Adana Adıyaman Afyon Ağrı Aksaray Amasya Ankara Antalya Ardahan Artvin Aydın Balıkesir Bartın Batman Bayburt Bilecik Bingöl Bitlis Bolu Burdur Bursa Çanakkale Çankırı Çorum Denizli Diyarbakır Düzce Edirne Elazığ Erzincan Erzurum Eskişehir Gaziantep Giresun Gümüşhane Hakkari Hatay Iğdır Isparta İstanbul İzmir K.Maraş Karabük Karaman Kars Kastamonu Kayseri Kırıkkale Kırklareli Kırşehir Kilis Kocaeli Konya Kütahya Malatya Manisa Mardin Mersin Muğla Muş Nevşehir Niğde Ordu Osmaniye Rize Sakarya Samsun Siirt Sinop Sivas Şanlıurfa Şırnak Tekirdağ Tokat Trabzon Tunceli Uşak Van Yalova Yozgat Zonguldak
Mengen °C

(<)img src="https://placehold.it/120x600">
deneme kod arasında img'den önce ve en son (<)kapama işareti arasında boşluk olmayacak < img src="https://www.5banners.com/store/img/cms/00102.gif" >

Mirzə Hacıyev TƏPƏGÖZ VƏ TARTARLAR ( altıncı bölüm ))

Mirzə  Hacıyev                                       TƏPƏGÖZ  VƏ  TARTARLAR                                            ( altıncı bölüm ))
30.01.2015
638
A+
A-

Şumerlər gildən, daşdan, palçıqdan evlər tikərək ilk şəhərlər salmağa başlamışlar. Astronomiyanın, riyaziyyatın banisi də onlardır. Rəqəmlərin onluq sistemi — indiyədək də bəşəriyyətin istifadə etdiyi, alternativi təsəvvürə belə gəlməyən bu yeganə hesab sistemi onların icadıdır. 9-dan sonra birinci tam 10-luq, onun üstünə yenə 9 əlavə etməklə ikinci tam 10-luq, sonra üçüncü, dördüncü … doqquzuncu 10-luqlar. Rəqəmlərin dövri sistemidir bu, çox-çox böyük icaddır, qanan vaxtdan ibtidaidən aliyə qədər hər şeyi bu sistemlə hesablamışıq deyə insana sadə bir şey kimi görünür. İlkin vaxtlarda 10-luqlar “iki 10” , “üç 10”, “beş 10” və s. adlanırdı, dünya xalqlarına da hərəsinin öz tərcüməsində beləcə keçmişdir.

Şumerlər sonradan səksənə qədərki tam onluqlara ayrıca adlar da vermişlər; iyirmi, otuz, qırx, əlli, altmış, yetmiş. Yalnız səksənlə doxsanı adsız saxlamılar nədənsə; səksən “səkkiz on”, doxsan isə “dokuz on” deməkdir.

( Bu yerdə slavyanlar barədə kiçik bir haşiyə çıxmaq da yerinə düşər, çünki Tartariyanın böyük bir hissəsi indiki Rusiya ərazisindədir. Özlərinə rus adı yapışdırmış, qurşaqlarına qədər uzatdıqları saqqalları Avropalılaşma kursu götürən Birinci Pyotrun əmrilə zorla kəsdirilərək mədəni adam görüntüsü verilmiş bu insanlar on yeddinci əsrin sonlarına qədər Dəşti-qıpçaq və Volqaboyu bulqar türklərindən törədiklərini yaxşı bilirdilər. Pyotrdan iki yüz il əvvəl ayrı-ayrı rus knyazlıqlarını birləşdirərək mərkəzləşmiş rus dövlətinin əsasını qoyan Üçüncü İvan , rus torpaqlarını genişləndirərək ilk rus çarı olmuş nəvəsi İvan Qroznı slavyan deyildilər, slavyan millətinə əsrlərlə başçılıq edən Skandinav əsilli Rürikovlar nəslindən olan xalis “rus” idilər. Slavyanların qılıncla savaşda heç bir işə yaramadıqlarını bildiklərindən bu Skandinav rusları orduya onları almırdilar, ”kazak” deyilən xristian qıpçaqlardan qoşun toplayırdılar, məhz həmin qıpçaq qoşunları ilə o cür geniş torpaqlara sahib olmuşlar. İvan Qroznı müslim qıpçaqların xanlığı olan Kazan-tatar xanlığına xristian qıpçaqlardan ibarət olan qoşunla hücum etmişdi; həmin qıpçaqlar da öz qan qardaşlarının şəhərlərini viran qoymuş, əhalini acımadan qılıncdan keçirmişdilər, nəticədə Kazan xanlığının torpaqları Rusiyaya qatılmışdı. Yəni qırılan da, qıran da türkdilli insanlar olmuşdular, qazanan isə Skandinav əsilli rus çarı, onun qurduğu vahid Rusiya və təbəələri olan slavyan milləti. Bu faciənin üstündən yüz il keçənə qədər də, yəni ta Pyotrun atası çar Aleksey Mixayloviçin zamanına qədər də bədbəxt xristian qıpçaqların heç bir şübhəsi yox imiş ki, onların qanları bahasına qurulmuş bu dövlət özlərinin dövlətidir, çara da “Bəyaz xan” deyə böyük ehtiram göstərirdilər. Amma çar Alekseyin zamanında artıq xeyli qüvvətlənmiş, həm də artıq Rürikovlardan deyil, Romanovlardan olan Moskva çarlığı birdəncə , təkrar edirəm, birdəncə qıpçaqları bir tərəfə ataraq slavyanizmə meyl edəndə qıpçaqlar aldandıqlarını anlayırlar.Təbəələri olduqları, inandıqları “Bəyaz xan”ın belə vəfasızlığından incik düşən qıpçaq kazaklar buna görə də ataman Stepan Razinin ətrafında yumruq kimi birləşərək çarın dərsini vermək üçün böyük bir üsyana qalxırlar və qısa bir müddət ərzində o zamankı Rusiyanın, demək olar ki, yarısına qədərini özlərinə tabe edirlər. Və Moskva üzərinə qəti hücuma hazırlaşırlar. Dövlətin, Moskva çarlığının taleyi tükdən asılı bir hala gəlir, qəzəblənmiş qıpçaq ordusu önündə davam gətirə bilməyəcəyini anlayan çarın bir ayağı qaçaraqda imiş, Razin Moskvaya hücum edən kimi Polşa tərəflərə qaçacaqmış. Başqa çarəsi də yox idi; axı Razinin önünə çıxaraçağı nizami ordu da əsasən qıpçaqlardan ibarət idi, ona görə də Razinin ayağı bir çox şəhərlərə dəyər-dəyməz nizami ordu birlikləri çarı buraxıb öz qan qardaşları tərəfə keçirdilər. Həmin o həyəcanlı vaxtlarda çar son bir çarəyə əl atır ; hiylə yolu ilə Razini aradan götürmək. Bir gün Razin varlı kazakların yanına gələndə çardan külli miqdar qızıl-gümüş almış o varlılar onu xaincəsinə əsir edib Moskvaya, çarın yanına aparırlar. Və ağlasığmaz işgəncələrdən sonra Razin şaqqalanmaq yolu ilə edam edilir, üsyan isə hələ bir qədər də davam etsə də artıq sevimli başçılarını itirdiklərindən qıpçaqlar mövcud vəziyyətlə barışmalı olurlar. Çoxları çarın onlara divan tutacağından ehtiyatlanaraq öz yurd-yuvalarını tərk edirlər, bir qismi Azərbaycana pənah gətirir; “malokan” , “starovertsı” dediyimiz ruslar onlardan törəyənlərdir. Bu dövr Rusya tarixinə “Böyük Qarmaqarışıqlıq” / Velikaya Smuta / adı ilə keçmişdir. Və bax məhz bu “qarışıqlıq” bitdikdən sonra rus-slavyanların öz əcdadları olan qıpçaqlardan qəti olaraq uzaqlaşmaları başlayır. Məhz bu vaxtdan başlayaraq slavyanlar elliklə “ruslaşma” yolu ilə Avropalı görünmək üçün qıpçaqların dərin izlərini öz tarixlərindən yorulmadan silməklə məşğul olmağa başlayırlar. Bunu yalnız Pyotrun Avropaya pəncərə açmaq siyasətinin tələbi kimi anlamaq düzgün deyildir. Bu, iki yüz ilə yaxın bir müddətdə slavyanlarla türkdillilər arasına davamlı olaraq salınmış ədavətin nəticəsi idi. Ədavəti salanlar isə 1453-cü ildə İstanbulun Osmanlılar tərəfindən fəthi ilə Bizansı birdəfəlik itirdiklərindən kütləvi halda Moskva knyazı Üçüncü İvanın yanına axışan yunan əsilzadələri, din xadimləri və özlərinə “erməni” adı yapışdırmış haylar idilər. Sadəcə, həm Üçüncü İvanın zamanında rus knyazlıqlarını birləşdirmək, həm də İvan Groznı zamanında müslim Kazan türklərinə hücum etmək, rus torpaqlarını savaşa-savaşa genişləndirmək üçün xristian qıpçaq türklərinə böyük ehtiyac vardı. Amma çar Alekseyin zamanında artıq mərkəzləşmiş güclü Rus dövləti mövcud idi, ona görə də indi artıq xristian türklərlə,yəni Don kazakları ilə, Dəşti-qıpçaq türkləri ilə ipləri qırmaq olardı. Yəni həm çar İvanuşkaların, həm çar Alekseyin, həm də oğlu Böyük Pyotrun yunanlara və haylara sevgisi səbəbsiz deyildi. Biriləri — Bizans taxtından məhrum edilmiş yunan başbilənləri onlara digər knyazları vahid əldə birləşdirməklə vahid dövlət qurmaq qaydalarını öyrətmişdilər, digərləri — Balkan qaraçılarının tör-töküntüləri olan haylar isə amansız türk düşmənçiliyini.

1613-cü ildən ta 1917-ci ilə qədər Rusiya taxtında oturan Romanovlar məhz bu iki xalis türk düşmənləri olan xalqların köməyi ilə tatar- qıpçaq Rusiyasını slavyan Rusiyasına çevirə bilmişlər. Amma xalqların bəzən tarixdə elə izləri olur ki, onları yaddaşlardan heç cür silmək mümkün olmur. Romanovlara qədərki Rusiyada slavyanların qıpçaqlardan sonrakı ikinci dərəcəli millət olduğunu göstərən böyük bir fakt var; İvan Qroznıdan sonra hakimiyyətə gətirilən, ulu babaları Qızıl Ordadan, moğallardan olan çar Boris Qodunov. Rürikovlarla Romanovlar arasında yeddi illik qısa bir müddətdə Rus çarı olmuş bu adamı Rus taxtına qıpçaklar oturtmuşdular. İvan Qroznıdan sonra çarlıq etmiş oğlu Fyodorun qızı Feodosiya uşaq ikən ölmüşdü, Rürikovlar sülaləsi bununla da bitmişdi, qıpçaqların çarlığa gətirdikləri Boris isə Fyodorun qaynı idi. Amma qıpçaqlar tezliklə onun qadın xislətli olduğunu görürlər, ona görə də onu çarlığa layiq bilməyib istehza ilə ona “Qadın Boris” deyirlər. Və bu ləqəb onun adına elə yapışır ki, çar Boris tarixdə çar Boris Qodunov ( yəni Qadınov) kimi də qalır. Özünüz təsəvvür edin; o boyda ölkənin taxt-tacına öz adamlarını oturtmaq, xoşları gəlməyəndə ona ləqəb vermək, hətta onu familiya halına gətirmək üçün qıpçaqlar necə böyük hörmətə layiq olmalı idilər!

Qəribə burasıdır ki, hakimiyyətin özəyində duran bir xalqın digəri ilə əvəz edilməsi on yeddinci əsrdə Romanovlarla bir vaxtda cənub qonşuluğumuzda da baş verir. Tatar- səfəvilərin azəri hökmdarı Şah Abbasın farslara olan aşırı sevgisi nəticəsində sarayın qızılbaş azəri əyanları fars əyanları ilə əvəz edilir və sonunda Azərbaycan qızılbaş dövləti farsların əlinə keçir. Sonralar qısa müddətə də olsa əfşar türklərindən Nadir şah, qacar türklərindən Ağa Məhəmməd şah bu tarixi ədalətsizliyi aradan qaldırmışsa da iş işdən keçmişdi, çünki Avropalılara üç qitədə hökmranlıq edən Osmanlı ilə davamlı olaraq savaşmaq üçün həm Rusiyada, həm də İranda qeyri-türklərin hakimiyyətdə olmaları hava kimi, su kimi lazım idi. Bu gün ona görə də farslar Səfəvi dövlətini fars dövləti kimi qələmə verməyə çalışırlar. Bizə yalnızca təsəlli budur ki, o dövlətin adı nə yaxşı ki dünya tarixinə türkcə “qızılbaşlar dövləti” kimi düşmüşdür.).

.

Amma göründüyü kimi , Herodot tarixi şumerlərdən başlamaqla yarıdan başlayıb. Məlum olur ki, tarix şumerlərdən deyil, onların və bütün bəşəriyyətin dədələri olan tartarlardan, yəni tatarlardan başlayır. Tatarların tufandan sonrakı bu bəşəriyyətdə ulu babaları olan həzrət Nuhun isə oğulları və gəlinləri ilə birlikdə gəmidən enib ayaq basdıqları ilk torpaq Naxçıvan olmuşdur. Demək, tarix Naxçıvandan, Azərbaycandan başlayır!!!

Baxın, sevimli türkdillilərim, mən sizə Dədə Qorqudla yanaşı “Məlikməmmədin nağılı”ndan, ”Təpəgözün nağılı”ndan danışdım. Nağıllara nağıl deyib ötməyimizdən danışdım. Amma “Böyük Tartariya” ideyasına nağıl deyib keçməyin. Bu, əsrlər boyunca sönmək bilməyən, bəzən gizli, bəzən aşkar türk düşmənliyinin önündə Çin səddi kimi dayanmış, fantaziyalardan uzaq, Təpəgözün zirehi kimi möhkəm bir ideologiyadır. Türk düşmənlərinin bizlərdən torpaq tələblərinin, bizlərdən üstün, ağıllı olmaq iddialarının qarşısına bundan da böyük, bundan da təməlli bir ideologiya ilə çıxmaq mümkün deyildir. Çünki “Böyük Tartariya”ya sahib olmaq bütün Yer kürəsinə sahib olmaq deməkdir. Bu ideyanın böyüklüyü yalnız Tartariyanın ərazisində və qədimliyində deyil. Xeyr. İdeyanın böyüklüyü bəşəriyyəti vahid yumruq kimi birləşdirə bilməsindədir. Həm milli, həm də dini baxımdan. Yəni Yer üzündə nə ki millət var hamısının kökündə vahid Tartar / Tatar / milləti durur, ona görə də hər bir millət, hər bir insan tatardır. Sadəcə , dillər müxtəlifdir, kök isə eynidir, çünki hamı Həzrət Adəmin övladlarıdır. Bu, millətlərin birliyi məsələsi. Bütün dünya təkallahlılarının birliyi isə Qurani-Kərimlə bildirilmişdir; bu səmavi Kitaba görə bütün əvvəlki peyğəmbərlər də, onlara inananlar da Vahid Allahın itaətkarı anlamına gələn “müsliman”dırlar. Həzrət Məhəmmədin ardınca gedənlər “Məhəmmədi müslimlər” olduqları kimi, Tövratın təhrif olduğu zamanlara qədər həzrət Musanın ardınca gedənlər “Musəvi müslimlər”, İncilin təhrif olduğu zamanlara qədər həzrət İsanın —Xristosun ardınca gedənlər isə “Xristian müslimlər” olmuşlar. Bu da təbiidir, çünki peyğəmbərlər də bu bəşəriyyət içindən çıxdıqları üçün hansı xalq içində yaşamalarına baxmayaraq bütün bəşəriyyətindir. Məhz bütün bəşəriyyətə beləcə milli və dini birliyi verə bilmək baxımından “Böyük Tartariya” ideyası türkdilli insanların indiyədək ən böyük ideyaları olan “Böyük Turan” ideyasından da qat-qat böyükdür. Çünki türkçülük əsasında yaransa da ümumbəşəri bir ideyadır. İdeologiyalarının bundan da böyüklüyünü isbatlamaq istəyən millətlər ilk insanın adını dəyişməkdən başlamalı olmalıdırlar; çünki “Adam”, “Adəm” sözü tatarcadır, türkcədir.

Qeyri-türklər bu ideyanın ümumbəşəriliyinə bir söz deyə bilməzlər, amma “niyə məhz türkçülük əsasında ?” deyə bilərlər. Əzizlərim, axı biz türklər günahkar deyilik ki, tufandan əvvəlki bəşəriyyətin dili olan tatarcanı bu günədək də qoruyub saxlaya bilmişik. Bir-birimizdən uzaqlaşmaq sonucunda bu dilə müxtəlif çalarlar, müxtəlif ləhcələr qatmışıq, amma dilin özəyini qoruyub saxlamışıq.Yox, əgər qoruyub saxlaya bilməmişiksə niyə bizə tartarlar, tatarlar, ərazimizə Tartariya, Tatariya deyirsiniz? Özümüz tartarıqsa, torpaqlarımız Tartariyadırsa dilimiz də tartar dili olmuş olmurmu? Türk dillərinə tatar dilləri özünüz də demirsinizmi?

Deyirlər guya bir vaxtlar dünyada “Ari” deyilən yüksək mədəniyyətli xalq olubmuş, Yer kürəsinin bu başından vurub o başından çıxırmışlar, qədim insanlara mədəniyyət yayırmışlar. Nə vaxtdır alimlər bu qeyri-adi irqin izini axtarırlar, tapa bilmirlər. ”Hansı xalqın əcdadları ola bilər o insanlar?”, deyə baş sındırırlar. Nəhayət, bir çoxları şumerlərin, skiflərin üzərində dayanmağa məcbur olmuşlar, çünki bunlara qədim dünyanın mədəniyyət daşıyıcıları deməmək alim olmamaq demək olar. Bəlli ki, onlardan da üstününü tapa bilməmişlər, necə olsa da ”tarix şumerlərdən başlayır”. Onlardan da üstününü ona görə axtarırlarmış ki, şumerlərin də, skiflərin də türkdillilər olmaları kəsinləşmişdir, sadəcə, qədim dünyanın mədəniyyət məşəlini onların əlinə vermək qeyri-türklər üçün çox ağır bir iş imiş. Amma tarixi ələk-vələk etsələr də şumerlərdən, skiflərdən o yana gedə bilməmişlər. Yorulmayanlar hələ də axtarışdadır. Amma vallah boşuna əməkdir, çünki “Ari” adında heç bir millət olmamışdır. Sadəcə olaraq, dünyada insana, adama “ər” deyən millət olmuşdur və bu millət bu kəlməni öz dilində bu gün də yaşatmaqdadır .

Bu, türk millətidir.

Dədələrimiz yeniyetmələrə ad almaları üçün “meydanda hünər göstər, igidlik, ərlik göstər” deyərdilər. Rəqibini, düşmənini məğlub edən, təbii ki, igiddir, amma ərlik igidlikdən də üstün anlayışdır. Çünki yalnız ər igid basdığını kəsməzmiş. Məsələn, Teymurləng böyük moğal xaqanı Toxtamışın böyük ordusunu yenmişdi, demək igid idi, amma bu qələbə çox çətinliklə qazanılmasına baxmayaraq döyüş meydanından qaçmış Toxtamış bir müddət sonra gəlib ondan aman istəyəndə Teymurləng nəinki onu əsir etməmiş və ya öldürməmişdi, əksinə, böyük bir qəlblə onu bağışlayıb şərəfinə böyük ziyafət vermiş, üstəlik ayrılarkən qoşunundan bir bölüyünü onun ixtiyarına peşkəş vermişdi. Yəni basdığını kəsməmişdi, ərlik göstərmişdi, sözün təhrif forması ilə desəm, “arilik” göstərmişdi. Bir neçə il sonra Toxtamış xan yeni böyük ordu toplayıb yenə Teymurlənglə vuruşmuşdu, amma yenə məğlub olmuşdu. Və yenə Teymurləngdən aman dilədiyində Teymurləng bu dəfə də onu bağışlamış, şərəfinə ziyafət vermiş və qoşununun bir bölüyünü ona peşkəş vermişdi. Bax, ər igid, ər insan, ari insan beləsidir. ”Ər” sözü ilkin anlamında “kamil”, ”böyükqəlbli” kimi başa düşülürdü. ”Ər insan”, yəni kamil insan. ”Ər igid”, yəni böyükqəlbli, mərhəmətli igid. ”.Ari” kəlməsindəki “i” hərfi şəkilçidir, ”ar” sözünü isimlikdən çıxarıb sifət halına salır. Yəni “ari insan” ərə bənzər, ər kimi olan, ər dəmli, ər xarakterli insan deməkdir.

Görürsünüzmü, bu dediklərim nağıl olmadığı üçün yazıma “Biri vardı, biri yoxdu” ilə başlamadım. Bitirəndə də “Göydən üç alma düşdü” deməyəcəyəm. Çünki eradan qabaq beşinci minilliyin sonlarında göydən alma yox, Təpəgöz boyda bir daş düşüb bəşəriyyətin təpəsinə. Nəticədə vahid dildə danışan insanları ayrı-ayrı xalqlara, ayrı-ayrı dillərə böldü bu “daş”. Düşdükdən iki min il keçəndən sonra əsil ağrısı — mənəvi ağrısı tarixə həkk olub qaldı ; dünyada ilk dəfə olaraq məhz dil anlaşılmazlığı üzündən böyük bir tikinti — Babil qülləsinin tikintisi yarımçıq qaldı. Diqqət edin; hər iki hadisənin — həm Altaylardan müqəddəs Nuh məkanına köç etmənin, həm də Babil qülləsinin tikintisinin məqsədi eynidir. Allah Təalaya yaxın olmaq! Hər ikisi türklərin işidir və hər ikisində də Allah Təala insanları cəzalandırmışdır. Birinci əməlin cəzası göydən gətirilib tullanılan Təpəgözlə verilmişdir. İkinci əməl isə Təpəgözlə verilən cəzanın nəticəsi ilə cəzalandırılmışdır.

Bəs niyə cəza verilmişdir? Allah Təalaya yaxın olmaq istəmək günahdırmı?

Xeyr. Əksinə, bu istək dünyanın ən gözəl istəyidir. Amma yalnız ağıl və qəlb vasitəsilə Ona yaxın olmaq olar. Heç bir yerə getmədən də, heç bir hündürlüyə qalxmadan da, durduğun yerdəcə Allah Təalaya yaxın ola bilərsən, əgər ağlın və qəlbin gözü ilə haqqı görmüsənsə. Yəni Allah Təala onları köç etdiklərinə və ya uca bir qüllə tikdiklərinə görə deyil, niyyətlərinə görə cəzalandırmışdı. Yoxsa hər köçetməyə görə cəza verilmiş olsaydı dünyada Təpəgöz əlindən durmaq mümkün olmazdı, itə daş atsaydın Təpəgözə dəyərdi. Kolumbdan sonra Amerikaya top-tüfənglə köçüb bədbəxt hinduları vəhçicəsinə soyqırımına uğradaraq torpaqlarına sahiblənən ispan-ingilis-fransız-holland-portuqal amerikanların qabağına Təpəgöz yox, Təpəgözün dədəsi çıxmalı idi. Və ya hər qüllə tikintisi üçün cəza verilmiş olsaydı dünyadakı bütün məlum qüllələr yarımçıq qalmalıydı.

Deyərsiniz bəs niyə nağıllarda həmişə göydən bir yox, üç alma düşür? Əzizlərim, eradan əvvəl üçüncü əsrdə Makedoniyalı İskəndərin şərqə müzəffər yürüşləri nəticəsində İran, İraq, Anadolu, Qafqaz ərazilərində yunan-ellin mədəniyyəti yayılmağa başlayır. Sonra onları həmin bu mədəniyyətin güclü təsiri altında olan romalılar əvəz edirlər. Və ta eramızın yeddinci əsrindəki ərəb istilalarına qədər Qafqaz ərazisi Bizansla Sasanilərin boğuşması üçün yağlı əppəyə çevrilir. Yəni tam min il müdətində qoca Qafqaz səmasına yunan-ellin mədəniyyəti dumanı qarışır. Ərəb istilalarından sonra Bizans Azərbaycana girə bilməmişsə də Səlcuqluların onları Kiçik Asiyadan qovmasına qədər qonşuluqda — Anadoluda qalmışlar və yeddincı əsrdən etibarən Bizanslıların nəinki mədəniyyətləri, hətta dövlət dilləri də yunan dili olmuşdur. Yunan mifologiyasında isə , qeyd etdiyim kimi, Yer kürəsinə bir deyil, üç Təpəgözün atıldığı deyilir. Görünür nağılların sonunda uşaqlara “Göydən üç Təpəgöz düşdü, biri sənin, biri mənim, biri də nağıl deyənin” desələr uşaqların matdım-matdım onlara baxacaqlarını nəzərə alıb üç Təpəgözü Heraklın Atlantın bağından oğurladığı üç alma ilə əvəz etmişlər. Xeyr, xeyr, narahat olmayın, o almalar bizim üçün əsla oğurluq sayıla bilməz, çünki öz bağımızdandı, halalca malımızdı. Belə ki o almaların vətəni bizm Məlikməmmədin padşah dədəsinin bağı olub. Heraklın “alma oğurluğu” qəhrəmanlığı “Məlikməmmədin nağılı”nın yunanların fantaziya süzgəcindən süzülmüş variantı olduğu üçün bilmək lazımdır ki, o almaları əvvəlcə yunanlar Məlikməmmədin dədəsinin bağından oğurlayıb aparıblar Atlantın bağına. Qafqazdan arqonavtların oğurladıqları yun dəriyə “qızıl yun dəri” dedikləri kimi o almalara da “qızıl alma” deyiblər. Dərdləri azarları qızıl olub yəni. Başqaları da özlərindən ibrət alıb oğurlamasın deyə yanlarına da divlərdən keşikçilər qoyublar. Sonralar Herakl o keşikçilərə qalib gəlib almalara sahib olur, yəni türkün halalca malına yenə türk sahiblənir; axı Herakl skiflərdən idi, yunan deyildi, yəni o da Məlikməmməd kimi, onun padşah dədəsi kimi türkoğlu idi.

Qeyd edim ki, yunanlar dədələrimizin bağından “oğurladıqları” almaları aparıb elə türk bağına da qoymuşlar, belə ki Atlant deyilən varlıq Prometeyin doğmaca qardaşıdır və yunan tanrılarının nəsil şəcərəsinə görə bu qardaşlar Yafətin oğullarıdırlar. Yafətin qardaşı isə ildırım tanrısı Zevsin atasıdır, Atlantın bağındakı almalara sahiblənən Heraklın babasıdır, göylər tanrısı Krondur. Yəni Herakl türkoğullarının dədəsi Yafətin qardaşı nəvəsidir. Başqa cür mümkün də deyil. Demirəmmi bəşəriyyətin ilkin çağlarında Yer üzünün sakinləri yalnız biz türklər, tartarlar olmuşuq?

Heç ağılla düşünməzmisiniz?

( son )

YORUMLAR

Henüz yorum yapılmamış. İlk yorumu yukarıdaki form aracılığıyla siz yapabilirsiniz.