qanada çalıb uçan pəri qızlarını görür, gözəlliklərindən ağlı başından çıxır, şəhvət hisslərinə əsir olub yapıncısını onlardan birinin üstünə atıb tutur və onunla cinsi əlaqədə olur. Çoban ola, uca dağın yaşıl yamacı ola, bir-birindən də gözəl pəri qızları, dərə xəlvət tülkü bəy. Pəri qızları deyirəm, a kişi, yemə içmə, xətti-xalına, gül camalına tamaşa elə. Yazığı nə deyib qınayasan?! Nə siə… Sözüm bunda deyil. Pəri qızı qanadlı imiş, uçub gedərkən deyir ki, çoban, bir ildən sonra gəl əmanətini al, amma sən Oğuz ellərinə bəla gətirdin. Bir ildən sonra həmin pəri qızı həmin yerə gəlib çobana bir ət yığını verir ki , al əmanətini, üstəlik yenə də təkrar edir ki, sən Oğuz elinə bəla gətirdin və qanadlarını çalaraq uçub gedir. Övlad gözləyən çoban ət yığınına baxır, heç nə anlamır, başlayır onu sapandla vurmağa, görür ki, hər zərbədən sonra ət yığını böyüyür. Və qorxusundan onu oradaca qoyub qoyunları da sürüb oradan uzaqlaşır. ”Aradan çıxır”, desək daha doğru olar, həm də elə aradan çıxır ki, hekayənin sonuna qədər bir daha səsi-sorağı eşidilmir.

Bundan on-on beş il əvvəl isə gələcəkdə Təpəgözlə birbaşa əlaqəsi olacaq bir hadisə baş vermişdi; düşmən tayfaları Oğuz ellərinə hücum çəkəndə böyük qaçhaqaç düşmüş, həmin o Aruz qocanın körpəcə oğlu o qaçhaqaç zamanı meşədə itmişdi. Bir şir bu körpəni görüb yazığı gəlmiş, əmizdiribmiş. Uşaq yeniyetməlik yaşlarına çatana qədər şirlə çöllüklərdə, meşələrdə qalıbmış. Bir gün… diqqət edin… Oğuz xanın, təkrar edirəm, Oğuz xanın ilxıçısı gəlib deyir ki, ay camaat, qamışlıqdan bir şir çıxdı, sıçrayıb qaçmağı adam kimidir, atı vurub basır, qanını sümürür. Aruz qoca deyir o, mənim oğlum olacaq və gedib şiri qaçırdaraq o oğlanı tapıb gətirirlər. Dədə Qorqud gəlib oğlana Basat adı verir.. .

İndi isə burasına diqqət edin; çoban pəri qızının verdiyi bir ət yığınını görüb qorxusundan qaçdığı vaxtlardı həmin bu vaxtlar. Ət yığınının qaldığı yerdən təsadüfən Bayındır xan … bəli, bəli , Bayındır xan öz igidləri ilə keçəsi olur.

Heç cür başa düşülmür. Niyə Bayındır xan?! Bəs Oğuz xan hanı? Qamışlıqdan bir şir çıxdığını Oğuz xanın ilxıçısı gəlib xəbər verməmişdimi? Bu iki xanın arasında azı altı min il zaman yoxmu? Nə isə. Bunu bir tərəfə qoyaq… İgidlər ət yığınını təpiklədikcə ət yığını böyüyür. Aruz qoca da təpiklərkən birdən mahmızı toxunub onu deşir və içindən bir oğlan uşağı çıxır, alnında da bir tək göz. Xan Aruz qocanın xahişini yerə salmır, uşağı ona verir, o da uşağı alıb evinə gətirir, yedirir, içirir, ona dayə də tutur. Uşaq da ayla, illə deyil, günlə, saatla böyüyür, oynadığı uşaqlardan birinin qulağını, birinin burnunu yeyir, adamlar onun bu nadinc hərəkətlərindən bezirlər, Aruz qocaya şikayət edirlər, o da onu döyür, söyür, amma heç bir xeyri olmadığını görəndə, nəhayət, onu evindən qovur. O da çöllərə üz tutur, Salaxana / bəlkə də sallaqxana / adlı bir yerdə, qalaçada özünə məskən salır. Bax məhz bu zaman onun pəri anası gəlib ona bir üzük verib deyir ki, al bunu , keçir barmağına, qoy sənə ox batmasın, bədənini qılınc kəsməsin. Yəni bir müddət əvvəl onu, öz doğma oğlunu çoban atasının üstünə tullayıb getmişdisə də, belə çıxır ki, ona göylərdən nəzarət edirmiş; onun isti ev-eşikdən, yemək-içməkdən məhrum olduğunu görən kimi peyda olmuşdu. Və bu zamandan etibarən də Təpəgöz quldurluğa başlayır; yol kəsir, xalqın mal-qarasını, qoyun-quzusunu qalaçasına sürüb gətirir, adamdan-heyvandan əlinə nə keçsə yeyir. Oğuz igidləri onunla hesablaşmaq istəyirlər, amma yenilirlər, nəticədə, Dədə Qərqudu onun yanına minnətçi göndərib hər gün yeməyə altmış qoyun və iki adam vermələrinə razı sala bilirlər, yetər ki, o bu basqınları dayandırsın. Bir müddət sonra isə həmin o Basat, yəni Təpəgözün süd qardaşı onu öldürməyi bacarır. Təpəgözə ox, qılınc batmırmış, nə dəysə qırılırmış, ola bilsin gönü qalınmış. Sadəcə, bir tək gözü ətdən imiş. O, yuxuda ikən Basat qızmış dəmiri onun gözünə soxur, ağrıya dözə bilməyən Təpəgöz özü ona “qınsız qılıncı”nın yerini söyləyir ki, alıb tezcə boynunu vursun. Yalnız o qılınc Təpəgözü kəsə bilərmiş. ”Təpəgözün öz qılıncı” deyilən bu qılınc yaxındakı mağaranın girişindəcə zəncirdən asılıbmış. Digər qılıncın qını varmış, zəncirdən asılmış bu qılınc isə durmadan qalxıb enirmiş! Çox iti imiş; Basat onun qabağına öz qılıncını vermiş, doğramışdı, sonra iri bir ağac vermiş, onu da doğramışdı, sonunda zənciri vurub qırarkən qılınc yerə düşmüş, yalnız o zaman onu əlinə ala bilmişdi. Hansısa mexaniki qurğunu xatırladır bu. Demək çətindir, amma bir az gilyotinaya bənzdirəm bunu. Bir qılınc altda, bir qılınc üstdə və üstdəki qalxıb enərək kəsir, doğrayır. On səkkizinci əsrin sonlarında bir fransızın icadı kimi qələmə verilən gilyotina…

Qılıncın materialı nə imiş? Çox yüksək keyfiyyətli poladdan idimi? Təpəgöz haradan tapmışdı bunu? Yoxsa pəri anası üzük gətirdiyi səfərində onu da göylərdən gətirmişdi? Hər bir halda o qurğunu Təpəgöz düzəldə bilməzdi, ən azı ona görə ki, emalatxanası yox idi. Həm də bu hər şeyi kəsən material ondan qabaq Oğuz ellərinə məlum olmalı idi.

Basat onu kor edəndən sonra mağaradan çıxa bilmək üçün qoyunlardan birisinin dərisini soyur, amma quyruğunu və başını üzmür, bu dəriyə bürünərək sürüyə qarışır. Əgər qədim yunan şairi Homerin “Odissey”i olmasaydı Təpəgözün izini haradasa orta əsrlərdə axtarmalı olardım. Odissey də adam yeyən təkgözlü nəhəng Polifemə , demək olar ki , eynilə Basat kimi qalib gəlir; o da Polifemi kor edib yoldaşları ilə qoyun dərisinə bürünərək onun qalaçasından qaçıb canlarını qurtarırlar. Amma Homer nə zaman yaşamışdır? Doğum və ölüm tarixi bəlli olmasa da “tarixin atası” Herodot deyir ki, o məndən dörd yüz il əvvəl yaşamışdır. Herodot miladdan əvvəl beşinci əsrin adamıdırsa , demək, “Odissey” eradan qabaq doqquzuncu əsrin məhsuludur. Yəni Bayındır xan dövründən hələ iki min il əvvəllərdən bu əfsanə yunanlar arasında varmış. Polifemin vətəni Şimali Afrika sahillərindəki bir ada imiş, özü kimi təkgözlü adamyeyən nəhənglər orada çox imiş. Kor edildikdən sonra atası Poseydondan Odisseyin cəzalanmasını istəyir. Poseydon yunan inancına görə dənizlər tanrısı imiş. Yerüstü dünyanın sahibi Zevsin və Yeraltı dünyanın tanrısı Aidin qardaşı imiş, özünün də yüz otuza yaxın övladı varmış. Oğuz ozanlarının Təpəgözün doğuluşu haqqında dediklərinə inansaq, onda demək Polifem Poseydonun bicdən olan oğludur, çünki anasını Aruz qocanın çobanı üstünə yapıncısını ataraq tutub zorlamışdı. Bəlkə elə buna görə də Odissey salamat qalır? Bəlkə heç Poseydonun həqiqətdə belə bir oğlu olduğundan xəbəri yox imiş? Axı pəri qızı uşağı doğan kimi gətirib çobanın qoyunları arasına tullayıb getmişdi.

Təpəgöz haqqında “oğuzlaşmamış”, “dədəqorqudlaşmamış” bir nağılımız da var, sadəcə “Təpəgözün nağılı” deyirlər adına. Bu nağıl “Kitabi Dədə Qorqud”dan da, “Odissey”dən də çox daha qədimdir və deyərdim ki, hər ikisindəki təkgözlü nəhəng haqqında olan hekayənin mayasında bax bu xalq nağılı durur. Ozan hekayəsi deyil, xalq nağılı. Burada bic doğulan təkgözlü körpənin Yer üzünə atılma motivi görün necə inandırıcı görünür? Cürbəcür qanadlı pəri qızlarından, dəniz tanrılarından, əcaib fantaziyalardan uzaq olduğu üçün həqiqətdən heç cür uzaq sayıla bilməz; xalq necə görmüş və eşitmişsə olduğu kimi də yaddaşına həkk etmişdir. Deyir ki, “Günlərin bir günü çoban sürünü haylayıb uca bir dağın ətəyinə gətirdi. Birdən duman, çiskin hər tərəfi bürüdü, ətraf gecə kimi qaranlıq oldu. Çoban qoyunların içində dayandı. Bir az sonra duman çəkildi, hava işıqlaşdı, ancaq elə bir tufan qopdu ki, çoban üzüqoylu yerə uzandı, qoyunlar bir yerə toplandılar. Tufan kəsildi. Çoban gördü ki, sürünün içində təzə anadan olmuş bir uşaq var, uşağın təpəsində bircə gözü var. ” Deyərsiniz maraq yaratmaq xatirinə qurulmuş adicə nağıl cümlələridir və sonra nə olduğunu tezcə bilmək üçün o cümlələrin fərqinə varmadan ötüb keçərsiniz. Amma yox, elə deyil. Fikir verin, sanki baş vermiş bir hadisəni tarixçi heç bir əlavə rənglər qatmadan olduğu kimi yazıya almışdır. Bir azca təxəyyülümüzü işə salsaq burada söhbətin o uzaq minilliklərdə haralardansa uzaq aləmlərdən Yer üzünə enmiş və çobanı görüncə start götürməyə başlamış bir kosmik gəmidən getdiyini anlamaq olar. Çoban qoyunlarını o həndəvərlərə gətirən zaman kosmik gəmi artıq Yeri tərk etməyə hazırlanır, ona görə də əvvəlcə qatı tüstü ətrafı bürüyür, bu tüstü gün işığının önünü tutduğu üçün çobana elə gəlir qaranlıq çökür. Sonra tüstü çəkilir. Və ardınca qulaqbatırıcı gurultu qopur, çoban bunu tufan bildiyindən qorxusundan üzüqoylu yerə yatır və məhz buna görə də bu gurultunun böyük sürətlə Yerdən uzaqlaşan kosmik gəmidən çıxdığını görmür. Bir də kosmik gəmi uzaqlaşıb gözdən itəndən, yəni tufan kəsiləndən sonra başını qaldırır, görür ki, qoyunların yanında təkgözlü bir körpə var.

/ Nağıllarımızda çayların qabağını kəsən qəribə varlıqlar—əjdahalar və ya əjdərhalar haqqında söhbət gedir. Bunlar üçbaşlı, yeddibaşlı olurmuş və ağızlarından od püskürürmüş. İnsanlar suya həsrət qaldıqlarından onu öldürmək istəyirmişlər, amma kim ona yaxınlaşırmışsa əjdaha dərhal onları udurmuş. Udurmuşmu, yoxsa yandırıb kül edirmişmi? Nağıllarda hər ikisi deyilir. Əgər o, başqa aləmlərdən Yer kürəsinə gəlib könüllü və ya bir texniki qəza üzündən çay kənarına enməyə məcbur olmuş kosmik gəmi imişsə insanlar ona qılıncla, balta ilə, yaba ilə yaxınlaşarkən içindəki varlıqlar onları qorxutmaq üçün , təbii ki, motoru işə salmalı idilər. Diqqət edin; heç yerdə əjdaha dik dayanmış kimi təsvir olunmur, çayın qabağını kəsmiş kimi, yəni böyrü üstə təsvir olunur. Demək, kosmik gəmi qəzalı imiş. Uzun olduğu üçün də onu sürünən heyvana bənzətmişlər. Ağzından isə davamlı olaraq od püskürmür, bu yalnız ona qarşı bir hücum, təhlükə olanda baş verir. Təhlükə varsa motor işə salınır və uçuş zamanı onu reaktiv hərəkət etdirən , arxa hissəsindəki üç, dörd və ya yeddi soplosundan çıxan olduqca yüksək temperaturlu və çox güclü, böyük sürətli alov axını ona yaxınlaşan insanları, təbii ki, bir andaca yandırıb küllərini göyə sovurur. Bir andaca izləri-tozları itən insanlar bu mənzərədən qorxub qaçanlara onların əjdaha tərəfindən udulmaları kimi də görünə bilərdi. Həmin soploları insanlar əjdahanın başı hesab etmişlər; çünki hər hansı bir şey yalnız ağızdan udula bilər, ağız isə başda olar.

Allah Təalanın Adəmə səcdə etmək əmrinə qarşı gəldiyi üçün şeytan adlanmış, əsl adı isə İblis olan ilk cinin Adəmlə Həvvanı yoldan çıxarmaq üçün cənnətə bəzi əfsanələrdə böyük bir ilanın ağzında girdiyi qeyd olunur… Böyük ilan… Və ya böyük əjdaha… İblis insandan xeyli əvvəl dumansız alovdan yaradılmışdır. O tək yaradılmışdı və Adəm yaranana qədər Kainatda Allah Təalanın yaratdıqlarından mələklərdən və ondan başqa heç kəs yox idi. Adəmlə Həvvanı yoldan çıxarandan sonra ilk insanlarla birlikdə o da cənnətlər məkanından ulduzlar məkanına qovulur, Adəmlə Həvvadan insan nəsilləri, İblisdən isə cin nəsilləri törəyir. Yəni belə çıxır ki, cənnətə girmək üçün minib gəldiyi “ilan” və ya “əjdaha” deyilən uçan aparatı o, hələ özündən cin nəsilləri törəmədən , tək-tənha özü qurmuşdu. Ya da mələklər. Başqa necə ola bilər? /

Göylərdən gələn oğulların Yer qızları ilə evlənmələri barədə Bibliyanın ən qədim hissəsində — “Varlıq” adlanan bölümündə məlumat vardır; bu Nuh tufanından qabaqkı dövrdür. Deyilir ki, bu izdivacdan doğulanlar , həqiqətən də, çox güclü, qüvvətli olurmuşlar, Yer üzündə nəhəng tikililər inşa edirmişlər. Amma görünür əksinə, Yer oğullarının göylərdən gələn qızlarla izdivacından Təpəgöz kimi əcaib məxluqlar əmələ gəlirmiş ki, uşaq anadan olan kimi gətirib Yer kürəsinə atıb gedirmişlər, bəlası uzaq olsun deyə. Yoxsa pəri qızı haradan bilirmiş doğacağı körpənin təkgözlü olacağını? Axı “əmanəti” çobana verəndə uşaq hələ ət yığınının içində idi, nə başı bilinirdi, nə əl-ayağı. Pəri qızı uçub getdikdən sonra çoban sapandla onu vurur, qorxub qaçır, sonra Bayındır xan öz igidləri ilə gəlir, yalnız bundan sonra uşaq ət yığınının içindən çıxarkən alnında tək gözü olduğu bilinir. Əlbəttə, başqa aləmlərdən uçub gələnlərin sivilizasiyası, təbii ki, yüksək səviyyədə inkişaf etmiş olacaqdı, biz başqa aləmlərə uçub gedəcək səviyyədə inkişaf etməsək də bu gün ana bətnində doğulacaq körpənin özünü, hər bir hərəkətini elmin köməyi ilə görə bilmirikmi? ”Təpəgözün nağılı”nda heç bu barədə baş sındırmağa da ehtiyac qalmır; uşaq doğulandan, alnında bir tək gözü olduğu bilinəndən sonra Yer kürəsinə atılır. Amma niyə? Sadəcə eybəcər görünürmüş ona görəmi? Belə bir səbəb üçün ciyərparəsini tullaya bilən ana , demək ki, analıq duyğusundan tamamilə məhrum olmalıymış, o halda onu tullamaq üçün Yerə enməyə nə ehtiyac vardı; planetlərarası boşluğa da tullamaq olmazdımı? Amma diqqət edin; uşaq dağlara, daşlara, dənizlərə deyil, uca dağın yaşıl yamacına, südlü-qaymaqlı qoyun sürüsünün arasına, insanoğlunun önünə qoyulur. Onda belə ehtimal etmək olar ki, pəri qızı ayağı sürüşkənlərdən imiş, Yer kürəsinə gəlməzdən əvvəl aləmlərdən daha birisində öz qanadlarının / bəlkə də uçan qanadlı aparatların / köməyi ilə turistik səyahətdə olmuş imiş. Həmin aləmin məxluqları təkgözlü imişlər. Gözünə döndüyüm pəri qızı da orada təkgözlü bir erkəklə də cinsi əlaqənin dadını çıxarmq şərəfinə nail olmuş, sonra da Yer üzünə gələrək başıboş bir çobanın başı üstündə qanad çalıb uça –uça gözəlliyi ilə ağlını əlindən almışdı. Çünki çobanla ilişgi qurduğu zamandaca “Oğuz elinə bəla gətirdiyini “ deyərək bu bəlanın günahını tamamən onun üstünə yıxmışdır, yəni bir növ, çobanı şərə salmışdır. Doğulacaq körpənin əsil atasının kim olduğunu və o atanın necə heyvanxislət varlıqlardan olduğunu bilirmiş ki, uşaq doğulduğunda onu Yer kürəsinə tullayıb qaçmaq üçün pəri qızı özü bu izdivaca şərait yaratmışdı. Yəni o, analıq hissini tam itirməyibmiş; hələ doğmamışdan onun gələcək taleyini düşünübmüş.
( davam edəcək )

YORUMLAR

Henüz yorum yapılmamış. İlk yorumu yukarıdaki form aracılığıyla siz yapabilirsiniz.