Adana Adıyaman Afyon Ağrı Aksaray Amasya Ankara Antalya Ardahan Artvin Aydın Balıkesir Bartın Batman Bayburt Bilecik Bingöl Bitlis Bolu Burdur Bursa Çanakkale Çankırı Çorum Denizli Diyarbakır Düzce Edirne Elazığ Erzincan Erzurum Eskişehir Gaziantep Giresun Gümüşhane Hakkari Hatay Iğdır Isparta İstanbul İzmir K.Maraş Karabük Karaman Kars Kastamonu Kayseri Kırıkkale Kırklareli Kırşehir Kilis Kocaeli Konya Kütahya Malatya Manisa Mardin Mersin Muğla Muş Nevşehir Niğde Ordu Osmaniye Rize Sakarya Samsun Siirt Sinop Sivas Şanlıurfa Şırnak Tekirdağ Tokat Trabzon Tunceli Uşak Van Yalova Yozgat Zonguldak
Mengen °C

(<)img src="https://placehold.it/120x600">
deneme kod arasında img'den önce ve en son (<)kapama işareti arasında boşluk olmayacak < img src="https://www.5banners.com/store/img/cms/00102.gif" >

DƏDƏ QORQUDU DÜŞÜNƏRKƏN ( birinci hissə )

DƏDƏ QORQUDU DÜŞÜNƏRKƏN                                  ( birinci hissə )
18.01.2015
731
A+
A-

“ Evdən çıxıb yürüyəndə sərv boylum…

Topuğuna sarmaşanda qara saçlım…

Qurulmuş yaya bənzər çatma qaşlım…

Qoşa badam sığmayan dar ağızlım…

Qar üstünə qan dammış tək al yanaqlım…”

Bəh-bəh! Dilin şirinliyinə baxın! Dilin büllur kimi saflığına, ifadə imkanlarının genişliyinə, böyük təsvirləri heyranedici bir yiğcamlıqla bildirmək əzəmətinə baxın! Türk xalq dilinin şah əsəri “Kitabi Dədə Qorqud”dandi bu seçmələr. Türk milləti bir də belə dastan yarada biləcəkmi görəsən?

İnanmıram. Mümkün deyil! Bu dastan türk xalq dilinin zirvəsidir. Əlçatmazdır. Mükəmməldir. Bundan o yanası yoxdur. Son dərəcə poetik, obrazlı, sanki ruhu oxşayırmış, əfsun, sirr dolu bir dildir bu dastanın dili… Yalnız türk millətinin deyil, bütün tarixi boyunca bəşəriyyətin yaratdıgı şah əsərdir. Insanlıgın musiqi yaradıcılığının şah əsəri muğam olduğu kimi, şifahi xalq ədəbiyyatının şah əsəri də bu dastandır! Əhsən onu yaradan ozanlara!

Bu ədəbi abidə dastanın özündən də göründüyü kimi türk millətinin Oğuz qrupunun yadigarıdır. Amma biz də, Anadolu türkləri də, türkmənlər də, qazaxlar da, qıpçaqlar da və. s. Oğuzlardan törəyənlərik. Hamımızda da Dədə Qorquda sonsuz bir sevgi var. Elə isə dastan konkret olaraq hansımızındır? Ümumiyyətlə , dastandakı hadisələrin məkanı haradır, zamanı nə vaxtdır?

Dastanda Azərbaycan şəhərlərindən bir neçəsi — Dərbənd, Bərdə, Gəncə xatırlanır. Amma biz Oğuz türkləri sayılsaq da torpağımız Oğuz torpağı deyildir. Bineyi-

qədimdən Azərbaycan torpağıdır. Və bu torpaqlardakı həyatımız eradan qabaqkı minilliklərin dərinliklərinə gedib çıxır. Böyük Babilistan padşahı Baltasarı məhv edib genış torpaqlarına sahib olan Midiyalı, yəni Cənubı Azərbaycanlı Daranı xatırlamaq kifayətdir; dilinin hansı dil olduğuna Bibliya da şahidlik edir. ”Məni Təkəl aparsın.” .( İsa Hüseynovun “Muğanna”sında bu haqda ətraflı yazıldığından bu məsələ üzərində dayanmağa lüzum görmürəm.). Eradan qabaq altıncı əsrdə qüdrətli Babil padşahının sarayının divarlarına möcüzəli şəkildə heç bir yerdəncə peyda olan tək bir əl bu cümləni yazmaqla Baltasar padşaha bildirmişdi ki, səni bu dildə danışan padşah məhv edəcək. Rusun, fransızın, ingilisin, erməninin, almanın, yaponun filanın izini-tozunu belə tarixdə gördüm deyənin olmadığı Daniil peyğəmbər zamanıdır bu. Sonralar farsların Avropadakı və okeanın o tayındakı tarixı saxtakarlığa meylli qəyyumları tərəfindən fars imperatorluğu kimi tarixə soxdurulmuş Böyük Əhəmənilər imperiyasını quran adam idi Dara. Sonralar “hazar”, “xəzər” şəklınə düşmüş azərlərdən, yəni əcdadlarımızdan idi o. Farslar onun müzəffər ordusunda ancaq və ancaq sıravi döyüşçülər, əmrə tabe buyuruq qulları, yürüşdə yeməklərini bişirən, qab-qacaqlarını yuyan aşpazlar, atlarına baxan mehtərlər idilər.

Xalqımın, torpagımın adına “Atropaten”, ”Aturpatakan” kimi əcaib kəlmələr sırıyan yadellilərin nəzərinə belə bir tarixi faktı çatdırmaq istəyirəm ki, Babilin süqutundan hələ 3 min il əvvəllərdən həmin bu coğrafiyada “azər” kəlməsi mövcud idi; İbrahim peyğəmbərin atasının adı da Azər olmuşdur. Yəni bu kəlmənin çox sonralar hansısa əcaib sözlərdən yaranması barədə baş sındırmağa dəyməz. Əksinə “Azərbaycan” kəlməsi bu torpaqlara zaman-zaman at ilxısı-köpək sürüsü kimi gələn çağırılmamış həyasız qonaqların dilində pəltəkcəsinə “aturpatakan” kimi əcaib şəklə düşmüşdür.

Ibrahim peyğəmbərə qədər Yer üzündə insanların sayı hələ çox deyildi. Nuh peyğəmbərin üç oğlundan — Yafətdən, Samdan və Xamdan törəyən cəmisi üç xalq vardı. Birbirlərinə doğmaca əminəvələri olan türklər, ərəblər və həzrət İbrahimin ətrafına toplanan “evrey” nəsilləri. Nuh peyğəmbər böyük oğlu Yafətə Orta Asiyanı vermişdi, digər iki oğlu isə ön Asiyada qalmışdı. Yafət indiki Qazağıstanın cənub-şərqində Aldağ sıra dağlarının ətəklərində məskunlaşmışdı. Dağ qırmızı rəngdə olduğu üçün ona Aldağ, indiki deyimiylə Altay /Altau, Alatau / deyilmişdir. Yafətin oğlu Dib Yabqunun digər adı o dağın şərəfinə Olcaytu imiş. Olcaytau…Olcaydağ…Alcadağ…Yəni Aldağ. Həmin bu Dib Yabqunun dörd oğlundan birisi olan Qaraxanın Oğuz adlı bir oğlu varmış. Rəvayətə görə Oğuz xan o zaman bütün türk ellərinin yeganə qüdrətli hökmdarı olmuşdu. Əslində bu hökmdarlığın qüdrətini şişirtməyə o qədər də ehtiyac yoxdur, çünki Yafətdən sonra cəmisi üç nəsil keçmişdi. İnsanların sayı o ərazilərdə nə qədər çox ola bilərdi ki ? Hər nə isə, bizim tədqiqatımız üçün Oğuz xanın nə dərəcədə qüdrətli olub-olmamasının elə bir əhəmiyyəti yoxdur. Ondan sadəcə ona görə danışdım ki, bilməyən bilsin; “Kitabi Dədə Qorqud”da haqqında söhbət gedən oğuzların ulu babası həmin bu kişidir. Yafətin nəticəsi, həzrət Nuhun kötükcəsi Oğuz xan. Hansı xalqın nümayəndəsi deyirsə ki, biz türklərdən / eləcə də ərəblərdən və yevreylərdən / daha qədimik, mütləq düşüncəsində xəstəlik vardır. Yəni bütün dünya bilmirmi ki, bu üç xalqın üçünün də kökü birbaşa həzrət Nuha gedib çıxır ? Ondan qədimlərinin, yaşlılarının hamısı kürreyi-ərzi bürüyən tufanda boğulmadımı ? Tufanın o üzünə Həzrət Nuhdan başqa kimin nəsli ilə gedib çıxmaq olar ki ?

Bəli, zaman keçdikcə Oğuz xanın və üç əmisinin nəvə-nəticələri çoxalır, çoxaldıqca da Altaydan dörd bir yana dağılışırlar, indiki İran, İraq , Anadolu, Qafqaz ərazilərinə qədər köç edib məskunlaşırlar. Yəni dədələrimiz sonralar Azərbaycan, İran, İraq deyiləcək bu torpaqlarda ənazı beş min beşyüz il bundan əvvəllərdən — həzrət İbrahim zamanından əvvəllərdən yaşayırmışlar. Ən qədim millətin adı sayılan “evrey” kəlməsi hələ yaranmamışdan.

Yevreylərin kökü məlum olduğu kimi həzrət Nuhun digər oğlu Sama gedib çıxır. Amma İbrahim peyğəmbərdən sonra onların nəsilləri içərisinə daha bir nəsil — İshak nəsli də daxil olur. Və yevreyoğulları həzrət İsaya qədər olan bütün peyğəmbərlərin həmin bu nəsildən çıxdığını bildikləri üçün öz köklərini həzrət İbrahim vasitəsilə Nuh peyğəmbərə “bağlayırlar”!!! Halbuki həzrət İbrahim Ur şəhərindən Fələstinə köç etməzdən əvvəllərdən onlar oralarda “köklərini Sama bağlayaraq” yaşamaqda idilər. Və bu günə qədər də semitlərdən hesab olunurlar. ( “Ur” əski türkcə ilə / elə indiki cığatay türkcəsi ilə də / “vur” deməkdir. Deyəcəksiniz belə də şəhər adı olarmı? Elə isə Ural çayının, Ural dağlarının adına niyə təəcüblənmirsiniz? Bu kəlmə tamamilə türkcə “ur-al”, yəni “vur-al” deyilmi? “Aturpatakan “ sözünə heç belə təəccüblənmirsiniz, dədələrimizin gül kimi sözünə niyə təəcüblənirsiniz? Elə isə sizi bir az da təəccübləndirim. Ermənilərin qələmlər ucunda vicdansızcasına özününküləşdirərək “Ararat” formasına saldıqları Urartu bilirsinizmi nə deməkdir? Əzizlərim, Ararat, yəni indiki Türkiyə ərazisindəki Ağrı dağı Dəclə-Fərat çayları əhatəsindən yuxarı tərəfdədir, şumerlər o tərəfdə yaşayan qardaşlarına Ur ardında, Urun o biri tərəfində yaşayanlar, qısaca Urardı türkləri, o torpaqlara isə Urardı demişlər. Zaman keçdikcə bu söz mənadan uzaq “Urartu”, daha sonra “Ararat” şəklinə düşmüşdür.) Demək, ”köklərini həzrət İbrahim vasitəsilə Nuh peyğəmbərə bağlamışlar” yerinə “Həzrət İbrahimi öz köklərinə bağlamaqla onu Yafətoğullarından deyil, Samoğullarındanmış kimi təqdim etmişlər” desəm daha doğru olar. Şumerlərdən olan türk oğlu türk, Azərin oğlu həzrət İbrahimin Samoğullarına , yəni gələcəkdəki İsrailoğullarına ən böyük mükafatı o zamana qədər adları olmayan bu tayfaya “yevrey” adını verməsi ola bilər. Özünün isə onlara birbaşa bağlılığı olmamışdır; türklərin, ərəblərin və yevreylərin dədələri Nuh peyğəmbərin oğulları olduğu üçün bir-birlərilə , sadəcə , əminəvələri idilər, odur ki, həzrət İbrahimlə yevreylər də birbirlərilə ənənəvi əmiuşaqları sayılırdılar. Həcər xanımdan olan oğlu İsmayildan törəyən Qüreyşilər ərəb adlı əminəvələri içərisində min illərlə necə “ərəbləşmişdilərsə”, Sara xanımdan olan oğlu İshakdan törəyənlər də yevrey adlı əminəvələri içərisində min illərlə eləcə “yevreyləşmişdilər”. Bibliyaya öz arzu-istəklərinə görə əl gəzdirib bəşəriyyəti aldadanlar hətta İbrahim peyğəmbərin atasının adı Azər olduğu halda izlər itsin deyə onu da dəyişib Farra etmişlər./ .

Sonradan düzülüb qoşularaq beyinlərə oturdulmuş saxta “həqiqətləri” baltalamaq əlbəttə çətindir. Min illərin saxtakarlığını bir tərəfə qoyaq, cəmisi yetmiş il bundan əvvəl ikinci dünya müharibəsi zamanı yəhudilərin faşistlər tərəfindən kütləvi şəkildə qırılması, krematoriya sobalarında diri-diri yandırılması əfsanədirmi, yoxsa həqiqət ?

Belə bir şey olmamışdır, deyənlərin ağzının üstündən niyə vururlar, belələrini niyə həbs edirlər ? Əgər bu həqiqətdirsə kimlərinsə onu inkar etməsi ilə yox olacaqmı ? Elə isə qorxu nədəndir? İnkar edənlərin sayı artarsa bu məsələnin araşdırıla bilinəcəyindənmi ? Axı hamı bilir ki, 1941-ci ildə hələ Sovetlərlə müharibədən əvvəl Almaniya artıq o qədər güclənmişdi ki, o zamankı dünyanın bir tək super gücü halına gəlmişdi, ABŞ isə böhran içində boğulurdu, indiki qüdrətli ABŞ deyildi, üstəlik dunya okeanlarında ağalıq edən alman sualtı gəmiləri vaxtaşırı Amerika sahillərini top atəşinə tuturdu. Buhenvald, Osvensim kimi qara kitaba düşmüş həbs düşərgələri isə müharibənin sonlarına yaxın azad edilmişdir.Yəhudilər Avropada nə qədərmişlər ki, almanlar bu 4-5 il ərzində , yəni sözlərinin önündə söz deyilmədiyi vaxtlarda onları gecə-gündüz qırmışlar, amma sonlarına çıxa bilməmişlər ? Yoxsa əvvəl həbs düşərgələrində onları ayrıca yedirib içirib və ya daha doğrusu arıqladıb sonra öldürürmüşlər ? Bəlkə bütün dünyanı nasizmə qarşı yumruq kimi birləşdirmək, gələcəkdə Fələstin torpaqlarında ərəblərin etirazına baxmayaraq zorla yəhudi dövləti qura bilmək üçün uydurulmuşdur bu “əzabkeş yəhudi “ əfsanəsi ? Necə ki Türkiyə və Azərbaycan ərazilərində yeni erməni dövlətləri qurmaq üçün indi də cidd-cəhdlə “əzabkeş erməni” əfsanəsi yaradılır. Hətta cəmisi iyirmi il əvvəl Xocalıda ermənilərin törətdikləri soyqırıma baxmayaraq…/

Yafət nəsilləri o ilkin çağlarda Asiyada artdıqca Berinq boğazı ilə yeni torpaqlara — Amerikaya da köç edirdilər. Sonralar oralarda hələ indi- indi üstü açılan böyük mədəniyyətlər quran həmin o adamların törəmələrini on beşinci əsrin sonlarında Amerikanı “kəşf etmiş” sayılan Kolumb yanlışlıqla “hindu” adlandırmışdır; çünki bədbəxt ömrünün sonuna qədər də elə hesab edib ki, Sakit Okeanı üzüb qərb yolu ilə Hindistana yol açıb. Bu kəşfin ardınca Avropalılar əsasən türmələrdə ad çıxarmış şuluq adamlarla dolu gəmilərlə sürüylə, top-tüfənglə o yerlərə gedib qızıl axtara-axtara barıtın nə olduğunu bilməyən həmin o taleyin ümidinə buraxılmış hindulara elə heyvani münasibət göstərmişlər ki, yazıqlar qırıla-qırıla bir ovuc qalmışlar. Amma And-aman dağları, Ata-Kama səhrası, Kordilyer dağları və sair əsil türkcə kifayət qədər yer adları onların əcdadlarından xatirə olaraq qalmaqdadır. Tədqiqatçılar onların dillərindəki sözlərin yarıdan çoxunun türkcə olduğunu təsdiq etmişlər. Təbii ki türkcə olacaq, çünki dilləri Yenisey dil qrupundandır.
Savaş meydanlarında at belində qılıncla tarix yaradan dədələrim o tarixi qələmə almağa ehtiyac duymamışlar.Təəssüf ! Çox təəssüf ki, qələm başqalarının əlində olmuşdur və həmin o başqaları da qələmlə qılıncdan daha çox işlər görmüşlər, nəticədə dədələrimin nəinki qanları ilə suvardıqları torpaqlarının çoxusunu, hətta içlərindən çıxan bütün peyğəmbərlərini də “özününküləşdirməyi” bacarmışlar.

( ardı var )

YORUMLAR

Henüz yorum yapılmamış. İlk yorumu yukarıdaki form aracılığıyla siz yapabilirsiniz.