Adana Adıyaman Afyon Ağrı Aksaray Amasya Ankara Antalya Ardahan Artvin Aydın Balıkesir Bartın Batman Bayburt Bilecik Bingöl Bitlis Bolu Burdur Bursa Çanakkale Çankırı Çorum Denizli Diyarbakır Düzce Edirne Elazığ Erzincan Erzurum Eskişehir Gaziantep Giresun Gümüşhane Hakkari Hatay Iğdır Isparta İstanbul İzmir K.Maraş Karabük Karaman Kars Kastamonu Kayseri Kırıkkale Kırklareli Kırşehir Kilis Kocaeli Konya Kütahya Malatya Manisa Mardin Mersin Muğla Muş Nevşehir Niğde Ordu Osmaniye Rize Sakarya Samsun Siirt Sinop Sivas Şanlıurfa Şırnak Tekirdağ Tokat Trabzon Tunceli Uşak Van Yalova Yozgat Zonguldak
Mengen °C

(<)img src="https://placehold.it/120x600">
deneme kod arasında img'den önce ve en son (<)kapama işareti arasında boşluk olmayacak < img src="https://www.5banners.com/store/img/cms/00102.gif" >

Təpəgöz və tartarlar . (ikinci bölüm )‏

25.01.2015
437
A+
A-

Təpəgöz div deyildir; o, insan kimi gülür, danışır, ağlayır, sevinir, kədərlənir, qəzəblənir. Nağıldakı igid yeyiləcəyini bilərkən heç bir yerə qaçmaq imkanı olmur deyə qorxudan saralır, Təpəgöz diqqətlə onun üzünə baxıb halının pisləşdiyini / bəlkə də qorxudan tumanına batırdığı üçün pis iy verdiyini / görüb onu o axşam yeməkdən vaz keçir, ”yaxşı, səni sabah yeyərəm” deyib o biri iki yoldaşını yeyir. Yəni onun canı, qəlbi vardı, hisslərdən uzaq deyildi. Amma divin canı şüşə qəfəsdəki göyərçinə bənzər qanadlı / yenə də qanad! / məxluqlarda olur. Onun da bədənini ox deşmir, qılınc kəsmir, onun da alnında bir tək göz var, amma məhz məsafədən idarə edildiyi üçün, canı özündə olmadığı üçün canlı məxluq deyil, robotdur. Təpəsindəki buynuza bənzədilən şey onu hərəkət etdirmək, danışdırmaq üçün radiosiqnallar qəbul edən antennanı xatırladır, tək göz isə videokameradır. Təbii ki, müstəqil hərəkət etməsi üçün bədənində bu gün motor dediyimiz  bir şey olmalı idi, ona görə də yeriyəndə qulaqbatırıcı nərilti-gurultu eşidilirmiş. Məlikməmməd onu yaralayanda o, qanı axa-axa gedir, Məlikməmməd də qanın izi ilə gedib bir quyuya rast gəlir. Amma o həqiqətən də qan idimi? Sadə məntiq bunu deyir ki, əgər birisi yaralanmışsa o yaradan axan şey yalnız qan ola bilər. Amma o, robotdursa, demək onda ya benzin çəni deşilibmiş, ya da karteri yağ buraxıbmış. Əgər div mərhəmətlidirsə, xırdaca Cırtdanla dostlarını yedirib-içirib yatırırsa və gecədə bir neçə dəfə qayğıkeş bir ana kimi “kim yatmış, kim oyaq” deyə onları yoluxursa, Cırtdanın nazı ilə oynayırsa və ya Məlikməmmədi əlinin bir hərəkəti ilə şil-küt edəcəyi bir halda onunla qırx gün qırx gecə güləşirsə, bu mərhəmət divin deyil, onu idarə edən qanadlı məxluqlarındır; şüşə qəfəs deyilən şüşəli otaq içərisində idarəetmə pultu arxasında oturub insanı öyrənirmişlər. Bitki aləmi ilə də maraqlanırmışlar; div axı padşahın bağına alma üçün gedirmiş. ( Qədim yunan əfsanəsiymiş kimi bəşəriyyətə sırınan Heraklın on iki qəhrəmanlığından birisi Atlantın bağından üç qızıl alma gətirməsidir. Sadəcə, orada vəziyyət başqa şəkildədir; guya almaları divlər oğurlamayıblarmış, əksinə, divlər Atlantın bağında əkilən bu alma ağaclarını qoruyurmuşlar ki, insanlar onları oğurlamasınlar.). Quyuda üç otaq olubmuş, hər otağın ayrıca divi, ayrıca şüşə qəfəsi və qəfəsdəki ayrıca məxluqu varmış. Bir qəfəsdəncə üç divin üçünü də idarə etmək olmazdımı? Bəlkə ayrı-ayrı elm sahələrinə baxan yadplanetli alimlər imişlər? Hər otaqda bir Yer qızı varmış, divlər onları oğurlayıbmışlar və güya saçlarından asıbmışlar. Saçlarından asılmaq deyil, saçlarından bir yerə bağlanmaq deyilsə məncə daha doğru olar. Qız xeylağını qandallamaq, zəncirləmək mərhəmətlə bir araya sığmaz, zəif, incə məxluqlardır, amma hansı bir üsullasa onu qəfəsdən aralı tutmaq lazım idi. Qızlar nə qədər zəif olsalar da şüşəni sındırıb göyərçin boyda məxluqların boynunu üzə bilərdilər təbii ki. Və bunu nə vaxt edə bilərdilər? Ya div hansı bir iş üçünsə yer üstünə göndəriləndə, ya da yatanda. Fikir verin; Məlikməmməd otağa girəndə görür ki, div başını qızın dizləri üstünə qoyub yatıb. O, robottdursa, təbbi ki, yatan o deyildir, qəfəsdən onu idarə edən yatmışdır. Qızı saçlarından bağlamaqla yetməyib yatdığı zaman ehtiyatdan divin başını da qızın dizləri üstünə qoyurmuş ki, o boyda ağırlığın altından ayaqlarını çıxarana qədər səs-küyə yuxudan oyanar hərhalda. Çünki qızlar divin sirrini—canının şüşədə olduğunu, şüşədə onu idarə edənin oturduğunu, ümumiyyətlə , divlərin qorxuncluğu haqqında gəzən söz-söhbətin əslində boş bir şey olduğunu gözəl bilirdilər və Məlikməmmədə də bu sirri onlar söyləmişdilər. Daha doğrusu birinci otaqdakı qız söyləmişdi. Məlikməmməd məhz onun bu məlumatının hesabına üç divin üçünə də qalib gəlmişdi. Amma maraqlıdır, qız bu məlumatı niyə ona divlə qırx gün qırx gecə güləşəndən sonra demişdi? O qırx gündə deməyə heçmi fürsət olmamışdı? Sirri bilə-bilə kənardan durub seyr etmişdimi? Və ya Məlikməmməd o qırx gün-qırx gecədə adi bir insan övladı kimi yatmamağa necə dözə bilərdi? Təbii ki, istəməsə də yuxu onu tutmalıydı, insan orqanizmi buna tab gətirməz. Və əgər div onu öldürmək istəsəydi o yatdığı zaman onu öldürə bilməzdimi? Əgər div insan oğurluğu ilə məşğul imişsə öz ayağı ilə oraya gəlmiş Məlikməmmədi də tutub qandallaya bilməzdimi? Yox əgər yalnız qız oğurluğu ilə məşğul imişsə niyə hər bir otaqda yalnızca bir qız varmış? Otaqlar qızlarla dolu olmalı deyildimi? Şəxsən mənə belə gəlir ki, o qızlar oraya xidmətçilik etmək üçün oğurlanılıb gətirilmişlərsə də oradakı həyatlarından heç də narazı deyilmişlər, yoxsa Məlikməmmədi görən kimi dərhal ona divin sirrini açmalı, ”qəfəsi sındır, quşu tut öldür” deməli idilər. Dərhal!. Qırx gün gözləməməliydilər. Görünür divləri idarə edən məxluqlar onlara yaxşı baxırmışlar, hətta onların ürəkləri istəyəndə divləri padşah bağına alma oğurluğuna da göndərirmişlər. Təki ürəklərində arzu qalmasın. Almaların qeyri-adi olması, guya onları yeyənin həmişə cavan qalması əfsanəsi isə süjet xətti üçün qurulmuş bir uydurmadır. Şüşə qəfəsdəki qanadlı məxluqları xalq heç bir zaman görmədiyi üçün divlərin girib-çıxdıqları qalaçaların, mağaraların sahiblərinin elə divlərin özləri olduğunu güman etmişdir. Halbuki həmin qanadlı məluqlar onları özləri ilə başqa aləmlərdən gətirmişlər ki, yaşadıqları qalaçaların, mağaraların keşiyini çəksinlər. Ağ div, qara div, üçqardaş, beşqardaş, yeddiqardaş div… sayları çoxmuş yəni bu robot-keşikçilərin. Amma təkrar edirəm, onlar insanlara heç bir pislik etmirdilər, əksinə, insanlar özləri onların bədheybət vücudlarından qorxduqları üçün harada görsələr onları məhv etməyə çalışırdılar. Divlər yalnız bu zaman qəzəbli olurdular; daha doğrusu divlər deyil, onları idarə edən qanadlı məxluqlar. Onlar divlərin təkgöz deyilən videokameralarından onların qarşısına çıxan adamların aqressiv olub-olmadıqlarını aydın görürdülər. Cırtdandan və dostlarından aqressivlik görmədiyi üçün div “mərhəmətlidir”, ana kimi qayğıkeşdir. Amma Məlikməmməd divi öldürmək üçün vuruşmağa başlayanda div də vuruşa hazırdır. Məlikməmməd onun canı olan şüşəni əlinə alan kimi o, yalvarmağa başlayır ki, nə istəsən verərəm, amma ona toxunma. Yalvaran div deyildir , şüşədə oturub onu idarə edəndir, divin ağzı ilə danışır… Adama elə gəlir ki, qanadlı məxluq ilk gündəncə divin dililə Məlikməmmədlə dostlaşıb, hətta qızla onun dostluğuna şərait də yaradıb, qırx gün vuruşmaq əvəzinə qırx gün yeyib-içiblər. Sonunda eşq başına vurmuş Məlikməmməd o qızı da, o biri qızları da götürüb aradan çıxa bilmək üçün o qızdan divin sirrini öyrənib və bir gün div yatarkən onu da, o biri divləri də məhv edib. Cırtdan ona və dostlarına yaxşılıqdan başqa heç nə etməyən divi hiylə ilə suda boğmadımı? O da onun kimi. Bu dünyada qardaş qardaşa xəyanət edir, div nədir ki, üçü birdən qurban olsun o gözəllərin bircə telinə… Əlbəttə, o gec-tez quyudan çıxıb evinə qayıtmalıydı, amma bəs eşq, məhəbbət? Üstəlik divlərin bir aləm qızıl-gümüşü , daş-qaşı vardı; Yer məxluqu olsun, o boyda var-dövlətə tamah salmasın?

Məlikməmmədi görən kimi divin onu öldürə biləcəyindən ehtiyatlanan gözəlin divin sirrini qırx gün gizli saxlaması nəsə heç inandırıcı görünmür. Quyuda baş verənlərə lazımınca diqqət yetirdikdə aydın olur ki, bü şübhə heç də əsassız deyildir. Fikir verin; hər üç divin otağına girəndə Məlikməmməd onları yatmış görür, öldürmək üçün gəlmişdisə o onları yatan yerdəcə daha asan öldürməli deyildimi? Amma o nə edir? Qılıncla pəncələrini dəlir, yəni qıdıqlayır. Oyun çıxarmaq yerimi? Ya bəlkə yatmış kimsəni öldürmək igidlikdən deyil deyə onu oyatmağa çalışır? Elə isə niyə sonunda onların üçünə də yatdıqları zaman qalib gəlir? Ona görə də mən belə düşünürəm ki, qız öz dünyasının igidini görən kimi sevindiyindən ona dərhal bədheybət məxluqun sirrini, onu öldürmək üsulunu pıçıldamışdır. Nə olur olsun, yad aləmlərin iki yad varlığı arasında qəribsəmiş qız öz dünyasının insanını görən kimi dərhal ona tərəf meyllənməli idi; onun divlə qırx gün boşuna vuruşmasına kənar bir seyrçi kimi baxa bilməzdi. Məlikməmməd təbii ki, onun dediklərinə inanmış, ona görə də başını qızın dizləri üstünə qoyub yatan divin ayaqlarını qıdıqlamışdır. Çünki anlamış ki, o, qəfəsdən idarə edilirsə onun yatması hələ onu idarə edənin də yatması demək deyildir. Əgər qəfəsdəki qanadlı varlıq yatmamışsa mütləq bu qıdıqlanmağa reaksiya verəcək. Və reaksiya dərhal olur “Qoyma, ayağımı milçək yedi” şəklində. Məlikməmməd bir də onun pəncəsini qıdıqlayır, yenə divdən eyni kəlmələr eşidilir. Diqqət edin: eyni kəlmələr! Və Məlikməmməd bir də onu qıdıqlayır, bu dəfə də eyni cümlə, amma div artıq hərəkətə gəlir; qıza bir şapalaq vurur və bu zaman Məlikməmmədi görür… Əgər divin pəncəsinə ilk toxunuş zamanı o dərhal qalxsaydı bu onu göstərərdi ki, qəfəsdəki idarəedici yatmayıbmış. Otağa əli silahlı yad insan girib, həm də divi padşahın bağında yenicə yaralamışlar, idarəedici dərhal onu qaldırmalıydı. Amma ona insan iki dəfə qılıncla toxunur, o isə yerindən qalxmadan danışır. Demək ki , o toxunuşlara reaksiya avtomatik özünüqoruma kimi bir şey imiş, cümlələrin eyniliyi də bunu göstərir . Bu iki toxunuşa iki avtomatik cavab səsinə idarəedici yuxudan oyanır, o da məhz bu zaman şüşənin ardından əli silahlı insanı görüb divi yerindən qaldırır. Amma bayaq dediyim kimi, sanmıram ki onlar qırx gün qırx gecə vuruşsunlar. Divin sirrini bildikdən sonra Məlikməmmədə də, qıza da bircə şey qalırdı; özlərini dost kimi göstərərək səbirlə gözləmək və qəfəsdəki qanadlı məxluqun yuxuya gedəcəyi vaxtı dəqiq bilmək, vəssalam. Bunun üçün isə dostluğa uzanan əli geri qaytarmaq ağılsızlıq olardı. Dostluğu Məlikməmməd özü də təklif edə bilərdi; çünki artıq bilirdi ki, yaralanan cansız bir cihazdır, onu idarə edən deyildir. Cihaz isə hər zaman təmir oluna bilər… İndi baxın, sonrakı iki divin otaqlarına girəndə Məlikməmmədin onların pəncələrini qılıncla dəlməsi başa düşüləndir, çünki artıq sirri bilib ilk divi məhv etmişdi. Amma görəsən ilk divin otağına girdiyində bu sirri haradan bilirmiş, əgər qız ona bunu qırx gün keçəndən sonra deyəcəkdisə? Ona görə də bu müəmmanı yalnız belə açmaq olar: birinci otaqdakı qız dərhal ona hər şeyi söyləmişdir. Dərhal! Məlikməmməd qapıda yenicə göründüyündə. İdarəedici yuxuda imiş, divin pəncəsinə qılıncla üçüncü toxunuşda oyanacaqdı, ona görə də qızın Məlikməmmədə nələr deyəcəyindən xəbəri olmayacaqdı…

Demək, div robotdur. Onda belə bir ehtimal etmək olarmı ki, həqiqətən də, Yerdənkənar sivilizasiyalardan hansı birisindəsə təkgözlülər yaşayırmışlar və div deyilən robotlar da o nəhənglərə bənzədilərək düzəldilmişlər? Deyəcəksiniz niyə? Çox sadə bir məntiqə görə. Baxın, bu gün yaponların düzəltdikləri insanabənzər robotlar bizim kimi ikigözlüdürlər. Əgər biz ilahidən təkgözlü və ya üçgözlü olsaydıq, o yapon robotları da bizə bənzəsinlər deyə təkgözlü və ya üçgözlü düzəldilməzdilərmi?

Və pəri qızı da çobanla görüşməzdən əvvəl həmin o təkgözlülər aləmində olmuşdur. Yoxsa çoban ikigözlü, Polifemin atası hesab edilən dəniz tanrısı Poseydon ikigözlü, pəri qızı da ikigözlü, Təpəgözün kəlləsində niyə tək bir göz olsun? Və niyə anadan olan kimi atılsın? Uşaq nə vaxt atılar? Bic doğulanda. Bunun xaricində hansı ana canı canından, qanı qanından olan balasını atıb qaçmağına tutarlı səbəb uydurmağa çalışarsa o ancaq bəhanə kimi səslənər. Uşaq yalnız bic doğulanda atılar və yalnız bu halda uşaqdan nə yolla olur-olsun qurtulmaq məcburiyyəti kişilərin qiyamətəcən də anlaya bilməyəcəkləri analıq hissi kimi müqəddəs, şərəfli bir hissə qalib gələ bilər. Ona görə də mənim şəxsi fikrim belədir: təkgözlülər aləminin erkəyi ilə sarmaş-dolaş olub öz qanuni ərinə xəyanət edən pəri qızı bu ulduzlararası qəhbəliyin məhsulu olan Təpəgözü Yer kürəsinə atıb qaçmışdır Amma təkgözlü olsa da bala baldan şirindir, ona görə də acından və soyuqdan ölməməsi üçün onu bir çobanın qoyun sürüsü içinə atmışdır. Çobanın onu tullamayacağından əmin idi, çünki bir il öncə ərinə xəyanət edəndən dərhal sonra işini ehtiyatlı tutub onunla da yaxınlıq etmişdi ki, doğulacaq uşağı “al əmanətini” deyib onun üstünə tullayanda çoban elə hesab etsin ki, o , həqiqətən də, özünün övladıdır. Yoxsa tanımadığı yad bir aləmin çobanını üstünə yapıncı atıb tuta biləcəyi qədər yaxın bir məsafəyə buraxmaqda onun başqa nə məqsədi ola bilərdi? Deyək ki, çoban pişik quş tuturmuş kimi oğrun-oğrun ona yaxınlaşıbmış, ona görə də pəri qızı onun gəldiyini görməmiş, səsini eşitməmişdir. Yaxşı, bəs o boyda qoyun sürüsü? Onlardamı çobanın şəhvani niyyətini anlayıb maraq xatirinə nəfəslərini dərmədən qımıldanmadan duraraq bu tamaşanı seyr edirmişlər? Deyək ki, hətta mələşməmişlər, bəs özləri necə? Görünmürdülərmi? Pəri qızının macəra niyyəti yox imişsə qoyunları görüncə gözlənilməz təhlükələrdən uzaq olmaq üçün o biri pəri qızları kimi dərhal uçub oradan uzaqlaşmalı deyildimi?

Bəs hadisə nə zaman baş vermişdir?

Bəşəriyyətin inkişafının bugünkü mərhələsində okeanlar aşan təyyarələrin, gəmilərin hesabına Yer üzündə qəhbəlik artıq orta çağlardakı məhəllələrarası, şəhərlərarası, ölkələrarası mərhələsini aşıb ballistik raketlər kimi qitələrarası mərhələsinə qədəm basmışdır. Amma Təpəgöz “ballistik qəhbəliyin” yox, ondan da qat-qat yuxarının, yəni, dediyim kimi, ulduzlararası, aləmlərarası fahişəliyin məhsuludur. Yəni bəxtimizdən bəşəriyyət bu sahədə hələ çox geridədir. Hələ ki təsadüfən bir kəşfin — maqnitin fırlanması ilə naqildən elektrik cərəyanı ala bilməyin nəticəsində bu son yüz əlli ildə dədələrimizin min illərlə yaşadıqları atlı-dəvəli həyatdan çox fərqli bir həyat qura bilmişik özümüzə. Televiziya, radio, internet, telefon, avtomobil, təyyarə, daha nələr nələr… Birinci kosmik sürətə nail olub Aya uçmuşuq, orada hətta maşın da sürmüşük. İkinci kosmik sürətə nail olub Veneraya, Marsa kosmik aparatlar göndərmişik, özümüz də uçmağa hazırlanırıq. Amma hələ ki Günəşin cazibəsini aşıb pəri qızları kimi ulduzlararası səyahətlərə çıxmaq üçün raketlərimizə üçüncü koskim sürət deyilən saniyədə on altı kilometri verə bilmirik. Yalnız o sürəti tapdıqdan sonra Yer kürəsinin fahişələri yad aləmlərin erkəkləri ilə “aşk” macəraları sonucunda Təpəgöz kimi əcaib məxluqları qarınlarında bəsləyərək gətirib Yer üzünə buraxa bilərlər.

Tufandan öncəki bəşəriyyət tufana yaxın çağlarda inkişafın ən yüksək pilləsində imiş,Yerdənkənar aləmlərlə əlaqə qarşılıqlı olubmuş, köhnə kitabların dili ilə desəm, biz o inkişafı təsəvvür belə edə bilmərik. Başqa aləmlərə gedib-gəlmək adi bir şey imiş. Belə inkişafı öz qüdrətləri hesab edən insanlar cızıqlarından çıxıb Allahı unudubmuşlar. Allah-Təala da qəzəblənib göylərin qapısını açmış, qırx günlük fasiləsiz yağış yağdıraraq onları sular içində məhv etmişdir. / Yer kürəsinin öz ətrafında fırlanma oxunun cüzi meyllənməsi məhz bu zaman baş vermişdir. Bu meyllənmə nəticəsində qütblərin yeri dəyişmiş, qütblərdə olan dağlar boyda böyük buzlaqlar sürətlə ərimiş, səmaya qalxan su buxarının miqdarı son dərəcə artdığı üçün yağışlar uzunmüddətli leysan xarakterli olmuşdur. Başqa bir fakt da maraq doğurur; tufandan sonra insanların ömürləri kəskin azalmışdır. Haradasa səkkiz-on dəfəyə qədər. Ömür qeyri-bioloji mənada Yer kürəsinin Günəş ətrafındakı periodik hərəkətləri sayından başqa bir şey deyil, yəni filankəsin yetmiş yaşı var o deməkdir ki, o doğulandan indiyə qədər Yer kürəsi Günəş ətrafında yetmiş dövr edib. Əgər söhbət insan həyatının bioloji qısalmasından getmirsə onda tufandan sonra ömrün azalması , sadəcə olaraq, Yerin Günəş ətrafında dövretmə müddətinin uzanması səbəbindən ola bilər. Planetin illik hərəkəti isə yalnız Günəşdən uzaqlaşması ilə uzana bilər, çünki bu müddət ancaq Günəşin kütləsindən və aralarındakı məsafədən asılıdır. Ona görə də ya Günəşdəki radioaktiv çevrilmələr nəticəsində onun kütləsi kəskin azalmış, hansı ki bu real görünmür, Günəş, əksinə, hələ də böyüməkdədir, Qiyamətdən sonra sönüb kiçiləcək, ya da Yer kürəsi hansısa yad səma cisminin təsiri iləsə ondan uzaqlaşmışdır, oxun meyllənməsi də bu zaman ola bilərdi. Nəticədə illik dövretmə müddəti səkkiz-on dəfəyə qədər uzanmışdır. Onda tufandan əvvəl Yer kürəsi Günəşə Merkuridən də yaxın olmuşdur. Deyə bilərlər elə isə onda o insanlar dəhşətli istilərə necə dözürdülər? Xeyr. Planetlərdə istiliyin həddi onların Günəşə yaxınığı və ya uzaqlığından asılı deyil. Yalnız onu bürüyən atmosferin tərkibindən və sıxlığından asılıdır. Günəşdən bizə birbaşa istilik gəlmir, bu yanlışş fikirdir. Günəşdən bizə fasiləsiz olaraq gözlə görüınməyən zərrəciklər seli axır. Bu zərrəciklər yalnız qarşılarına maneə çıxarkən toqquşma nəticəsində işıqlanırlar, istilik də, rənglər də yalnız bu zaman yaranır. Bir kibrit çöpü yanarkən də ondan həmin zərrəciklər seli axır. Günəşdən gələn o zərrəciklər Merkuriyə, Yupiterə, ən uzaq Plutona nə zərblə çırpılırlarsa Yerə də elə sürətlə gəlirlər. Çünki bu, işıq sürətidir, azalan və ya artan deyil. İşıq da, rəng də, istilik də öz mövcudluqları üçün bu toqquşmaya borcludurlar. Toqquşma olmadan o zərrəciklər soyuq və rəngsizdir, ona görə də planetlərarası fəza həmişə bərk şaxtalı və qaranlıqdır. Merkuriyə qədərki fəza Günəşə Merkuridən də yaxın deyilmi? Orada niyə əbədi soyuq və qaranlıq hökm sürür?

Hədislərdə deyilir ki, Qiyamət günü cəhənnəm yaxınlaşdırılacaq, bir il bir aya, bir ay bir günə bərabər olacaq… Yer kürəsi Günəşdən yüz əlli milyon kilometr məsafədədir, bir ilin bir aya bərabər olması üçün, yəni Yerin Günəş ətrafındakı bir illik dövrəsinin on iki dəfə azalaraq bircə aya enməsi üçün onun Günəşə beş dəfəyə qədər yaxınlaşması lazımdır. Yəni Günəşdən məsafəsi cəmisi otuz milyon kilometr olmalıdır. Merkuridən də yaxın; bu birinci planetin Günəşdən məsafəsi əlli yeddi milyon kilometrdir. Onda , demək, Qiyamət günü Yer kürəsi tufana qədərki vəziyyətinə qaytarılacaqmı? /

Amma ilkin bəşəriyyətin suda boğulması ilə nəticələnmiş tufanın, təbii ki, Yerdənkənar aləmlərə heç bir təsiri ola bilməzdi. O aləmlərin varlıqları nəinki tufandan sonrakı ilkin çağlarda, hətta Süleyman peyğəmbərin, Məhəmməd peyğəmbərin zamanına qədər də Yer üzünə gəlib-gedirmişlər. sadəcə olaraq, bizə gizli qaldıqları üçün onların hamısı “cin” sözü ilə ümumiləşdirilmişdir; belə ki bu söz ərəbcədən tərcümədə “gizli”, “naməlum” anlamındadır. Hələ peyğəmbərliyinin Məkkə dövründə həzrət Məhəmməd anasının şəhəri olan Taifdə qəbul edilmədiyi üçün oradan qaçarkən çöllükdə namaz qıldığında bir dəstə cinin də ona baxaraq onunla birlikdə namaz qıldığını görür. Üstündən bir müddət keçdikdən sonra Allah-Təaladan vəhy gəlir: ”Və o zamanı da yad et ki, cinlərdən bir zümrəni Quranı dinləmələri üçün sənə göndərmişdik… Öz qövmlərinə qorxuducular olarq dönüb getdilər. Dedilər ki: Ey qövmümüz! Həqiqətən də biz bir Kitab dinlədik ki, özündən öncə olanları təsdiqedici olaraq Musadan sonra nazil olmuş, haqqa və dosdoğru bir yola rəhbərlik edir.” / Surə 46, ayə 29-30 /.

Demək , onların həzrət Musadan da, öncə olanlardan da xəbərləri varmış. Həzrət Musadan bir neçə əsr sonra yaşamış Süleyman peyğəmbərin ixtiyarına onların çoxusu Allah Təala tərəfindən itaətkar xidmətçilər kimi verilmişdi. Bu haqda bir sıra ayətlər vardır. Bundan başqa, Süleyman peyğəmbər qarışqaların da, quşların da dillərini bilirmiş.

Görəsən hansı quşların? O, peyğəmbər olmaqla bərabər həm də hökmdar idi, təbii ki, sarayında qanadlı məxluqlarla söhbət etdiyini görmüş olacaqdılar. Amma o qanadlı məxluqların hamısımı Yer quşları imiş?! Yoxsa qanadları olduğu üçün hamısı quş adlandırılmışdır?!

( davam edəcək )

YORUMLAR

Henüz yorum yapılmamış. İlk yorumu yukarıdaki form aracılığıyla siz yapabilirsiniz.